Alqi-satqi müqaviLƏSİ № url-030/20211116 baki şƏHƏRİ «23» noyabr 2021-ci IL



Yüklə 45,37 Kb.
səhifə6/7
tarix28.12.2021
ölçüsü45,37 Kb.
#48056
1   2   3   4   5   6   7
URL-03120211123

8. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDALARI

8.1. Tərəflər bu müqavilənin yerinə yetirilməsindən doğan bütün mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışırlar. Bu mümkün olmadıqda, mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.

8.2. Mübahisələr məhkəmələrdə həll olunan zaman vəkil xərcləri və digər bu kimi xərclər təqsirkar tərəfin hesabına ödənilməlidir.
9. MÜQAVİLƏNİN MÜDDƏTİ

9.1. Müqavilə 1(bir) il müddətinə bağlanılır və Tərəflərin qarşılıqlı razılığına əsasən onun müddəti uzadıla bilər.

9.2. Müqavilə Tərəflərin qarşılıqlı yazılı razılaşmasına əsasən,vaxtından əvvəl pozula bilər.

9.3. Müqavilənin müddətinin bitməsinə 10 gün qalmış Tərəflər etiraz etməzsə Müqavilənin müddəti növbəti 1 (bir) ilə eyni şərtlər ilə uzadılmış hesab edilir.



10. BİLDİRİŞLƏR

10.1. Bu Müqaviləyə əsasən tələb olunan, icazə verilən və ya nəzərdə tutulan, hər hansı bir Tərəfdən digər Tərəfə verilməli olan hər hansı bildiriş və ya digər informasiya 10.3 bəndində göstərilmiş ünvana bilavasitə əl ilə çatdırıla və ya göndərilə bilər (qeydiyyatlı poçt, teleqram, faks, e-mail və ya digər münasib rabitə vasitələri).

10.2. Müqavilənin 10.3. bəndində göstərilən qeydiyyatlı poçt vasitəsilə verilmiş hər hansı bildiriş və ya informasiya onu göndərən ünvana çatdırılmamış kimi qaytarılmazsa, o, zərfin göndərildiyi tarixdən 15 gün sonra ünvana çatmış hesab olunacaq; və bu cür bildiriş və ya informasiyaya malik olan zərfin dəqiq ünvanlanması, qabaqcadan ödənilməsi, qeyd olunması, poçtla göndərilməsı və onun göndərənə qaytarılmaması bu cür bilidiriş və ya informasiyanın lazımi qaydada digər Tərəfə çatdırıldığını təsdiq etmək üçün kifayət qədər sübut hesab olunacaqdır.

10.3. Teleqram, faks, e-mail və ya digər münasib rabitə vasitələri ilə göndərilmiş hər hansı bildiriş və ya informasiya rabitə vasitəsindən keçdiyi gündə lazımi qaydada göndərilmiş hesab olunacaqdır, o şərtlə ki, onun təsdiqedici surəti qeydiyyatlı poçt vasitəsi ilə əvvəldə qeyd edilmiş vasitələrlə göndərildikdən sonra 24 saat müddətində göstərilmiş ünvana göndərilsin


Yüklə 45,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin