5. MALIN VERİLMƏSİ VƏ QƏBUL EDİLMƏSİ
5.1 Malların çatdırılması “Alıcı”nın şifahi sifarişi əsasında hər bir konkret partiya üçün razılaşdırılır.
5.2 Bu müqavilə qüvvəyə mindikdən sonra Satıcı Alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı Malı qaimə - faktura əsasında Alıcıya təhvil verir.
5.3. Mallar «Satıcı» tərəfindən «Alıcı»ya “Alıcı”nın göstərdiyi yerdə təhvil verilir və Mal qaimə - faktura üzrə Alıcıya verildiyi an malların çatdırılma tarixi hesab olunur və həmin andan malların təsadüfən məhv olması riski Alıcının üzərinə düşür.
5.4. Alıcı malları qəbul edəcək nümayəndəsinin adını yazılı şəkildə (məktub, faks, elektron məktub və s. vasitələrlə) satıcıya bildirməlidir. Adı bildirilməyən nümayəndəyə mal verilməməsi bu müqavilə üzrə öhdəliklərin pozulması hesab edilməyəcəkdir. Alıcı təyin etdiyi nümayəndənin müvafiq sənədləri imzalamaqla qəbul etdiyi malların qəbulu faktını mübahisələndirə və həmin malların dəyərini ödəməkdən imtina edə bilməz.
5.5. Çatdırılmış mallara dair bütün sənədləri Satıcı Alıcıya təqdim edir.
5.6. Malın miqdarı, çeşidi, keyfiyyəti barədə müqavilə şərtləri pozulduqda, Alıcı, həmin pozuntuların aşkar edildiyi, yaxud, malın xarakterinə və təyinatına görə aşkar edilməli olduğu vaxtdan etibarən 15 gün müddətində bu barədə Satıcıya xəbər verməlidir.
5.7. Bu müqavilənin 6.4.-cü bəndində nəzərdə tutulan qaydaya əməl edilmədikdə, əgər Satıcı Alıcının həmin qaydaya əməl etməməsi üzündən, Alıcının, çatışmayan malın ona verilməsi, malın dəyişdirilməsi barədə tələblərini ödəmək mümkün olmadığını, yaxud həmin tələblərin ödənməsi müqavilə şərtlərini pozulması barədə Satıcıya vaxtında xəbər veriləcəyi halda tələb olunan xərclərlə müqayisəyəgəlməz dərəcədə artıq xərc çəkilməsinə səbəb olduğunu sübut edərsə, Satıcı Alıcının həmin tələblərini ödəməkdən tamamilə imtina edə bilər.
Dostları ilə paylaş: |