315) İntalın inhalyasiyası üçün göstəriş nədir?
A) Yuxarı tənəffüs yollarının kəskin infeksiyasının müalicəsi
B) Bronxial astmanın kəskin tutmasının müalicəsi
C) Astmatik statusun müalicəsi
D) Xroniki bronxit
E) Bronxial astma tutmasının profilaktikası
Ədəbiyyat: В. А. Остапенко, В. А. Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005 г.
316) ß2-adrenoreseptorları stimulyasiya edən qısa müddətli təsirə malik olan adrenomimetiklərdən hansı məqsədlə istifadə olunur?
A) Bronxial astma tutmalarının uzunmüddətli profilaktikası üçün
B) Boğulmanın kəskin tutmasının aradan qaldırılması üçün
C) Bronxların qalınlaşmasının qabağını almaq üçün
D) Tənəffüs çatmamazlığını azaltmaq üçün
E) Astmada ilitihabəleyhinə təsirinə görə
Ədəbiyyat: В. А.Остапенко, В.А.Ахмедов, Е.Е. Баженов, Н.Е. Волковская. «Лечение болезней легких» 2005г.
317) Sürətli tipli allergik reaksiyanın gecikmiş (2-4 saat ərzində) fazasında əmələ gələn mediator aşağıdakılardan hansıdır?
A) Histamin
B) Leykotriyenlər
C) Bradikinin
D) Serotonin
E) Asetilxolin
Ədəbiyyat: : Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
Dostları ilə paylaş: |