Qara teleqram



Yüklə 2,82 Mb.
səhifə1/16
tarix31.01.2017
ölçüsü2,82 Mb.
#7133
  1   2   3   4   5   6   7   8   9   ...   16


ALTAY MƏMMƏDOV

TANIDIĞIM ƏLİ KƏRİM

BAKI – ELM VƏ TƏHSİL – 2012

Redaktoru: Paşa ƏLİOĞLU

Kompyuter ijraçısı: Suad ƏHMƏDOV

Altay Məmmədov. Tanıdığım Əli Kərim. Bakı: «Elm və təhsil», 2012, 429 s.+ 1 foto.

QARA TELEQRAM
1969-ju il, isti bir iyun günü, şər qarışanda teleqram al­dım «Əli vəfat edib». Sarsıdıjı və gözlənilməz bir xə­bər. Adətən be­lə məzmunda teleqram vurulmurdu. Ya­zar­dılar ki, «xəstə­dir», uzaq başı «vəziyyəti ağırlaşıb». Xəbərin bu jür verilməsi hadisə yerinə toxtaq, tamamilə üzülməmiş halda çatmaq üçün bir növ stimul rolu oy­na­yırdı. Ağır xəbər çatdırmağın üsul və yol­larını xalq özü psi­­xoloqlara mürajiət etmədən uzun illərdən bəri hazır­la­mışdı. Sonralar öyrənəjəydim ki, «Yazıçılar evinin» sa­kin­lərindən biri Əlinin ailəsinin xahişi ilə həmin teleqramı tərtib edib vurmuşdu. Bizim evdə ağlaşma qurulmuşdu. Anam, yoldaşım, övladlarım. Bütün yaxın qohumlarım da Əlini çox is­tə­yirdilər və bilirdilər ki, mən getməliyəm. Yol­daşımla elə ilk qa­tarla Bakıya yola düşdük. Bilirdim ki, sabah ağır gündür, ona görə heç olmasa birjə, jəmi bir­jə saat yatmaq gərəkdir. Müm­kün olmadı. Mənim ruhu­mu, mənəviyyatımı alt-üst edən birinji növ­bədə qara xə­bə­rin gözlənilməzliyi idi. Əli iyulda, ya da av­qust­da Gən­jəyə gəlməli idi. Onun üçün xəstəxanada ayrılajaq xü­su­si palatada müalijə olunajaqdı. Sonunju dəfə mən Əli­dən ayrılanda əhval-ruhiyyəsi çox yüksək idi. Çoxlu çay içdik, baş­qa içkiləri yumorla əvəz etdik. Sevinjdənmi, nədənmi elə kök­lən­mişdik ki, bütün dialoqlarımızdan gü­lüş səpələnirdi, uğun­duran gülüş, partlayışlı gülüş, qəh­qə­hə yusəkliyində gülüş, elə bil divarlar da gülürdü. Əli içkini atmışdı, dediyinə görə, tamam. Bəlkə də bu gülüşlər həmin hadisənin sevinjindən doğurdu. Nətijəsi nə? Bu qara teleqrammı? Sonu dəhşətli xəbərlə bitən gülüş!

Bundan sonra mən bir daha gülüş atının yüyənini bu­rax­mayajam, Əlini yada salıb lap ən şirin məqamlarda gü­lüşü xırp kəsəjəyəm. Gülüşdən daha qorxuram mən...

Sonra xalis müsəlmansayağı təskinlik motivləri ara­ma­ğa baş­ladım. «Bəlkə Əlinin vəziyyəti hədsiz ağırlaşıb, mənim Ba­kıya getməyimi zəruri hesab edib bu məzmun­da vurublar teleq­ramı? Yox inanmıram, sadəjə yazsa idi­lər ki, «Əli xəstələnib», qopub gedəsi idim. Bunu bilirdi­lər. Yox! Heç bir təskinlik tapa bilm­əzsən. Açıq, aydın və sərt yazılıb: «Əli ölüb». Öləsi adam­ların bu jür bolluğunda niyə məhz Əli ölməli idi – ən yeni Azər­bayjan poeziyası­nın sultanı Əli. Bir qədər ayıqlıqla yuxu ara­sında qaldım, elə bil həyəjanım, xofum, qorxum bir anlığa çə­kildi. Gözlərimi açdım və yenə də əsl müsəlmansayağı düşün­düm: «Bəlkə yuxu imiş bunların hamısı? Bəlkə heç te­leq­ramda yazılmamışdı ki, «Əli ölüb». Natərəstlikdən teleq­ramı da evdə qoyub gəlmişdik. Səhər zülmlə açıldı. Qət etdik ki, Əligilə bir­başa getməyək, əvvəljə dəqiqləşdirək: «Bəlkə yalandır, bəlkə Əli sappa-sağdır, axı ölməməliydi Əli». Məndən bir yaş kiçikdi Əli. Bəstəboy, dolu bədənli Əli. Vaxtilə boksyor olan Əli, əv­vəl­lər sap-sağlam olan Əli, gözəl Əli!..

Həyətə göz gəzdirmək Bünyad Sərdarov küçəsindən daha münasib idi, orada get-gəl başlamışdı – bütün yas evlərində olduğu kimi. Səssizjə girdik həyətə. Bizi gördü­lər, nə vaxtsa sən­gimiş ağlaşma yenidən başlandı, lakin uzun sürmədi, hələ tez idi... Yoldaşım ağlaşma otağına get­di. Mən kiçik bir otaqda qaldım. Bir qədər keçməmiş yoldaşım gəldi, göz yaşlarını silə-silə «bəlkə gəlib vidala­şasan» – dedi – üzü açıqdır, elə bil yu­xu­dadır». «Yox» – dedim. Mən Əlini sağlığında nejə görmü­şəm­­sə o jür də saxlayajam təsəvvürümdə».

O ağır, o məşum gündən 25 il keçib. Olub-keçənlərin ha­mısını yadda saxlamaq, əlbəttə, çətin, qeyri-mümkün­dür. Heç bir yazım, qeydim də yoxdur. Bəlkə elə belə məsləhət imiş – yad­daşda nələr qalıbsa elə onlar da va­jib imiş, zəruri imiş; la­zım olmayanlar isə süzülüb hara­dasa qalıb, zaman özü lazım olanları ayırıb saxlayıb.

«Yazıçılar evi»nin sakinləri yavaş-yavaş həyətə enir­dilər. Hələlik kiçik otaqda məndən başqa üç-dörd nəfər olardı. Birjə aydın yadımda qalan Hüseyn Hüseyn­za­də­dir. Bir müddətdən sonra başdan-başa qara geyimli Elza xanım göründü. Əlində qəzet vardı: «Əlinin son şeirləridir - dedi - sizə vəsiyyət eləyib». Boğuldum. Qadın gedən­dən sonra açdım. Otaqdakıların hamısı yaxına gəldilər. İlk şeir «Vəsiyyət» idi. Oxumağa başladım, bir neçə misra­dan sonra gözlərim torlandı, sətirlər bir-birinə qarışdı. Oxuya bildiyim bu misralar idi:

Yeri oldu-olmadı

həkim ki,

girdi xəstənin qılığına,

Nəsə pıçıldadı

dostlarından

birinin qulağına –

Onda həkim,

Salam-əleykim!

Bu misraları nəyə görə xatırladım? Sonralar mənə elə gəlirdi ki, Əli belə deyib:

Ölüm,


Salam-əleykim!

Həmin şeir çap olunandan sonra gördüm ki, «ölüm» deyil, «həkim»dir. Yenə bir müddət keçdi. İçimdə həmin misralar «Ölüm, salam-əleykim» kimi səslənməyə başla­dı. Yenə kitabda əslini oxudum. Kitabdan aralanan kimi indi də «həkim» «ölüm» oxunur. Bunun həkimə, həkim şəxsiyyətinə, həkim peşəsinə qəti dəxli yoxdur, mətləb Əlinin lap ilk gənjliyindən ölümlə əl­ləşməsidir. Qərəz, davamını oxuya bilməyib verdim Hüseynə, o da oxuya bil­mədi. Javanlar böyük həvəslə şeirləri oxumağa baş­la­dılar. Əli dirildi, danışdı. Bu bizə o qədər də təskinlik gə­tir­mədi; çünki şeirlərin hamısında ölüm ovqatı vardı.

Jamaatın həyətə yığıldığını görüb biz də otaqdan çıxdıq. Dedilər Rəsul müəllim gəlib və Əlinin harada dəfn olunajağını müəyyənləşdirmək üçün yuxarı təşkilatlardan birinə gedib. Görünür, ortalığa yenə fəxri xiyaban məsə­ləsi çıxmışdı.

