4.2 «Alıcı»nın hüquq və vəzifələri:
4.2.1. «Alıcı» malların müvafiq keyfiyyət göstəricilərinə uyğun gəlməsini tələb etmək hüququna malikdir.
4.2.2. «Alıcı» malların vaxtında çatdırılmasını tələb etmək hüququna malikdir.
4.2.3. «Alıcı» malların dəyərinin bu müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsi daşıyır.
4.2.4. «Alıcı» malın öz keyfiyyətini saxlaması üçün zəruri olan saxlama şərtlərini təmin etmək vəzifəsi daşıyır.
4.2.5 . Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımı qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür.
4.2.6 “Alıcı” malların keyfiyyəti standartlara uyğun gəlməzsə, onu satıcının hesabına geri qaytara bilər.
Dostları ilə paylaş: |