340) Bunların hansı ağciyər eozinofiliyasının səbəblərindən biri deyil?
A) Göbələk sensibilizasiyası
B) Tozcuq sensibilizasiyası
C) Alkoqol qəbulu
D) Nikel istehsalatında işləmək
E) Şiş xəstəlikləri
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
341) Sadə ağciyər eozinofiliyanın (Leffler sindromu) patogenezində aparıcı rolu hansı mexanizmlər oynayır?
A) İmmunosupressiv mexanizmlər
B) Autoimmun mexanizmlər
C) Ləng tipli reaksiya
D) Reagin + immunokompleksli mexanizmlər
E) Sitotoksik mexanizm
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 590
342) Ekzogen allergik alveolit Gell-Kumbs təsnifatına görə hansı tipdə inkişaf edir?
A) Sürətli tip
B) I tip (İgE-asılı)
C) Sitotoksik
D) heç biri
E) İmmunokompleks və ləng tip
Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 585
343) Sadə ağciyər eozinofiliyası üçün hansı rentgenoloji dəyişikliklər səciyyəvidir?
A) Bronxopulmonal limfa düyünlərinin böyüməsi
B) Ağciyər fibrozu əlamətləri
C) Plevra boşluğunda maye
D) İnterstisial dəyişikliklər
E) Ağciyərlərdə hər iki tərəfdən miqrasiyaedici infiltratlar
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
344) Ekzogen allergik alveolitdə klinik simptomlar adətən antigenlə təmasdan nə qədər müddət sonra inkişaf edir?
A) 40 dəqiqədən sonra
B) 4-12 saat sonra
C) ilk 10 dəqiqədə
D) 25 dəqiqədən sonra
E) 12 sutkadan sonra
Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2008 г.
Dostları ilə paylaş: |