Bu ara Mirzə İbrahimovdan teleqram gəldi (Görünür, Ba­kıda deyilmiş). Əlinin ailəsinə başsağlığı verirdi. O, Əli haq­qın­da belə bir ifadə işlətmişdi: «qeyri-adi istedad...» Axı istedad özü qeyri-adilikdir. Deməli, Əli Kərim qeyri-adilərin qeyri-adisi idi. Daim Yazıçılar İttifaqı ierarxi­ya­sın­da yüksək yer tutan adlı-sanlı bir sənətkardan belə söz eşitmək, əlbəttə, təskinlik idi. Mənə əvvəllər elə gəlirdi ki, yaşlı nəsil Əli Kərim poeziyasının mahiyyətini başa düş­mür, yaxud başa düşə bilmir; onlarda poeziya barədə estetik anlayış əsasən 20-ji, 30-ju, 40-jı illərin şeir və poemaları əsasında formalaşmışdı. Əlinin yaradıjılığı isə tamamilə yeni keyfiyyətli olub 50-60-jı illərə məxsusdur. Yox! Yaşlı nəsil də Mirzə İbrahimovun şəxsində Əli poe­ziyasının ma­hiyyətini əla başa düşürmüş! Elə isə bəs niyə qeyri-adilərin qeyri-adisi həyat yoldaşı və üç körpəsi ilə yarımzirzəmidə, yarı­qaranlıq, rütubətli mənzildə məs­kunlaşdırılmışdı?! Və indi qeyri-adilər qeyri-adisini dəfn etmək üçün iki kvadrat metr torpaq sa­həsi niyə böyük bir problemə çevrilmişdi?! Əslində bu prob­lem­ləri «bərabər­lik» deyə-deyə insanları qeyri-bərabər edənlər ya­ratmış­dılar.

Günortaya yaxın xəbər gəldi ki, Əli Kərimin fəxri xi­yabanda (nə «A», nə «B», nə də «V» bölümlərində) dəfn olunmasına ra­zı­lıq verilmir. Əli Kərimin «göstərijiləri» fəx­ri xiyabanın «Men­deleyev jədvəli»nə qətiyyən uyğun gəlmir. Belə ki, Əli Kərim nə xalq yazıçısıdır, nə də əmək­dar injəsənət xadimidir, nə döv­lət mükafatı laurea­tı­dır, nə də komsomol, nə ordeni var, nə də medalı, nə də heç olmasa rayon sovetinin deputatıdır, hələ üs­təlik də «bez­partiynidir». Bu qədər. Bəs əsl qiymət? Bəs «qey­ri-adi­lər qeyri-adisi» nejə oldu?

Lakin Rəsul müəllim də, daha kimlərsə də fəxri xi­ya­ban­dan hələ əllərini tamam üzməmişdilər. Günortadan bir qədər də keçəndə Göyçaydan gələn qohumlardan birinin (deyəsən Əli­nin yeznəsinin) gur, bir qədər də ajıqlı səsi eşidildi:



- A kişilər, qoyun adamımızı aparaq ana yurdunda ra­hatja dəfn edək!..

Bu vəziyyət mənə tanışdı – elə rəhmətlik Əlinin özü­nə də tanış idi. Neçə illər əvvəl xalqın əsl sevimli şairlə­rin­­dən olan Əliağa Vahidin də dəfni belə jənjəl fəxri xi­yaban problemi ilə üz-üzə gəlmişdi; əgər mərhum şair əvvəljədən bilsəydi ki, pə­rəstişkarlar onu fəxri xiyabanda dəfn etmək üçün o qədər əzab-əziyyət çəkəjəklər, əsə­bilik və həyəjan keçirəjəklər, əv­vəljədən bir vəsiyyət ya­zıb qoyardı ki, «məni keçirdiyim sadə, iddiasız ömür yo­­luma uyğun bir sakit-samit yerdə dəfn eləyin, ömrüm boyu mən dəbdəbədən uzaq, əldəqayırma, qurama şöh­rətdən uzaq yaşamışam, qoyun ölüm – həyatım da eləjə davam etsin». Lakin Vahid pərəstişkarlarının əllərində belə bir vəsiyyət yox idi; əgər belə bir kağız olsa belə on­lar formal bü­rok­ratik «jədvəllərə» qarşı üsyan etməli idi­lər. O zaman Va­hi­din jənazəsi Yazıçılar İttifaqının bina­sında qoyulmuşdu. Bunun da öz mənası, öz təsir qüvvəsi vardı; İttifaq üzvlərinin, demək olar ki, hamısı da orada idi. Respublika rəhbərliyi isə Moskvada olduğundan Ba­kıda qalanların heç biri Əliağa Vahidin fəxri xi­yabanda dəfn olunmasına «sanksiya» vermək iqtidarına malik de­yildi. Nəhayət, uzun əlləşmədən sonra (bakıdakılar mos­kva­dakılarla əlaqəyə girib onlara nələr dedilərsə, bəlkə də va­hi­mə­yə saldılar) xüsusi ijazə alındı. Dəfn mərasi­mi­nə qəribə şad əhval-ruhiyyə çökdü. Hava isti idi, hamı əl­dən düşmüşdü. Xə­bər adamları gümrahlandırdı. Vahid öz pərəstişkarlarının çiyin­lərində Xaqani küçəsinə çıxdı –mə­­rasim fəxri xiyabana yol aldı. Əlidən aralı düşdüm. Aka­demik Firuz Məlikov məni özündən aralanmağa qoy­madı. «Prospektə çıxan kimi bir maşına əyləş» - dedi. Razı olmadım. «Onsuz da Bünyad Sərdarovda tabutu ma­şına qoyajaqlar» - dedim. Firuz Məlikov uzun illər Gən­jə Kənd Təsərrüfatı İnstitutunda işləmişdi. Şəhərin mə­dəni yüksə­li­şində də zəhməti çoxdu, teatrın daimi ta­ma­şaçısı idi, ijtimai baxışlara da gələr, hər dəfə də çıxış edərdi. Mənə də çox kö­məyi dəymişdi. Onunla hər dəfə görüşmək xoş idi, vaxtilə Jəfər Jabbarlı ilə də yaxın ol­muşdular. İndi Vahidin dəfnində iştirak etməsi də onun Azərbayjan mədəniyyətinə sıx bağlılığına nü­munə idi. Bünyad Sərdarov küçəsinə nejə çatdığımızı hiss et­mə­dik, bu böyük məsafəni nejə qət etdiyimə özüm də təəj­jüblənirdim. Burada izdiham dayandı, güman edirdik ki, tabut avtomaşına qoyulajaq. Lakin belə olmadı, on-on iki dəqiqəlik fasilədən sonra izdiham yenidən hərəkətə gəl­di. Güman etdik ki, javanlar hörmət əlaməti olaraq Va­hidi çiyinlərindən düşür­mürlər; lakin az sonra aydın oldu ki, javanlar «birdən maşın tabutu başqa qəbristanlığa apara bilər» - deyə yerə qoymurlar. Bax belə! Düz fəxri xiyabana, Vahidin artıq qazılmış qəbrinin yanına qədər piyada getdik. Yenə yorğunluq hiss etmirdim. Va­hid xalq arasında şöhrətli, sayılan, seçilən, sevilən sənətkardı. Az görmüşdüm onu Yazıçılar İttifaqı binasının qarşısında. Yük­sək ierarxiya üzvləri Süleyman Rüstəmin, Məmməd Rahimin bu balaja boylu şairi görəndə nejə balajalan­dıq­larının da şahidi olmuşdum. Şairə salam verəndə is­tər-istəməz əyilməli olur­dular. Bir qədər laübəli, bir qədər etinasız adam təsiri ba­ğışlayırdı. Hiss olunurdu ki, heç kəsdən asılı deyildidir. O özü-özünə tam daxili azadlıq təmin etmişdi. «Janlı klassiklər»də ona qarşı hörmətlə yanaşı gizli bir qibtə də hiss olunurdu. Dey­ək, Vahiddə də onlara münasibətdə heç bir irad müşahidə olunmurdu – o hər şeyi nejə var, eləjə də qəbul edirdi. «Siz eləsiz, mən belə». Yaxud «Mən sizin yolunuzla gedə bilmərəm, siz də mənim yolumla». İerarxiya nümayəndələri yeri dü­şəndə ona maddi, mənəvi yardım da edirdilər. Səmimi, ürəyə yatan əsərlərlə yanaşı çoxlu bayram şeirlərinin mü­əllifi olan Süley­man Rüstəm hər ehtimala qarşı (qara gün üçün) qəzəl də yazırdı – son dövrlərdə isə bunların sayını artırmaqda idi. Görü­nür, heç «İki sahil» şeirlərin­dən də o qədər arxayın deyildi. Mən və yaşıdlarımın çoxu Vahidə dərin hörmət bəsləsək də, müasir canrlara rəğbət ruhunda tərbiyələndiyimiz üçün qəzəl canrının o qədər də pərəstişkarı deyildik. Bizə elə gəlirdi ki, qə­zəl canrı Füzuli ilə yekunlaşıb. Lakin qəzəl muğamla qol-qola ve­rib qoşa qanadla jövlan etməkdə idilər, bəlkə onların vəh­dət­ləş­məsi də təsadüfi deyildi. Qəzələ hüjum olanda muğama da təzyiq vardı, onların birləşib bir-birinə dayaq durmaları da zərurət idi. Füzulini duya-duya, dərk edə-edə, bütün sözlərin məjazi mənasını belə bilə-bilə oxuyan sənət­kar­lar seyrəlmək­də idi. Həmin qəzəlləri muğam üstə məna­sı­nı dərindən bilə-bilə dinləyib feyzyab olan «mədrəsə zi­yalıları» da azalmaqda idilər. Və belə bir kritik məqamda göylərdənmi, qeybdənmi Vahid adlı bir qəzəlxan nazil ol­du. Və yeni xanəndələr onun dənizində öz yerini tapmış balıqlar kimi sərbəst üzməyə başladılar. Azər­bay­jan mu­ğamlarının Vahidlə birliyi onu əvvəlkilərdən çox-çox yük­­sək mərhələlərə qaldırdı. Bizim Vahidə olan yüksək mü­nasibətimiz muğama olan münasibətimizlə bağlı idi.

