Qara teleqram


ÖLÜMÜN ZİRVƏSİ – ŞƏHİDLİK – ŞƏHİDLİYİN ZİRVƏSİ – NƏSİMİLİK



Yüklə 2,82 Mb.
səhifə7/16
tarix31.01.2017
ölçüsü2,82 Mb.
#7133
1   2   3   4   5   6   7   8   9   10   ...   16

ÖLÜMÜN ZİRVƏSİ – ŞƏHİDLİK – ŞƏHİDLİYİN ZİRVƏSİ – NƏSİMİLİK
Dünyada Nəsimi şəxsiyyətli ikinji şair göstərmək çə­tin­dir. Onun poetik istedadına əlavə qüdrət verən, poetik enercisini hərəkətə gətirən qüvvə əqidəsi olub, poetik is­te­dadla küll ha­lında qovuşub bir-birini tamamlayıb. Əqidə istedadın tam açıl­masına, istedad əqidənin misli görün­mə­miş təbliğinə, təşviqinə, təlqininə kömək edib. Rəhmətlik Ələkbər Ziyatay söyləmişdi: Qərb­lilər, o jümlədən, ruslar (mən dahi alman şairi Geteni istisna edirəm – M.A.) klassik Şərq poeziyasının mahiyyətinə, gözəllik sirlərinə ya çox çətin, ya da heç nüfuz edə bilmirlər. Amma Nəsi­minin birjə şeirinin sətri tərjümədə təkjə ilk beyti Kon­stan­tin Simonovu yerindən oynadıb yaxşı mənada, lərzə­yə salıb sarsıtmışdı və vəjdə gələn şair demişdi: «Mən özüm də şeir yazıram, daha çox isə şeir oxuyuram. An­jaq dünya ədə­biyyatında mən belə möjüz şeirə rast gəl­məmişəm. Görün ilk misra rus dilində nejə səslənir:

Vo mne vmestətsə oba mira,

no v gtot mir ə ne vmehusğ.

Siz deyirsiniz ki, mən bunu rusjaya bədii tərjümə edim? Buna qətiyyən ehtiyaj yoxdur. Bundan yüksək bə­diiyyat da ola bilməz. Bu nə olan şeydir, bu böyük şairi dünyadan nə üçün gizlətmisiniz?»

Məzmun hər hansı dildə olursa-olsun vulkandan püs­kü­rərək, lava kimi səngiyib nəhayətdə öz formasını tapır. Ümu­mən Nəsimi dünya ədəbiyyatında həm unikal şair, həm də uni­kal şəxsiyyətdir. Əli ilə Nəsimi haqqında söh­bət etdiyim ya­dıma gəlmir. Onun böyük şair haqqındakı şeiri dünyaya gəti­rərkən keçirdiyi ağrı və əzablardan da xəbərim olmayıb. Yük­sək sə­nət­karlıq dərəjəsinə yüksəl­miş zərgərlər heç zaman, heç kəsə na­ta­mam işlərini gös­tərmirlər, əşyanı tam yaradıb ji­la­lamayınja, pardaxla­mayınja üzə çıxarmırlar. Əlinin «Şəhid­li­yin zirvəsi» şeiri mənə elə ilk oxuda göylərdən gəlmə, ilahi bir qüdrətdən doğmuş varlıq kimi görünüb, eləjə də təsir bağış­la­mışdı. Onun yaradıjılığında «enişə bənzər» məqamlar olmuş­du­sa da elə bil bunlar qartal uçuşu kimi yeni, daha yük­sək zir­vələr fəth etmək naminə olmuşdur.

Bir dini ideologiya, bir dini təriqət kimi hürufilik bəlkə də indi dünyada heç kəsi maraqlandırmaz və maraqlan­dır­mır da. Elə burası maraqlıdır ki, Şərqi sarsıdan qüdrətli bir ideologiya öz-özlüyündə deyil, Nəsiminin adı çəkilən­də daha çox anılır, onda ülvi nə varsa, Nəsimi poeziyası­nın janına, qanına hopub. Bu ideologiyadan əsas bir dünyəvi, bütün dünya renessansının ilk özülü ana fikri, ana xətti olan insanın yüksəldilməsi, onun ən ali varlıq və dünyanın əşrəfi olması fikri nəşət edir. Nəsimi bunu nəin­ki öz yaradıjılığı, həm də şəxsi fədakarlığı ilə parlaq və mis­li görünməmiş əzmi, dözümü, qəhrəmanlığı ilə sübut et­miş­dir. Əlini düşündürən qətiyyən Nəsiminin nəyə bey­ət eləməsi deyil, nejə beyət eləməsidir, daha doğrusu, Nəsiminin şəxsiy­yətidir. Nəsiminin qətli yüzlərlə şairi dü­şün­dürüb, onun fədakar­lığı yüzlərlə şeirlərdə təkrar-tək­rar ifadə olunub. İlk heyrəti şair özü doğurub – əməli ilə. O biri şairlər elə bil bu əməlin köl­gə­sinə sığınıb. Oricinallıq yalnız Nəsimi fədakarlığına təzə müna­sibətdən yarana bilərdi, bu münasibət isə Nəsimi dünyasına daxil olmaq­la, Nəsimiyə çevrilməklə Nəsimiləşməklə mümkün olardı. Əli bu çətin və məşəqqətli yolu seçmişdir.

Əli Nəsimi fədakarlığının guya tamamlandığını bildi­rən nöq­təni götürüb, fikrin davam etdiyini, hadisənin da­vam etdiyini gös­tərmək üçün nöqtəni götürmüş, fikri açıq buraxmışdır. Əli bu nöq­təni götürməklə Nəsimi fədakarlı­ğını bu günə qədər gə­tir­­miş, bəlkə sabaha da ötürmüş­dür. Və bəlkə də Nəsimi fəda­kar­lığı nəhayətsiz olajaq, ona heç vaxt nöqtə qoyulmayajaq. Əli Nəsimini bu günə gətirdiyi üçündür ki, hadisələr felin indiki za­man şəklində təsvir edilmişdir:

Altı yüz ildir idrak



çırpınır pələng kimi

Nərə çəkir,

ağlayır,

tapa bilmir ki,

bilmir

O bir sirri-xudanı,



Təpədən dırnağadək

soyalar bir adamı;

Nejə ola dinməsin,

Böyük əqidəsindən

Bir misralıq enməsin.

