674) Cob sindromuna hansı əlamət aid deyil?
A) Astma
B) Abseslər
C) Ekzema
D) Kandidoz
E) İmmunoqlobulin E-nin səviyyəsinin yüksək olması
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s.358
675) Qanda hansı immunoqlobulinin miqdarı ən yüksəkdir?
A) İgE
B) İgA
C) İgD
D) İgG
E) İgM
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s.33
676) 2 yaşa qədər uşaqlarda atopik dermatitin əsasən hansı klinik forması müşahidə edilir?
A) Pruriqoyabənzər
B) Lixenoid
C) Eritema-skvamoz lixenizasiya ilə
D) Pruriqoyabənzər, eksudativ
E) Eksudativ, eritema-skvamoz
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s.440
677) 38 yaşlı müntəzəm şəkildə atenolol qəbul edən qadını arı sancıb. 5 dəqiqə ərzində anafilaksiya əlamətləri inkişaf edib. Klinikaya daxil olarkən xəstədə arterial hipotoniya, generalizə edilmiş övrə və stridor qeyd olunur. Xəstəyə adrenalin təyin edilib, amma arterial hipotoniya qalır. Xəstəyə ən uyğun preparat hansıdır?
A) β2-adrenergik aqonist aerozol formasında
B) Venadaxili qlükaqon
C) Venadaxili aminofillinin yeridilməsi
D) Venadaxili ürək qlikozidləri
E) Adrenalin aerozol formasında
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин.Москва, 2004
Dostları ilə paylaş: |