353) Qırtlağın allergik ödemi (larinqoedema) özünü hansı əlamətlərlə göstərir?
A) Davamlı inspirator təngnəfəslik, bəzən səsin tutulması
B) Asqırma ilə
C) Qanda neytrofiloz
D) Ekspirator təngnəfəslik
E) Çəhrayı rəngdə köpüklü bəlgəm
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 261
354) Aşağıda göstərilənlərdən hansı ekzogen allergik alveolitin inkişafına səbəb ola bilər?
A) Lateks
B) Yovşan
C) Yod preparatları
D) Palıd ağacının yonqarı
E) Siprofloksasin
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г., s. 583
355) Hansı əlamətlər qırtlağın allergik ödeminin başlanğıcında müşahidə oluna bilər?
A) Ekspirator təngnəfəslik
B) Səsinin xırıltılı olması
C) İştahanın azalması
D) Qusma
E) Obstruktiv sindromla
Ədəbiyyat: В. Н. Молотков, Е. И. Суслов, Н. Н. Коваленко. «Диагностика аллергических заболеваний легких» 1985 г.
Dostları ilə paylaş: |