Qara teleqram


Dəfn korteci orta sürətlə Göyçaya irəliləyirdi



Yüklə 2,82 Mb.
səhifə3/16
tarix31.01.2017
ölçüsü2,82 Mb.
#7133
1   2   3   4   5   6   7   8   9   ...   16
Dəfn korteci orta sürətlə Göyçaya irəliləyirdi

Maşının aynası açıq olsa da içərisi çox isti idi. Deyə­sən elə bu boğanaq isti yadıma məni dərindən injidən və təəssüf­ləndirən bir hadisəni saldı. 1968-ji ilin yayını. Əli ailə­si ilə hər il olduğu kimi Kislovodskidə istirahətdə idi. Oraya çatandan bir neçə gün sonra Remarkın yenijə çapdan çıxmış (rus dilində) «Nisyə həyat» adlı romanını göndərmişdim. Orası yadıma gəlmir ki, telefonlamı əlaqə saxlayırdıq, yoxsa teleqrafla. Mən hələ yazdan bir neçə həmkarlar təşkilatından xahiş etmişdim ki, Şimali Qafqaz sanatoriyalarından birinə, daha doğrusu ən yax­şısına putyovka olarsa, məni xəbərdar etsinlər, əgər getmək istəməyən olarsa. Və yayın ən gözəl aylarından biri üçün Kis­lovodskinin ən bahalı – Orjonikidze adlı sanatoriyası­na putyov­ka olduğunu xəbər verdilər. Fikirləşmədən al­dım. Anam üçün sürpriz eləmək istəyirdim. Əvvəllər xalq hakimi, sonralar uzun müd­dət notarius işləməsinə bax­ma­yaraq, Tbilisi istisna ol­maq­la Azərbayjandan kənara çıxmamışdı. 1938-ji ildə atamız həbs olunandan sonra bizi daima sürgün olunmaq təhlükəsi altında qorxu və zülmlə böyüdə bilmişdi. İndi növbə bizim idi. Anam get­­mək istəmədiyini qətiyyətlə bildirdi. Məlum idi, nəvələrini «yerli» yaylaqda qoyub bahalı Kislovodsk kurortuna get­mək is­təmirdi. «Orada tanıdığım tanış-biliş yox, bu yaşım­da elə mənə yaraşır Kislovodsk». Dedim ki, Bakının, Gən­jənin yarısı bu saat Kislovodskdadır, yüz tanışa, qo­huma rast gələjəksən, bir də sanatoriyanın içində yüz jür müalijə qəbul edəjəksən, vaxtın nejə gəlib keçdiyini heç bilməyəjəksən. Nə qədər dedimsə bey­ninə batmadı, qüssələndim, elə bil zəhmətim havayı get­mişdi. Nəhayət axırınjı ümidimə əl atdım. Dedim ki, bəs Əli Kərim də ailə­si ilə orada istirahətdədir, sənə həyan olarlar la­zım gələrsə. Deyəsən bu anamın beyninə batdı. Əlinin ailə­sin­dən, uşaqlarından xoşu gəlirdi, Əlinin də xətrini çox istə­yirdi, jəmi iki-üç dəfə görməyinə baxmayaraq. Söz düşəndə «Əli çox yaxşı insandır» deyərdi həmişə. Anam getməyə razılıq verən­dən sonra Əli ilə əlaqəyə girdim, hansı tarixdə Kislovodskda olajağımı bildirdim. Fikir­lə­şir­dim ki, bir üç gün də özüm otaq tutub qalaram, Əli ilə doyunja söhbət edərik. Yəqin romanı da oxusmuş olardı, təəssüratını da bilmək istərdim. Qatar bir neçə saat Bakı­da dayandı (daha doğrusu bizim vaqonumuz). Nəha­yət Kislovodska yol aldıq. Qatar Kislovodsk dəmir yol stansi­ya­sına daxil olanda mən artıq pənjərədən perronu seyr etməkdə idim. Əli göründü, ailəsi də, əl elədilər, çox se­vindim, lakin uzun sürmədi bu sevinj. Əgər Əli bizi qar­şılamağa gəlmişdisə yanlarındakı çemodanlar nə idi? Özümə təskinlik verdim ki, «yəqin yanlarında dayanan adamlarındır». Qatar dayanan kimi Əli vaqona çıxdı, gö­rüşüb öpüşdük.

Anamın çemodanını götürdü, perrona düşdük, ailə üzvləri də artıq burada idi. Vağzala uşaqlı, böyüklü gəl­mə­lərini irad tutanda Əli dedi ki, biz elə bu qatarla Bakıya qayıdasıyıq. Niyə, nə üçün? Əli nə isə jiddi bir məsələ ilə səbəbləndirdi qayıt­malarını. Artıq kirayə etdikləri mənzili təhvil vermiş, qatara da bilet almışdılar. Anam məndən artıq mütəəssir olmuşdu. Əlinin gətirdiyi səbəb ona görə yadımda qalmadı ki, uydurma idi. Bunu mənə bir neçə ay sonra Bakıda açıb dedi. Belə ki, ailənin istirahət mövsü­münün sonuna qədər onları dolandırajaq (girlə­yəjək) pulu ya evdən aparmışdılar, yaxud haradasa itirmişdilər. Bunu biləndə mən Əlidən möhkəm injidim. Əvvəla mə­nim təxminən bir həftəlik Kislovodskda qalmaq üçün artıqlaması ilə pulum vardı, ikinjisi, anama da xeyli əlavə jibxərjliyi vermiş­dim. Bunlar bir yerdə Əlinin ailəsini heç olmasa bir on beş gün rahat dolandıra bilərdi, mənsə Gənjəyə qayıdıb həm onlar üçün, həm də anama pul göndərə bilərdim. Və Əli də yayın ajı istisində körpələrini Bakının təndirinə qaytarmazdı.

Əlidə heç kəsə əziyyət vermək, heç kəsi xərjə sal­maq xa­siyyəti yox idi. Əlidən ayrılandan sonra anamla Orjonikidze sanatoriyasına getdik, həqiqətən əzəmətli, gözəl, müalijə və istirahətin yüksək səviyyədə nümunəvi təşkil olunmuş gözəl bir sanatoriya idi. Elə girəjəkdə məşhur özbək-Azərbayjan şairi Maqsud Şeyxzadə ilə salamlaşdıq. Bilmirəm Bakıdamı, Gənjə­dəmi tanış ol­muş­­duq…

Əli ilə sənət məsələləri ətrafında söhbətlərimiz, hətta mü­bahisələrimiz çox olub, Əslində bizim başqa mövzularda söh­bət­lərimiz ya heç olmurdu, ya da çox az və qısa. Çox təəssüf edirəm ki, əsl sənətə dair mübahisələrimizin yal­nız birjəjiyi xatirimdə nisbətən aydın və nisbətən təfər­rüatlı qalıb. Əli deyir­di ki, ümumiyyətlə sənət əsərinin sü­cetə ehtiyajı yoxdur. Təbii ki, Əli bunu özü fikirləşib tap­mamışdı, o, Qərbi Avropa ədə­biyyatını izləyirdi, orada ədəbiyyatşünaslıqla bağlı irəli sürülən yeni məsələlərlə də maraqlanırdı. Sücetsizliyə dair fikirlərə mən də təsadüf etmişdim, lakin buna xüsusi diqqət ayırmağı lazım bilmə­mişdim (Əslində bu məsələyə ədəbiyyat nəzəriyyəsi fən­nindən dərs dediyim üçün mən daha çox fikir verməli idim). Əli bir az da gülə-gülə deyirdi: «Dünyanı yaradan onu hər hansı bir sücet üzrə yaratmayıb. Sən dünyada sücet əlamətləri görə bilir­sənmi? Biz heç yaradanın dəsti-xəttini də hiss eləmirik. Sanki dünya heç kəsin iradəsin­dən asılı olmayaraq öz-özünə kortəbii yaranıb, dünyanın gözəlliyinin bir sirri də elə bunda deyilmi? Sən özün belə bir ifadəni azmı eşitmisən: olduqja gözəl bir əşya haq­qın­da deyirlər ki, heç elə bil əl dəyməyib». Sücet hiss olu­nanda hər hansı bir əsər süni görünə bilər. Və artıq çox­bil­miş oxujular əvvəljədən deyə bilirlər ki, bu epizodun sonu nə ola bilər, əsər nə ilə bitəjək. Ona görə də mən sücetsiz əsər tə­rəfdarıyam.

Mənsə deyirdim:

- Dediklərində həqiqət var, anjaq yazıçı heç bir za­man sə­nin nəzərində tutduğun yaradanın qüvvəsinə ma­lik ola bilməz, onun durduğu məqamda dura bilməz, on­lar­dan biri yaradandır, o biri yaradılan. İkinjisi, heç mə­nim inanmağım gəlmir ki, Yara­dan heç olmasa fikir­ləş­məmişdi ki, nəyi əvvəljə, nəyi isə sonra yaratmaq gərək­dir. Üçünjüsü, yaradıjı adam yaranmışın, yəni dünyanın, həyatın bir kiçik hissəsini götürüb onda bütövü gös­tər­mək istəyir; bu zaman o istər-istəməz həyat parçasını is­tə­diyi kimi göstərmək üçün müəyyən əməliyyatlar apar­ma­lıdır, hadisənin nizamla məntiqəuyğun inkişafını gös­tə­rə bilmək üçün müəyyən bir xətt yaratmalıdır.

- Elə o həmin xətt əsərdəki hadisələrin quramalığını göstə­rəjəkdir. Axı insanlar həyatda hər hansı bir müəy­yən xətlə hə­rəkət etmirlər.

- Axı bədii əsər bilavasitə həyatın özü deyil və özü də ola bilməz. Bədii ədəbiyyat olsa-olsa həyatın imitasiyası­dır. Bəyəm sənin «Üçünjü atlı»nın, «İlk simfoniya»nın sücet xətləri yox­dur­mu?

- Bəyəm onların sücet xətləri hiss olunur? – Əli təəj­jüblə üzümə baxdı.

- Əli, sən özün imkan verdin ki, biz bu məsələ ətra­fında söhbətə yekun vuraq.

- Nejə vurajaqsan yekunu, biz hələ təzə başlayırıq.

- Sən bir ifadə işlətdin sualında: «Bəyəm onların sü­cet xət­ləri hiss olunur?» dedin.

- Nə olsun.

- O olsun ki, sən də süceti inkar etmirsən. Anjaq istəyirsən ki, sücet hiss olunmasın, onun əlamətləri gözə görünməsin.

- Hə – dedi Əli.

- Ona görə də gəl «şəffaf sücet» terminini qəbul edək. Çün­ki hətta şeirlərinin də əksəriyyətinin özünə məxsus sücetləri var.

Çətinliklə də olsa Əlini razı sala bildim… Bilmirəm, bəlkə ara­dakı xətir-hörmətə görə razılaşdı, amma yox, belə mət­ləb­lərdə Əli güzəştə gedən deyildi.

Əlinin şeirlərinin bəzi misraları mənə nahamvar gö­rü­nürdü. Belə güman edirdim ki, Əli məzmunu formaya qur­ban ver­mə­mək xatirinə müəyyən misraların jilalı ol­ma­sı qayğısına qalmır. Mən, əlbəttə, yanılırdım. Əli bəzən sözlərin yerini qəstən elə də­­yiş­dirirdi ki, qulaq o misrala­rın səslənməsinə alışmamış ol­sun. Əlinin intonasiyası özündən əvvəl gələn şairlərinkindən elə bilirəm kəskin fərqlənirdi. Axıjılığa gəldikdə, Əli tək şeirlə­rin­də yox, epik poemalarında da ən yüksək şeiriyyətə nail ola bil­miş­di. Onun şeirin arxitektonikasına xüsusi diqqət yetirdiyini sonra­dan müşahidə edə bildim. Əvvəllər onun nahamvar zənn etdi­yim misraları barədə fikirləşirdim: Asfaltı yaran çiçək də sərt olur. Əlinin bəzi misraları nahamvar görünə bilər, o, betonu də­lib gəlib.

Əli Azərbayjan şeirinin səslənməsinə məftun idi. Çox bö­yük qürur hissi ilə Literaturnı institutda rus şairi Luqovskoyun dediyi sözləri tez-tez xatırlayar və təkrar edərdi. Əli deyirdi ki, Luqovskoyun fikrinjə şeir dünya xalqlarının heç birinin dilində Azərbayjan dilində olduğu kimi ahəngdar, musiqili səslənmir. Luqovskoy deyirdi ki, heç bir dildə bu jür gözəl səslənən misra yoxdur:

Qaqqıldaşa qaqqıldaşa durnalar?

Bu «q»ların, bu «ş»ların belə düzümü hansı dildə var? Və sözlərin belə ahəngdar düzümü hansı dildə ola bilər? Əli bunu elə vəjdlə deyirdi ki, sanki dünya onun idi.

Mən xeyli sonralar ədəbiyyatımızdakı «Durnalar» adlı şeir­ləri nəzərdən keçirdim və həmin misranın Qasım bəy Zakirə məxsus olduğunu gördüm.

Bir saat havada qanad saxlayın,

Nizam ilə gedən qoşa durnalar!

Qatarlanıb nə diyardan gəlirsiz

Qaqqıldaşa-qaqqıldaşa, durnalar?

Təəssüf ki, Azərbayjanda klassik şairlərimizin əsər­lə­rinin dərinliklərinə dalmağı, nüfuz etməyi bu qaydada öyrədənlər olmamış və indi də yoxdur. Fitrətən əsl şair olan, şair doğulan Əli Moskvadakı təhsil illərində gör­kəm­li və ustad rus şair­lərin­dən şeirin, bəndin, beytin, misra­nın, sözün, hejanın, hərfin ana­tomiyasına nəzər salmağı öyrənib qayıtmışdı. O məziyyətlər ki, əsl şeirdən tələb olunur, onların hamısının Azərbayjan poe­ziyasında bol-bol olduğunu Əli böyük iftixar hissi ilə müşahidə eləmişdi.

Əli öz müşahidələri əsasında yeni, təravətli ədəbiy­yat nə­zə­riyyəsi kitabı belə yazmağa tam hazır idi.

Bakıda olarkən Əlini düz yaşadığı binanın həndəvəri­nə qə­dər yola salmaq elə bil Allah tərəfindən mənə tap­şırılan bir və­zifə idi. İndi-indi mən anlayıram ki, bütün bunlar Əlini «kənar təsirlərdən qoruya-qoruya evə sağ-salamat çatdırmaq» üçün imiş. O zaman Əli Montin qə­sə­­bəsində qaynatasıgildə yaşa­yırdı. Əvvəl kirayə etdiyi otağın sahibi nə jür oyunlar çıxar­mış­dısa da Əli ailəsi ilə oranı tərk etmək məjburiyyətində qalmışdı. Əli həmin evin sahibinə o qədər nifrət eləyirdi ki, otaqda qoyub gəldiyi bir sıra müxəllafatın dalınja da getməmişdi. Mon­tindəki mənzil üç otaqdan ibarət idi, müasir tələblərə tam javab verir­di. Lakin bizim dərin kökləri olan ənənələrimiz kürəkənin qay­na­ta evində qalmağını müsaidə etmirdi. Mən o zaman müşahi­də­lərim əsasında bu qənaətə gəl­mişdim ki, Əlinin gələjək xoş­bəxt həyatı onun özünə və ailəsinə məxsus olajaq mənzildən asılıdır. Bu barədə mü­lahizələrimi Rəsul Rzaya da yazmışdım və ona böyük ümidlər bəsləyirdim. Məktubu bir də ona görə yazmışdım ki, bilirdim: Əli min ilə qala utandığından bu barədə ona bir söz deməz. Həmin məktubun bir parçasını Feyzi son­ralar Əli haqqında yazdığı kitabda verəjəkdi.

«Əziz və doğma Rəsul müəllim, salam!

Bu kiçik məktubu yazmaqda məqsədim Sizin diqqə­tinizi dostum və qardaşım Əli Kərimin şəxsi həyatına yö­nəlt­məkdir. Onun gözəl şair və insan olmasını Siz çox yaxşı bilirsiniz. İş bu­rasındadır ki, Əlinin üzünə irişən bəzi bədxahlar onun yara­dı­jı­lığına irad tuta bilmədiklərindən haqqında saxta lətifələr quraş­dırıb, orda-burda qeybət edir, ijtimaiyyət arasında onu gözdən salmağa, içkibaz kimi qələmə verməyə çalışırlar. Halbuki onla­rın çoxu bu sahədə gödən yırtır, amma Əlinin adı bədnamdır. Mən Əlini heç də suya çəkmək fikrində deyiləm. Əli bəzən ölçü hissini itirib kimlə içməyin fərqinə varmır.

Rəsul müəllim, Əli ilə yaşımız eyni olduğuna görə mən ona bu sahədə təsir göstərməkdə ajizəm. Bir də ki, mən burada, o, Bakıda. Həm də bizim dostluq müqavi­lə­mizdə belə bir maddə var: «Bir-birimizə nəsihət vermə­yə­jəyik., lazım gəlsə qəzəblə­nə­jəyik» (Heç Əliyə də qəzəblənmək olar?)

Rəsul müəllim, Əli öz həyatını normal qura bilmə­miş­dir. Onun indiyə kimi evi yoxdur. Qaynatasıgildə (Montin qəsəbə­sin­də) olurlar. Qeyri millətlərdə qaynata evində yaşamaq bəlkə adi bir haldır, lakin bu hələ bizim ənə­nə­mizə daxil olmamışdır. Müşahidələrim əsasında deyə bi­lərəm ki, Əlinin arvadı çox gö­zəl, əzmli, savadlı və yük­sək zövqlü bir insandır. Əlini çox gözəl başa düşür. İki də qəşəng oğlanları var. Əlinin qaynatası da, qaynanası da yaxşı adamlardır. Lakin bütün bunlara baxma­ya­raq Əli özünü orada sərbəst hiss edə bilmir. Bəzən içmək meyli də buradan doğur.

İkinjisi, Əli görür ki, o qazansa da, qazanmasa da ailə do­lanır. Mənjə ailə qayğısı heç də yaradıjı adamı əsas işdən ayır­mır. Bəlkə də bu qayğı onu müəyyən məq­sədə yönəldir, inti­zamlı edir, çalışqan edir, sürətlə iş gördürür və sairə… Elə elə­mək lazımdır ki, ailəsinin qay­ğısını tək Əli özü çəksin. Bunun nə­tijəsində Əlinin haq­qındakı xırda-para söhbət də öz-özünə aradan çıxar. Bütün bunlar üçün hər şeydən əvvəl Əliyə ev la­zımdır…»

Yaşıdlarıma nisbətən mənim ierarxiyaya daxil olan yazı­çı­lar­la görüşmək imkanlarım çox idi. Onların Gənjə­də keçirilən yu­bileylərinin əsas təşkilatçısı mən olurdum. Moskvadan, Le­nin­qraddan, başqa respublikalardan şəhə­rimizə gələn nüma­yən­dələri çox zaman bizim böyük ya­zı­çılarımız müşayiət edir­dilər. Onlarla söhbətlərdə həmişə Əlidən söz salardım, onun mənzilsiz olduğunu xatırla­dar­dım. Mən mənzil məsələsinin bu qə­dər ağır problem ol­du­ğunu təsəvvürümə gətirə bilmirdim. Bax­mayaraq ki, özüm də mənzil alana qədər çox əziyyət çək­mişdim.

Günlərin bir günündə (il, ay, gün yadımda deyil) Mehdi Hü­seynin fajiəli vəfatından sonra Yazıçılar İttifaqı­nın on nəfər, əsa­sən javan və neytral, yəni heç bir dəs­təyə, filana qoşul­ma­yan üzvünü Azərbayjan KP MK-ya dəvət etdilər. Əlbəttə, çağı­rı­lanların neytrallığı nisbi olmalı idi. Onlardan yalnız altı nəfəri yadımda qalıb. Qulu Xəli­lov, Əli Kərim, Jabir Novruz, Əkrəm Əylisli, Araz Da­daşzadə və mən (Qalan dörd nəfər bağışlasın məni) Əv­vəljə mən bu dəvətə o qədər də əhəmiyyət vermir­dim. İttifaqda ierarxiyaya yaxın olan çox istedadlı (təxminən ya­şı­dım olan) bir yazıçı məni xəlvətə çəkib Mərkəzi Ko­mi­tədə nə danışajağım barədə təlimat verməyə başladı, özünü də elə gös­tərirdi ki, guya qardaş imiş mənimlə. Dediklərinin çoxu ya­dımdan çıxıb. Bir mətləb yaxşı ya­dım­dadır, onun «təlimatına» əsa­sən mən «Ədəbiyyat və injəsənət» qəzetinin o zamankı redaktoru Qasım Qasım­za­dənin əleyhinə danışmalı idim, guya İttifaqdakı bütün narahatlıqların səbəbkarı o imiş. Mən isə Qa­sım müəllimi İttifaqda ən abırlı adamlardan biri hesab edirdim. Həmin yazıçıya qısa və sərt dedim:

- Nə danışajağımı özüm çox yaxşı bilirəm.

Təxminən bir saatdan sonra gördüm həmin adam həmin yerdəjə Əkrəm Əylislini yaxalayıb, dil-dil ötür. Təbii ki, mənə dediklərini indi də Əkrəmə təlqin edirdi. Bayaq ona ajığım tut­muşdu, indi isə nifrət etdim. Ona görə ki, ötən gün həmin yazıçı başqa bir nisbətən gənj yazıçı ilə Əkrəmin qeybətini qırırdı, guya Əkrəm oricinal yazıçı deyil, üstəlik «bezdarnı»dır. Nə isə, İttifaqda belə şeylər çox olub. Hər halda, MK binasında fürsət tapıb Əkrəmə dedim ki, özünün, yalnız özünün müşahidə elə­dikləri qüsurlardan danışsın, özgələrin dediklərini kənara atsın. Əkrəm mənə dedi ki, «səni başa düşdüm». Sonra məlum oldu ki, tam başa düşməyib, çıxışında qəzetin ünvanına bir neçə söz deyib. Ümumiyyətlə, yüksək iste­da­dı olan Əkrəm hədsiz dərə­jədə sadəlövh görünür. Onu aldatmaq su içmək qədər asandır. Onu yaxşı təmin olunmuş qəsrə salasan, kağızını da bol elə­yəsən, yazsın özü üçün. Doğulub, böyüyüb boya-başa çatdığı ailədə ona Yazıçılar İttifaqında jərəyan edən oyunlardan heç kəs, heç nə qədər təlim keçməyib. Həmin kəndin saf psi­xolo­gi­yası ilə İttifaqda girlənmək mümkün olan şey deyil. Nə isə o biri çı­xışlardan yadımda heç nə qalmayıb. MK-da bizi qəbul edib dinləyənlər aşağıdakılar idi: MK katib­ləri – Xasay Vəzirov (ideo­logiya üzrə), Əli Əmirov (sə­na­ye üzrə), Əli Kərimov (xatirimdə deyil onun vəzifəsi, bəl­kə Bakı şəhər Partiya komitəsinin birinji katibi), Sərvər Aslanov (MK ideologiya şöbəsinin müdiri), Əziz Mirəh­mə­dov (onun müavini). Əli Əmirovla Əli Kərimovun bu­ra­da iştiraklarının mənası mənə qaranlıq qalmışdı. Məsələ­nin qo­yu­luşu belə idi: Yazıçılar aləmində baş verən xo­şagəlməz hadi­sə­lərin səbəbi və mənbəyi nədədir? MK iş­çilərinin ən ehtiyatla yanaşdıqları adam Qulu Xəlilov idi. Axıra onu saxlamışdılar. Hiss etmişdim ki, mənə söz ver­mək planlarında yoxdur. Quluya söz verildi. Mətbuatda kəskin çıxışlar edən Qulu indi diplomatik danışığı əsas götürdü. Təxminən dedi ki, «iki jəbhəyə bölünüb sən­gər­ləniblər. Atışırlar, vuruşurlar».

Gərək ki, Xasay Vəzirov dedi ki, «vuruşduqlarını bi­lirik, sə­bəbini öyrənmək istəyirik».

- Səbəbini özlərindən soruşun – dedi – Qulu.

Xasay Vəzirov söhbəti yekunlaşdırmaq istəyirdi, mən söz istədim.

- Zənnimizjə kifayətdir – dedi – Vəzirov.

Bir nəfər də əyalətdən gələnə söz verin – dedim.

Əli Əmirov da, Əli Kərimov da mənə söz verilməsin­də tə­kid etdilər.

Nəhayət söz verildi.

- Yazıçılar arasında baş verən xoşagəlməz hadisə­lərin bir mənbəyi buradadır – dedim.

Bu iştirakçıların hamısı üçün, istisnasız, gözlənilməz oldu. Ən güjlü reaksiyanı Xasay Vəzirov verdi:

- Nejə yəni, hansı əsasla deyirsiniz?!

Əlbəttə, mən ona birbaşa bildiklərim və düşündüklə­rim əsa­sında javab verə bilməzdim, sözümü elə oradaja kə­sər­dilər, mən onların öz leksikonlarında öz terminləri ilə danışmalı idim, buna da hazır idim.

- Bədii ədəbiyyata partiya rəhbərlik etməli deyilmi? Hazırda Mərkəzi Komitənin yazıçılara peşəkar rəhbərlik etmək imkanları çoxdur, mən Əziz Mirəhmədovun bura­da işləməsini nəzərdə tuturam. Lakin yazıçılara olan rəh­bərlik təsirsizdir. MK-da İtti­faq­­da baş verən hadisələrə mü­şahdəçi mövqeyindən baxırlar.

Xasay Vəzirov mənim sözümü əsası olmayan bir id­dia ilə kəsmək istədi:

- Axı elə yazıçılar var ki, partiyanın üzvü deyil, biz on­lara nejə təsir göstərə bilərik?

- Yazıçılar İttifaqının Nizamnaməsi, partiya Nizamna­məsi kimi bir şeydir – dedim. Əslində mən o nizamna­məni heç gör­mə­mişdim, anjaq sözüm təsir elədi, daha mane olmadı. Da­vam elədim – MK İttifaqda baş verən nalayiq hadisələrin nəinki qarşısını almağa təşəbbüs gös­tərmir, mənə elə gəlir ki, bu ha­di­sələri müşahidə etmək­dən bir az da zövq alır…

Əslində mən bildiklərimin jüzi hissəsini dilimə gə­ti­rirdim. Mən 50-ji illərdən ədəbi mühitdə baş verən hadi­sələri müşa­hi­də eləmişdim. MK-dakı yoldaşların yazıçı­la­ra «qayğı», «rəhbər­lik» və başqa münasibətlərinin şahidi olmuş və görmüşəm ki, həmin yoldaşları yeni meydana çıxan bədii əsərlər heç də ma­raq­landırmır. Onları yazı­çı­lar arasında münasibətlər, daha doğ­rusu, pis münasibət­lər daha çox maraqlandırır. Yazıçılar alə­mindəki çəkiş­mə­lərə, söyüşmələrə ağızları sulana-sulana qulaq asardılar, yazıçı yığınjaqlarında iştirak etmiş kuratorları yaxala­yar­dı­lar – kim kimə söydü? «Deyirlər M.Rahim filankəsi ya­man eləyib», «Deyirlər Əli Vəliyev elə qışqırıb ki, pənjə­rələr jingil­dəyib». Deyirlər lap «dartma yaxam jırıldı» olub. Kuratorlar da gör­düklərinin üstünə bir az da qoyub şirin-şirin danışardılar olub keçənləri, böyüklər də gedib arvadlarına söylərdilər gejə­lər… MK-ya bu xeyir eləyirdi. Yazıçılar ijtimai hadisələrə hədsiz həssas adamlar ol­duq­larından diqqətlərini əsas mətləblərdən yayındırmaq üçün onları bir-birinin üstünə salışdırırdılar. Sakitlik çökən kimi bir də gördün ortalığa «yalançı xəlqilik» və ya «ənənə və novatorluq» problemləri atır, meydanı yenidən qızış­dı­rırdılar. Sənətkarların əsəbləri tarıma çəkilir, beyin­lə­rinə qan vurur, ömürləri mişarlanırdı. Yoldaşlar MK qül­lə­sindən bir-birinə söz yarası vuran yeni dövrün mənəvi qladiatorlarına, eyni sinfə mənsub olduqları halda bir-biri ilə «sinfi mübarizə» meydanına atılmış bu yazıq adamla­rın ölüm-dirim savaşına ləzzətlə baxır­dılar.

Əlbəttə, mən burada bildiklərimin və düşündükləri­min ha­mısını deyə bilməzdim. «MK işçiləri yazıçıların mü­nasibət­lərin­dən həzz alır» jümləsi də kifayət edərdi. Bu jümləyə nədənsə etiraz eləmədilər. Bəlkə düşündülər ki, mənim arxamda kimsə böyük bir qüvvə durub (Zəmanə elə zəmanə idi. Mən hamının qorxduğu KQB işçilərinin yeri gələndə hədsiz qorxaq adamlar olduqlarını öz göz­lərimlə görmüşəm).

Gördüm hamı gözlərini mənə zilləyib sözümün dava­mını gözləyir. Davam elədim:

- İkinjisi, - dedim – Yazıçılar İttifaqındakı münaqişə mən­bə­lərindən biri də əmək haqqı alan yazıçılarla əmək haqqı al­ma­yan yazıçılar arasında heç bir fərqin olmama­sıdır. Görkəmli yazıçıların bir qismi bulvarda gəzir, bir qismi də İttifaqda kabi­net­lərdə əyləşib, hər ay vaxtlı-vax­tında əmək haqqı alır. Bulvar­da gəzənlər deyirlər: «Biz də işləmirik, onlar da, nə üçün onlar əmək haqqı alır, biz yox?»



- Onlar yəni doğrudan işləmir?

- İşləmirlər – dedim, əgər işləsə idilər, bizi bu gün buraya çağırmazdınız – işləyirlərsə də özləri üçün işləyir­lər. Res­publi­kada ədəbi proqress diqqətdən kənarda qa­lıb, gənjlərin yara­dı­jılıqları ilə maraqlanan yoxdur. Teleq­raf stili deyilən bir stillə ya­zan bir dəstə gənj meydana çıxıb. Çıxıb, çıxsın. Məsələ bu­ra­sındadır ki, onlar klassik Azərbayjan ədəbiyyatının inkar yo­lunu tutublar, iş o yerə çatıb ki, Mirzə Jəlili də danırlar. Halbuki onların hamısı bir yerdə «Poçt qutusu»nun bir künjündə itərlər. Gənj­lərin yaradıjılığı ilə Yazıçılar İttifaqı məşğul olmalıdır, bu mühüm mətləb diqqətdən kənarda qalıb (Həqiqətən də o dövr­də Mirzə Jəlil yaradıjılığını lağa qoymaq bir dəb ha­lını almışdı, jəmi bir-iki ildən sonra xüsusən gənjlər ara­sında Mirzə Jəlil ya­radıjılığına maraq böyük bir sürət­lə artdı). Mən o zaman çox­larını maraqlandıran və narahat edən bir məsələyə toxundum. Halbuki gözləyirdim ki, həmin məsələyə Qulu toxunajaq. La­kin, görünür, Qulu buraya kimlərləsə əməlli-başlı məsləhətləşib gəlmişdi. O bu məsələdən yan keçdi. Mənsə fikirləşirdim ki, res­publi­kada buradan yüksək tribuna yoxdur, ürəyimdə nə var­sa deməliyəm, bir də kimdir məni bura dəvət edən, bir fur­sətdir de nəyi lazım bilirsənsə. Davam elədim: - İndi yazı­çı övlad­la­rı­nın valideynlərinin yolunu davam etdirməsi bir dəb halını alıb (o zaman təxminən on beş yazıçı övladı yavaş-yavaş çap olun­ma­ğa başlamışdı). İttifaqa gələn yaşlı yazıçının kenquru kimi kisə­sindən bir, ya da iki uşa­ğın başı boylanır. Yazıçılar İttifaqının mü­əy­yən mərtəbə­sinə on beş-iyirmi il müddətinə qalxmış kim­səsiz, qəy­yum­suz javan yazıçı yanını qoyub dinjəlmək istə­yən­də bir də görür ki, həmin mərtəbənin liftinin qapısı açıldı və ədəbiyyata dünən gələn yazıçı balası qoltuğunda papka çıxdı mər­təbəyə və üz qoydu gərəkli qapıya. Əgər bizim yaşlı yazı­çılar ədəbi nəsil yetişdirməyi övladlarını Yazı­çı­lar İttifaqına qə­bul etdirməkdə görürlərsə, onlar sonsuz­dur­lar. Otuz yeddi-otuz səkkiz illik uzaqlıqda deyilmiş bu sözlər indi qəribə və bəlkə də əjaib səslənir. Kimə nə dəxli var ki, bir ailədən neçə adam ya­zıçı və ya şair ola­jaq. Kapitalist ölkələrində belə hallar maraqla qarşılanır, təqdir olunur, haqqında yazılır və sairə. Bəli, bu indi belə səslənir. O zaman isə Yazıçılar İttifaqı dövlətin bir hissə­si, faktiki olaraq dövlət idarəsi idi. Nə deyirlər desinlər, istər adını ijtimai təşkilat qoysunlar, istər yaradıjı təşkilat, raykom katib­ləri, ijraiyyə komitə sədrləri nejə və hansı üsulla seçilirdisə, Ya­zıçılar İttifaqının rəhbərliyi də o qay­da və üsulla seçilirdi (Da­ha doğrusu, təyin olunurdu). Ali sovetdə də Yazıçılar İttifaqının üzvləri başqa idarə və təş­kilatların işçiləri kimi təmsil olunur­dular. Təbii ki, vali­deyn­siz yazıçılar nə vaxtsa vəzifə tutmaq və ya deputat olmaq arzusu ilə yaşayırdılar (çox nahaq!). Yazıçı ba­lalarının İtti­faqa axını bu arzuları dumana bürüyürdü. Yazıçı öv­ladları ədəbi mühitə bağlı idilər, ailə kitabxanaları, müxtəlif əla­­qələr onların əksərinə yaxşı intellektual səviyyə təmin edirdi, onların yaxşı mütaliələri vardı, lazım gələndə bu, istedad çatış­maz­lığını əvəz edirdi. Oxujular isə bir çox hallarda əsl, həyat­dan gəlmə peyvənd ədəbiyyatla kitab­dan gəlmə, ustalıqla, mü­kəm­məl texnika ilə yazılmış bel­letristikanı fərqləndirə bilmirdilər; bir sıra hallarda intellek­tual səviyyə təbii istedadı döyürdü. Nə­hayətdə isə intel­lektual səviyyə ilə istedadı birləşdirənlər önə çıxdılar, bu da təbii görünür. Və otuz yeddi il uzaqlardan həmin mə­sə­ləyə nəzər salanda heç o yazıçıları qınamaq olmur. Sovet ittifaqı ərazisində elitalar birinji dəfə 1917-1920-ji illərdə məhv edilib. Onları əvəz edəjək inqilabçılar elitası 1937-1938-ji illər­də məhv olunub. Yeni elita isə 30-ju illərin ikinji yarısından sürətlə formalaşmağa üz qoyub, onun sıralarında demək olar ki, romantiklər qalmamışdı. Bu elitaya 37-dən bir təhər sürüşüb çıxanlar və həmin əməliyyatı həyata keçirənlər daxil idilər – üzü boz, üzü bərk elita idi. Elitanın bir xüsusiyyəti irsilik idi. Bu eli­tada sahibkarlar (torpaq sahibləri), titullu adamlar (bəylər, xan­lar, qraflar, baronlar və s.) yox idi. Burada imtiyazlı, gəlirli və­zifələr var idi. Vəzifələr tədrijlə klanlara çevrilirdi. Deyək, mə­sə­lən prokurorluq sistemi. Bu sistemin işçiləri bir-biri ilə müxtəlif qohumluq əlaqələri yaradır (uzaq başı kirvəlik), kənar adamlar qohumlaşmağa majal tapma­yan­­da dimdiklənib sistemdən kə­nar edilirdilər. Milisdə də, partiya aparatında da və sairədə də vəziyyət belə idi. Mən hələ elm sahələrini demirəm. Onda yazı­çı üçün öv­ladında istedad qığıljımı görəndə valideyn sevinirdi. Bilir­di ki, başqa sistemlərdə ona yer olmayajaq. O zaman biz bun­ları dərk edə bilmirdik, ona görə də yazıçı balaları­nı xor­la­yır­dıq. Qayıdaq keçmişə, MK binasına. Mənə diq­qətlə qulaq asır­dılar. Arada gözüm üzbəüz əyləşmiş Əli­yə sataşdı. Rəngi düm­ağ­dı. Niyə görəsən? Fikirləşirdi ki, bu işlərin axırı nejə olajaq. Mənsə davam edirdim:

- Gənjlərə qayğısızlıq o dərəjəyə çatıb ki, Əli Kərim kimi bir şairin yaşamağa mənzili yoxdur.


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin