929) Aşağıdakı preparatlardan hansının qəbulu fonunda dəri sınaqları aparıla bilər?
A) ranitidin
B) amitriptilin
C) topik qlükokortikoidlər (məlhəmlər)
D) ataraks (hidroksizin)
E) sistem qlükokortikosterodilər
Ədəbiyyat: Up-to-date 2013
930) Aşağıda göstərilən ASİT üsullarından hansı daha təhlükəsiz və daha effektivdir?
A) peroral
B) endobronxial
C) intranazal
D) sublinqval
E) parenteral
Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство “Аллергология и иммунология” 2009, səh.198
931) Aşağıda göstərilən preparatlardan hansılarını qəbul edən şəxslərdə AŞ-un gedişatı daha ağır olur?
A) hipotenziv preparatlar və β-blokatorlar
B) antibiotiklər
C) antasid preparatlar
D) AÇF inhibitorları və β-blokatorlar
E) β-blokatorlar və inhalyasion qlükokortikosteroidlər
Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.163
932) Anafilaksiyada bir aydan, bir yaşa qədər olan uşaqlarda enmiş AT hansı sayılır?
A) bir yaşına qədər körpələrdə anafilaksiyada AT-qin ölçülmənin önəmi yoxdur
B) 50 mm Hg-dan aşağı
C) 80 mm Hg-dan aşağı
D) 90 mm Hg-dan aşağı
E) 70 mm Hg-dan aşağı
Ədəbiyyat: Up-to-date
933) Anafilaksiyada bir yaşdan 10 yaşa qədər olan uşaqlarda enmiş AT hansı sayılır?
A) 80 mm Hg-dan aşağı
B) 90 mm Hg-dan aşağı
C) 70 mm Hg +( 2x yaş) -dan aşağı
D) bir yaşına qədər körpələrdə anafilaksiyada AT-qin ölçülmənin önəmi yoxdur
E) 70 mm Hg +( 3x yaş) -dan aşağı
Ədəbiyyat: Up-to-date
934) 49-yaşlı qadın xəstə xəstəxanaya aşağıdakı şikayətlər ilə müraciət edib: subfebril hərarət, dəri üzərində bütün bədən boyu qızılcayabənzər səpkilər, hər iki diz oynaqlarındakı ağrılar. Aparılan müayinə zamanı generalizəolunmuş limfoadenopatiya və splenomeqaliya aşkarlandı. Anamnezindən məlum oldu ki, xəstəyə 10 gün öncə it dişləməsinə görə antirabik vaksinasiya aparılıb. Düşündüyünüz ilkin diaqnoz:
A) Zərdab xəstəliyi
B) Toksik epidermal nekroliz
C) Çoxformalı eksudativ eritema
D) Leffler I sindromu
E) Trombositopenik purpura
Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.532
Dostları ilə paylaş: |