137) Aşağıdakı xəstəliklərin hansının patogenezində toxumada immun komplekslərin toplanması rol oynayır?
A) Miasteniya qravis
B) Gudpasçer sindromu
C) Qreyvs xəstəliyi
D) Streptokokkdan sonrakı qlomerulonefrit
E) İmmun trombositopenik purpura
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
138) Bir antigenlə əvvəldən sensibilizasiya edilmiş şəxsin eyni antigenlə təkrar qarşılaşması halında, tosqun hüceyrə səthindəki antigen-anticism reaksiyası sonunda çox qısa müddətdə gələn hiperhəssaslıq reaksiyası aşağıdakılardan hansıdır?
A) Anticismə bağlı tip II
B) Tip IV
C) Tip III
D) Tip I
E) Komplementə bağlı tip II
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
Dostları ilə paylaş: |