ÜÇ HEKAYƏ
Əlinin hekayə yaradıjılığından uzun müddət xəbərsiz olmuşam, çap etdirmirdi. Əlyazmalarını da göstərmək xasiyyəti yoxdu. Jəmi bir-iki dəfə əlyazmasından şeir oxumuş olardı. Əli əsl sənətkar, qüdrətli istedad sahibi idi. O bədii ədəbiyyatın bütün növ və canrlarında istedadının güjünü göstərmək iqtidarına malik idi. İnanmaq istəyirəm ki, Əlinin müəyyən peşə vərdişləri olsa, o gözəl şəkillər, xüsusilə təbiət mənzərələri çəkə, musiqi əsərləri bəstələyə bilərdi. Lakin qayıdaq kiçik epik canra. Əlinin doqquz hekayəsi vardır. Üslubi və yazı manerası ilə bunların başqa əsərlərə oxşarı yoxdur. Lakin ümumi tərəfdən qiymət verilsə klassiklərimizdə (məsələn, Mirzə Jəlildə) müşahidə edilən və məhz klassiklərə xas olan bir jəhət Əli yaradıjılığında da görünür. Klassiklərin əsərlərini bir oxuda bütövlükdə qavramaq mümkün deyil, ilk oxuda bir mətləb səni çəkib aparırsa, ikinji, üçünjü oxularda başqa mətləblər boy verir, təsəvvürlər genişlənir, bütövləşir, tamlanır. İlk oxuda Əlinin «Bərbər» hekayəsi yüngül zarafat təsiri bağışlayır. Jəmiyyətin sıravi üzvünün ölkədaxili hadisələrə fəal müdaxiləsi ilk növbədə, bəlkə də bu zərərsiz adam haqqında xoş təəssürat da oyadır. Lakin diqqətli oxuda hekayənin tamam başqa hədəfə yönəldiyi aşkarlanır, təbəssümü ajı fikirlər əvəz etməyə başlayır. Seyfinin bərbərxanası ən azı keçmiş rayon partiya komitəsinin təbliğat-təşviqat şöbəsini və ya onun məntəqəsini yada salır. Əhalinin total şəkildə ideolociləşdirildiyi bir jəmiyyətdə insanların baş-üz qırxdırarkən azajıq nəfəs alıb dinjəldikləri bir yer olmalı ikən, haylı-küylü yalanlardan heç olmasa, müvəqqəti şəkildə ayrılıb özünə dalması üçün ən münasib yer olmalı ikən, bu bərbərxana özünün tərtibatı ilə ideoloci mismarları müştərilərin beyninə daha möhkəm pərçimləyir, yüngül bir tənəffüs imkanlarını da aradan qaldırır. Çünki «ortadakı stolun üstündə sıra ilə düzülmüş «Oqonyok», «İnqilab və mədəniyyət» curnalları, «Pravda», «Kommunist» qəzetləri görünür. Divarda rəhbərlərimizin, Sosialist Əməyi qəhrəmanlarımızın portretləri… Güzgüsünün üstə şüar: «Keçiji bayraq uğrunda…» Seyfinin də öz şüarı var: «Qırxdığım hər baş mənim öz başımdır». Görünür, bu da jəmiyyətin «Bir nəfər hamı üçün, hamı bir nəfər üçün» devizi əsasında formalaşmışdır. Dükanın, yəni dəllək dükanının müasir, siyasi-ideoloci tələblər əsasında tərtibi ilə kifayətlənilsəydi, nə vardı ki? Məsələ burasındadır ki, dükan sahibi yaratdığı mikromühitdə özünü başqa vəzifədə hiss edir. Bir yanda «Pravda», bir yanda «Kommunist», bir yanda da «Keçiji bayraq uğrunda» şüarı dəlləyi dəllək mövqeyindən xeyli yuxarılara qaldırıb. O, özündə az qala raykom katibi səlahiyyəti hiss edir (ya birinji, ya ikinji – təfavütü yoxdur) müştərilərinə də katib mövqeyindən baxır, qiymət və tövsiyələr verir. Yeri gələndə danışığında hədə notları da olur. Əmək kitab kitabçalarında qazanjı az olanların başlarını köhnə, tükləri yolan maşınla qırxır – töhmət və ya işinə tikilməklə şiddətli töhmətə əvəz olaraq «Hünərin varsa bu zaman bir söz soruş, daşdan səs çıxar, Seyfidən yox, yığıb-yığıb elə partlar ki, guya adam dolu bir zalda çıxış edir. Danışdığına da peşman olajaqsan. Əgər maşın tükünü çəksə də dinə bilməyəjəksən. Seyfi axırda saçına ətri də könülsüz tökəjək. Ona «sağ ol» deyib gedəndə Seyfinin «xoş gəldin»i «rədd ol!» sözündən pis səslənəjəkdir». Bəzi hallarda Seyfi özünü nəinki raykom, bəlkə də MK katibi yerində hiss edir. Əgər Nizamidə Harun ər-Rəşidin dəlləyi ayağının altındakı dəfinədən qüvvət alıb hökmdarın qızını istəmək jəsarəti tapırsa, Əlinin dəlləyi özünün yaratdığı mikromühitdən – ideoloci yönümlü dükandan güj alıb Sosialist Əməyi Qəhrəmanına tövsiyyələr verir. Və buradakı dialoq qətiyyən dəlləklə müştəri arasındakı söhbətə bənzəmir.
- Hə, danış görək pambığın nejədir?
- Yaxşıdır a yoldaş Seyfi, ürəyin sakit olsun.
- Dünən özüm də baxmışam, yaxşıdır.
- Bəs niyə soruşursan? – deyə Qüdrətzadə güldü.
- Bilirsən nə var, Qüdrət? – deyə, soruşdu.
- Xeyir.
- Tələbimin artdığını eşitmisənmi? Qəhrəmanlardan daha bir yox, iki ulduzlu olmağı tələb edirəm. Bu ulduzun yanında (əlindəki ülgüjlə Qüdrətzadənin döşündəki ulduz nişanını göstərdi) bir ulduz da parıldamalıdır.
- Parıldamasa? – deyə Qüdrətzadə yenə güldü.
- Başını köhnə maşınla qırxajam.
- Nə? Bizi kənddə biabır edəjəksən?
- Dedim qurtardı…»
Əlinin yaratdığı dəllək bəzən qarğıdan at minmiş uşaq təsiri bağışlayır. Onda heç bir patoloci qüsur yoxdur, anjaq buna baxmayaraq boya-başa çatdığı mühit onu əjaibləşdirmişdir. Əli mövzuya zarafat ovqatı aşılayaraq hekayəni çox asanlıqla senzuranın diqqətindən yayındıra bilmişdir. Hekayə qəhrəmanının məsələn, dərzi yox, çəkməçi yox, məhz dəllək, yəni qırxan olması da mənalıdır. Jəmiyyətdə çox şeyin öz yerində olmaması «dəvənin dəlləklik eləməsi» (burada dəllək dəvəlik edir) ijtimai quruluşun qeyri-sağlam olmasından nişan verən əlamətdir. Əlinin hekayəsində eybəjərliklər ikinji planda – gülüş toranının arxasından görünür. Bu hekayədə ijtimai məsələlərə Əlinin özünəməxsus münasibəti ifadə olunmuşdur.
Əliyə güləş adam deməzdin, lakin qaşqabaqlı da deyildi, fikirli olardı. Ən dərin düşünjəli anlarında belə üzündən zərif tülarxası, çətin sezilən ilıq, işıqlı, təskinediji məhəbbət və mərhəmət dolu təbəssüm əskik olmazdı – baxışları uzaqlara, sonsuzluğa zillənmiş olsaydı belə ətrafındakılardan təbəsümünü əsirgəməzdi; gözlərindən, baxışlarından, bütöv sifətindən yumşaq bir işıq yağardı. Hərdən mənə elə gəlirdi ki, tanımadığı bir şəxs, lap əjnəbi olsun, onun elə ilk görüşdə şair olduğunu həmin andaja kəsdirə bilərdi. Əlinin siması şeir nuruna qərq olmuşdu, Əlinin siması özü bir təkrarsız şeir idi. Əli içəridən gələn, varlığını silkələyən qəhqəhə ilə çox nadir hallarda gülərdi, elə bil gülüşə qənaət edirdi ki, üzündəki təbəssüm daimi olsun, birdən-birə sovrulmasın. Sabirdə də, məndə də müəyyən yumor ünsürləri var idi və bəzən Əlini qəhqəhə ilə gülmək məqamına gətirə bilirdik, lakin Əlinin özünün təzə-tər üslübda güldürə bilmək istedadından xəbərsiz idik. Və günlərin bir günündə Əlidən çox uzaqlarda əlimə keçən bir qəzetdəmi, ya curnaldamı onun «Şillə» adlı olduqja kiçik həjmli hekayəsinə rast gəldim. Oxudum, güldüm, bəlkə də bir neçə gün bu gülüşün təsiri altında oldum. Əli elə başdan-ayağa yumşaq təbəsümdən ibarət deyilmiş. Söhbətlərimiz əsnasında replikalar, atmajalar çox olurdu – yaranmış vəziyyətlə bağlı yüngül sataşmalar da olurdu.
Mən səfərə çıxarkən jibimdə bir neçə iri dilli bıçaq olardı. Konserv və ya şüşə ağzı açmaq, meyvə doğramaq üçün yol bıçağı. Bir gün bıçağı nə üçünsə çıxaranda Əli dedi:
- Pasportunu yerinə qaytar!
Bunun mənası o idi ki, o dövrdə bizim tərəflərin adamlarını ən savaşan adamlar hesab edir və bu zəmində bizlərə atmaja tullayırdılar. Bir az mətləbdən uzaqlaşmalı olsam da Əli ilə əlaqəsi olmayan lakin böyük yazıçımızla bağlı bir hadisəni söyləməyə ehtiyaj duydum. Gərək ki, əllinji illərin ikinji yarısı idi. Bakıda idim. İttifaqda mənə dedilər ki, Süleyman Rəhimov səni axtarır. O zaman Süleyman müəllim Yazıçılar İttifaqının sədri idi. Güman etdim ki, Gənjə filialına dair göstərişlər verəjək. Getdim qəbuluna. Həmişəki kimi işgüzar sorğu-sual oldu ədəbi mühitə dair, lakin bu dəfə çox qısa. Süleyman müəllim filial söhbətini bitirib məzəmmətediji tərzdə dedi:
- Niyə o javanlarınızı başa salmırsınız, indi bəyəm adam öldürmək, baş kəsmək əyyamıdır yenə?! Gərək elə həmişə sizin şəhərin adı hallana. Bu saat hamı buradakı təhsillə qane olmayıb axın edir Moskvaya, Leninqrada. Gənjə javanları da adam öldürməkdə ad çıxarır.
- Axı nə olub, Süleyman müəllim, başqa şəhərlərdə, rayonlarda adam öldürən bəyəm azdı, gödən yırtan nə qədər desəniz var, elə bizim şəhərin adı bədnam olub.
- Elə iş tutursunuz ki, adınız da bədnam olur. Moskvanın göbəyindən gələn qızı bu günlərdə sizin javanlar öldürməyib? Bütün Sovetlər İttifaqına səs salıb bu hadisə. Tənha javan qız Gənjə seysmik stansiyasına təjrübəyə gedibmiş, elə qatardan düşüb bir az aralananda namərdlər qətlə yetiriblər, paltar-palazını da aparıblar, tələbədə nə olajaqdı ki? Neçə gündür gözümə yuxu getmir. Axı bizim Şamo da oradadır, həmin stansiyada elmi iş aparır. Neçə gündür xəbərimiz yoxdur, evdə hamı nigarandır.
- Əvvəla həmin qızı kimin öldürdüyü hələ məlum deyil. Döyüb-döyüb yeddi adamın boynuna qoymuşdular, SSRİ daxili işlər naziri gəlib qatili tələb eləyəndə həmin yeddi adamı gətirdilər onun hüzuruna, yarım saatlıq sorğu-sualdan sonra deyib ki, bunları açıb buraxırsınız və üç gün müddətinə mənə əsl qatili nişan verirsiniz. Bir neçə gün gözləyəndən sonra çıxıb getdi, amma yaman hədələdi getdi. İndi hələlik bilmək olmaz kim öldürüb qızı. O ki, qaldı Şamoya, Gənjədə onun başından bir tük də əskik olmaz.
- Təki sən deyən olsun. Nə vaxt qayıdırsan?
- İşlərimi qurtarmışam, elə bu gün də qayıda bilərəm, madam ki, siz bu qədər nigaransınız bu gün çıxar, sabah da zəng vuraram sizə.
- Bilirsən nə yaxşı olar, evdəkilər də sənə minnətdar olarlar.
Ayağa durdum, vidalaşıb çıxmaq istədim. Burada Süleyman müəllimin xasiyyətindəki çox qəribə və köyrək bir xüsusiyyəti müşahidə elədim.
- Sənə arxayınam ha – dedi, sonra əlavə elədi: Şamo amanatı, bir də təkrar etdi: Şamo amanatı. Kabinetin qapısına çatanda arxadan səsi gəldi: Şamo amanatı!
- Arxayın olun, Süleyman müəllim – dedim tamam arxayın.
Oradan keçdim Kubra xanımın otağına. Vestibülə çıxanda bu dəfə Kubra xanım çağırdı, döndüm, gördüm Süleyman müəllim onun yanına çıxıb.
Dedi:
- Şamo amanatı!
- Lap arxayın olun!
Artıq məndə həyəjan qarışıq bir nigarançılıq yaranmağa başladı.
Gəldim pilləkənin başına. İttifaqın mərmər pillələri çox uzundu. Birini enib kiçik meydançada dayandım, sola burulub ikinji pilləkənlə enmək istəyəndə yuxarıda elə bil bir hənir duydum. Başımı qaldırdım, birinji pilləkənin meydançasında Süleyman müəllimi gördüm, olduqja böyük və əzəmətli heykəl duruşu ilə. Dedi:
- Bilirsən də nə deyirəm.
- Bilirəm, lap arxayın olun zəngimi gözləyin.
Bu böyük yazıçıdakı nigarançılığı dərk və izah etmək mənim üçün çox-çox çətin idi.
Mən Gənjəyə çatan kimi soraqlaşıb seysmik stansiyanın yerini öyrənib birbaşa ora getdim. Şamo iş başında idi. Əhvalatı söylədim, bir az təəjjübləndi, Evə dəvət etdim, çox-çox razılıqdan sonra xahiş etdi ki, olduqja maraqlı bir təjrübə qoyub, nətijəsi də görünməkdədir. Odur ki, stansiyanı qoyub heç yerə gedə bilməz. Başqa vaxta saxlayaq, əməlli-başlı oturaq, ətraflı söhbət edək, həm də əziyyət üçün üzr istədi.
- Üzrə ehtiyaj yoxdur – dedim – anjaq səndən birjə, yalnız birjə xahişim var, mümkünsə elə bu gün evə zəng et.
- Hökmən – dedi.
Sonra məni ümumi şəkildə stansiyanın quruluşu ilə tanış etdi. Ayrılanda daha bir neçə dəfə (lap Süleyman müəllim sayağı) xahiş etdim ki, evlərinə zəng etsin, gülməyi tutdu, yəqin atası yadına düşdü…
Aradan bir neçə ay, bəlkə də il keçdi. Qatili axtara-axtara çox adam tutub buraxdılar… Nəhayət günlərin birində əsl qatil tapıldı – eməni imiş. Onlar öz murdar əməllərini də Azərbayjan torpaqlarında həyata keçirirdilər. Bu birinji hadisə deyildi. Əlbəttə, mən bunu Bakıda Süleyman müəllimin yadına saldım, «müxənnətdilər» dedi.
Bu hadisə haqqında mən Əli ilə daha çox söhbət etdim, başqa nümunələri də söylədim. Bundan sonra «pasportunu gizlət» deyəndə, «daha bizdən ötübdür» javabını verərdim.
Əlinin yumor vasitələri də şeirlərində işlətdiyi bənzətmələr kimi təzə-tər idi. Açığını deyim ki, bu yumor mexanizmini aça bilmədim; bəlkə bu da Əlinin «aydınlığından» idi, bəlkə bu mexanizm lap göz önündədir.
Lirik şair eyni qüdrətlə yumoristik-satirik əsərlər yaza bilərdi. Bunu «Seçiji eşşəklər»in müəllifi Henrix Hayne də sübut eləmişdi, XX əsrin ən ulu şairlərindən Mirzə Ələkbər Sabir də… Və başqaları da. Məsələ burasındadır ki, lirikanın da, satira və yumorun da hərəkətveriji qüvvəsi eyni idi. Hiss, həyəjan, qüdrətli hiss, həyəjan – güjlü məhəbbətin və ya nifrətin oyatdığı hiss, həyəjan! Mənbəyin eyni olduğunu dünyanın ən qüdrətli lirikinin və yenə jahanda misli-bərabəri olmayan dəhşətli bir ifadənin «Salam verdim, rüşvət deyüldür deyə almadılar»ın müəllifi də sübut etmişdir. Lirikanın da, satiranın da eyni mənbədən qüvvət aldığını, hər ikisinin qısa ifadəsi də sübut edir; lirik ovqat da uzun çəkə bilməz, satirik-yumoristik gülüş də: hər ikisi qəşş eləyənədək davamlıdır – artıq yox! Və deməli satira – yumor Əli yaradıjılığına yad deyil, bəlkə də onun eyni hüquqlu üzvi hissəsi idi. Lakin Əli bu ehtiyatı hələlik ehtiyyatda saxlayırdı (Əlinin hekayələrində görünməyə başlayan satira-yumor ünsürləri daha qüvvətli şəkildə. «Ürək güzgüsü» pyesindəki İxtiyar obrazında sarkazm-təriz formasında üzə çıxmışdır. «Şillə» hekayəsində ilk oxuda mövzu da, mətləbin həlli də, yazı tərzi də ədəbiyyatımızda tamamilə yenidir və yalnız Əliyə məxsusdur). «Poçtalyon» şeirini oxuyanda fikirləşirsən Əli, səndən əvvəl Süleyman Rüstəm «Ana və poçtalyon»u yazıb, sən nə deyəjəksən təzə? (və elə ilk oxuda deyirsən: bu şeirdə mövzudan başqa hər şey təzə-tərdir). «Şillə»ni oxuyursan, müəyyən müddət keçir, ədəbiyyata xeyli xəyali səyahət etdikdən sonra yavaş-yavaş xatırlamağa başlayırsan ki, deyəsən haradasa üslubja belə hekayələr olub (Məsələn, «Çinovnikin ölümü», psixoloci nəsrimizin böyük ustadlarından biri Y.V.Çəmənzəminlinin «Polis paltosu», «Nitq», «Zeynal bəy» hekayələri kimi). Xəyaldan ayrılan kimi isə yəqinləşdirirsən ki, yox, Əlinin «Şillə»si bu hekayələrə oxşamır. Bu hekayələrdəki boyalar, gülüş vasitələri, xarakterlər yenidir. Və yalnız Əliyə məxsusdur. Başlıjası isə onun qəhrəmanı bambaşqa adamdır. Adlarını çəkdiyimiz hekayələrdəki obrazların hamısı sücet boyu güjlü qorxu – vahimə keçirirlər. «Şillə»nin qəhrəmanı isə qorxaq yox, arsız adamdır. «Müdirimiz mənə yaltaq deyəndə yadıma şillə düşdü. Sağ əlimin barmaqlarının hamısı olmasa da, bir-ikisi açıldı. Nejə yəni mən, yaltaq…» Göründüyü kimi, o «yaltaqlığı» qətiyyən yaxına qoymaq istəmir. O qədər qürurludur ki, müdirə şillə vurmaq da keçir xəyalından. Onu təhqir edən müdiri «mehribanlıqla yaltaqlığı» bir-birindən seçə bilməməkdə günahlandırır və düşünüb səbəb də tapır: «…Yaxşı mən niyə yaltağam? Ona görə ki, müdirə də, müavinə də eyni təbəssümlə baxmışam! Onda gərək bütün övladlar ata-analarını yaltaqlıq üstündə təqsirləndirəydilər. Deyərəm üzümdəki təbəssümün dalından, onda baxarlar (əjlaflar)». O birinji növbədə yaltaq olmadığını özü-özünə sübut etmək istəyir, daha doğrusu, öz-özünü aldadır. Əslində müdirin sözü heç onun izzəti-nəfsinə toxunmayıb. Bozbaşını da üç yüz araqla çox iştahla yeyir, üstdən «iki yüz» çay da içir. Şillə sözünün ətrafında ekskursiya da yapır, şillənin sillə yazılmasına etiraz da edir: «Çünki şillə deyəndə şappıltı eşidilir, ləzzət verir, sillədə isə «sss».
Beləliklə, eşitdiyi təhqirdən heç bir əzab hiss etməyən «Şillə» qəhrəmanı sonalaya-sonalaya durur. «Şillə beş ədəd barmaqdan, bir ədəd ovujdan ibarətdir». Müdiri nejə şillələyəjəyi arzusu ilə yuxuya gedir. Onun həqiqətən yaltaq olub-olmadığı müdir müavininə də, onun gələjəkdə müdir ola biləjəyi ehtimalı ilə yaltaqjasına salam verməsi də səhər işə gedərkən əl-üzünü yuduğu əsnada tam və şəksiz, şübhəsiz açılır. Şillə vurajağı əlini daha təmiz yuyur (axı zarafat deyil, müdirin yuyulmuş üzünə vurulajaq o şillə gül kimi təmiz olmalıymış). Beləliklə onun şilləsi də yaltağa çevrilir hələ bu azmış kimi şilləyə bir az «Krasnı Moskva» tökür ki, müdir onu «qanajaqsız və natəmiz bilməsin və bütün günü üzündən şillənin ətri getməsin». Yaltaqlıq onun üçün sonradan qazanılmış keyfiyyət deyil, yaltaqlıq onun fitrətindədir. Şillə yol boyu oynaya-oynaya gedir, onu həm müəllif oynadır, həm də hekayə qəhrəmanı.
Evdən çıxarkən qızı konfet sifariş verir – bunun müqabilində şillənin beşdə birini, yəni bir barmağını üzündə hiss edir. Manatı alıb «sağ ol deməyən sürüjüyə istəyir şillə vursun və birdən yadına düşür ki, «başqasının əmanətini (yəni müdirə vurulasını) niyə korlayırsan. Apar nejə varsa özünə çatdır». Müdirin kabinetinə girərkən sifətinə jiddi görkəm verir, ajıqlı görünməyə jəhd edir. Müdirsə onu qaş-qabaqlı görüb sözünün təsir göstərdiyini güman edir. «Deyəsən bir nətijə çıxarmısan» - deyir. Və finalı olduğu kimi verməsək, hekayə qəhrəmanının xarakteri tam açılmaz.
«…Şilləni jibimdən çıxardım.
Yenə güldü.
- Nətijə çıxarmasaydım, belə jiddi olmazdım – şilləni bu həyasızın üzünə tərəf qolayladım. Amma şoğərib aşağıdan getdi. Bir də gördüm ki, müdirlə əl-ələ tutuşmuşuq. Fərasətsiz şilləni qaytarıb yanıma qoydum (Şillə artıq müstəqil obraza çevrilmişdir – M.A.). Evə apardım. Bir də gördüm ki, çarpayıda uzanmışam. Şilləni də qaytarıb gətirmişəm. Yuyub, silib duxulayıb hazırladığım şillə sağ yanağımdaydı. Şillə əlimi titrədirdi. Çünki sərf olunmalı bir sifət axtarırdı. Durub güzgünün qabağına keçdim. Üzümə baxıb şilləni var güjümlə sifətimə çəkdim.
- Neyləyirsən, - deyə arvad hövlnak içəri girdi.
Tez bir odekalon açdım.
- Heç, üzümə ətir vururam».
Beləliklə, müstəqilləşmiş şillə yiyəsindən qeyrətli çıxır.
Əlinin diqqəti jəlb eləyən hekayələrindən biri «Kayutda iki adam» adlanır. XX əsr realist Azərbayjan nəsri nəzərdən keçirilərkən heç bir hekayədə dərin mənalı oğlan-qız dialoquna təsadüf olunmur. Həyatda onların açıq-saçıq görüşləri, söhbətləri mümkün olmadığı kimi, Bu mətləblər yazıda da öz əksini tapa bilməmişdir. Elə sovet dövründə belə intellektual tutumlu dialoqlara çox rast gəlinmir. Rəhmətlik Əbülhəsən müəllim Yazıçılar İttifaqının məsləhətçilər otağında yarızarafat, yarıgerçək deyərdi: «Qadınlardan yazmaq üçün onlarla çoxlu ünsiyyətdə olmaq gərəkdir. Ağlınıza başqa şeylər gəlməsin, Balzak da, Mopassan da, başqaları da ballarda, müxtəlif ziyafətlərdə, tamaşalarda yüzlərlə qadınlarla həmsöhbət olmuşlar. Buna görə də onların yaratdıqları qadın obrazları jazibədar və maraqlı olmuşlar. Biz qorxumuzdan öz qadınlarımızdan savayı başqaları ilə söhbət də edə bilməmişik. Təbiidir ki, Əbülhəsən özünün sırf realist üslubundan çıxış edirdi. Əli də ünsiyyət məsələsində öz xələfindən irəli getməmişdi. Onu tanıyan hər bir kəs Əlinin evlənəndən sonra bir qadına, qıza gözünün uju ilə də baxmadığına ən müqəddəs kitaba əl qoyub and içə bilərdi. Görünür, heç evlənənə qədər də elə bir jiddi iş olmayıb. Əli bu məsələlərdə şəffaf idi, büllur kimi. Əbülhəsənin tezisindən çıxış edilsəydi, dünyanın ən məşhur arvadbazları klassik romançılar olardılar.
Əli lap elə müəyyən məsafədən də gördüklərini, lap əvvəllərdə müşahidə etdiklərini müxtəlif bədii kombinasiyalarda yenidən təzə-tər obraz kimi ümumiləşdirib təqdim edə bilmək imkanına malik idi. Dənizin dadını bilmək üçün onun bütün suyunu içməyə heç də ehtiyaj yoxdur. Elə ilk əsərlərindən, deyək, «İki sevgi»dən Əlini çox düşündürən mətləblərdən biri oğlan-qız, kişi-qadın münasibətləri, bu münasibətlərin müxtəlif aspektləri olmuşdur. Kurortdan qayıdan iki javan – bir oğlan, bir qız iki nəfərlik kayutdadırlar. Münasibətlər üçün intim şərait hazırdır. Qız «İki sevgi»dəki deyil, məsləhətə, «bu mən, bu o» təklifinə qətiyyən ehtiyajı yoxdur. Oğlan isə «kabab üstən sərin su pis olmaz» deyən gənjin «işlənmiş», sürtük variantıdır. O, qızı izləyib biletini məhz onun kayutuna almışdır. Müəllif qeyd etməyi unutmur ki, qız istirahətdən, digəri «işdən» qayıdır. Oğlanın tüfeyli bir ailədən çıxan tipik bir tüfeyli olduğu anlaşılır. O, kayutdakı qızla kurort kefinin son akkordlarını vurmaq niyyətindədir. Qız isə… Qız isə elə ilk baxışdan onun məqsədini anlamışdır. Və özünün zəngin mənəvi arsenalı ilə oğlanın bütün istəklərini puç eləməyə hazırdır. O az qala Əlinin arzu qızı səviyyəsindədir. Onun oğlanla dialoqunda işlətdiyi ifadələr də dissonansdan qaçmaq xatirinədir. Onların hərəsinin bir ayrı jürə danışığı ümumi harmoniyanı pozmasın deyə Əli qızın dilinə bəzən qəribə, əjaib ifadələr verməkdən çəkinməmişdir (Hərjayi sualların mərjayi də javabları olar).
Oğlan ilk tanışlıq məqsədi ilə kitab oxuyan qıza deyir:
- Mən sizə baxıb deyə bilərəm ki, hansı institutu bitirmisiniz.
- Yaxşıdır, - deyə kitabla bərk məşğul olduğundan qız oğlana javab vermək əvəzinə oxuduğu roman haqqında rəyini söylədi.
- Nə yaxşıdır?
- Bəli.
- Nə, nə?
Qız başını qaldırdı.
- Nə buyurursunuz?
- Məni tanımadığınız üçün üzr istəyirəm.
- Təşəkkür.
- Biz ikimiz bir yerdə oxumuşuq.
- İki yox, çox oxumuş olarıq.
- Bu kayuta onların ikisi sığışa bilər.
Qız eynəyini çıxartdı:
- Kayutdan onların biri çıxmağı bajarar».
Söz qılınjlaşmasında elə ilk başlanğıjdan qız oğlanı üstələyir, ona başa salır ki, həyat büsbütün onun təsəvvüründəki kimi deyil, qızların da hamısı heç də onun əvvəllər rast gəldiyi qızlar kimi deyillər, ümumiyyətlə isə «dünya xali deyil». Əli oğlanın düşdüyü vəziyyəti üç jümlə ilə çox sərrast ifadə edir. «Oğlan başa düşdü ki, onun gözəlliyini nə qızın gözləri əks edib genəlir, nə də əlləri duyub titrəyir. İndi ona elə gəlir ki, yaraşıqlı deyil. Gerçəkliyini qız onun əlindən almışdı. Qız onu tərksilah etmişdi».
Lakin əyyaşlığı peşə etmişlər həyasız, sırtıq və zəlil olurlar. Bəzən üzlərinə tüpürsələr də, tüpürjəyi silib, heç bir şey olmayıbmış kimi şiniyə-şiniyə «söhbətlərinə» davam edirlər. Onda kayutu qoyub getmək qeyrəti haradaydı? O bu kayuta məqsədli gəlmişdir. Qızın bu kayutda olajağını bilərəkdən buraya bilet almışdır, əl çəkənə də oxşamır. O öz-özünü məzəmmət də edir: «Qadın belədir də… Gərək məjbur edəsən ki, birinji o dillənsin. Səhvin oldu». Bundan sonra o, kinayəli söhbət üsuluna keçir, mənası olur, ya olmasın, təki çənə tərpənsin. Deyir:
«- Duzlu olmasaydı, bir stəkan dəniz içərdik.
- Balıq olmağınız məsləhətdir.
- Sizin bədəniniz balığa oxşayır.
- Sizinki isə sizə.
- Adam da ajıdil olar?
- Mənjə yox.
- Bilirsinizmi xətrinizi nə qədər istəyirəm.
- Deyəjəyiniz qədər.
Oğlan stolun üstündəki özü kimi tərləmiş pivə şüşəsini götürdü:
- Stəkan ikidir.
- Biz xeyir.
- Ürəyinizə başqa şey gəlməsin.
- Bu dəqiqə ürəyimə dövran edən qandan başqa heç nə gəlib getmir.
- Bunu içirəm sizin sağlığınıza.
Qız kitabdan başını qaldırmadı.
- İçin qulağımın dinjliyi sağlığına.
- Hansı qulağınızın sağlığına?
- Sizin tərəfdə olanın.
- İçirəm mənim tərəfdə olan qulağınızın sağlığına.
- Qulaqsız olmayasınız».
Təbiidir ki, maraqlı müsahib yolu qısaldır. Qızın bəxti gətirməmişdir. Lakin istəyi baxışlarından oxunan mərifət və mədəniyyətdən xali bir javanla yol yoldaşı olmaq onu qüssəyə qərq etmişdir. «…Qıza elə gəlir ki, kayutu dolduran tüstü yox, sıxıntıdır. Buradakı mebellərə dolmuş kədərdir. Dəniz üfüqdən çırpınan həsrətdir. Günəş tək olduğu üçün batır».
Qız sıxıntıya dözə bilməyib göyərtəyə çıxır. Oğlan da onun arxasınja. Gəmi dalğaya düşdüyündən komanda heyəti kapitanın yanına çağrılır. Sərnişinlərə göstəriş verilir ki, göyərtəni tərk etsinlər. Aşkar təhlükə hiss olunur. Kayutda oğlan qızdan yenə əl çəkmir, qız ondan ötəri daha jəzbediji olmuşdur. O, söz jəbbəxanasının ehtiyat mənbələrinə mürajiət edir, qızın səviyyəsinə qalxmağa jəhd göstərir. Burada onların müsiqi zövqləri də aşkarlanır. Oğlanın daxilində işığa doğru heç bir təbəddülat yaranmır, sadəjə olaraq o, başqa açar axtarır.
- Dinləyin, həm məni, həm musiqini. Mən başa düşürəm ki, siz mənim gördüyüm qızlardan deyilsiniz. Görürsünüzmü, səmimi danışıram.
- Səmimiyyət çox azdır. Bəzən adamı səmimi də öldürmək olar.
- Siz məni ağır vəziyyətdə qoymusunuz. Dost dosta ağır gündə nə edər? Kömək.
- Yaxşı gündə adama kömək etmək isə daha çox həssaslıq tələb edir. Bəzən pis günün kökləri yaxşı gündə yetişir. Pis gün yaxşı günə təməl olur.
- Nə deyirsiniz deyin, amma heç zaman sizdən əl çəkməyəjəm.
- Əl? Görünür, sizin məhəbbətiniz ürəyinizdə yox, əlinizdədir.
- İnan ki, əksinədir. – Dalğa qalxır, oğlan yenə konyak şüşəsini götürür: - Stəkan ikidir.
- Görünür, jəsarətiniz içkidədir. Qarşınızda yarım litr jəsarət.
Qız janlı, hərtərəfli bir varlıqdır. Onun oğlana münasibəti də birtərəfli deyil, sırf insani plandadır. Əgər o, oğlanda bir işıqlı tərəf görərsə, sevinər. O, tanımadığı bir adama nifrət etmir, nifrət etməyə özünü haqlı saymır, nifrət etsəydi, hekayə başlamamışdan bitərdi.
Qız istərdi ki, gəmi fəlakətə yaxınlaşarkən qeyri millətlər arasında oğlan mətanət nümayiş etdirsin, dənizçilərlə əl-ələ versin. Lakin oğlanda o təpər yoxdur. Ona görə də qız ondan tam yad adamdan aralanan kimi gəmini tərk edir.
Əli hekayələrində də obrazların daxili aləminə dərindən nüfuz etməyi bajarır. Maraqlı kompozisiyalar qurur. Əhvalatı yığjam və jazibədar verməyi bajarır. Əli Kərimin daha altı hekayəsi vardır.
Dostları ilə paylaş: |