1117) Burun polipini ödemli balıqqulağından necə fərqləndirmək olar?
A) Poliplər əsasən 10 yaşa qədər rast gəlir
B) Damardaraldıcı təsirindən polip bir qədər yığılacaq, balıqqulağı isə yox
C) Poliplər toxunuşa hissiyatlıdır
D) Poliplər hərəkətsiz olur
E) Damardaraldıcı təsirindən balıqqulağı bir qədər yığılacaq, polip isə yox
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
1118) Burun poliplərinin müalicəsində hansı preparatlar istifadə edilir?
A) Damardaraldıcılar
B) Spesifik immunoterapiya
C) Kromonlar
D) Antihistaminlər
E) Yerli kortikosteroidlər
Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
1119) Burunun allergik poliplərinin həcmini hansı preparatlar daha yaxşı kiçildir?
A) Nazal kromonlar
B) Dekongestantlar
C) Nazal antihistaminlər
D) Nazal antiseptiklər
E) Nazal steroidlər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
1120) Hansı müayinə olmadan allergik rinit diaqnozun qoyulması dürüst hesab edilmir?
A) Allergik dəri testlərinin aparılması
B) Qanın ümumi müayinəsi
C) Rentgen-tomoqrafiya
D) Rinoskopiya
E) Burun ifrazatının sitoloji müayinəsi
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
Dostları ilə paylaş: |