Gözündən bir nöqtə yaş

sinəsinə düşməsin.

Qaşları çatılmasın

bir xırda vergül qədər,

Diri-diri soyulsun,

əqidədən keçməsin.

Pələng obrazı dünya ədəbiyyatında çox işlənib, güj, qüv­və, sürət, çeviklik əlaməti kimi qəhrəmanlara, qəhrə­manlıqlara şamil olunub. İnsanın daxili çırpıntılarına, idrak təlatümlərinə pələngin narahatlığının bənzədilməsi ruhi narahatlıqları dürüst vermək baxımından, idrakı pələngdə konkretləşdirmək baxımın­dan maraqlı və jazibədar görü­nür. Əli pələng vasitəsi ilə insa­nın daxilində səslənib kə­nar heç kəsin qulağına çatmayan nə­rəni əzəmətlə səs­ləndirə bilmişdir.

Əlinin sonrakı obrazları Nəsiminin həm hürufilik əqi­də­si, həm də şairliyi ilə bağlıdır. «Bir misralıq enmə­mək…», «bir nöq­ yaş», «bir xırda vergül» təhtəlşüur­dan gələn bədii məntiqin ən parlaq nümunələridir. Əli 600 il əvvəl baş vermiş hadisələrin iştirakçılarına nəfəs verib, dirildib hadisələri bu günə köçürür, sanki Nəsimi bu gün də soyulur, soyulma aktı davam edir, ağrı­ları indiki insanların ürəyinə, janına hopur.

Altı yüz ildir bəşər

ağrılardan inildər.

Altı yüz ildir bəşər

düşünər,

çatmaz yenə

Məşəqqətli ölümün

Nəsimi zirvəsinə.

Altı yüz ildir,

altı

Nəsimini soyurlar,



Qanlı yaralarına

hələ duz da qoyurlar.

Bu bədii priyom nəinki Nəsimini müasirləşdirir, bizə daha doğma, daha əziz, daha yaxın edir, eyni zamanda, bədii ədə­biy­­yatın əzəli, əbədi qanunu olan ümumiləşdir­mə­nin yeni, hələ is­tifadə olunmamış ikanlarını da açır. Bir yandan Nəsimi 600 yaşa qədər yaşayır, digər tərəfdən soyulan tək o Nəsimi deyil, 600 ildir ki, yeni-yeni Nəsi­milər soyulur, Nəsimiləşir. Ədalət hələ bərqərar olmayıb və olmayınja da Nəsimi qüdrət və mə­nə­viyyatından tö­rəmiş qadir insanlar soyula-soyula bütün əzab və çətin­liklərə sinə gərəjəklər. Bu hissədə Nəsimi də, Nəsimilik də əbədiləşdirilir. Özünün bədii priyomu ilə Əli keçmişə qayıt­mır, keçmişi bu günə gətirir (Elə Əlinin özünü də so­yurdular, başını pambıqla kəsirdilər). Görünür, hər bir zə­ma­nənin özünə məxsus insan soyma qayda və üsulları varmış. Adama elə gəlir ki, bu şeir tək bizim babamız Nə­simiyə deyil, bütün Nəsimilərə həsr olunmuşdur.

Əli bir mətləbi də dürüst müəyyənləşdirmişdir: Vahi­mə ya­radanların özləri də daima qorxu və xof içərsində olurlar, baş kəsdirənlər daima peysərlərində qılınj tiyəsi hiss edirlər.

«Uf» da demir

Nəsimi,


Əmmaməlilər baxır

dəli suçlular kimi.

Təpədən dırnağadək

soyurlar,

özləri qorxur neçin?

Göylərə göz dikirlər…

. . . . . . . . . . . . . . . . . . . . . . .

Nəyə görə göylərə göz dikir fitva verənlər və jəllad­lar… Xofludurlar. Görünür, Allahdan kömək umurlar. Axı Nəsimi on­la­rın nəzərində kafirdir və Allah da kafirləri jə­zalandıranlara ha­milik etməlidir – onların insan oğluna verdikləri işkənjələr nə qə­dər qeyri-insani olsa da. Və Əli bu məqamda da bədii mən­tiqə tam riayət edərək Nəsimi­nin beyət yeri ilə bağlı vəziyyət ya­radır. Hürufilik haqqın­da nə deyirlər desinlər, onlar əslində Allahı qətiyyən rədd etmirlər və qətiyyən də inkar edə bil­məz­lər. Allah obrazı onların təriqətlərində çox-çox qədimdən yaran­mışdır. Və bu məsləkin mahiyyəti hər bir insanı bütün ali, ülvi gö­zəl sifətlərə malik olan Allahın məqamında, mərtəbəsində gör­məkdir və təbiidir ki, insanın mənəvi təmizliyi, paklığı, mü­qəd­dəsliyi, dözümü, ləyaqəti, qüdrəti əsas şərtdir. Nə­simi də Al­laha qovuşmaq üçün bütün bunlardan keçmə­lidir. Nəsimi pak olmalı, bütün əzab və işkənjələrə dözə bilməlidir. Lakin Nəsi­mi­nin deyək «sınaq» işkənjəsi o qə­dər dəhşətlidir ki, heç Alla­hın özü də bu işkənjələri seyr etməyə dözə bilmir.

Şəhidi görməməkçin,

İlahi də görünmür! –

Onun qorxusu nədi?

Niyə azad eləmiş

hər ağrıdan şəhidi?

Şəkki-şübhə başını

qaldırdı

dedi:


Ay aman,

Tanrı dəhşətə gəlmiş

qaçmış yaratdığından.

Təpədən dırnağadək

əqidə olan kəsi

Dırnaqdan təpəyədək

soydu xənjər tiyəsi

Şəhid odur,

nə dindi,

göz yaşı tökdü nə də…

Beləliklə, Nəsimi Allaha qovuşmaq imtahanından – çətin, mə­şəqqətli imtahandan, qıl körpüdən keçmək imta­hanından, misli görünməmiş əzab və işkənjələrdən çox böyük dözüm və təmkinlə çıxır və buna görə də Allahın dərgahına şərəflə çatır. Əmmaməlilər isə qurbanlarının hansı məqama yüksəldiyindən xəbərsiz qalırlar.

O oldu, yer də,

göy də

İlahi də bəndə də



Amalıyla ağrısı

birləşib

daha güjlü

bir qanadla

Tanrı tutası yerə

uçub o bülənd oldu,

Küfr edən də çox oldu,

duyub bilən də oldu.

Burada istər-istəməz və nədənsə İsa peyğəmbərin çarmı­xa çəkilməsi, min bir əzablardan sonra Allaha və allahlığa qo­vuşması prosesi də yada düşür.

Bu şeiri ballada da, kiçik poema da adlandırmaq olar. Əli onu iki hissəyə və epiloqa bölüb, üstəlik Nəsi­miyə isnad edilən məşhur qəzəlin bir beytini də epiqraf kimi verib:

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar.

Gör bu gərçək aşiqi sərpa soyarlar, ağrımaz!

İkinji hissənin əvvəlində Nəsimi elə bil göylərdən enib ya­xın ətrafını seyr edir, barmağının kəsilə biləjəyi qor­xusu ilə əqi­dəsindən dönənlərin, fitva verənlərin tö­rə­mələrini görür.

Yarımölümdən ötrü

azmı ağlayan olmuş…

Xırda yarasının da

ağrısını

doğmaja balasıyla

bölənlər,



Ölümün gəlişini

eşidəndə ölənlər…

Və birdən Əli birbaşa Nəsimiyə xitab edir, 600 il əv­vəllə bu günə daha bir körpü salınır. Əli yuxarıda sada­la­dığı «ağrısını doğmaja balasıyla bölənlər»i heç varlıq he­sab eləmir, onlara əhəmiyyət verməyin lüzumsuzlu­ğunu da qeyd edir, onlara yer­də sürünənlər kimi baxır.

Bir qəzəbli baxışın

ujunda tir-tir əsən

Adam görsən, Nəsimi,

əlbət, heç nə deməzsən.

Ləkələməzsən əsla

Yazmaq istedadını



Ölmək istedadını.

Dinməzsən ujalardan,

Enməzsən ujalardan.

Yəni onlar barədə söz demək olmaz, onlar ülvi poe­zi­yanın obyekti ola bilməzlər.

Nəhayət əsərin epiloqu gəlir. Bu hissə variasiyadır – esse şəkilli variasiya. Elə bil Əli Kərim Nəsimi fədakarlı­ğından, föv­qə­ladə şəhidlik möjüzəsinin təsvir və tərən­nü­mündən doymur, Nəsimi kimi təkrarsız bir qəhrəman­dan ayrılmaq görünür çox çətindir. Görünür bu böyük şəxsiyyət haqqında əsər yazmaq istəyən Əli uzun bir dövrdə Nəsimi obrazını yaşamış, onu az qala öz varlığına hopdurmuşdur və indi ondan aralanmaq da ol­duqja çə­tinləşib.

O, altı yüz il qabaq

Dərisindən çıxaraq

Göylərə baxa-baxa,

Dözüb hər məşəqqətə

Getdi əbədiyyətə.

Al qanı axa-axa,

Yeridi,


güjü artdı,

Tarixləri qızartdı.

Şeirin sonu birdən-birə impressionist rəssamların möjü­zəli şəkillərinə çevrilir.

«Tarixləri qızartdı». Nədir bu?

Əli Kərim sabahın şairidir deyənlər, əlbəttə, yanılmır­dılar. Əlinin əsl tədqiqatçıları da sabahın, gələjəyin alim­ləri olajaq­dır.

69-ju illərin şeirləri Əli Kərimin QU nəğmələri idi. Bu şeirlər Azərbayjan ədəbiyyatının yeni, daha mərdanə poeziyasının təməlləri idi.

GÖZ YAŞINDA İSLANAR BAYATILAR, AĞILAR
Müharibə, sülh mövzuları əbədi mövzulardır. Lakin bu möv­zuların daxilindəki ümumbəşərilik motivini üzə çı­xarıb poe­tik məna vermək hər zaman hər kəsə qismət olmur. Əli bu möv­zuya müasirlərinin çoxundan fərqli ola­raq heç bir zaman kon­yunktur mövqedən yanaşmayıb. «Sülh kompaniyaları» sovu­şandan xeyli sonra bir də gö­rürsən Əli Kərim ölməz bir şeir­lə meydana çıxıb, yaşıdla­rının köpüklü sularda qərq etdikləri mövzunun mahiyyə­tini bütün çalarları ilə əks etdirən bir poetik parça ilə. Və Əlinin artıq klassikaya çevrilmiş əsərlərindən biri də «Analar ağlar…» şeiridir.

Şəksizdir ki, övlad itkisi atadan, qardaşdan, bajıdan daha çox ana qəlbini yaralar və bu yara dərinlərə işlər, qaysağı da çox nazik olar, zaman-zaman bu pərdəni part­ladıb yenidən qan ve­rər. Müharibə itkilərini bəşəriyyətin ujalıq və dərd simvoluna çevrilmiş ana ürəyindən keçir­məklə dərdin (və ya dərdlərin) bö­yüklüyünü daha da kəs­kinləşdirmək olar. Əli bu yolu seçmişdir. Bu şeirdə analar tək övladlarına yox, bütöv bəşəriyyətə yas tu­turlar. Keç­miş döyüş meydanında heç bir ananın konkret ün­vanlı övladının əsər-əlaməti yoxdur. Anjaq analar bilirlər ki, bu meydanda müharibə oyununa atılmış minlərlə javanın bətni gö­mülmüşdür.

Anam,

Sapunqaraya analar gəlib ağlar.



Göz yaşında islanar

Bayatılar,

ağılar

Köhnə döyüş meydanı



dönər qəm meydanına.

Güllələrin torpağa sərdiyi

javanların

Analarını kədər

meydan boyu səpələr.

Həşəm olub

torpağa qarışmış oğlanların

Ruhu üstə nə qədər

Ana fəryada gələr.

Bu onun oğlu üstə

ağlar öz oğlu bilib,

O bunun oğlu üstə

ağlar öz oğlu bilib…

Hələ bu azmış kimi «pas atmış bir mərmiyə janım, balam» söyləyən də, «oğlunu ondan almış düşmən meyi­ti üstə ay oğ­lum, oğlum» deyən də var. Bu kədər dünyəvi kədərdir və bu şeir ümumən müharibələr, qırğınlar əley­hi­nə yazılmış şeirdir.

Burada biz «bayatıların, ağıların göz yaşında islan­ma­sı»nı, kədərin anaları meydan boyu səpələdiyini əyani əks etdirən yeni, təravətli, yalnız Əliyə məxsus bənzət­mə­lər görürük.

Əsrimizin ikinji yarısında bəşəriyyət daim ölüm təh­lükəsi qarşısında, müharibə qorxusu altında yaşayıb. İn­san­lar, dövlət­lər arasında sülh, əmin-amanlıq ən ali idea­la çevrilib. XX əsrin ikinji yarısı sülhə çağırış nida və yal­varışları ilə doludur. Əlinin müharibə ilə bağlı şeirləri çox­dur. Bunların içərisində «Analar ağlar»dan sonra xres­to­ma­tiyalaşmış, göy qatlarını dəlib daha yüksəklərə qalx­mış əsərlərdən biri də «Daş»dır.

Qəribədir, sülhə, əmin-amanlığa haraylayan insan oğlu insandır, bununla bahəm hər gün yeni-yeni ölüm­ sa­çan silahlar ijad edən də odur (Deyək hidrogen bom­ba­sını ixtira edən və onun işə salınması əleyhinə çıxan da Saxarov özü olmuşdur). Əli bu ziddiyyəti «Daş» şeirində yığjam şəkildə ifadə etmişdir. Öz əqli ilə dünyanın ən ali biliklərinə yiyələnən, öz qüdrəti ilə kosmosa yol açan, bugün-sabah başqa planetlərə uçmaq qüd­rətinə malik, texniki tərəqqinin ən yüksək zirvəsinə qalxmış in­san öz ehtirasları və əxlaqi baxışları ilə ibtidai insandan uzağa ge­də bilməmişdir.

Yarıçılpaq,

Qədim insan

Düşməninə bir daş atdı,

Qana batdı.

Daş düşmədi

Amma yerə…

Deməyin ki, daş yox oldu.

Daş çevrilib bir ox oldu.

Oldu qılınj,

güllə,

mərmi…


Atom oldu…

həmin o daş

İndi yenə dayanmayır,

uçur hara?!

Şair göstərir ki, həmin o daş neytrona, elektrona, da­ha baş­qa nələrə çevrilib zəhər olur, ölüm olur.

Şairin həməsrlərinə çağırışı belədir:


Ey həməsrim,

həqiqətin qan qardaşı,

Dayandırmaq olmazmı de,

Yarımçılpaq,

yarımvəhşi,

Qədim insan

Atan daşı.

Əlinin bu şeiri fəlsəfi məna tutumuna görə müasirləri­nin müharibə əleyhinə yazılmış ritorik şeirlərindən kəskin fərqlə­nir­di.

«Daş»la bağlı bir mətləb də yadıma düşür. Vaxtilə «İnos­trannaya literatura» curnalında bir türk rəssamın jiz­gilərlə çək­diyi bir şəkil görmüşdüm. Eynən «Daş»da olan kimi vəhşi adam bir daş tolamazlayır, daş göydə nizəyə, oxa, gülləyə, mər­miyə, raketə çevrilir. Qayə eyni idi (Sonralar çox əlləşdim ki, həmin şəkli tapam, Əlinin şeiri ilə yanaşı çap etdirəm, neçə jild curnal vərəqlədimsə, ta­pa bilmədim).

Atom bombası partlayışının törətdiyi fəlakətlər, fajiə­lər bə­şə­riyyətin bütün insanpərvər sənətkarlarını sarsıt­mış­dır. Böyük türk şairi Nazim Hikmət də bəşəriyyətin daha dəhşətli fəla­kət­lərə düçar ola biləjəyinin qarşısını almaq üçün dünya miqya­sında öz gur səsini ujaltmışdır. İndi Əlinin bir şeiri haqqında danışajağım üçün Nazim Hikmətin də adını andım. Əli Kərim bu böyük sənətkar haq­qında həmişə məftunluqla danışardı. İs­tisnasız Nazim Hikmətin bütün şeirlərini sevən Əli söhbət­lə­ri­mizdə daha çox «Bəhri Xəzər», «Kərəm kimi», «Xoş gəldin», «Jeviz ağajı» və başqa əsərlərini xatırlayardı. Nazim Hikmət iki dəfə Gənjədə olmuşdu (1957 və 1958-ji illərdə). Və onun­la görüşüb söhbətlərini yaxından dinləmək xoşbəxt­liyi mənə də müyəssər olmuşdu. Həmin illərdən sonra Əli ilə demək olar ki, bütün görüşlərimizdə Nazim Hikmət xatırlanırdı. Mən ondan eşit­diklərimi dönə-dönə danışmış­dım Əliyə, hər dəfə də eyni maraqla dinləmişdi. Vaxtilə Əli Moskvada oxuyarkən bir gö­rüş­də Nazim Hikmətlə tanış olmuş, ona həsr etdiyi şeirini də oxu­muşdu. Şeir Nazim Hikmətin çox xoşuna gəlmişdi. Şeiri alıb onu daim müşayiət edən həkimi Qalyaya vermişdi. Əli birjə ona təəs­süflənirdi ki, şeirin surəti qalmamışdı. Mən Əkbər Ba­bayevdən xahiş etmişdim ki, bəlkə həmin şeirin üzünü çıxartdı­rıb mənə göndərsin. Əkbər bildirdi ki, həmin şeir də, Nazim Hikmətin Bakı və Gənjədə olarkən çəkilən fotoşəkillər, kino-lentlər hamısı Qalyada qalıb və heç biri­ni də qaytarmaq fikrində deyil. Görünür, gələjəkdə bun­lardan yaxşı qazanj əldə etmək niyyətində idi. Gənjədə olarkən Nazim Hikmət həkim haqqında demişdi ki, «Bur­sa həbsxanasındakı nəzarətçilərdən qorxma­dım, amma bu Qalyadan qorxuram». Bu zarafata oxşayırdı da, oxşa­mırdı da (Mən Əliyə deyəndə ki, şeir Qalyada qalıb, ümi­dini tamam üzdü).

Anjaq nə qəm, Əli də çox sevdiyi dahi Nazim Hik­mət kimi taleyi kəm, insanlara laqeyd olmamışdır. Atom bombası partla­yı­şından əlajsız dərdə mübtəla olan «tü­kən­məz ajıya» çevrilən qız haqqında düşünjələr şairi həd­siz kövrəltmişdi. Qız elə bir çıxılmaz və qorxunj dər­də tutulmuşdur ki, «ona dərman verər­lər, dərman xəstə­lə­nər». Şair heç kimi lənətləmir. Birjə Azər­bay­jandan çox-çox uzaqlarda gözləri baxa-baxa ölən qızı doğ­malaş­dıra, onun dərdini özünün və hamının dərdinə çevirə bilir. Hər hansı sentimentallıqdan uzaq olan Əli poeziyasında bir­dən-birə belə misralar jüjərir:

Sənin loğmanın ollam,

Mənim məktəbsiz balam.

Mövzusundan asılı olmayaraq, Əli Kərimin poeziyası daim zülmətdə işıq, ölümdə həyat axtaran poeziyadır. İkinji dünya müharibəsindən o qədər dəhşətli xəbərlər eşidilmişdi ki, artıq hər bir alman təsəvvürə jəllad faşist qiyafəsində gəlirdi. Bəzən görk üçün küçələrdən keçirilən alman əsir dəstələrinə insanlar, xüsusi ilə uşaqlar böyük nifrətlə baxırdılar. Faşist düşmən, fa­şist jəllad obrazı ar­tıq yaradılmışdı, özü də düzgün yaradıl­mış­dı. Lakin bun­lar heyvan deyil, insan nəslinə mənsub idilər və bu nəslə mənsub bəzi insani keyfiyyətlər hələ tam ölüb get­mə­miş­di. Əlinin sərraf gözləri qeyri-insaniləşmiş faşistlərdə in­sa­ni sifətlər axtarırdı, nejə ki, dahi Nizaminin «Sirlər xə­zi­nəsi»ndəki İsa peyğəmbərin gözləri üfunətli, çürük it jəm­dəyində mirvari kimi sıralanmış sağlam dişləri axtarır və görür. Əli də vəhşi ob­raz­larda olduqja qalın qat altın­da insani duyğular görür və şei­rə gətirir.

Əsirin biri

birdən


bir uşaq gördü.

Durdu.


Əsirə nə oldu bəs?

Bir ildırımmı vurdu?

Dünən bir uzundraz

Jəllad olmuşdu çox da;

Xəfəli göy gözləri

qalmışdı bu uşaqda

Qıvrımsaç,

gözü mavi

uşaq durmuşdu

Toxtaq.


Əsir durub baxırdı

diqqətlə yaxşı-yaxşı.

Tökülürdü

o jəllad gözdən insan baxışı,

mehribanlıq yağışı.

Beyni, ruhu irqçiliklə zəhərlənmiş, bütün başqa xalq­lara kin, nifrət üstə köklənmiş faşistin varlığının ən dərin quyusuna gö­mülmüş insanlıq duyğuları beton örtüyü də­lib üzə çıxır, elə bil qara asfaltdan göy ot boylanır. Övla­dımı yadına düşüb faşis­tin, qardaşının və ya bajısının uşağımı? Bunun artıq mənası yoxdur. Elə bil onun ruhun­da bir dönüş, insanlığına bir qayıdış başlayıb. Əli aman­sız deyil. Uşağın faşistə qarşı qəzəbi üzün­dən oxunsa da əsir təmizlik, duruluq ilkində olan baxışlardan qopa bilmir.

Fikrə getmişdi hamı…

Gözətçi hey səsləyir

Toz içində uzaqdan,

Əsir ayrıla bilmir

Gözləri mavi kinli

bu qalib

doğma və yad

bu sevimli uşaqdan.

Əsiri mənən bu təmiz uşaq baxışları məğlub etmiş­dir.

Əlinin «Bomba üstə ev» şeiri də insanların narahat­lı­ğına çev­rilmiş müharibəyə qarşı yazılmışdır. Əli poeziyası bütün mə­qamlarda hansı mətləblərdən danışırsa danış­sın, insanlığa mə­həbbətlə doludur, Əlinin poeziyası insan­lara məhəbbət poezi­yasıdır.

ÖLÜMLƏ ÜZBƏÜZ
İllər keçir, qayıdıb Əlinin şeirlərini bir də vərəqləyir­sən. Hə­yatdan vaxtınan çox-çox əvvəllər köçmüş Əlinin taleyinə yana-yana sətirləri gözdən keçirirsən.

Və birdən-birə sənə məlum olur ki, ölümlə çoxdan, lap çox­dan əlləşirmiş Əli. Onun dövründə «bədbinlik», «ölüm», bə­dii ədəbiyyat mövzuları sırasından qovulmuş­du. «Yeni həyat»ın ruhuna javab vermirdi bu mövzular. Əli isə ölüm mövzusunu ədəbiyyat darğalarının lap göz­ləri önündə müxtəlif formalarda işləyirdi. O, ölümə müx­tə­lif rakurs, müxəlif prizmalardan baxır­dı.

Əli artıq filosof kimi, filosof şair kimi ölümü bütün qam­ma­larda ətraflı görmək, duymaq, öyrənmək, sonra isə öyrətmək istəyirdi. Son nəfəsində də boş dayanmır, əsl sənətkar borjunu yerinə yetirir. Jan ağrılarının ən dəhşətli məqamlarında belə müşahidələrindən qalmır. Əli aşkarja ölümə meydan oxuyur. Ölümə həsr olunmuş son şeirlərində Əli yırtıjı heyvanı ram edən məşqçiyə oxşayır. Əlidə qamçı da var, o, yırtıjını jırnadır, ajıdır. «Od tutub yandı içim» misrası ilə başlanan şeirdən mə­lum olur ki, hələ bir il önjə ölüm onun janını ala bilməyib, Əli «ölümün əlindən» qaçıb. Və bu yerdə elə bil ölüm dostunu – yəni onun əlindən qaçıb qurtaranı günahlan­dırır. Şair bu mə­qamda ölümü oxuyan bildirçinə oxşadır, «bildirçinin bəyliyi» idiomatik ifadəsi yada düşür. Yenə bu­rada Əlinin təzə-tər bədii bir ifadəsi var – «qəlbimin sərhəddi».

«Oxuyur qəlbimin sərhəddi yanında bu «ölüm bildir­çin».

Əli elə bil ölümlə gizlin-qaç oynayır. Onun ölümlə sa­vaşı Dəli Domrulla Əzrailin jəngi-jidalını xatırladır. Ölüm­lə söhbə­tində Əli insani məğrurluğu yüksəldir, ölümə jan verməyəjəyini söyləyir, daha doğrusu, ölümün onu öldü­rüb lovğalanmasına yol verməyəjəyini, lazım gəlsə öldü­rüjü qüvvəni də özünün in­sani daxilində tapajağını de­yir, bir növ elə bil ölümə yanıq verir, onunla məzələnir. Ölümün bildir az qala onu aparajağını xatırladır. Ölüm burada ən yırtıjı heyvan timsalındadır: «Deyi­rəm qan də­yib, qan dəyib dişinə. Deyirəm dur dinşə. Ölüm, qan dolu o gözlə dur gözlə. Heç zaman əlində qalmadı bu ya­xam. Sən anjaq o zaman qəlbimi tutarsan ki, baxıb görərsən mən yoxam. Say beşə, onajan, onajan. Gərək mən, mən səni sarı­yam. Gör­məzsən rəngimi, bilməzsən qarayam, sarıyam, qo­nuram. De­yərsən kədərli: eh mən ki ölüməm, ölümün üstünə qo­nuram, qonuram üstünə özümün, adımın. Sə­si­ni eşidib dost­larla atdı­ğım addımın, deyərsən: işindən heç başım çıxmayır bu… ada­mın… Ölüm bu sözləri nə duy­du, nə qandı… Özünü öldü­rüb aldandı».

Fikrin tam açıqlanmadığı hissədən aydın olur ki, Əli ölü­mün qarşısında əyilməməyə, lap son ana qədər mü­qavimət gös­tərməyə, ölümün «onu mən öldürdüm» tən­tə­nəsinə imkan verməməyə çağırır. Ölümə jan vermə­yən insan oğlu özü ölü­mə çevrilir. Bu hissə dəyanətə həsr olunmuşdur. İnsan oğlu deyir «özüm ölərəm, an­jaq sənin məni öldürməyinə imkan ver­mərəm». Bu hissə in­san oğlunun diriliyinin təntənəsidir (Mor­zeyə oxşayır – qı­rıq-qırıq, fikirdən çox ovqat var, şeir jan ağrı­larından, jan çəkişmələrindən doğur). Bu ağrıların içərisindən qırıq-qı­rıq qopan söz və sətirlər mənanı, mahiyyəti sona qədər dərk etməyi çətinləşdirir, oxujunun sadəjə olaraq o ağ­rıları ya­şamağa, özününküləşdirməyə güjü çatmır. Klassik şairlərdə ol­duğu kimi, oxuju sona qədər dərk olunmayan fikirlər qarşısında qalır, dərk etməsə də duyur.

Torpağa hey sızan, hey hopan qandı. Bu qan da axır­­dı… Danışır əlləri, sinəsi, gözləri. Gözlərdə sözləri kö­zə­rir. Dostların sözləri yaraya sanjılır. Danışır ağrılı, san­jılı yarası… Qarışıb al qana torpağa süzülüb, ürəkdən tö­külən sözlərin bəlkə də ya­rısı. Dostları təəssüflə, dər­man­lı tənziflə saxlamaq istəyir yara­dan süzülən qırmızı sözləri (Elə bil Nəsiminin ölümünü bir də yaşayır). Qəlbi­nə sevgini söyləyir. Bu axan al qanda həyata sev eşqi, düşmənə sev kini. Mərdliklə sən elə seviş ki, onunla sən elə qayna ki, qarış ki, ölümlə aranda o birjə qarış ki, qa­la­jaq, özünə yanma sən, belə bir mərdə yan, Mərd dayan! Əmr ver qəlbinə, söylə, ey sən uşaq dərd, dayan, analar qəl­bində dərdə yan…»

Şairin sözləri, fikirləri xırdalamaq bütöv mənası ilə tam ay­dın («Qaytar ana borjunu» şeirində olduğu kimi) demək imkanı yoxdur. Bir sıra bənzətmələr də qeyri-adi­dir. Burada gözlərdə söz közərir, gözlərə toplanmış ağrı, ajılar gözlərdə qızaran qan deyil, yaradan süzülən də al qan deyil, qırmızı sözlərdir – Nəsi­minin ölümü tarixləri qızardan kimi. Şair oxujularına həyata məhəbbət və düş­mənə kini, nifrəti sevməyi tövsiyə edir, ona mərd ol de­mir, mərdliyin özü ol deyir. Əli həyatın hər məqamın­dan, hətta ölüm məqamından da etik-əxlaqi nətijə çıxarıb oxu­jularına ərməğan etməyi bajarır. Əli elə bil sağ qa­lan­lara hə­kim məsləhətləri verir. Lakin o, mənəviyyat həkimidir. İnsan lə­ya­qətinin keşiyində dayanan, müasirini bu mə­qam­­dan bir san­timetr də enməyə qoymayan, daha doğ­ru­su enməsini rəva bil­məyən həkimdir.

«Palatada saxlanan şeirlərdən» adlı əsərində Əli ye­nə müasirlərinə mürajiət edir, xitab edir. «Ey mənim ye­rimdə ya­tan qardaşım, bəzi məsləhətə ixtiyarım var. Də­mir yaddaşında bu çarpayının qalar o çəkdiyim sonsuz ağrılar. Jan vermək təj­rübəm, sanjı vuruşum. Qızdırma yanğınım, üşütmə qışım ijazə verir ki, ağır halına birjə qədəm atım, azja qarışım…» Sən demə Əli, ölümlə söh­bətlərində, ölümlə münaqişəsində ölmək təjrübəsi qaza­nır­mış və bunu da müasirləri ilə bölməyi arzula­yırmış. Onun ölümlə jəngi-jidalda öyrəndiyi və öyrətmək istə­dik­­ləri nələrdir?

«Qorxu! Ürəyinə yol tapsa qorxu, insan da ölməyə başlar o gündən. Qorxu – kəşfiyyatçı xəbər verəjək ölümə o sənin hər illətindən. O, yol açajaqdır. Ölüm gə­lə­jək, gəlib hazırına nazir olajaq (Yəni qorxu ölümdən də betərdir, əslində öldürən odur). Səni içəridən alajaq on­lar (sən qalasan, qorxu olmasa basılmaz, alınmaz qa­la­san), Yanajaq sinəndə sönməz bir ojaq. Dərmana fikir ver, iynəyə də bax (bu nəsihət-məs­lə­hət­dir, lakin ikinji də­rəjəlidir) qarışıb onlara qorxu da keçər. Qor­xudan qo­run­maq qüdrətin olsa, ölüm baş götürüb dünyadan ­çər».

«Ağrıya bir-iki söz» şeirində Əli Kərim ölüm haqqında onun təsəvvürlərini tam aydınlaşdırmağa mane olan ağrı­ əyaniləş­dirib janlandırır, ona qəzəbini izhar edir. Əli ölümün özünü, sir-sifətini dəqiqləşdimək, onun haqqında müasirlərinə tam məlu­mat vermək istəyir. Şiddətli ağrılar onun beyninin saat kimi işlə­məsinə, ölümün şəklini ol­du­ğu kimi çəkməyə mane olur. Yoxsa ölümün bir kəşfiy­yat­çısı da ağrıdır? Yox, ağrı kəşfiyyatçıdan daha çox təxri­bat­çıya oxşayır. Ölüm onu xəbər gətirməyə yox, «düşmə­nin» başını qatmağa göndərir ki, hansı qiyafədə gələ­jə­yini bilməsin və onun sifətləri əbədi gizlin qalsın. «Ağrı, yaxın gəlmə, girmə araya. Get, yoxdur ölümdən çəkinə­jəyim… Də­yiş­mə rəngləri, qaraltma günü, ölümün gözü­nün içinə baxım. Kimdi vəkil edən səni, bilmirəm. Çəkil get, avara, üzlü qona­ğım!.. Doğrusu ölüm də yadımdan çıxıb – soxulub girmisən aramıza sən. De bu nə hay-küy­dür? De, qoruyursan mənimi ölümdən, onumu məndən?! (Burada Əli ölümü də, ağrını da bir yerdə ələ salır). Qoy görüm kişinin sifətini bir (Əli ölümün üzü­nü görmək, bəl­kə də onun fəlsəfi mahiyyətini açmaq istəyir). Qoy baxım anlayım kimdir düşmənim. Görüm ölümü də olduğu kimi. Düzlüyün vurğunu könlümdür mənim».

Düzlük, həqiqət ölüm həddində belə Əlinin kredosu olaraq qalır. Ağrıdan qorxan, ona təslim olan ölümün ona yaxınlaş­ma­sını bir qədər də artırır, inilti, yalvarış, ahu-zar – ölümün yolunu və mənhus əməlini asanlaşdırır.

«Ölüm xəstəxanada zəhləmi tökdü mənim» misraları ilə baş­lanan şeirdə məhz bu mətləbdən danışılır. «Əvvəl çırpındı qəlbim, üşüdü də bədənim. Uzanıram… tıq!» … qapı… Durub gəzirəm, «taraq». Hey gəldi-getdi, baxdım ona gülümsəyərək. Öyrəndim ilantutan ilana alışantək (ovsunçu oldum). Həftə keçdi, gəlmədi, Qapı-bajaya bax­­dım. Doğrusu dostum üçün (Əli dost sözünü dürnaq­sız verib, artıq elə bil ölümlə məh­rəm­ləşiblər. Elə bil Əli ölümün dilini tapıb) Bir qədər də darıxdım. Dedim, birjə gələydi, gəlib görəydi məni. Köçünü birdəfəlik bu yerlər­dən sürəydi. Yuxuda gördüm onu: boylandı sola-sağa. Girdi ən axırdakı ah-uf gələn otağa. Durub getdim… Zə­hərli dili lap bal dadırdı. Bir sadəlövh, bir gözəl gəlini al­da­dırdı».

Deməli, əvvəldə qeyd etdiyimiz kimi, ölüm ağlayıb sızıl­da­yanları daha tez yaxalayır.

Şübhəsiz ki «Ölüm silsiləsi» şeirlərinin ən yüksək zir­vəsi və yekunu «Vəsiyyət»dir. Burada hiss olunur ki, ölüm­lə vuru­şan şairin fiziki qüvvəsi tükənməkdədir. Bu məqamda da o, duymaq, dərk etmək iqtidarını itirməmiş­dir. O, indi ölümün çox müxtəlif sifətlərini müşahidə edib təsvir və təsəvvürə gətir­mək­dədir. Ölüm – həkimin xəstə­yə qılıqlanmasında görünür. Ölüm – həkimin xəstənin dostlarından birinin qulağına nəsə pıçılda­ma­sında görü­nür. Ölüm öz sifətində deyil, bu jür şəkillərdə zü­hur edən­də də xəstə onun əsl yırtıjı sifətini seçə bilir.

Hardan gəldi çıxdı

ölüm – bu qoja kaftar?!

«Qoja kaftar» bəşəriyyətin yaşıdıdır və Əli də artıq onun hamıya bəlli sifətlərini göstərir. «Yaman kəmfür­sət­dir görmür ki, əlimdə nə qədər işim var? Heç kim inanmır ki, öləjək… Elə mən də… (Bu yerdə şair sanki özündən aralanıb, özünə kənar­dan, bəlkə də ən yaxınlarının gözü ilə baxır). Şair birbaşa vu­ruş­da ölümə basılmayajağına inanır. Lakin ölüm çox məkrlidir. Əzrayıl Domrulun atının gözünə görünüb, onu ürküdüb sahibini yerə çırpdığı kimi indi «qılığa», «pıçıltıya» çevrilir. Bəlkə bun­larla da bajar­maq olarmış, həssas şair ölüm nəyə çevrilirsə-çevrilsin onu görməyə, duymağa hələ qadirdir. Bəlkə onun əlin­dən xilas olmağa hələ də qüvvə tapa bilər, «Amma ölüm oğ­lanlarımın kədərli təbəssümü ilə gülümsəyəndə, onla­rın, hələ dünyanı tamam yığa bilməmiş gözləriylə baxan­da, onlarla bir oyanıb da, bir oynayanda, hər bir işdə on­lardan geri qalma­yan­da, sadiq köpək kimi girəni, çıxanı yoxlayıb qapının yanından ayrılmayanda inandım öləjə­yi­mə…»

Əli ölümü öz içində yox, kənar aynalarda görüb. Bun­ların içərisində ən həssas, ən təmiz, ən dəqiq güzgü uşaqlardır. Böyüklər ölümü ölməkdə olandan gizlətmək üçün çox üsullara əl ata, hətta yalandan gülümsəyə də bilirlər, çünki təskinlik üçün lazımdır. Lakin körpələr bunu bilmir, uşaq qəlbinin ayna­sında nə əks olunursa, nejə əks olunursa eləjə də göstərilir… Riyakar ölüm isə hər yerə girir – hətta uşağın təbəssümünə də. Uşaq heç nəyi gizlədə bilmir. Şair o zaman ajizləşir ki, ölüm ona doğma övladlarının gözləri ilə baxmağa başlayır. Şairin ölüm ayağında ətrafında baş verən hadisələri bu jür həs­saslıq, hətta fotoqraf dəqiqliyi ilə müşahidə edib əks et­dir­məsi təbii heyrət doğurur. Əli burada sanki ölümün xassələri haqqında şahid reportacını sanki tamamlayır. O, elə bil batan gəminin son dəqiqələrini, yanan raketin sonunju məqamını xəbər verir. Şeirin vəsiyyət hissəsi bundan sonra gəlir. Bu, əsl kişi və­siy­yə­tidir. Dədə-baba­la­rı­mızın vəsiyyətləri ilə çox səsləşir. Dünya gör­müş, dün­ya yola salmış adamın vəsiyyətini xatırladır. Vəsiy­yət­də övladlarından başqa kimsənin adı yoxdur elə bil «siz­də da­vam edir, məndə tükənən həyat» motivi ilə bağla­nır. «Ta­bu­tuma oğlanlarımı yaxın qoymayın! Təbəssüm­lərini qoyarlar ora, qoymayın onları həyətdən bir adam çağıra, oyunjaqlarını, oyun­­larını gətirib qoyarlar tabu­tu­ma, birdən-birə qojalarlar».

Özünün bütün imkanları tükənən şair ağrılar və əzab­lar dünyasında belə övladlarını düşünür, özü də ən kiçik və bəlkə də ən qəribə detallarda. O, sağlam, diri ol­duğu vaxt uşaqların təsəvvürlərində nejə olubsa, elə də qalmaq istəyir, kədər pa­yını özü ilə aparıb, onlara yalnız təbəssüm işığı qoyub getmək istəyir. Bundan sonra isə Əlinin etirafı gəlir. «Mənsə aparıram sizə lazım olmayan nəyim var. Amma qoyub gedirəm nöqsan­larımı. Onlar na­rahat yaşadar oğlanlarımı». İllər keçib artıq, bu günün prizmasından öz xırdaja istedadjıqlarını mənsəbə, şöh­rə­tə sərf etmiş, adi şıqqıltıdan diksinən, gözləri şüşələnən yazanları xatırlayır, düşünürsən ki, «Əli nöqsansız və qü­sursuz, saf və pak bir insan, mənsəbə, şöhrətə satılma­yan qüdrətli bir şair idi və onun bu etirafına qətiyyən ehtiyaj da yox idi. Tə­va­zökarlıq isə Əlidə misilsiz bir zir­vədə idi. «Tabutuma bir kağız qoyun, bir dənə də qələm. Hayıf bu yaşda heç nə, heç nə de­mə­mişəm».

Şair ümidi: «Dostlar bir şer desinlər, işdi imkan olsa bir dənə də mahnı çaldırsınlar. Şeirlə mahnının möjüzə­silə ayıl­mağa (dirilməyə) çox dəli bir ümidim var». Sənə­tin ölməzliyinə böyük bir inam var bu misralarda, onun dirilik suyu olmasına!


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin