104) Diaqnostik və müalicəvi allergenlər harada saxlanılmalıdırlar?
A) Sərin quru yerdə (10-12ºC)
B) Termostatda
C) Soyuducuda (4ºC)
D) Otaq şəraitində
E) Xüsusi ambarda
Ədəbiyyat: Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.
105) Azərbaycanın hansı bölgəsində təbii speleoterapiya aparmaq mümkündür?
A) Masallıda
B) Qazaxda
C) Qəbələdə
D) Naftalanda
E) Naxçıvanda
Ədəbiyyat: А. Н. Окороков «Лечение болезней внутренних органов» 2000 г., том 1, с. 142
106) Süni şəraitdə speleoterapiya aparılan yer necə adlanır?
A) Astmakamera
B) Halokamera
C) Barokamera
D) Şaxtkamera
E) Vitakamera
Ədəbiyyat: А. Н. Окороков «Лечение болезней внутренних органов» 2000 г., том 1, с. 142
107) Speleoterapiya hansı duzun müalicəvi effektinə əsaslanıb?
A) Kalsium xlorid
B) Piridoksin hidroxlorid
C) Maqnezium sulfat
D) Natrium xlorid
E) Natrium bikarbonat
Ədəbiyyat: А. Н. Окороков «Лечение болезней внутренних органов» 2000 г., том 1, с. 141
108) Aşağıda sadalanan hansı bronxolitikin təsir müddəti 32 saata kimi davam edə bilər?
A) Salbutamol
B) İpratropium bromid
C) Formoterol
D) Salmeterol
E) Tiotropium bromid
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 103
Dostları ilə paylaş: |