Qara teleqram



Yüklə 2,82 Mb.
səhifə8/16
tarix31.01.2017
ölçüsü2,82 Mb.
#7133
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

ÜÇ POEMA
Əslində Əli Kərimin səkkiz poeması vardır: «İlk sim­fo­niya», «Üçünjü atlı», «Heykəl və heykəlin qardaşı», «O mənə danışdı ki…», «Bir santimetr haqqında balla­da», «Uşaqların loğmanı», «Paşa, ulduzlar və uşaqlar», «Dənizdə şəhər». Bunlardan son üçü uşaqlar üçündür.

Mən bunlardan ilk üç poemanı nəzərdən keçirməyi, qa­lan­larını gələjək tədqiqatçıların öhdəsinə buraxmağı qərar­laşdır­dım. Bu üç əsərdə Əli Kərimin poema yarat­maq qüdrəti ol­duq­ja bariz şəkildə üzə çıxır.

«İlk simfoniya» qırx il bundan əvvəl yazılmış, oxuju­lar və ədəbi ijtimaiyyət arasında kifayət qədər səda sal­mışdır. Öz ilk şeirləri ilə kifayət qədər şöhrətlənmiş Əlinin poema yaradı­jı­lı­ğı­na keçməyə tam haqqı vardı. Şeirlərin­dəki konkretlik, sücetlilik, obrazlılıq ona iri həjmli epik əsər yazmaq üçün möhkəm bü­növrə idi. İndi qırx ildən sonra Əlinin həmin mövzuya nə üçün mürajiət etdiyini tam və dəqiq müəyyənləşdirmək, əlbəttə, çə­tindir. O dövr­də ədəbiyyat və injəsənətin üzərində hələ ağır par­­tiya dəyənəyi mövjud idi. Əlbəttə, Əli kimlərəsə nejə mu­siqi yazmaq barədə göstəriş vermək fikrini heç ağlına gətirə bilməzdi. Əli həmişə bədii ədəbiyyatın və injəsə­nətin tam azad olmasının tərəfdarı olmuşdur. O, özü üçün bu azadlığı mümkün həddə təmin də etmişdi. Əli Kərim özünü o dövrdə mövjud olan, konyunktur mövzu­larda yazmaq məjburiyyətindən, de­mək olar ki, xilas et­mişdi. «İlk simfoniya» poemasında xalis, sırf məhəbbət teması qoyulmamışdır, buradakı sevgi mövzusu sə­nətə sədaqət mövzusu ilə qovuşuq şəkildədir, daha doğrusu, üzvi şəkildə birləşmiş haldadır, bir bütöv ərinti kimidir. Əsər gənjlik təravəti, gənjlik nəfəsi ilə yazıldığından o dövr poeziya­mıza təzə, təmiz hava gətirmişdir.

Əsərin sücetinin mərkəzində ənənəvi üçlük durur. Lakin bu üçlüyün münasibətləri heç də ənənəvi deyildir. Fitri istedadı olan İlham qojaman bir musiqişünasın məs­ləhəti ilə təhsilini davam etdirmək üçün Bakıya gəlir. Kon­ser­vatoriyaya daxil olur. Bəstəkarlıq fakültəsində sənətin sirlərinə yiyələnir. Qonşuluqda yaşayan Nigar adlı skrip­ka çalan gözəl qızla sevişir, evlənir, səmimi ailə həyatı qu­rur. Konservatoriyada adlı-sanlı, dəbdə olan Azad adlı bəstəkarla İlham arasında sırf estetik zəmində ixtilaf baş verir. Aralarında ilkində yaxşı münasibət olsa da İl­ham Azadın əsərlərinin yüngül yolla yarandığını, ömürsüz ol­du­ğunu birbaşa üzünə deyir. Yüngül şöhrət aludəsi olan Azad onun dediklərini rişxəndlə qarşılayır. Geniş miqyaslı müşavi­rə­də də Azad öz fikrini deməkdən çəkinmir. Mə­sə­lə burasındadır ki, Nigar Azadı əsl sənətkar hesab edir, onun əsərlərini də həvəslə ifa edir, İlhamdan da xahiş edir ki, onunla ixtilafa gir­məsin. Azad həm öz nəfsinin diq­təsi, həm də İlhamdan intiqam almaq niyyəti ilə Niga­rın ona olan xoş münasibətindən istifadə edərək gəlini yoldan çıxarır. Nigar ərinə xəyanət edir. Bu xə­yanət İlha­mı da, Nigarın özünü də olmazın əzablara düçar edir. Ailəsi dağılan İlham bütün qüvvəsini yaradıjılığa həsr edir. Bu dəfə musiqi qarşısına qoyduğu yüksək tələbləri əyani təjəssüm etdirən parlaq bir simfoniya yazaraq Aza­dı sənət meydanında tam məğlubiyyətə uğradır.

Təbii ki, belə bir maraq doğura bilən sücet sxemi qürmaq o qədər də çətin deyildi. Ən çətini buradakı hadi­sələri psixoloci jəhətdən əsaslandırmaq, obrazların hər addımını bəraətləndir­mək, mürəkkəb və çətin məqamla­rın həyəjanlarını poeziya dili ilə, yüksək sənətkarlıqla ver­­­mək idi.

Biz əvvəldə Əlinin güjlü musiqi duyumuna malik ol­duğunu demişdik. Bu mənada onun musiqiçilərin həya­tın­dan bəhs edən bədii əsər yazmağa tam səlahiyyəti var­dı. Nəzərə alsaq ki, bədii ədəbiyyat da, musiqi də hər ikisi injəsənətin növləridir, hər ikisi müştərək injəsənət qanunları əsasında yaranır, onda Əlinin bu mövzunun həllində daha sərbəst hərəkət etmək im­kanlarının kifayət qədər olduğu qənaətinə gələ bilərik. Bu mə­nada şair Əlinin poeziya qarşısında qoyduğu tələblərlə bəstə­kar İlhamın musiqi qarşısına qoyduğu tələblərin bir sıra hal­larda üst-üstə düşməsinə təəjjüb etməməliyik. Əli Kərim də poeziya aləminə kəndin, təbiətin qoynundan gəlmişdi, İlham da. Əli poe­mada İlhamın dotələbliyini əsaslan­dır­­maq üçün çox əmək sərf etmiş, maraqlı detallar tap­mış, dərin müşahidələr apar­mış­dır.

Dünya mədəniyyətinin inkişaf tarixi göstərir ki, əsa­sən pay­taxtlarda mərkəzləşən injəsənət (musiqi, rəs­sam­­lıq, bədii ədə­biy­yat), əyalətlərdən mütəmadi olaraq yeni qıvvələr gəlmə­yən­də süstləşməyə, zəifləməyə üz qo­yur. Bu, yaxın qohumların bir-biriləri ilə evlənməsi nəti­jəsində nəslin jırlaşmasına gətirən hadisəyə də çox ox­şayır. Bunu nəzərə alaraq Azərbayjanın mu­­siqi nəhəngi Üzeyir bəy, vokal sənətinin təkrarsız nümayən­dəsi Bülbül kimi xalqın ürəyindən qopmuş sənətkarlar nəinki paytaxt­da qərar tutmuş injəsənətin qapılarını əyalətlərin üzünə açıq saxlayırdılar, hətta özləri bilavasitə yerlərdə istedad­la­rı arayıb-axtarır, kəşf edib Bakıya gətirirdilər. Onların ye­tişib art­ması üçün əllərində olan bütün imkanlardan istifadə edirdilər. Əlinin «İlk simfoniya» əsərində Üzeyir bəy məktəbi keçmiş bir professor – musiqişünas var – Eyvaz. Təəssüf ki, əsərdə o bir dolğun obraz səviyyəsinə qaldırılmayıb, bəlkə buna heç ehtiyaj da olmamışdır. La­kin poemanın mərkəzində paytaxt musiqi həyatına donor ola biləjək bir obraz vardır – bu əsərin baş qəhrəmanı İlhamdır.

İlham təbiətin özü qədər safdır, təmizdir, təbiətin özü kimi təbiidir. Təbiət onun təskinlik mənbəyidir, gözəllik mənbəyi, gözəllik meyarıdır. Onun yüksəlişə gedən yolu da təbiətin qoy­nundan keçir.

Təpələrin başından,

Qayaların qaşından

Keçib gedən bir jığır

Göylərə sanki çıxır.

Uşaq təbiətə həssasdır, onun görmə, xüsusilə eşit­mə qa­biliyyəti çox güjlüdür. Onun musiqiyə qulaq asmaq üçün kon­sertə getməyə, radionu işə salmağa da elə bir ehtiyajı yoxdur. O, təbiəti dinləməyi bajarır, arzu elədiyi bütün səsləri eşidə bi­lir, təbiətin bəstələdiyi melodiyaları dinləyə bilir. Onun zənninjə təbiətin xüsusi səslərindən, xüsusi musiqi lövhələrindən başqa, onun mənzərələrinin də səssiz səsləri var.


Dağ başında günə bax,

Aşağıda yağışdır.

Dağın güneyi yaydır,

Dağın quzeyi qışdır.

Göz zilləyib baxanda

Görünməyən saf sular!

Dərin dərə, əyri yol

O ahular, ahular…

Dağ döşündə qalan qar

Əriməyə başlayır.

Yarpaqların ujundan

Damjılar axdı bu an,

Axdı, yerə tələsdi;

Damjı yarpağa düşdü,

Damjıdan qaçdı damjı,

Damjı onu haqladı,

Damjı onu birjə an

Sanki göydə saxladı.

Sonra ikisi də bir,

Axıb gəldi aşağı…

Oğlanın eşitdiyi hələ ki, səslərdir. Mahnıların, simfo­ni­ya­la­rın ilk ünsürləridir – bunlar adi səslər deyil, bunlar musiqidir, la­kin əsərlər deyil. Bunlar uşağı həyəjanlan­dır­sa da hələ əsl for­masını tapmamış parçalardır və oğlanı yerindən oynatmaq gü­jünə malik deyildir. Anjaq damjı­lar artıq oğlanın təxəyyülündə müsiqi əsərlərinə çevril­mək­­dədir – oğlan artıq bir mətləbi dərk etməyə başla­mış­dır ki, böyük gözəl əsərlər damjı-damjı yığılır, damjılar­dan yaranır. Oğlan bunu dərk etməyə başlarkən qu­laq­la­rı­na ana təbiətin bəstələdiyi (damjıların sıralanması yox, hər hansı bəstənin yaranma prosesi yox), təbiətin harada­sa İlhamın nəzərlərindən uzaqlarda bəstələdiyi bütöv yet­kin nəğ­mə asimana bülənd olur. Bu mürəkkəb prosesi tutmaq üçün poemadan bütöv bir parçanı verməyə də­yər.

Elə bu dəm uzaqdan,

Bir nəğmə yüksəlirdi,

Haradansa o taydan

Nəğməyə səs verdilər,

Dağları dindirdilər.

Səs gəlmədi bu taydan,

Elə səs də gəldi ki,

İkinji səs də batdı.

O elə yüksəldi ki,

Sanki üfüqə çatdı.

Başqa səs də ujaldı,

Nəğməni aldı, getdi.

Qayalar fikrə daldı,

Quş qanad saldı getdi.

Bu nəğmə qanadlanıb,

Dağdan-dağa atlanıb,

Gah getdi, gah qayıtdı,

Gah bulandı, pis oldu,

Damjı-damjı yığılan

Uşağa yoldaş olan

Bu çay kimi nəhayət,

Durulub təmiz oldu.

Oğlan da Əli kimi özünü təbiətin bir hissəsi hesab edir. Madam ki, təbiət öz sirlərini ondan gizlətmir, bəstə­lədiyi bakir nəğmələri əvvəljə onun üçün – doğması üçün ifa edir, deməli özünün qüdrətini də övladından əsir­gəmir. Nazim Hikmət jeviz ağajına çevrilə bildiyi kimi Əli də bir gejəlik Kür ola bilirdi, də­nizə də dönə bilirdi. Əli Kərim özünün təbiətə belə sıx bağlılığını yaratdığı bəstə­kar obrazına keçirməyi zəruri saymışdır. Həyatı duymaq­da, qavramaqda prinsipjə şairlə bəstəkar arasında elə bir fərq yoxdur. İlham artıq təbiəti «oxuya» bilir. Təbiəti duyma, qavrama məqamları elə bil, qələmə çətin gələn ilham prosesi­nin təsviridir. İlham dərk etməyə başlayır ki, bütün gözəlliklərin mənbəyi təbiətin özüdür – ona yaxın olmaq, ondan qopmamaq injəsənətin rəhnidir. Bədii sə­nət, əsl sənət həyatın jövhəridir. Bu jövhərlər əsasında həyatın özünü bütöv təsəvvürə gətirə, hətta onun rahiy­yə­sini də duya bilərik. Bu jövhərlər damjı-damjı yığılır, təbiətin, həyatın janından sıxılıb çıxarılır. Hər bir damjıda çay var, dəniz var.

Nəğmə axdı, çay axdı,

Nəğmədə vüsal, həsrət,

Çayda ulduz, ay axdı.

Uşaq, gözündə heyrət,

Əksini çayda gördü,

Arzusunu nəğmədə;

Çox istədi ujadan

Bu arzunu nəql edə.

Səs verdi o taydakı

Ən uzaq, gözəl səsə,

Oxuduqja oxudu,

Düşdü min bir həvəsə.

Amma səsi çatmadı,

Uzaq dağlar qaşına.

Bayaqkı səs batmadı,

Aldı kəndi başına.

Uşaq nejə dözərdi,

Uşaq yaman xar oldu.

Onun bu sirli dərdi

Nəğmədə xallar oldu.

Beləliklə, təbiət, dünya özünün sirli, əsrarəngiz alə­mini yavaş-yavaş öz oğluna etibar edir, açır. Vergi deyilən şey de­yəsən elə bu özüdür. «Sirli dərdin nəğmədə xal­lara» çevrilməsi İlhamda ilahi verginin olduğunu göstərən əlamətdir. O Bakıya özü ilə təbiəti danışdırmaq, onunla təmasda ola bilmək bajarığı aparmışdır. Bəlkə konserva­toiya divarları arasında olanların çoxunda bu keyfiyyət, bu nemət yoxdur. Hər şey var, təkjə bu yoxdur, bu aləm­də isə həmin keyfiyyət yoxdursa, demək heç nə yoxdur. İlhamda bu «vergi»ni realizə etmək, təbiətin ona bəxş et­diyi nemətin əvəzini qaytarmaq üçün güjlü xarakter də olmalıdır. Daima təbiətin qoynunda olmağı elə bil İlhamın xarakterinə də təsir göstərmişdir. O, yağışı da görüb, yağ­muru da, şimşək çaxması da, göylərin dəhşətli gu­rul­tuları da, ildırımın ağajları parçalaması da ona tanışdır. Ata-anasını erkən itirsə də, xala himayəsində böyüsə də, uşaqlıqdan onda bir ötkəmlik, bir inadkarlıq da var. Seç­diyi yoldan dönməmək, şöhrətə aludə olmamaq, təmizlik, eşqə sədaqət ona xas olan əsas əlamət­lər­dir. Yüksək əx­laqi keyfiyyətlərə malik olan İlham Azadın bütün nöq­san və qüsurlarını sərt və çılpaqlığı ilə onun üzünə deyir; Azadın adından, şöhrətindən, sanından zərrəjə çəkinmir.

İlhamın məhəbbəti də saf və ülvidir. O, Nigarı ona inandığı qədər sevir, sevdiyi qədər də inanır. İlham qətiy­yən ağlına da gətirə bilmir ki, Nigar nə vaxtsa, haradasa ona xəyanət edə bilər. Çünki onların məhəbbəti təbii, səmimi, olduqja təmiz bir zəmində boy vermişdir, rəvan bir axarla günü-gündən səmimi­ləşən, daha da hərarətlə­nən istiqamətdə bütün şübhə kölgə­lə­ri­nin fövqündə irəli gedir. Onun Nigara olan inamı da bəxti­yar­lığının əsasla­rın­dan biridir. Lakin bu təbiət oğlu özünün ilk sar­sı­dıjı zərbəsini ən çox sevdiyi adamdan alır. Şair İlhamın Nigar həsrətini hərtərəfli açır. Hələ Nigarın «yoxa çıxma» səbə­bini bil­məyən İlhama otaqdakı bütün əşyalar ilk məhəb­bətini xatırladır. Günlər, həftələr keçir, Nigar gəlmir, Ni­gar­dan bir xəbər çıxmır. İztirablar artır.

Dolandı həftələr, dolandı günlər,

Ay da başa çatdı, Nigar gəlmədi.

Günəş axşam batıb göründü səhər,

Hər gedən qayıtdı, Nigar gəlmədi…

…Pənjərə qarşısında

Dayandı, fikrə daldı.

Açılmadı pənjərə,

Bu Nigar harda qaldı…

Dibçəkdəki çiçəklər

Saraldılar, gəlmədi,

Qaraldılar, gəlmədi!..

İlham Nigarın nə üçün doğma ojağı qoyub getməsi­nin sə­bəbini biləndə dəli olmaq dərəjəsinə gəlir. Evdən çıxır. Haraya getdiyini özü də bilmir. Gözlərinə heç nə görünmür, az qala maşının altına düşə. Nəhayət sahildə­ki sınıq skamyada əyləşib keçən günləri xatırlayır. Əli onun daxili dünyasında baş verən təlatümləri göstərmək üçün oricinal bədii təsvir vasitələrindən istifadə edir. Bu daxili düşünjələrdən belə bir arzu hasil olur: «Keçən gün­lər geri qayıtsın, sanki heç bir hadisə baş verməmiş kimi».

Qonaq gəlin birjə an,

Ey ötən günlər, aylar.

Günəş, tərsinə fırlan,

Axın geriyə, çaylar!

Javanlaşın, adamlar,

Bəlkə dönə o bahar!

İlhamın ürəyindən əsən joşğun küləklər Xəzəri ye­rin­dən oynadır.

Xəzri əsdi, nə əsdi,

Xəzri hara tələsdi?

Çiçəkləri, gülləri

Ələk-vələk elədi,

Nəyi aradı külək?

Joşdu haray çəkərək

Döydü pənjərələri,

Külək,

şişirtdi, açdı



Qaldırdı pərdələri

Parçaladı Xəzəri;

Birdən şahə qaldırıb

Dindirdi dalğaları,

Endirdi dalğaları.

Nigarı axtardımı,

Joşan xəzri Nigarı?

Bu parçanın ilk hissəsindəki tapıntı şair tərəfindən son­ralar inkişaf etdirildi və «Qayıt» adlı məşhur şeir mey­dana gəldi. Bu­rada isə joşan xəzri İlhamın düşünjə, izti­rab və həyəjanlarının ifadəsidir. Lakin bütün dərdlər, ələm­lər İlhamı sona qədər sarsıda bilmir. O, gənjlik illəri­nin şah əsərini böyük uğurla başa vurur. Və qəlbindəki sənət eşqinin ölməzliyini nümayiş etdirir. İlham yaxşı mə­nada inadkardır, sözündən, əməlindən dönməz­dir. Doğru yol seçdiyini əvvəljədən dərk etdiyi üçün bütün çə­tinlik­lərə baxmayaraq öz amalından dönmür.

İlham yaradıjılıq baxımından Azadı özünə rəqib he­sab etmir. Çünki onun sənətini jiddi qəbul etmir. Əli Azad obrazını o dövr üçün məqbul sayılan bir rənglə, yalnız qara rənglə, qara boyalarla təqdim etmir. Çünki elə-belə adi adam deyildir, onun özünün heç də kiçik olmayan dinləyiji auditoriyası vardır. Bu auditoriya heç də sıravi dinləyijilərdən ibarət deyildir. Onların sırasında konservatoriya təhsilli ifaçılar da vardır. Lakin söhbət­lər­dən məlum olur ki, Azadın insanı heyran edən, haldan- hala sala bilən nəğmə yaratmaq iqtidarı yoxdur, onun eyş-işrətə səsləyən sənəti saf məhəbbətə yaddır. Azadı konyunktur möv­zular özünə çəkir, belə sifarişli mövzu­lara aludə olmaq bəzən onu müvəqqəti də olsa ön sıraya da çıxarır. Sənətə hədsiz tə­ləbkar olan İlham söhbət za­manı Azadın əsas qüsurunu üzü­nəjə deyir, sən demə, Azadın nailiyyət zənn etdiyi nə varsa, sadəjə olaraq ujuz bir şeymiş.

Sən dediyin səsləri

Hamı eşidə bilər.

Sənətkar üçün isə



Sükutdan da səs gələr,

Hanı təzə boylanan

Çiçəklərin sədası?

Ürəyə ilk iz salan

Diləklərin sədası.

Sənsə nə düşdü yada

Tezjə bəstələyirsən,

Müvəqqəti olsa da,

Bizi üstələyirsən...

Azadın muğama münasibəti də səthidir. İlhamın fik­rin­jə o, «muğamın kəfini xörək yerinə dinləyijilərə» ye­dir­dir.

İlham muğama olduqja yüksək qiymət verir, onun vasitəsi ilə dünyanı fəth etməyin mümkünlüyünü söyləyir və eyni za­manda bu sənətə israfçılıqla yanaşmağın əley­hinə olduğunu söyləyir.

… dediyim muğamat ki, var,

Göy kimi, yer kimi dərindir, dərin.

Amma muğamatdan bəzən bəstəkar

Köçürür sadəjə çox nəğmələri.

Muğam elə dərin bir dəryadır ki,

Muğamdan min dəfə söz salmaq olar.

O elə qəribə bir mənadır ki,

Onunla dünyaya səs salmaq olar.

Kimi bu dəryanın üzündən keçir,

Kimi də baş vurur, injilər seçir.

Çırpınır illərlə inji seçənlər.

Amma bu dəryanı üzdən keçənlər,

Köpüklə doldurub ağzını üzdən,

Deyir ki, ən gözəl sənətkaram mən.

Əlinin muğam haqqında bu müdrik sözləri deyəndə jəmi iyirmi iki-iyirmi üç yaşı olardı. İlham aşkarja görür ki, Azad nə vaxtsa bəstələnmiş mahnıları yeni dəbdə «bəstələməklə» məş­ğul­dur. O, Azadı sənətin halal yolu­na çağırır. Lakin sənətdə ha­lal o şəxs ola bilər ki, onun mənəviyyatı da halallığa əsaslansın. Azad İlhamın savad­sız və istedadsız olduğunu söyləyir. Bu mə­qamda o, vaxtilə Bakıya rayondan gəlmiş javanları «çuşka» ad­landıran, indiki zamanda qaçqınlara «yeraz» damğası vuran əsl milliyyəti belə məlum olmayan Rote fane piconlarını xatır­ladır. Lakin Əli Kərim qətiyyən o dövr ədəbiyyatımıza xas olan bir xüsusiyyətlə mənfi obrazı tam qara rəngdə ver­mək üs­lu­bu­nu rədd edir. Onu özünə, sənət və peşəsi­nə məxsus ştrix­lərlə təqdim edir. O hərjailiyini qanadlı ifadə ilə bildirməkdən hətta həzz alır:

Dərdim bu gözəllərin

Sayı qədərdir mənim.

Bu ifadəni hələ nisbətən abırlı da hesab etmək olar. Birdən onun həyasızlığı bütün hədləri aşır.

Gözəllər hamısı arvadımdır.

O, qadınların, xüsusilə gənj qadınların psixologiya­sını yax­şı öyrənmişdir. Bunu bədii yaradıjılıq naminə et­səydi, qadın­la­rın hiss və həyəjanlarını, iztirab və dərdlə­rini musiqi dili ilə ver­mək üçün etsəydi, nə vardı ki. Azad qadınları izləməyin, hey­rətə salmağın, məftun etməyin yollarını yaxşı bilir, bunları dəfə­lərlə sınaqdan çıxarmışdır. Onun adi baxışlarında da Əlinin kəşf etdiyi bir hərjailik var:

Bu gələn nə gözəldir:

O, ujadır, o, qıvraq.

Bu nə qoldur, nə əldir,

Uzun barmağına bax!

Baxışları xumardır,

Hey süzülür, hey axır.

Onun nə fikri vardır?

Nigara nə çox baxır?

Gəzir onun baxışı

Nigarın buxağında,

Belində, ayağında.

Nigar bir az oturub

Keçdi qonşu otağa.


O dözmədi Azadla

Üz-üzə oturmağa.

Bu dinamik portretdə çox mətləb var. Təbiət insana gözəl­liyi bir həzz mənbəyi kimi vermişdir, baxsınlar, fey­zi­yab olsun­lar. Gözəllik bir məlhəmdir, hissləri, duyğuları sığallayıb insana xoş bir ruhi dinjlik gətirən məlhəm. Aza­dın gözəlliyi isə insan münasibətlərini, ailə xoşbəxtli­yini dağıdıb tarımar etməyə yö­nəl­dilmiş məşum bir gözəl­likdir. Onun şirinsov gözəlliyi də Ni­garı az jəlb etmir. O, öz davranışlarında ölçü-biçi də gözləmir. Əsrlərlə işlən­miş, sınaqdan çıxarılmış injə bir münasibət qay­dasına çevrilmiş qadın əlini öpmək kimi adəti də bayağılaşdırır.

…Sizin ijazənizlə öpərdim bu əli mən



Hərarətli, soruju, uzun sürən öpüşdən

Nigar əlini çəkib düzələndə yoluna

Azad bir an içində girdi onun qoluna.

O, məhz bu jür həyasız «ardıjıllıqla» öz şikarlarını toruna sala bilir. Nigarın tez sınmasında Azadın xüsusi arvadbazlıq fəndləri də az iş görmür. O, elə bil bu fənnin «akademiyasını» bitirib. Bəzən adama elə gələ bilər ki, İlham onu tənqid etdiyi üçün Azad bu jür namərd bir in­tiqam yolu seçmişdir. Lakin belə deyildir. Onun gözü Ni­garı tənqiddən əvvəl tutub. Azad xəstədir, o, Şeyx Nəs­rullah xəstəliyinə mübtəladır. O qədər xəstədir ki, hələ evlənməmişdən boşamaq haqqında düşünür.

Mən buna qol qoymaram,

Evlənərəm o yandan

Çıxar daha sevimli,

Başqa sevgili janan.

Bir də boşadın, aldın;

Niyə pis çıxsın adın?

Azad öz pis əməllərində ardıjıldır, yorulmazdır, özü də düzələn deyil. Təbiidir ki, bu əxlaqın sahibindən də gözəl sənət əsəri gözləmək olmaz.

Zahiri gözəlliyi, ujuz şöhrəti onu məst etmişdir. Seç­diyi yol asan və sürüşkəndir. Müəllif istər sənətə müna­sibətdə, istərsə də əxlaqi keyfiyyətlərinə görə iki obrazı qarşılaşdırmışdır. İlham təbiətin oğludur, saflıq və səda­qət müjəssəməsidir. Onun ya­ra­dıjılığı xalq musiqisinə üzvi bağlıdır. Lakin o, xalq melodiyala­rının sadəjə tərjü­manı deyil. Bu musiqi onun üçün dayaqdır. Bu musiqiyə güvənərək o, öz əsərlərində daha dərin fəlsəfi məz­mun­lar açmağa, musiqinin ejazkar dili ilə daha ülvi və mü­rək­kəb mətləbləri açmağa çalışır, onun istedadı fitridir, isti­xana­da yox, təbiətin ana qoynunda yetişmişdir.