Sırf poeziya baxımından isə biz Səməd Vurğunla da­ha çox bağlı olan nəsil idik. İndi isə pərəstiş yerimiz Na­zim Hikmət ya­radıjılığı idi.

Əliağa Vahidə olan hörmət və məhəbbətin bir mən­bəyi də vardı: Xalq onu sonsuz, dərin, təmənnasız bir mə­­həbbətlə sevirdi, bizim hörmətimiz həm də bu məhəb­bətə idi, bizim mə­həbbətimiz həm də xalqın öz şairinə məhəbbətinə olan mə­həbbət idi. Məhəbbətə məhəbbət!

Vida mitinqi başlandı. Vallah, matəm mitinqinə oxşa­mırdı bu. Qələbə mitinqi idi bu! Mirzə İbrahimov da çıxış elədi, Va­hidə layiq sözlər dedi. Mitinq bitdi. Vahid tor­pa­ğa tapşırıldı. Ja­maatsa dağılmaq bilmirdi. Xalq 70 il ya­şa­yıb heç bir mükafat, ad, san almamış şair oğlunu birjə gündə, bəlkə bir neçə saat­da rəsmi həm xalq şairi, həm deputat, həm laureat eləmişdi, ordenli, medallı eləmişdi. Xalq qələbə çalmışdı. Belə dəfn mə­ra­simi məhz bayram kimi yekunlaşmalı idi. Elə də oldu. Abşe­ron kəndlərindən gələn javanlar əsasən şairin sözlərindən ibarət olan mey­xanalar deməyə başladılar...

Küçəyə çıxdım, Əli orada idi.

- Mən belə dəfn görməmişəm – dedi – indiyəjən. Bunu qeyd eləmək olardı.

Doğrusu mənim də ürəyimdən keçirdi. Lakin bilmir­dim Əli­də bir şey var, ya yox. Mənim pulum çox azdı. Məlum oldu ki, Əlidə də bir şey yoxdur. Dedim:

- Əli, ikimizə yetik düzələr, amma heç kimə demə. Bir tə­hər aradan çıxaq.

- Yaxşı – dedi.

Elə ki, taksi saxladım, qapısını açıb şoferin yanında əyləş­dim, hiss etdim ki, arxada da iki nəfər oturdu. Düzü çox pərt oldum. Əli şərti pozmuşdu. Qanrıldım, Sərdar Əsəd idi. Çoxdan tanışdıq, amma çörək kəsməmişdik. Sa­lamlaşdıq. Əli günahkar görkəm almışdı. Dedim:

- Mədənizə əmr edin, jəmi üçjə manatlıq şirə burax­sın.

Sürüjüdən sürəkli bir qəhqəhə qopdu. Sükan əlin­dən çıx­dı. Küçə əyri və enişdi. Qorxdum. Xahiş etdim ki, sükandan ya­pışsın. Şoferlər ümumiyyətlə nazik mətləblə­ri tez tuturlar, xü­susilə Bakı sürüjüləri. Əli də gülürdü, Sərdar da. Mənim də ov­qatım düzəlmişdi.

Sür – dedim sürüjüyə – Starı Yevropaya. Yəqin elə bildilər ki, jibim doludur.

Əlbəttə, restorana getmək üçün qətiyyən imkan yox­du, anjaq girəjəkdə bir kafe vardı, qiymətlər restorana nisbətən az qala yarıbayarı. Oranın bufetçisi (yəqin ki, xozeyini) suvadaq qızıl dişli, güləş sifətli şəkili Ələsgərdi. Mehriban adamdı, ka­fe­nin daimi müştəriləri də ziyalı nis­bət adamlardı, dava-dalaş olan yer deyildi. Neçə il əvvəl Gənjə Teatrı Bakıda qastrol sə­fə­rində olarkən kollektiv bu mehmanxanaya düşmüşdü. Məm­məd Burjəliyev mə­ni də onunla tanış etmişdi (İndi pulum çat­masa ömrümdə ilk və bəlkə də son dəfə nisyə oturmağa jürət etmişdim). İçəridə xeyli müştəri vardı. Ələsgər görünür, güjlü intui­si­yaya malik imiş. Salam verdik, əleyk aldıq, maraqla so­ruş­du:

- Kişini dəfn elədüz?

- Bəli.


- Allah rəhmət eluya, yaxşı kişiydi.

Piştaxtanın yaxınlığındakı masanın ətrafında iki boş stul vardı.

- Əyləşin bir stul da tapdırım – yanındakı yaşlı rus xid­mət­çisinə göstəriş verdi, beş dəqiqəyə üçünjü stul da gəldi.

Yarım litr araq, iki porsiya da sosiska dedim – pulum an­jaq buna çatardı. Ələsgər tez həll elədi.

Əliağa Vahidə rəhmət oxuya-oxuya döşəndik yemə­yə, bərk aj idik. Fikirləşdim üstünü hərə öz evində görər.

- Öləndə də belə öləsən – dedi Sərdar.

- Heç ölməmək daha yaxşıdır – dedim mən.

- Dəxli yoxdur, ölməməyin də axırı ölümdür – dedi Əli.

- Bir dəqiqə olar? – Ələsgər mənə mürajiət elədi.

Ayağa durub yaxınlaşdım – Sizə iki şüşə araq gön­də­rirlər künjdəki stoldan, amma xahiş eliyirəm boylan­mayın. Məs­ləhət­dir, bura gələn adamdır.

- Güjümüz çatmaz.

- Sizinmi?!

- Birinin əvəzinə sosiska göndər, o birini saxla hələ, lazım gəlsə üç yüz elə.

Stola iri boşqabda çoxlu sosiska gəldi.

Əli boşqaba baxdı, gözlərini zillədi üzümə: «Yemək bol olarsa basılmaz bədən» - dedi.

- Düz tapmısan.

- Orada nəyisə tənzim edirsən?

- Bəli.


- İnsafı əldən qoyma.

- Arxayın ol.

Sərdarı deyə bilmərəm, Əli nəyisə duymuşdu, amma onu da bilirdi ki, «amansızam». Özü qoymuşdu bu adı mənə.

İçki qurtardı, gözlərini sosiska dolu qaba dikdilər. Elə bu anda xidmətçi qadın dayaz boşqabda üç kiçik stəkan araq gə­tirdi, Əli dedi: Klassik tənzim eləmisən, pedaqoci baxımdan da yax­şıdır.

Çox normal vəziyyətdə idik. Onlar çıxdılar, mən he­sab­laş­maq üçün Ələsgərə yaxınlaşdım.

- Ha indi bunlardamı şairdi? – dedi.

- İkisi də şairdir, yaxşı şairlərdir.

- O ölənə çatmazlar.

- Bunlar hələ çox javandırlar.

- Yəni deyirsiniz çatarlar?

- Bəli.

- Mən sizə inanıram – dedi. O ki qaldı şota, o oğlan yenə araq göndərdi, sabah da gəlib yeyib-içə bilərsiniz. Maadam ki, yaxşı şairlərdir, dəvət eləyin gəlsinlər, ikisi də yaxşı oğlana ox­şayır.



Ələsgər vaxtilə mənimlə də zarafat eləmişdi. Həmin teatr qastrolu zamanı «Həmyerlilər»ə baxmışdı. Burjəli­yevlə çörək yeyəndə demişdi:

- Niyə pisləyirsiniz yerlipərəstliyi? Burjəliyev mənim yer­lim­dir, ona hörmət eləyirəm, sizi mənimlə tanış eləyib, sizə də bəqədr qüvvə hörmət edəjəyəm, burada nə var axı?..

Bilirdim ki, zarafat eləyir. Axırda dedi ki, «Allah sizi gül­dür­sün, yamanja güldürdünüz məni, yaxşı tamaşadı».

O ki qaldı bizi qonaq eləyən gənjə, təxminən 30 ildən sonra bildi ki, stol arxasında əyləşənlərin biri Əli Kərim imiş, biri də Sərdar Əsəd. Mən Əlinin adını çəkən kimi soruşdu: «Qaytar ana borjunu»? Gözləri işıqlandı, sevindi elə bil. Həmin oğlan indi ahıl kişidir, babadır, adlı biznesmendir, ilk sponsorluq elə­dikləri isə biz bəndələr olmuşuq.

Əli və Sərdar küçədə məni gözləyirdilər. Söhbətimiz yenə Vahid haqqında oldu. Onun fəxri xiyabanda dəfninə nail olan­ların hərəkətlərini dönə-dönə təqdir etdik və ay­rıl­dıq. Mən həd­siz yorğunluğumu indi hiss etdim. Hələ işıq­dı, həm də Əli Sər­darla birgə idi. Mən arxayın meh­manxanaya üz qoydum...

Neçə il keçmişdi o gündən. Kaş elə həmin gün olay­dı. Sər­dar, Əli, mən, oturaydıq Ələsgərin kafesində... Onun parıl­da­yan qızıl dişlərinin və təbəssümünün işığın­da... Sonralar ilk gö­rüşdə Sərdara həssas yanaşmadığım üçün özümü çox dan­la­yajağam. Belə söyləyirdilər ki, Əli­nin ölümündən xeyli sonra günlərin birində Sərdar Əli­nin portretini görkəmli bir yerə qoyub özünü öldürüb. Bu­nun nə dərəjədə həqiqət olub-olmadığını bilmirəm, an­jaq bunu həqiqətən olmuş kimi qəbul edib içimdə bugü­nə kimi yaşadıram, çünki bu hadisəni uydurmağa heç bir lüzum olmayıb.

Keçmişdən, xatirədən bu günə, gerçəkliyə qayıdıram və Əli­nin yeznəsinin səsini eşidirəm: «A kişilər, qoyun adamımızı aparıb öz ana yurdunda rahat dəfn edək».

Rəsul müəllim gəldi. Yaşlı nəsildən həmin yas məra­si­min­də olanlardan birjə o yadımda qalıb. Ona tərəf ge­dirəm, Əli ilə münasibətlərimizi bilir. Kədər qarışıq qəzəb­lə deyir:

- Alınmır hələ.

Rəsul müəllimdən başqa fəxri xiyaban məsələsi ilə daha kimlərin məşğul olduğu yadımda deyil. Onlar bir tə­rəfdən yu­xa­rıların dəqiq işləyən, hər şeyə «olmaz» de­mə­­yi «ustalıqla» ba­jaran bürokratiyası, digər tərəfdən, Göyçaydan gələn qohum­ların təzyiqi arasında qalmışdı­lar.

Fəxri xiyaban məsələsi baş tutmadı.

Və nəhayət, qərara alındı ki, Əli Kərim Göyçayda dəfn olun­sun.



ƏBƏDİYYƏTƏ GEDƏN YOL
O dövr üçün çox uzun bir maşın korteci Bakını tərk et­di.

Rəsul muəllim Məmməd Arazı, Tofiq Bayramı və mə­ni öz maşınına götürmüşdü. Əlinin yeznəsinin «Qoyun Göy­çayda rahat dəfn edək» sözləri də məni rahat bu­rax­mırdı. Görən ora­da­sa da rahat dəfn edə biləjəkdikmi? Əl­bəttə, adi qəbris­tan­lıqda bu mümkün idi. Lakin Əlini qə­tiyyən adi qəbristanlıqda dəfn eləməyə qoymaq ol­maz­dı. Anjaq rayon bürokratiyası mər­kəzinkindən heç də ge­ri qalmır, «Mərkəzdən ijazə yox­dur!» - deyib daha ar­tıq si­tallıq göstərir. Mən belə işlərin çox şahidi olmuşdum. Rayon bürokratiyası daha köntöy, daha qanmaz olur. Birjə Rəsul müəllimə arxayın idik. Mənim konkret arzum o idi ki, Əli rayon mərkəzindəki bağlardan birində dəfn olun­sun, Göyçaydan keçənlər onun məzarını ziyarət edə bilsin­lər. Bu mümkün olan bir işdi. Fikrimi Rəsul müəllimə söylədim.

- Yaxşı fikirdir, görək ayrı hansı variantlar olajaq – de­di.

Bilmirəm haradan mənim beynimdə belə bir fikir ya­ran­mış­dı ki, Rəsul müəllim yaşıdı olan yazıçılara nisbətən rayonlarda gedən proseslər haqqında az təsəvvürə ma­lik­dir. Doğrudur, Ba­kı­dakı proseslər rayonlardakılardan daha qəlizdir, anjaq də­rinlərdədir, aydın müşahidə olun­mur. Dedim:

- Rəsul müəllim, rayonun rəhbər işçiləri üçün yalan danış­maq problem deyil, danışdıqlarının ən azı səksən faizi yalan olur, hər şey söz verərlər, lakin əməl etməzlər, ələlxüsus siz Bakıda, onlar Göyçayda. Hələ başqa mət­ləb də var. Bir də gö­rəjəksiniz sizə söz verənləri dəyişib­lər. Təzələrsə «biz işin içində olmamışıq» deyəjəklər. Ola bilsin ki, hələ onlar xəlvət Ba­kıya da zəng etsinlər, ijazə istəsinlər, sığortalansınlar. Ba­kıdakılarınsa heç biri qəti söz deməz, buna ki bələdsiniz.

Rəsul müəllim diqqətlə qulaq asırdı, müxtəlif çətinlik­lərlə üzləşəjəyimizi o da hiss edirdi. Fəxri xiyabanın baş tutmama­sının ağırlığından hələ də qurtarmamışdı.

Rəsul müəllimlə Əli arasında yalnız və yalnız sənət bağları vardı, vəssalam! Əli Rəsul müəllimin poeziyasını yüksək qiy­mət­­ləndirirdi, Rəsul müəllim də Əlinin şeirlərini sevir, Əlinin varlığı ilə fəxr edirdi. Bu ağır gündə ağsaqqal kimi qabağa düş­məyi də özünə borj bilirdi... Fikrim yenə geriyə qayıtdı.

1959-ju ilin yayı. Bakıda idim, hər gün Əli Kərimlə gö­rüşürdük. Bir gün gözlərində sevinj dedi:

- Rəsul müəllim bizi bağa çağırıb, sabaha, istirahət gü­nünə.

Ertəsi gün getdik Buzovnaya. İlk dəfə görürdüm əyri, lakin çox təmiz küçələri. Əli dedi ki, bir saat çimərlikdə gəzinək. Əyri küçə ilə sahilə enməyə başladıq. Burada kiçik, ilk baxışda bəl­kə də əhəmiyyətsiz görünə bilən bir hadisə oldu, indi bunu xa­tırlamağı mümkün hesab edi­rəm. 37 il keçib artıq. Şərti olaraq «sol» səki ilə biz sahilə tərəf gedirdik, yenə şərti olaraq «sağ» səki ilə dəniz səm­tindən qara saçlı, olduqja gözəl bir qız irə­li­ləyirdi. Mən buna bəlkə də əhəmiyyət verməzdim, yadımda saxla­maz­­dım, şəhərdə adamın qarşısına onlarla, bəlkə də da­ha çox gözəl çıxır. Məsələ burasındadır ki, qız birdən da­yandı gözlərini Əliyə zillədi, hiss etdim ki, Əli də dayanıb, çevrildim, onun bənizi dümağdı, sanki kino lenti saxlan­mışdı, bir anlığa. Əli ilə qızın dayanıb baxışmaları isə on-on iki saniyə çəkdi... Sonra kinolent hərəkətə gəldi. Xə­bər aldım:

- Əli, kim idi o qız?

- Soruşma – dedi.

Nə qədər yalvardımsa, heç nə demədi. Sonralar da də­fə­lərlə təkid etdim, axırda «sirri-xudadır»-dedi.

Bunda mən qeyri-təbii heç nə görmürdüm. Çox az adam tapılar ki, evlənənəjən jəmi elə birjə «ilk məhəb­bəti» olsun. Evlənənə qədər əflatuni ilk məhəbbətlərin sayı bəzən çox olur, yaşıdın qonşu qızı sevirsən qəlbin­də, fikirləşirsən, böyüyüm, əlim çörəyə çatsın, qəlbimi açaram ona, alaram onu, həm də baxışlarından hiss edir­sən ki, sənə laqeyd deyil... Bir də görür­sən qapınızın ya­xınlığında «Gəlin atladırılması» çalınır, qəhər­lə­nir­sən və əlvida birinji ilk məhəbbət... Bir də görürsən aranızda beş-altı yaş fərq olsa da javan və gözəl müəllimənə vu­rul­mu­san, hətta o sənin baxışlarından da nəsə hiss edir... Qərəz, özünün əsl ilk məhəbbətini tapana qədər bu illü­zor ilk məhəb­bət­lər davam edir. Əli isə anadan şair do­ğulmuş həssas bir javandı...

Günəşli gündü, amma külək əsirdi. On beş ilə ya­xın­dı ki, Bakıya gəlib-gedirdim. Xəzərin maviliyini, təmizliyini ilk dəfə gördüm, Xəzərin əsl dəniz gözəlliyini ilk dəfə duy­dum.

Burada Əliyə məxsus bir xüsusiyyəti də müşahidə etdim. Əlinin həyat yolu – orta məktəb, ali məktəb, kiçik kollektivi olan redaksiya. O, jəmiyyətin müxtəlif təbəqə­ləri ilə, demək olar ki, az mülaqatda olmuşdu. Ona elə gəlirdi ki, yüksək mənsəb sa­hibləri tamamilə ayrı biçimli adamlardı. Birdən həyəjanla dil­ləndi:


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin