112) Tozcuq allergiyası zamanı kliniki təzahürlər hansı halda dəyişir?
A) Virus xəstəlikləri fonunda ortaya çıxır
B) İsti, quru, küləkli havada güclənir
C) İlin soyuq vaxtında güclənir
D) Yağışlı havada güclənir
E) Hava şəraitindən asılı deyil
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
113) Bronx təhrikedici testləri kimlərə tətbiq edilməlidir?
A) Bronx hiperreaktivliyi olanlara
B) Astmaya bənzər əlamətləri olmasına baxmayaraq, müayinə və XTF göstəriciləri ilə diaqnozu dəqiqləşdirilə bilinməyənlərə
C) Bronx hiperreaktivliyi olmayanlara
D) ) Sadalananların hamısı
E) Bronx hiperreaktivliyi olmayanlara
Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh. 85.
114) Tozcuq allergiyası zamanı göstərdiklərimizdən hansı tez-tez allergik reaksiyalar törəyir?
A) Çobanyastığı həlimi
B) Sulfanilamidlər
C) «B» qrupu vitaminləri
D) Antibiotiklər
E) Penisillin
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
115) Qanda allergenlərə qarşı spesifik İgE aşkar edilməsinin üstünlüklərinə hansı aid deyil?
A) Hətta antihistamin qəbulunun belə nəticəyə təsir etməməsi
B) Sadalananların hamısı
C) Yüksək həssaslığı
D) Hətta kəskin ekzemalı xəstələrə də tətbiq oluna bilməsi
E) Sistem reaksiya riskinin olmaması
Ədəbiyyat: : Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36
Dostları ilə paylaş: |