Biz əvvəldə demişdik ki, poemanın süceti ənənəvi üçlüyə əsaslanır. Sücet sanki sadədir, lakin bu ilk görüş­də belədir. Əli Kərim insan xarakterlərini elə təsvir edir ki, bu ənənəvi sücet arxa planda qalır. Şair üç obrazın xarak­terlərini imkan daxilində hərtərəfli açmağa çalışır. Bu xa­rak­terlərin bəlkə də ən oricinalı və maraqlısı Nigardır. Ni­ga­rı Azadın zahiri gözəlliyi və keçiji şöhrəti aldadır, o, İlhama xəyanət edir. Lakin onun bu xəyanəti nədənsə oxu­juda obraza qarşı ənənəvi nifrət oyatmır. Qəzəb nif­rə­tə çevrilmir. Bu da Əlinin obrazlara ənənəvi qara və ya ağ rənglərlə yanaşmamasından irəli gəlir.

Dramatik poema canrının həjm baxımından imkanları (müasir dövrdə) nisbətən məhdud olsa da, Əli hadisələrin baş vermə səbəblərini mümkün qədər mükəmməl ver­mə­­yə çalışır. O, poema boyu Nigarın daxili aləmini daha həssaslıqla izləyir. Deyək o, İlhama xəyanəti kimi izahı çox çətin olan məqam üçün müəyyən hazırlıq görür. Bu xəyanətin mümkünlüyünün səbəbləri hardasa tərbiyə alıb yetişdiyi mühitlə çox bağlıdır. Ol­duqja təbii, təmiz bir gənj­lə gözəl həyat qurmuş (hər şeydən əvvəl də məhz buna görə oxuju rəğbətini qazanmış) Nigarı Azad­la ya­xın­lıq etməyə, onu əvvəlki arzularına (yəni İlhama rast gə­lənə qədərki arzularına) qaytarır.

Sönmüş arzuların, ehtirasların

Külləri altında qalan bir közü

Közərtdi Azadın alovlu gözü.

Yadına gör nələr düşdü Nigarın:



Kefdə, qonaqlıqda qarışıq salıb,

Qaralan axşamı, doğan səhəri.

Adi nəfəsi də ədayla alıb

Ömrü başa vuran ailələri.

Bir də ki, ilk sözü, ilk idealı:

Hamıdan şöhrətli, hamıdan

qəşəng


hər zaman,

hər yerdə

hər hünərdə tək

Gözəl bir oğlanı sevmək xəyalı.

Əli Nigarın həyatında baş verəjək dönəriliyi, tama­mi­lə Aza­dın toruna düşəjəyi məqamı psixoloci jəhətdən zər­gər də­qiqliyi ilə əsaslandırmışdır. Onun ailə mühiti haq­qında bizdə artıq təsəvvür vardır. Həmin mühitin övla­dı Nigarda da öz mü­hitinə xas olan jəhətlər az deyil. «Konservatoriya oğlanlarında ürək qoymadığı, jan qoy­madığı» da xatirindədir. Azadın zahiri gözəlliyi də öz işini görmüşdür.

Azad özü qəşəngdir,

Xasiyyəti ipəkdir...

Eh, bu gözdə, bu qaşda

İlham olaydı, İlham.

O xüsusiyyətlər ki, Nigarın alışdığı mühitdə, Azadda var­dır, bunlar İlhamda yoxdur. Və buradan da belə bir sual boylanır: Bəs onda Nigar İlhamı hansı keyfiyyətlə­ri­nə görə sevib? İlham birbaşa təbiətin saf qoynundan doğulub gəlmişdir. Və o, qətiy­yən Nigarın hər gün təmas­da olduğu oğlanlara oxşamır. İnsan psixologiyasının mü­rək­kəb və ziddiyyətli olduğunu nəzərə al­saq Nigarın orici­nal insana olan meylini başa düşmək çətin deyil. Bir müd­­dət İlhamın bənzərsizliyindən zövq alan Nigar da təd­­rijlə ərində özünün mühitinə uyğun gələ bilən jizgiləri ara­mağa başlayır və xüsusilə Azadla müqayisədə onda bu keyfiy­yət­lərin olmaması (və yaxud az olması) Nigara İlhama xəyanət etməyə bir növ «əsas» verir. Qız İlhamı öz mühitinə çəkməyə çalışsa da buna nail ola bilmir və nəhayət xəyanət edir. Bunu da onun uzun illər nəfəs almış olduğu mühitlə əlaqələndirməyə kifayət qədər əsas vardır. Bu musiqiçilər «aləmində» bəlkə la­zım olandan da artıq «mənəvi sərbəstlik» var. Burada ərdən ay­rılıb, yeni­si­nə getmək, yaxud «köhnə» arvadı boşayıb yeni­sini al­maq elə bir problem deyildir. Beləliklə, Nigar böyük zid­diy­yətlərdən, qəlb ağrılarından, peşmançılıqlardan keçə-keçə, təlatümlü günlər yaşaya-yaşaya, nəhayət, nəfsinə məğlub olur, İlhama xəyanət edir. Xüsusilə Şərqdə, o jümlədən, Azərbay­jan­da bundan böyük günah yoxdur. Belələri ən böyük lənət obyektinə çevrilirlər. Əsl bədii əsər­də insanın, özü də yaxşı in­sanın müəyyən günaha, qəbahətə yol verməsini tam inandırıjı əsaslandırmaq sə­nətkarın qarşısında duran ən çətin vəzifədir. Və poemada Nigarın lənətlənməməsi, haradasa oxuju nəzə­rin­də düş­künləşməməsi Əlinin sənətkarlıq qüdrəti ilə bağlıdır. Onun sənətə yeni gözlə baxması ilə əlaqədardır. Bu əsər­­də günahkarın özünün əməlini tezjə dərk etməsi bir növ onu lə­nət­lərdən xilas edir. O, İlhamı qoyub getməyi­nə tez peşman olur. Bunun da bədii əsası vardır. Axı onun İlhamla sevgisi ha­radasa adi bir təsadüflə bağlı de­yildir. Bu ilk məhəbbətin ojağı lap elə yaxınlara qədər çox gur yanmışdır. Onlar olduqja gözəl məqamlar ke­çir­mişlər – unudulması mümkün olmayan məqam­lar. Əli də həmin ilk məhəbbətin ətirli günlərini joşğun bir ilham­la təsvir və tərənnüm etmişdir. Bütün bunlara görə xəya­nə­tin ajısı özünü tez göstərir. Musiqisini çox sevdiyi bir adamla yaxınlıq ona sevinj və səadət əvəzinə böyük dərd, ələm gətirir. Hələ ismətini tamam itirməmiş Nigar öz-özünü danlamağa baş­layır. O, «ujalardan alçağa» en­diyini hiss edir.

Ürəyi gəldi dilə

Söylədi: Ey vəfasız,

İlhamla bir vaxt belə

Gəzirdin ay qız, ay qız.

Ah nə üçün bu Azad

Çəkdi qolundan onun

Etdi yolundan onu.

Azadgildən qayıdarkən o kimisə İlhama oxşadır. Onun bu məqamda keçirdiyi həyəjan və iztirabları Əli Kə­rim olduqja ma­raqlı və oricinal detallarla qabardır. Bü­tün məqamlarda oldu­ğu kimi burada da Əli insan psi­xo­lo­giyasını dərindən bilən bir sə­nətkar kimi çıxış edir, o, bənzətmələrini də zahiri hadi­sə­lər­dən yox, insanın daxi­lin­də baş verən psixoloci məqamlardan ta­pır.

Burda niyə dayanmış,

Niyə burdan keçirdi.

Neçə jür çıxış yolu

Dolandı xəyalında.



İstədi ki gizlənə

Redikülün dalında,

Əlindəki əzilmiş

Xırda gülün dalında.

Bunun ardınja Nigarın özünü lənətləməsi, Allaha yal­varış­ları gəlir. Nigarın əzəlinə bələd olan oxuju onun yal­varış və özünü lənətlərini səmimi qəbul edir.


İstədi ki, məhv olub,

Nə danışa, dinə o,

Dönə daşa, torpağa,

Bir heçliyə dönə o!

Dindar deyildisə də

Dedi: Allah, ay Allah,

Mənə də bax, ay Allah.

Allah, bu mən deyiləm,

Billah, bu mən deyiləm.

İlham, bu mən deyiləm…

Burda duran bu pis qız

Bir axmağın biridir.

Ölüm – onun muzdudur,

Qəbir – onun yeridir.

Məhz bu etiraf və peşmançılıqlar Nigarın günahını arxa plana atır, oxujuda ona nə isə bir mərhəmət duy­ğu­su oyadır. Nigarın həyatında baş vermiş xata onu ömrü­nün sonuna qədər bədbəxtliyə düçar edir. İnsanın özü-özünü mühakimə etməsin­dən ağır jəza yoxdur. Çünki bu ölənə qədər davam edir. Nigar geri dönməyi də xəyalına gətirmir. O, başa düşmüşdür ki, büllur şüşə çiliklənmişdir. Lakin Nigar İlhamı da unuda bilmir, heç ol­masa, onun xoş­bəxt olmasını istəyir. Etiraf və peşmançılıq ob­ra­zın bü­tün hərəkətlərində özünü göstərir. Bu baxımdan onun İlhama yazdığı məktub olduqja maraqlıdır.

Salam, könlü qan olan,

Məndən nigaran olan!

Vəfasızam,

Pis qızam,

Uzaqlarda yalqızam.

Gündüzüm qəm, gejəm qəm,

Yaşayıram hardasa

Heç özüm də bilmirəm

Yəqin deyirsən ölmüş,

Ölməmişəm mən ölmüş!

Janımı almaq üçün

Əjəli tap, əmr elə.

Mən bir heçəm, barı sən

Səadətlə ömr elə.

Əli hisslərin tarıma çəkildiyi məqamları böyük usta­lıqla əks etdirir. O, bir sıra hallarda klassik şairlərin, daha çox təjnis yaz­mış aşıq şairlərin bir kəlmə üçün belə ələk-vələk etdikləri dili­mi­zin bitməz-tükənməz jəbbəxanasın­dan yeni-yeni jinaslar, söz­lər tapır, «ölmüş» kimi. Gərgin məqamları verəndə Əlinin ilhamı şahə qalxır. Hisslər axı­nını vermək üçün o, yeni-yeni boyalar tapır. O dövrün poemalarının əksəri konyunktur mövzularda yazıldığın­dan deklarativ fikirlərin vəznə salınıb qafiyələnməsi təsiri bağışlayırdı, bu canra maraq da get-gedə sönməkdə idi. Burada da Əli öz donorluq rolunu oynadı. Əli poema ya­radıjı­lığında obrazların mükəmməl işlənməsinə xüsusi diqqət yetirir­di. Əli bu poemada Nigar obrazını hərtərəfli işləmişdir, xarakte­ri­nin tamlığı baxımından bu obraz əsər­də ön plana çıxmışdır. Bəlkə poemanın son akkordlarının Nigarla bağlanması da elə bununla əlaqədardır.

Simfoniya susmayır,

Simfoniya çağlayırdı.

Elə bu vaxt uzaqda

Yerə dikib gözünü,

Qujaqlayıb dizini

Bir gözəl ağlayırdı!


* * *

50-ji illərin sonlarında «Azərbayjan» curnalında Əli­nin «Üçün­jü atlı» poeması çap olundu. Artıq səviyyəli oxuju audi­to­riyası olan, ədəbi ijtimaiyyət tərəfindən yük­sək qiymətləndiri­lən Əlinin yaradıjılığında bu, mənim nə­zərimjə ən böyük hadi­sə idi. İlk məqamda elə bil, bu əsər tənqidin nəzərindən yayın­dı. Bəlkə elə buna görə də özümdə jəsarət tapıb məqalə yaz­maq fikrinə düşdüm. Bu əsər sücetinə görə geniş oxuju kütlə­sini çətin ki, özü­nə jəlb edə idi. Amma poeziyanı dərindən an­la­yanlar, sevənlər üçün Əli yeni bir xəzinə qapısı açmışdı. Eyni zamanda, Əli şair kimi ən mükəmməl səviyyəyə, məqa­ma çat­dığını bu əsəri ilə tam sübut etmişdi. Elə bil o, ən yüksək səviy­yədə poetik istedad imtahanı vermişdi, bir­dən-birə hər şeyə qa­dir şair səviyyəsinə yüksəlmişdi. Mənə elə gəlirdi ki, tənqidçilər də, hətta şairlər də vəjdə gəlməli, onun bu əsəri barədə ürək do­lusu sözlər deməli idilər. Poetik əsər barədə söz söyləmək mə­nim üçün nə qədər çətin olsa da yazmağı qət etdim və yaz­dım da. Adını qoydum «İkinji poema – «Üçünjü atlı». Lakin bil­mədim ki, əsl zülm bundan sonra başlanır və yazıçılar alə­mində əvvəllər təsəvvürümə də gətirə bilməyəjəyim qəribəliklərlə (bəl­kə əjayibliklərlə) üzləşdim. «Azərbay­jan» curnalı redaksi­ya­sında jəmi 6-7 nəfər çalışırdı və bunlardan biri Əlinin özü idi. Məndə elə təsəvvür vardı ki, onların hamısı istisnasız Əlinin xatirini çox istəyir. Çünki Əli elə bir ideal insan və gözəl şair idi ki, yazıçı olub, ədə­biyyatçı olub onu sevməmək mümkün de­yildi.

Yazını əvvəljə Əlinin özünə oxudum, üzündə ilıq tə­bəs­süm göründü. «Redaksiyaya təqdim edimmi?»-deyə soruşdum. Nə «hə» dedi, nə də «yox».

Tənqid şöbəsinə verdim, uzun müddət səs-soraq çıx­madı. Oxumuşdular. Amma görünür, çap etmək niyyətin­də deyildilər. Əli dinmirdi, özü haqqında yazılmış məqalə­nin verilməsi barədə qətiyyən dil bulamazdı, onda o heç Əli olmazdı. Gərgin vəzi­yyət alınmışdı. Çox get-gəldən sonra yeni təyin olunmuş re­dak­tor müavini Mikayıl Rza­qu­luzadə məni otağına dəvət etdi. Mə­qa­lənin səhifələrinə karandaşla qeydlər edilmiş, sual işarələri qo­yulmuşdu. Əsəbiləşməyimə baxmayaraq, səbrli olmağa çalı­şır­dım. M.Rzaquluzadə yaşlı adam idi və qulağında səsgüjlən­diriji aparatın düyməsi vardı. Çox gözəl uşaq yazıçısı və tərjü­mə­çi olan bu qojaman ədibin danışıq ahəngi məni açmadı. Hiss etdim ki, yazını çap etmək niyyətində deyil­lər və bu təkjə onun fikri deyil, həm də redaktorun, bəlkə məsul katibin də fikri idi. Hər xırda irad üstə (əgər həqi­qətən irad idisə) xeyli daya­nır­dı. Həmin əlyazması indi özümdədir və onların iradlarından bəzi nümunələr gətir­mək imkanı var. Mənim yeni poetik misralar ki­mi təqdim etdiyim aşağıdakı nümunələrin altdan jizgi çəkib qar­şı­sı­na sual işarələri qoyulmuşdur:

Bir deyin insafmı, mürvətmi bu da

Çəmən çöldə yata, şair otaqda.

Yaxud:

Qoymadı titrəyə soyuqda tir-tir



Qoynunda yer verdi soyuğa şair.

Başqa nümunə:

Yaşıl budaqlar,

Qovuşmuş nejə

Qaranlıqda var

Minillik gejə.

İradlarda məntiqsiz suallar da var, onları da gətirib baş­ağ­rısı vermək istəməzdim.

Göstərdiyim «iradlar» barədə xeyli danışandan sonra qo­jaman ədib axıra yaxın «Əli də hələ çox javandır» -dedi – həm də bizim işçidir, nə deyərlər buna?»

- Mən sizin göstərdiyiniz bütün iradları düzəldəjəyəm – de­dim. Ona imkan vermək istəmirdim ki, desin «məqa­lə getmə­yə­jək».

Dedi: Bəlkə heç…

Dedim: Daha nə bəlkə? Mən yazmışam, siz də düzəliş ver­mi­siniz. Yazını götürüb getdim. Xırda-para düzəlişlər edib, dümağ qəşəng kağızlara yazdırıb bir neçə gündən sonra qay­tar­dım redaksiyaya.

Növbəti dəfə Bakıya gələndə eşitdim ki, Əhməd Jə­mi­li curnala redaktor əvəzi təyin ediblər, çox sevindim. Baxmayaraq ki, o, Mədəniyyət Nazirliyində inspektor iş­lər­kən «Həmyerlilər» komediyasını tamaşaya qoymağı məsləhət bilməmişdi, əsərə rəy də verməmişdi. Üstəlik demişdi ki, «əsər getsə, səni də tu­tarlar, məni də» (Əsər getmişdi, amma heç kəsi də tutmamış­dı­lar). Bu olub-ke­çənə baxmayaraq, mən məqalənin gedəjəyinə tam ar­xa­yın oldum. Çünki poemanın mövzusu jənjəl deyildi, əsərdə nə satira vardı, nə yumor. İkinjisi, Əhməd müəl­lim­lə Əli arasında qarşılıqlı hörmət, gözəl münasibət var­dı. Əli Əhməd mü­əllimin yaradıjılığının ən qızğın pərəs­tiş­karlarından biri idi, onun əsərləri haqqında isti və gözəl bir məqalə də çap etdir­mişdi. Əhməd müəllimin də Əlinin yaradıjılığını qayğı və diq­qət­lə izlədiyini də bilirdim. Daha yerdə nə qaldı? Yerdə o qaldı ki, məqalə mütləq gedə­jək. Lakin belə olmadı. Doğrudur, o məni yax­şı qarşıladı «Gözləyirdim – dedi – səni. Əli barədəki yazın haq­qında söhbət etmək istəyirdim səninlə». Hiss etdim ki, ya­zını vermək niyyətində deyil.

- Məndən də əvvəl sənə deyiblər, Əli bizim işçidir.

- Bunun heç bir mənası yoxdur – dedim. Əli şairdir, o əsər yazıb, mən də mülahizə.

- Bəlkə ayrı yerdə çap etdirəsən, lazım gəlsə, mən də zəng edərəm.

- Məsələn, harda?

- Qəzetlərin birində.

- Qəzet üçün çox iridir.

- Bir qədər ixtisar eləmək olar.

- Axı nə üçün?

- Əli bizim işçidir, həm də poema bizim curnalda çap olu­nub, deyərlər özləri-özlərini tərifləyir – etik jəhətdən düz deyil.

- İndiyəjən bu curnalda onlarja əsər çap olunub, ilk məqalə də burada çıxıb.

- İndiyəjən ola bilərdi.

- Əhməd müəllim, buna bənzər səbəbləri sizdən əv­vəl də eşitmişəm, bunların heç biri əsas deyil.

- Bilirsənmi – dedi – mən Əlini səndən qat-qat çox is­tə­yi­rəm, amma…

- Mən də əvvəllər elə güman edirdim…

- Gümanın itdi?

- İtə bilər…

- Qətiyyən!..

- Bəlkə məqaləyə bir iradınız var?

- Elə bir iradım yoxdur, tərif hissəsi çoxdur.

- Əli tərifə layiq şairdir (Əslində mən özümdən çox narazı qalmışdım ki, Əlinin əsərini layiqinjə qiy­mət­lən­dir­mək üçün münasib ifadələri kifayət qədər tapa bilmə­miş­dim).

- Əlbəttə, Əli sənin yazdığından daha çox tərifə layiq­dir, am­ma biz ona yaxşılıq əvəzinə pislik etmiş olarıq. Bu ədəbi mü­hitin özünə görə qayda-qanunları var…

Çətin anlaşılan sözlər idi Əhməd müəllimin dedikləri. «Nejə yəni pislik eləmiş olarıq?» Başqasının dilindən eşit­səydim bu söz­ləri bəlkə o qədər də əhəmiyyət ver­məz­dim. Bu sözlər heç də o mənada deyilməmişdi ki, Əli guya tərifdən bədgüman ola bilər. Yox, ədəbiyyat və in­jə­sənətlə bağlı mətbuatda Əli barə­də, onun gözəl şeirləri haqqında çox gözəl fikirlər söylənmişdi, bunlar Əlinin halına heç jür təsir göstərməmişdi, Əli yenə Əli idi («Də­niz yenə dənizdi»). Bədgümanlıq adlanan mərəz Əli­dən kosmik məsafədə idi. Burada söhbət ayrı mətləbdən ge­də bilərdi. Əli üçün tərifi hansı dozada buraxmaq olardı? Axı Əli heç kəsin qohumu, heç kəsin «adamı», heç kəsin xəbər apa­ra­nı, heç kəsin də həmyerlisi deyildi. Heç kəs­dən, heç bir şeydən qorxmayan Rəsul Rza isə tək birjə şeydən qorxurdu, qorxurdu ki, birdən ona «yerlipərəst» deyərlər. Əli deyək, qubalı olsaydı, Rəsul Rza ona qorx­madan kömək edə bilərdi, yəqin.Əhməd mü­əllimin Yazı­çılar İttifaqının «Siyasi bürosuna», yəni Rəyasət Heyətinə giriş haqqı vardı və oradakı on-on iki adamın söhbət­lərini eşitmək, rəyləri bilmək, bunlardan nətijə çıxarmaq imka­nına malik idi. Belə çıxırdı ki, hər hansı javan sənətkarın özü­nün qum saatı var, vaxt yetişəndə onu layiq olduğu sözlərlə tərifləmək olar və ya heç olmaz. Əgər Əli Kərim haqqında adı­na layiq (və ya ona yaxın) bir yazı vaxtından əvvəl (və ya sanksiyasız) çıxsa, ona pislik edilmiş olar. Gö­rünür, Parnasda əyləşən şairlər haqqında işlədilən epi­tetləri də javan şairlər haq­qında işlətmək olmazdı. Qəribə idi. İttifaq rəhbərliyində bir ierarxiya vardı. Anjaq əlavə qeyri-rəsmi ierarxiya da mövjud idi və onun qüvvə­si rəsmidən çox-çox artıq idi. Bu şairlər qüt­bündəki dörd­lükdə daha aydın və dəqiq görünürdü – Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim. Əgər bun­lardan birinə xalq şairi adı verilirdisə, qalan üçü də sıra ilə al­malı idi və əgər bunlardan biri Stalin mükafatına layiq görülür­düsə, qalanları da hökmən laureat olurdular (Əgər bu qayda pozulsa, yəqin dünya dağılardı). Deyək, bu dördlük Əhməd Jə­mili öz içinə alıb beşliyə və ya Os­man Sarıvəllini də qəbul edib altılığa çevrilə bilməzdi, axı­ra qədər də çevrilə bilmədi. Görü­nür, burada istedaddan başqa xarakter faktoru da böyük rol oy­na­yırmış.

Axı Əhməd Jəmil unikal bir şair idi, bunu «dördlük» özü də yaxşı bilirdi və təsdiq də edirdilər. Həmin «dörd­lükdə» az-çox tema seçməkdə və onun ifadəsində bir-birinə oxşar təriflər də tapmaq olardı, lakin Əhməd Jəmil heç kəsə oxşayan (özündən başqa) deyildi, bütün ta­pıntı­lar özünə məxsusdu. Konyunktur­luqdan çox-çox uzaq sə­nətkardı (yalnız yaradıjılığının sonlarına doğru bir sıra «ak­tual» şeirlər yazdı).

O öz haqqını tələb edən də deyildi. Görünür, sağ-sa­lamat qalmağına şükranlar edirdi (bəlkə əksinə). 37-də nələr görmüş­düsə, onların xofu ömrünün sonunadək onun janından çıxma­mışdı.

İndi mən ajı bir heyrətlə qəlbimin lap dərinliyindən gələn bir məhəbbətlə sevdiyim, poeziyasının vurğunu ol­duğum şairə ba­xırdım.

Stalin də ölmüşdü, 20-ji qurultay da olmuşdu…

- Əhməd müəllim – dedim – mən sonadək yazının çap olunmasında təkid edəjəyəm. İnanmıram ki, Əli bun­dan zərər çəkə.

- Mən məsələni elə qoymuram, «pislik», «zərər» söz­lərini dilimizə gətirməyək. Sadəjə olaraq həmin poema bizim curnal­da çap olunduğu üçün etik baxımdan bizim ona qiymət vermə­yimiz düzgün olmazdı.

Mən Əhməd müəllimin işlətdiyi sözləri, gətirdiyi «dəlil­ləri» əvvəllər də bəzi əməkdaşların dillərindən eşitmiş­dim. Görünür onlar Əhməd müəllimin qulaqlarını kifayət qədər, bəlkə də qə­də­rindən artıq doldurmuşdular. Otaq­dan çıxanda Əli ilə rastlaş­dım. O, görünür, vəziyyətin nə yerdə olduğunu məndən yaxşı bilirdi. Mən nə əvvəllər Mikayıl Rzaquluzadə ilə söhbətimi Əliyə danışmamışdım, nə də indikini danışası idim. Bu bəlkə də on­la­rın əmək­daşlığına xələl gətirə bilərdi. Bu dəfə əhvalımın yaxşı ol­madığını görüb dedi:

- Bəlkə boşlayasan?

- Qətiyyən – dedim. Amma nəyə arxayın olduğumu özüm də bilmirdim.

«Bir yandan bağlayan, bir yandan açar» deyiblər. Jə­mi heç bir ay da çəkmədi ki, Əlinin kiçik bir kitabı nəşr olundu: beş şeir və bir də «Üçünjü atlı». Heç kəslə məs­ləhətləşmədən şeirlə­ri­nin də şərhini verib, poema haq­qın­dakı məqalənin əvvəlinə əla­və etdim. Adını da qoy­dum: «Əli Kərimin kitabı». Növbəti səfə­rimdə aparıb re­dak­siyaya təqdim elədim. Anjaq bu dəfə «da­va­ya» hazır vəziyyətdə idim. İnjəvara qəbul elədilər, bir söz demə­dən. Birjə Əli qulağıma pıçıldadı: amansızsan:

Əli haqqında yazdığım bu kitabda həmin beş şeirin şər­hini müxtəlif bölmələrdə verməyi münasib bildim. Hə­min şeirlər bun­lardır: «Bakı küləyi», «Poçtalyon», «Ata­mın xatirəsi», «Qay­tar ana borjunu», «Kür, sənə bənzə­yən nəğməm olaydı». Bu şeirlərin üçünün şərhində heç bir təshih aparmadım. «Üçünjü atlı»nın təhlilinə də to­xun­mağı lazım saymadım. Çünki onların sətirləri arasında öz zəiflikləri və səhvləri ilə bərabər bizim gənj­liyimiz, bəlkə də javanlığımız boylanır. İndi birjə onu deyə billə­rəm ki, Çeçenstan hadisələri başlayandan bəri «Üçünjü atlı» poeması mənim yadımdan çıxmır – Əlinin böyük mə­həb­bətlə yaratdığı mərd, saf, qorxmaz, ölümün düz gözünün içinə baxmağı bajaran Çərkəz İsmayıl obrazı!

Burada «Azərbayjan» curnalı üçün yazdığım mətni təq­dim etməzdən əvvəl «Əli Kərimin kitabı»na yazdığım başlanğıjı ver­məyi də lazım saydım.

«Sənətdə öz səsini tapmaq xoşbəxtlikdir Bu səsi tap­maq isə o qədər də asan deyildir, bu səs hava kimi ya­xın, eyni za­manda əllə tutulmaz, gözlə görünməzdir. Körpə nəfəsi üçün ana südü ətri səjiyyəvidir. Gənjliyə də aşıb-daşan, qol-qanad açan güjlü hisslər, joşqun qə­zəb, joşqun məhəbbət, joşqun nifrət. Əli Kərimin kitabı­nın səhifələrindən baharın nəfəsi gəlir, joşqun küləklə­rin, çağlayan suların səsi – gənjliyin səsi gə­lir…»


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin