Bu yerdə mən sonralar Əlinin ölümü münasibəti ilə Mirzə İbrahimovun teleqramında «qeyri-adi istedad» ifadəsinə rast gələrkən keçirdiyim hisslərə oxşayan hisslər keçirdim. Yəni Mərkəzi Komitənin sənaye üzrə katibi Əli Əmirov birdən uja səslə dilləndi:
- Ola bilməz ki, Əli Kərim kimi bir şairin mənzili olmasın.
- Yoxdur – dedim.
O birilər də asta səslə «yoxdur» dedilər. Əli Əmirov jibindən bloknot çıxarıb nə isə yazdı, yəqin yaddaş üçün. Bir qədər də deyindi «Nejə olub ki, Əli kimi şairə indiyəjən ev verilməyib?» Mənə xüsusi ləzzət verən MK-nın sənaye üzrə katibinin Əlini tanıması, onun görkəmli şair olduğunu bilməsi idi. Mənim sözüm hələ qurtarmamışdı. Bu dəfəki təklifim Vəzirovu az qala haldan çıxarası oldu. Dedim:
- Hər hansı bir şəxsi Mərkəzi Komitəyə işə götürəndə əvvəljə dilindən kağız alın ki, «şeir yazmayajaq, şairlik etməyəjək».
- O niyə, o nə üçün?
- Ona görə ki, bəzi adamlar MK aparatına işə girəndən beş-altı ay sonra şair olur, özü də tənqidolunmaz şair, təbii ki, vəzifənin hesabına.
- Bəlkə biri işə girənə qədər şair olub, ona yazmağı qadağanmı edək?
- Bu başqa məsələdir, mən o şəxsləri nəzərdə tuturam ki, bura işə qəbul edilənə qədər bir sətir yazısı da dərj olunmayıb, işə başlayandan altı ay sonra kitabı çıxır.
Daha təklifimə etiraz olmadı. Bu məsələni havayı demirdim. Orta jüssəli bir qələm əhli MK yox, bir qəzetə və ya curnala redaktor və ya bir nəşriyyata direktor təyin olunandan bir müddət sonra dönüb olurdu müasir klassik. Onun vəzifəsindən asılı olan, məqalə, kitab, bədii əsər çap etdirmək istəyənlərin müəyyən qismi redaktorun (ya direktorun) nimdaş yazıları barədə elə tərifli məqalələr yazırdılar ki, hamının ağzı açıla qalırdı. İstər-istəməz adlı-sanlı yazıçılar da yeri gələndə bir-iki tərifli sözlər deyirdilər onların barəsində… neyləsinlər zəmanə elə zəmanə idi. Elə ki, həmin şəxslər vəzifələri ilə xudahafizləşirdilər, onların «klassiklikləri» sabun köpüyü kimi sovrulub gedirdi. Anjaq nə edəsən, bundan nətijə çıxaran ya yox idi, ya da çox az idi. O dövrdə klassik olmağın ən asan yolu vəzifə tutmaq idi, ona görə hətta yazıçılar arasında vəzifə tutmaq üstə az qala ölüm-dirim mübarizəsi gedirdi.
MK-da söhbət qurtardı, müəyyən həyəjan keçirsəm də özümü xoşbəxt sayırdım. Mənə elə gəlirdi ki, yeni və gözəl bir mənzilin orderi Əlinin jibindədir.
Axşam Yazıçılar İttifaqında bir tədbir vardı, hansı münasibətlə olduğu yadımda qalmayıb. Onu bilirəm ki, çalğı-filan da vardı. Əli ilə görüşmək ümidi ilə getdim. Əlini məndən tez-tez xəbər alan və həmin anda gözləri buzlaşıb üşşələnən ədib də (Əlinin köhnə yaxını) orada idi. Onun yanındakı boş yerdə əyləşdim. Jəmi yarım dəqiqədən sonra yoxa çıxdı. Ümumi də olsa, ünvanlarına sərt sözlər dediyim sənətkarlar mənimlə, heç bir şey olmamış kimi xoş görüşdülər, onların qulbeçələrindən biri isə mənimlə yanaşı oturmaqdan qorxdu…
Ertəsi gün Əli mənə hədsiz təşəkkürlər izhar elədi mənzil məsələsinə görə. O yazıq da mənim kimi mənzil alajağına elə bil tam arxayın olmuşdu.
Çox gözlədik, Əliyə mənzil vermədilər. Mən Əli Əmirovu sözü bütöv bir şəxs hesab edirdim. Hamının da fikri belə idi ki, maadam o deyib, Əli hökmən mənzil alajaq. Onun Əliyə bir mənzil verdirməyə hökmən güjü çatardı. Bir dedilər «Əliyə mənzil ayrılıb», bir də dedilər «Hələ ki, verəsi olmayıblar, nəyisə gözləyirlər» və sairə və ilaxirə… Qərəz vermədilər… Mən söz-söhbətlər üzrə Əliyə ev verilməməsinin səbəbini beynimdə modelləşdirdim.
Bu modeldə iki tərəf iştirak edir: MK – Mərkəzi Komitə – Yİ – Yazıçılar İttifaqı. Aralarındakı dialoq bu jür jərəyan edə bilərdi:
MK – Sizi təbrik edirik, gözəl şair Əli Kərim üçün bir mənzil ayırmağı qərarlaşdırmışıq.
Yİ – Çox sağ olun, bizim bütün şairlər gözəldir və onlara mənzil ayırajağınızı səbrsizliklə gözləyirik.
MK – Əli Kərim Yazıçılar İttifaqında növbədədir, mənzili sizin vasitənizlə almalıdır.
Yİ – Nə danışırsınız? Burada bir qalmaqal düşər ki, sonra heç siz də qabağını ala bilməzsiniz.
MK – Nə üçün?
Yİ – Bizdə düz on nəfər adlı-sanlı yazıçı əlavə mənzil növbəsindədir. Biri Səbrixanovdur ki, siz də yaxşı tanıyırsınız.
MK – Onun ki, yaxşı evi var?
Yİ – Baldızı boşanıb gəlib onlara, yerləri sıxlaşıb. Əlavə mənzilə əşhəd ehtiyaj var.
MK – Bir az dözsünlər.
Yİ – Mümkün deyil, Səbrixanov bərk xoruldayır, baldız dözmür.
MK – Ayrı kimlər var növbədə?
Yİ – Böyük sənətkarımız Sarı Sarıyev, oğlunu evləndirməlidir, mənzildən məəttəldir. Özü də İdarə Heyətinin üzvüdür, əməkdardır. Xankişinin də arvadı gəlinlə yola getmir, təjili mənzil lazımdır, qan düşə bilər. Özü də təftişin üzvüdür.
MK – Əli Kərimi də heyətlərin birinə seçəydiniz.
Yİ – (hırıldayır) Siz özünüz yaxşı bilirsiniz ki, bu ümumi səsvermə yolu ilə olur, biz seçmirik, qurultay seçir… Burada növbədə dayananların adlı-sanlılarını demirəm, Əli Kərimlə yaşıd olanların hərəsinin 6-7 kitabı çap olunub, onunsa jəmi 2-3 kitabı çıxıb.
MK – Məsələ saydadır bəyəm?
Yİ – Özünüz yaxşı bilirsiniz ki, kəmiyyətin keyfiyyətə keçməsi qanunu var.
MK – İndi biz nejə edək ki, Əli Kərim mənzil ala bilsin?
Yİ – Əgər İttifaqa on iki mənzil ayırsanız, sizin xətriniz üçün birini Əliyə verə bilərik.
MK – Axı buna imkan yoxdur.
Yİ – Mən imkanlarınıza görə dedim, əgər o mənzili Əliyə verə bilməsəniz, batmağa qoymayın, ayırın bizə, verək Xankişiyə, evinə qan düşməsin, yoxsa Azərbayjan ədəbiyyatına böyük bədbəxtlik üz verər, fəlakət qopar!
Beləliklə, Azərbayjan KP MK-nın sənaye üzrə katibi öz xeyirxah arzusunu yerinə yetirə bilmədi.
Əlini heç bir mükafata təqdim etməmişdilər, bu öz yerində, ondan çox sonra ədəbiyyata gələnlər müxtəlif orqanlara seçildikləri halda Əlini bir dəfə də olsun nə idarə heyətinə, nə də təftiş komissiyasına üzv seçmədilər. 1958-ji ildə məni ilk dəfə idarə heyətinə seçəndə qəribsədim, nə Əli yox idi yanımda, nə də Sabir. Məni təbii ki, yaradıjılıq nailiyyətlərimə görə yox, əyalətdə yaşadığıma görə seçmişdilər. O dövrdə bu da meyar hesab olunurdu. Plenumun ilk təşkilat ijlasında iştirak edəndə düşündüm ki, Əli yaxşı ki, burada yoxdur (Bunu Sabir haqqında fikirləşmədim). Bu ijlas Əlinin çiçəklərinin yeri deyildi. Onlar bir andaja solar və ləçəklərini tökərdi. Bir neçə dəqiqədən sonra buradan jəngəllik səsləri eşidiləjəkdi. Mehdi Hüseyn rəyasət heyətinin siyahısını oxudu və təsdiq üçün səsə qoydu. Əli Vəliyev elə bir pəhləvan nərəsi çəkdi ki, pənjərə şüşələri jingildədi (İjlas Akademiyanın baş binasının ijlas salonunda keçirilirdi). Əli Vəliyev ona görə hayqırdı ki, adı siyahıda yox idi. Rəyasət heyəti bir növ MK-nın bürosu kimi bir şey idi. Mən əvvəllər elə güman edirdim ki, yazıçılar nüfuz baxımından onun üzvü olmaq istəyirlər. Lakin tək nüfuz məsələsi deyilmiş. Əli Vəliyevin səsinə başqa gurultulu hayqırtı səs verdi, şair Məmməd Rahimin səsi. İlahi, onlar Mehdi Hüseynə və MK nümayəndəsinə bir hüjum çəkirdilər, səslərindən adamın əti çimçəşirdi. Təxminən on beş-iyirmi dəqiqəlik fasiləsiz hüjumdan sonra Mehdi Hüseyn də, MK nümayəndəsi də geri çəkilməli oldular. Əvvəlki siyahıdan Mir Jəlal müəllimin, bir də adını unutduğum bir yazıçının adlarını çıxartdılar. Mən Mir Jəlal müəllimi çox istəyirdim, heç arzu etməzdim ki, adı onlarla bir siyahıda olsun. Onun adının siyahıdan çıxarılmasına səs verən Süleyman Rüstəm dedi ki, «Mir Jəlal abırlı adamdır, bir söz deməz siyahıdan çıxarılmağına» (Mir Jəlal müəllim özü orada yox idi). Səməd Vurğun ona deyərmiş: «Tı slişkom poryadoçnıy çelovek».
Belə bir davaya təxminən on, ya on beş il sonra (ilin, ayın nə fərqi varmış) bir də təsadüf etdim. Bu dəfə adı siyahıya düşməyən Bəxtiyar Vahabzadə Mirzə İbrahimova hüjum edirdi. Heç bunu istəməzdim, o dövrdə hər ikisinə münasibətim eyni idi, ikisini də bir yolun yolçusu hesab edirdim. Bəxtiyarı qızışdıranların üzlərində iblis sevinji vardı, onlar özləri jəsarət edib Mirzəyə hüjum çəkə bilməzdilər. Mirzənin rəngi dümağ idi… Əlinin əsəblərinin kövrək telləri belə hallara çətin tab gətirərdi… Ürəyimdə deyirdim: «Allah kəssin belə çörəyi…» Bəli, Rəyasət heyətinə üzv olmaq tək rəyasət, tək şöhrət, tək hörmət xatirinə deyildi. Buranın üzvləri özlərinə və istəklilərinə fəxri adları müqavimətsiz ala bilirdilər. Onların jildləri də nəşriyyat planlarına asan salınırdı, əsasən, öz əllərində idi. Nümayəndəliklər daxilində xarijə getmək də onlar üçün problem deyildi. Allah bilir daha hansı imtiyazları vardı onların. Süleyman Rüstəm, Mirzə İbrahimov və onların nəslindən sonra ədəbiyyata gələnlərin birinji dəstəsi Ənvər Əlibəyli, Ələkbər Ziyatay, Əhməd Jəmil və başqaları nisbətən fağır adamlar idilər. Bunların içərisində təkjə Tələt Əyyubov istisnadır, onun əli böyüklər ətəyində idi. Onların dalınja gələn nəsil isə öz haqqını tələb etməyə başlamışdı. Uzun müddət müqavimətə rast gəlməyən əvvəlki nəsil üçün bu bir az gözlənilməz idi. İttifaqda hamı ierarxiyanın olduğunu bilirdi. İerarxiya üzvlərinə bəzən bezoçered yazıçılar da deyirdilər, yəni onların əsərləri curnal və qəzetdə növbəsiz çap olunmalı idi. 30-ju illərin dərsliklərində bir sıra yazıçıların adları «Qolçomaq ədəbiyyatı» başlığı altında gedirdi. Onlardan ikisinin adları yadımda qalıb: Mikayıl Rəfili və Sanılı. Sonralar dərsliklərdən bu başlıqları götürdülər. Anjaq Yazıçılar İttifaqında «qolçomaq yazıçılar» ifadəsi gəzməkdə idi. Bu ifadənin altında ierarxiya üzvləri nəzərdə tutulurdu. Qolçomaq yazıçılarla yanaşı «qosu yazıçılar» da peyda olmaqda idi.
Belə bir mühitdə Əli nejə mənzil ala bilərdi?!
1937-1938-ji illərdə repressiyaya məruz qalmış yazıçıların həbsxanalara düşməsində səbəbkar olanların aşkar edilməsinə mütəmadi maneçilik törədilirdi. Elita bunda qəti maraqlı deyildi və maraqlı da ola bilməzdi. Deyirdilər ki, tutulanların mənzilləri elə həmin gün və ya həmin gejə əsasən javan olan yeni ziyalılara verilirdi. Bu bəzən o qədər sürətlə həyata keçirilirdi ki, təzə köçənlər bəzən kül qablarında hələ sönməmiş papiros kötüklərinə rast gəlirdilər. Müəyyən qismləri isə mürəbbə dolu bankalar görürdülər. Beləliklə, bu təzə elitanın nümayəndələri görülmüş günah və jinayətlərə şərik edilirdilər. Günahlar aşkarlanmadığına, etiraf olunmadığına görə köhnə nəslin hamısına şübhə gözləri ilə baxılırdı. Mənim nəslimə bu sənətkarların siması orta məktəb dərsliklərindən tanış idi. Açığını deyim ki, ədəbiyyata olan sonsuz marağımın hesabına mən o nəslin nümayəndələrinin əksərini ürəkdən çox istəyirdim. Əgər onların da əksəri öz yoldaşlarına xəyanətdə ittihamlandırılsaydı, 37-ji il repressiyasına bənzər bir vəziyyət yarana bilərdi. Bu qayda ilə əlbəttə, jəmiyyəti heç də sahmana salmaq mümkün olmazdı. Ayrı-ayrılıqda götürüldükdə onların çoxu yaxşı adamlar idilər, istedadlı, savadlı, qabiliyyətli, iş bajaran. Lakin jəmiyyət oyunlar üzərində qurulmuşdu, onlar bu oyunlara qoşulmayanda sudan çıxarılmış balıq vəziyyətinə düşür, oyundan kənarda qalır, qoşulanda isə həmin oyunlara xas olan bütün çirkinliklərə bələnirdilər istər-istəməz. Siyasi oyunlar bir sıra ziyalıları özlərinin gözləmədikləri, ağılları kəsməyən dalanlara aparıb çıxarırdı. 30-ju illərin qəzet və curnallarını vərəqləyərkən adam heyrət və vəhşətdən donub qalır. Bəzi qələm sahiblərinin öz yoldaşları barədə yazdıqları danos-məqalələr kifayət edərdi ki, haqqında yazılan şair (və ya nasir və yaxud filosof alim) barədə ölüm hökmü verilsin. Görünür, erməni müstəntiqlər Müşfiqlərə fiziki jəza vermək həzzindən tezliklə məhrum olmaq istəmir, istintaqı uzadır və əlavə danos yığırdılar…
Burası da təbii görünür ki, Azərbayjan ədəbiyyatında şəxsiyyətə pərəstiş əleyhinə bir dənə də olsun gözəgəlim əsər meydana çıxmadı, yazılanların da nəşrinə və ya səhnə üzü görməsinə jiddi müqavimət göstərildi. Mənim atam 38-ji ildə həbs olunmuşdu. Əvvəllər üzə duranlara qarşı məndə hədsiz qəzəb vardı, sonra bu get-gedə soyumağa başladı. Bunun bir səbəbi də o idi ki, təkjə həbslər kütləvi deyildi, üzə durmalar da kütləvi olmuşdu, kütləvi proseslərə isə bir qədər ehtiyatla yanaşmaq lazım gəlirdi. Mənim ağsaqqal yazıçılar barədə çox pis məna verən epitetlər işlətməyə dilim gəlmirdi. Odur ki, yadıma düşəndə onlar haqqında bu məşhur bayatını zümzümə edirdim:
Əzizinəm qanlı gül,
Qanlı seviş, qanlı gül,
Yemiş bülbül bağrını
Çıxmış ağzı qanlı gül!
Hələ mənəvi jəhətdən durulmamış, tövbə eləməmiş bir mühitdə Əli Kərim kimi pak, saf və müqəddəs bir sənətkar gül eləyə bilməzdi.
Bir ara Əlinin qaynatası mənə dedi ki, son vaxtlar Əli evə gej gəlir, oturub durduğu adamlar da heç xoşə gələn adamlar deyil. Bakıda olduğum bu müddət ərzində mən Əli ilə müxtəlif formalar tapıb yarı jiddi, yarı zarafat söhbətlər etdim. Əli özünü o yerdə qoymaq istəmirdi. Qaynatası həm də mənə demişdi ki, Əlinin elə bir xəstəliyi var ki, ona qətiyyən içmək olmaz. Mən xəstəliyin nə olduğunu bilmirdim. Anjaq onu bilirdim ki, sağlam adama da içkinin zərəri var. Mən Əliyə birbaşa söz deyə bilməzdim, «balbanda anlatmağa» jəhd edirdim. Onu bir-iki dəfə ədəbiyyatdan uzaq, tanımadığım adamlarla da gördüm. Narazılıq izhar etdim. Sözlərimin təsirsizliyini hiss etdikdə ondan «küsməyi» qərarlaşdırdım. Münasibətlərimiz o dərəjədə səmimi, doğma idi ki, bu üsulun ona hökmən təsir edəjəyinə gümanım çoxdu. Salam-kalamımız yerində idi, intəhası əməlli-başlı əhvallaşmır, dərdləşmirdik. Bir yerdə oturub söhbətləşmirdik. Həmişə tanışlar Əlini məndən xəbər alırdı, indi isə mən xəlvət-xəlvət, bəzən də utana-utana onlardan soruşurdum. «Hələ görə bilməmişəm» deyirdim. İnanan da olurdu, inanmayan da. Son vaxtlarda dərj etdirdiyi şeirlərdə mənə elə gəlirdi ki, nəsr ünsürləri görünməyə başlamışdı. Bu da məni çox narahat edirdi, ədəbiyyatçı kimi yox, Əlinin daimi oxujusu kimi. O, poeziyada son illərdə baş verən yenilikləri mütəmadi izləyirdi, ən yenilikçi şairimiz idi Əli. Lakin onun poeziyasında məni jəlb eləyən təkjə yeni və təravətli məjazları deyil, həm də ondan heç də əksik olmayan şeirlərindəki ritm idi. Gümanımja ritm yoxdursa, şeir də yoxdur. Əli şeirlərinin ritmi də təzə olurdu. Ritmsiz şeir nəsrdi, vəssalam. Mən belə düşünürdüm. Əli ilə dübə-düb dayanıb söhbət eləmək mənim «eksperimentimi» poza bilərdi. İttifaqın bilyard qoyulmuş xolunda qabaq-qabağa gəldik. Salamlaşdıq, söhbət qaçınılmaz oldu. Nədən başlamalı? Hazır deyildim. Balaja vaxtı küçəmizdə köhnə adlı uşaqları jırnadardıq. Jəfər Jabbarlının təzə adları hər tərəfi bürüməkdə idi. Ən çox jırnadılan iki qardaş vardı qonşumuzda. Əli, Vəli. Jırnatmağımız da belə idi: «Əli, Vəli, Pirvəli…» Vəssalam. Məndə köhnəlik simvolu kimi formalaşmış Əli adı Əli Kərimlə dostluğa başlayandan elə bil tamam təzələnmişdi. Elə bil min il sandıqda qalıb parıltısını, işığını, kəsərini hifz etmiş Əli qılınjı yenidən günəşə çıxmışdı. Dedim:
- Şeir şeirdir, nəsr də nəsr! Sənin öz yolun var Əli! O yolun adı Əli yoludur!
- Başa düşmədim – dedi.
- Başa salaram – dedim. Və bu parçanı qəsdən uzada-uzada bir az da avazla dedim:
O dağın alnındakı
məkrin
və məhəbbətin
qalasıdır,
qalası.
Ordan özünü hər gün
Əfsanə dumanında
Atır eşqin balası.
Mən oxuduqja elə bil Əli xoşhallanırdı. Gözlərinin dərinliyində bir təəssüf sezildi.
- Hər saat belə şeir yazılmır – dedi.
- Onda yazılmasın!
- Amansızsan! – dedi.
Sonralar Əlinin nəsrvari zənn etdiyim şeirlərini yenidən oxuyanda başa düşdüm. Ümumiyyətlə, əsl şairin şeir dünyasına müdaxilə etmək qətiyyən gərək deyil. Əlinin bütün şeirlərinin ritmi var, anjaq ürək heç də həmişə eyni ahənglə döyünmür. Mən hiss edirdim ki, Əli ilə söhbətimiz uzansa «eksperimentim» pozula bilər, ona görə tez aralandım (Sonralar həmin «eksperimentə» lənətlər yağdırajağımı bilirdim).
Elə bil Əlinin fəaliyyəti, hərəkətləri bir müddət mənim nəzərlərimdən kənarda qaldı. Nə üzərində işlədiyindən xəbərim yoxdu.
Bakıya növbəti gəlişimdə İttifaqa getmək, heç olmasa, dolayı yolla Əli barədə bir şey öyrənmək istəyirdim. İttifaqda ilk qarşıma çıxan asılqanda dayanan qırmızısaçlı qadın oldu. Məni görən kimi dedi:
- Bilirsinizmi, Əli Kərim daha burada işləmir – kövrək və injik səslə əlavə elədi – onu azad elədilər – barmağı ilə tavana işarə elədi – orada, yuxarıdakılar.
Yuxarıdakıların bu qadın qədər də qeyrətləri yox imiş. İttifaqın sıraviləri onun şeirlərini oxumasalar da, fəhmləri ilə onun insanlığını, ləyaqətini qiymətləndirə bilirdilər.
Yuxarı çıxası olmadım. Bir müddət küçədə dayandım, işə gələnlərdən öyrəndim ki, kiminsə bir şeiri itibsə və ya hansı bəhanə iləsə Əlini işdən azad eləyiblər (və ya təklif ediblər ki, ərizəsini versin. Nə fərqi var ki?!). Bir şeyi yaxşı bilirdim ki, Əli ömründə yaxşı şeiri itirməz. İtən nə isə başqa şey imiş. Adamda belə təsəvvür oyanırdı ki, buradakılar ən istedadlı sənətkarların düşmənləridir. Əgər onlar həqiqətən istedadlı sənətkarların qədrini bilən idilərsə, lap elə bir «Əli Kərim ştatı» da aça bilərdilər. İttifaqda və onun həndəvərində o qədər müftəxor saxlayırdılar ki!.. Məsələ burasında idi ki, Əlinin qan qrupu ilə oradakıların çoxunun qan qrupları güz gəlmirdi. Əli xəbərçilik bajarmırdı, dəstəyə qoşulmurdu, müstəqil və daxilən azad bir şəxsiyyət idi. Onun iç dünyasında zərrə qədər ləkə, pas yox idi, bilirdi ki, iç dünyası ləkələnərsə o, bir daha şeir (Əli Kərim şeiri) yaza bilməz. Güman edirdim ki, Əli heç bir müqavimət göstərmədən ərizəsini çırpıb onların üzlərinə və gedib əyləşib zirzəmisində. Əsas qorxduğum o idi ki, Əli özünü ədəbi ijtimaiyyətdən tamam təjrid eləyə bilər. Əli hədsiz dərəjədə kövrək insandı, Əli qayğıya möhtaj idi. Bu da onların qayğısı! Bir aya yaxın olardı Əlinin işdən azad edildiyi. Üz tutdum evlərinə. Üç-dörd ay olardı ki, yəni o «eksperiment» başlayandan bəri getmirdim onlara. Hələ o eksperimentin əvvəlində mənə elə gəlirdi ki, Əlinin xətrinə də dəymişdim. Onun da peşmançılığını çəkirdim. Ona demişdim ki, səndə görünür, nə isə daxili bir xəstəlik var, onu müalijə etdirməyinjə qətiyyən içmək olmaz.
Əli dedi:
- Mən özüm də bu qərara gəlmişəm, nəyin bahasına olursa-olsun atmaq istəyirəm, amma görünür xəstəxanaya getmək lazım gələjək.
- Lap xəstəxanaya da getmək lazımdır, bu həyat məsələsidir.
- Utanıram – dedi Əli.
- Nədir, içməyə utanmırsan, tərgitməyə utanırsan?
- Amansızsan – dedi.
Dedim və həmin andaja peşman oldum. Neçə illik yaxınlığımız ərzində mən Əlini professional içən kimi təsəvvürümə gətirməmişdim. Mən burada içənlərə aid qəbul edilmiş sözdən qəti imtina edir, bunun əvəzində professional sözünü işlətməyi üstün və ya münasib hesab edirəm. Anjaq mən Əliyə heç professional sözünü də aid etmirəm. Mən professional adlandırdıqlarımı çox müşahidə eləmişdim, Bakıda da, Gənjədə də, lap qohum-qardaşların arasında da. Professional içənlər iyirminji əsrin ikinji yarısında Azərbayjanda tutiyə deyildi. Professional içənlərin ən xarakterik jizgilərini uzun müddətli müşahidələr əsasında müəyyənləşdirə bilmişdim. Bu professionalların böyük əksəriyyəti içkiyə olan hədsiz ehtiras nətijəsində həyasızlaşırlar. Və içki əldə etmək üçün hər jür alçaldıjı hərəkətləri özlərinə rəva görürlər. Professional içkiçilər iş qabiliyyətlərini, işə həvəsi itirirlər, ailəyə, evə, məişətə hədsiz laqeyd olurlar. Övladları onların gözlərinə sanki alatoran, bulanıq bir şüşənin arxasından görünür. Açığını deyim ki, mən qələm yoldaşlarım arasında Əli kimi utanjaq, ismətli, pak, yüksək əxlaqi keyfiyyətlərə malik ikinji bir sənətkar təsəvvürümə gətirə bilmirdim. On beş illik yaxınlığımız dövründə Əli jəmi ikijə dəfə içki anışdırmışdı (Bir dəfə Ə.Vahidin dəfnindən sonra).
Əli mənim nəzərimdə həddən artıq toxgöz bir şəxsiyyət idi. Əli evinə, ailəsinə hədsiz dərəjədə bağlı bir adamdı. İmkanları daxilində böyük sənətə xəyanət etmədən ədəbiyyatın bütün canrlarında əmək çəkir, roman, povest, pyes və hekayələr də yazırdı. Həyat yoldaşına güjlü məhəbbətlə yanaşır, böyük hörmət və ehtiram bəsləyirdi. O bunu bir silsilə şeirlərində də parlaq şəkildə ifadə etmişdir. Əlinin oğullarına olan məhəbbəti, istəyi isə bir nağıl, bir dastan idi. Qələmdaşlarımın arasında öz övladlarına Əli qədər həssas, qayğılı bir nəfər də görməmişəm. Onun öz övladlarına münasibəti köhnə müsəlman təsəvvürlərindən çox yüksəkdə dayanırdı. Uşaqlarının əlindən tutub gəzməyə aparmaq bəlkə də onun həyatda ən çox zövq aldığı bir həzz mənbəyi idi. Uşaqların saysız-hesabsız suallarına javab vermək də onun ən xoş məqamları idi. Bizim üçün bəzən bezdiriji olan bu suallar Əli üçün bədii ifadələr, yeni kəşflər idi bəlkə. Mən qələm yoldaşlarım arasında övladlarına Əli qədər məxsusi şeirlər həsr edən ikinji birini də tanımıram. Şeirləri xatırlayıram. «Xətlər variasiyaları» (oğlum Paşaya), «Paşanın ilk uçuşu», «Gəl, Azərim», «Nəğmələrin yuvası». Başqa şeirlərdə də Paşanın, Azərin, Orxanın adları çəkilir. Əlinin, mənə belə gəlir ki, uşaq əsərləri yazmaq heç vaxt planında olmayıb. Anjaq Əli görəndə ki, uşaqlara oxumaq üçün əsl bədii əsər qıtdır, əyləşib onlara iki gözəl poema yaradıb və əsərlər Azərbayjan uşaq ədəbiyyatının fəal fonduna daxil olub.
Əli sapsağlam, möhkəm bədənli, «top kimi» bir javandı, onda qətiyyən xəstəlik əlaməti də sezilmirdi. Professionalların üzlərinin qaraqarışıq, bulanıq rənglərindən fərqli olaraq Əlinin sifəti dumduru idi, bir qədər də çəhrayıya çalırdı. Mən qətiyyən Əlini professionallara tay tuta bilməzdim. İndi mən işdən çıxarılmış Əligilə üz tutmuşdum, nə deyəjəkdim ona, nejə təskinlik verəjəkdim?
Həyətdən koridora, oradan da Əlinin yaşadığı mənzilə keçdim. Pənjərəsi həyətə baxan birinji otaqda olurdu. Əvvəljə açıq qapıdan boylandım. Kitab şkafının yanında qoyulmuş yazı masasının arxasında oturmuşdu, anjaq heç nə yazmırdı, gözlərini açıq qapıya zilləmişdi. İlahi, nə yaman arıqlamışdı Əli, rəngi də tamam dəyişmişdi, sarılıq gətirmişdi elə bil. Məni gördü, elə bil tanımadı əvvəljə, sonra rəngi dəyişib sanki işıqlanmağa başladı. Görünür, sevinirdi. İçəri keçdim. O da dürüb mənə tərəf gəldi, qujaqldaşdıq. Mən qəhərlənmişdim. Özümü zorla saxladım. Nə olmuşdu Əliyə? Məlum oldu ki, heç peşman deyil işdən çıxmağına. «Yaxşı işləyirəm, vaxtım çoxdur» dedi. Heç kəsdən gileylənmədi. Birdən üzündə zəif bir təbəssüm zühur elədi. «Daha tərgitməkdən utanmıram» dedi. Tutuldum, üzrxahlıq eləmək istədim. Başa düşdü: «Həqiqi deyirəm, yaxşı olardı Gənjədə müalijə olunam».
Sevindim. Bunu yaxşı əlamət kimi qəbul etdim. Hər şey sənin istədiyindən əla olajaq – dedim. Bir neçə gün dalbadal, yəni Gənjəyə qayıdanadək hər gün eyni vaxtda Əligilə gəldim. Həmin günlərdən nələr qalmışdı xatirimdə?
Kitab şkafının şüşələrinin arasından Kafkanın arıq və xəstə sifəti görünürdü. Bu məni əsəbiləşdirirdi. Əli xəstə idi və mənə elə gəlirdi ki, o tənha olanda xəstəsifət Kafka ilə söhbət edir, arxa planda, yəni kitabların dalında isə Heminqueyin iri əksi vardı. Mənə elə gəlirdi ki, onun üzündə dənizdən təzəjə sıçramış damjılar var və otağa da duzlu dəniz havası gəlir… Əvvəllər Remark və Heminqueydən söhbət edəndə Əli üstünlüyü həmişə Heminqueyə verirdi. Və indi Heminqueyin arxa planda olması məni hətta həyəjanlandırır, elə bil nə isə xoşa gəlməyən hadisədən nişan verirdi. Ona görə yox ki, burada bir üstünlük məsələsi ola bilərdi, ona görə ki, xəstə Əlinin xəstə Kafka ilə ünsiyyətdə olmasını istəmirdim, elə bil Əli Kafkanın şəkli vasitəsi ilə özünün xəstəliyini ön plana çəkmişdi, buradan da xəstəlik qarşısında təslimçilik kimi qorxunj halın təzahürləri göz önündə idi. Əliyə hansı təskinediji sözlər dediyim yadımda deyil. Bir ara Əli dəhlizə çıxan kimi şəkillərin yerlərini dəyişdim, Heminquey keçdi önə, və elə bil otağın havası və bütünlükdə ovqatı dəyişdi, içəridən təmiz və sərin dəniz yeli əsdi, qüdrətli Heminqueyin yaşamağa çağıran baxışları altında ümid dolu anlar keçirdim. Əli qayıdıb Heminqueyin şəklini öndə görəndə kədərlə üzümə baxdı və birdən də gülümsədi, sevindirdi məni. Ertəsi gün gələndə Kafkanın xəstə şəkli yenə önə keçmişdi. Mən də inadkardım, yenə şəkillərin yerini dəyişdim. Əlinin üzündə eyni kədər və eyni təbəssüm… Bu bir neçə dəfə təkrar olundu.
Əlinin sifəti hələ də ürəkaçan deyildi və uzun müddət ayrı düşdüyümüz üçün söhbətə də ehtiyaj böyük idi, iş yerimə zəng edib ijazəmin müddətini uzatdım, hər gün Əli ilə görüşmək imkanı əldə etdim. Faktiki olaraq hər gün təxminən eyni vaxtda, eyni yerdə kitab şkafının yanında yazı masasının arxasında oturub çay içir, söhbət edirdik, həmin görüşlərdəki söhbətlərdən elə bil yadımda daha çox şey qalıb, elə bil Əlinin daha çox məziyyətlərini müşahidə edə bilmişəm. Hər gün saat ikinin yarısında Əli radionun düyməsini basırdı. O vaxtlar həmin saatda rənglərdən, təsniflərdən, el havalarından, yaxud xalq havaları ruhunda yazılmış bəstəkar mahnılarından ibarət konsert olurdu (Bunu gah istirahət konserti, gah günorta konserti, ya da kənd əməkçiləri üçün konsert adlandırırdılar). Nə isə, mənim də xoşladığım bu konserti əvvəldən axıra kimi Əli udum-udum içirdi. Əvvəllər mən Əlidə xalq musiqisinə bu jür məhəbbət müşahidə eləməmişdim. Əlinin musiqi zövqü universal idi. «İlk simfoniya» müəllifinin musiqi duyumu hərtərəfli zəngin idi. Görünür o, Moskvadakı təhsil illərində musiqi mədəniyyətinin yüksəlişi qayğısına da qalıb. Bir də Əlinin istedadı ilə bağlı çox qüdrətli fəhmi də vardı, təhsilsiz də o, Qərbi Avropa musiqisini dinləyə və qavraya, ondan hədsiz həzz ala bilirdi. Xalq musiqisi isə onun ruhuna ana südü ilə daxil olmuşdu. Əlinin fitri musiqi duyumu onu çox çətin mövzulara jəsarətlə girişməyə sövq edirdi. Belə olmasaydı, o, dahi müasiri Habilin janlı portretini gələjək nəsillərə yadigar qoyub gedə bilməzdi. Onun yaratdığı Habili nə mahir rəssam, nə də kinoapparat yarada bilərdi. Onlar Habilin ürəyinin barmaqlarında çırpındığını, nəbzinin simlərə töküldüyünü göstərə bilməzdilər. Əli Habil çalğısının o qədər dərinliklərinə dalır ki, sanki özü də bu dünyadan ayrılır, harasa əfsunlu bir aləmə gedir, onu olduqja jazibədar, gözlənilməz bənzətmələr tapmağa Habilin sehrli çalğısı kömək edir. Əli Habilin möjüzəli kamanını onun bədəninin bir üzvü, ürəyi və ya başqa əzası hesab edir. Burada Əlinin müşahidələri çox dəqiqdir.
Elə bil köksündən çəkib çıxarır
Titrək kəmanəni bir xənjər kimi,
Ondakı ağrını,
qanı,
kəlamı
Töküb,
titrədirdi bir gümüş simi.
Sözlü ürəyinə əyib başını,
hər bir adiliyə yumub gözünü
Çalır,
yırğalanır səs dəryasında.
O çalmır elə bil…
Unutmuş bizi,
Dərin bir yuxuya yuvarlanıbdır.
Hansı əsrdəsə ilişib qalıb,
Neçə əsrdir ki, xumarlanıbdır.
Əlidə sənətə, sənətkarın qüdrətinə inam o qədər güjlüdür ki, qətiyyən ehtiyat etmədən Habildə ilahi bir qüvvə olduğuna etiqad edir. Sağ adamlar haqqında belə qüvvətli bənzətmələr işlətmək bizdə o qədər normal sayılmayan bir dövrdə təşbeh qəribə səslənirdi:
Əli kəmanədir,
kəmanə – əli.
Çalır kamançanı
kəmanə özü.
Gözümdə ilk məna dəyişir,
dönür.
Dünya düşəjəkmi sahmana özü?
Bu bizə ilahi qüvvəyə malik olan məşhur bir Əli misrasını da baş deyimdə yada salır. Bir də göz önünə ilanı belə istədiyi istiqamətə yönəldə bilən, ilanı belə oynada bilən ovsunçu tütəyinin sədaları gəlir. Əlinin musiqi duyumu fövqəladə idi. Bir də hər bir əsl şair heç olmasa, yarım bəstəkardır. Amma Əli haqqında «yarım» sözünü işlətməyi qəbahət hesab edirəm. Yeni ahəngli şeirlər yazmağa da bəstəkar qüdrəti lazım idi. İçindəki joşqun musiqi Əlinin diqqətini böyük müğənni Bülbülün ölümünə, daha doğrusu, ölümsüzlüyünə çəkir, özünü dəfn etmək iqtidarında olan sənət divinə ölüm yaraşdırmaq olmur. «Bülbülün xatirəsinə» həjmjə kiçik şeirdir. Lakin müasir həyatın yenilikləri «kiçik»də böyük və yeni fikir deməyə imkan verir, «ölüm» və «həyat»ı yenidən mənalandırmağa kömək edir.
Nə səni dindirdi ölüm,
nə bizi,
Söndürdü nəğməylə
yaşayan nəbzi.
İnsan dəryasında bir qayıq kimi
axdı tabutun.
Bu zaman jəhjəhlə ujaldı səsin,
Ujaldı,
Söylədi: - Qəmi unudun.
Hamı fikrə getdi,
səni dinlədi.
Hamıtək ölümə məruz Bülbülü
Oxuyub dəfn edir ölümsüz Bülbül.
Əlidə musiqinin ejazkar güjünə, qüdrətinə inam o qədər böyük idi ki, son nəfəsinə qədər onu çağırıb, onu haraylayıb:
(Tabutum başında) Dostlar
bir şer desinlər,
İşdi
imkan olsa
bir dənə də mahnı
çaldırsınlar.
Şerlə mahnının möjüzəsilə
Ayılmağa (dirilməyə)
çox dəli bir ümidim var.
Əli Yazıçılar İttifaqına bitişik Bəstəkarlar İttifaqında baş verən əhvalatlardan da xəbər tuturmuş. Orada vaqe olanlar heç də bizimkilərdən ürəkaçan deyildi. Həmin ərəfədə bir neçə javan bəstəkar arasında dava düşmüşdü, əlbəttə, orada ikitirəlik çoxdan mövjud idi. Olsun biri digərinin pərəstiş obyektinin ünvanına ajı və ya kəskin söz demişdi. Özünü təhqir olunmuş hesab edən tərəf söz deyəni məhkəməyə vermişdi. Qəribə burası idi ki, məhkəmə prosesi Bəstəkarlar İttifaqının binasında keçirilirdi. Bu xəstə Əlini yandırıb yaxırdı. Hər gün məndən məhkəmənin gedişini xəbər alırdı. Mən də həmin hadisə ilə az maraqlandığımdan əməlli-başlı bir şey danışa bilmirdim. 1937-ji ildə Yazıçılar İttifaqındakı plenumlar barədə müəyyən təsəvvürüm olduğu üçün bu hadisə mənə çox jılız görünürdü. Əli isə deyirdi:
- Axı burda nə məsələ var ki, iş məhkəməlik olub? Özü də şər kəsmək üçün hakim Bəstəkarlar İttifaqına gəlib. Görən indi bizim məmləkətdə bu sənət ojağına girməyə mənəvi haqqı, səlahiyyəti olan bir hakim tapılarmı? Günah əlbəttə, hakimlərdə deyil, bəstəkarların özündədir. Yəqin həmin hakim məhkəmənin gedişindən öz iş yoldaşlarına lağ-lağı ilə hesabat verir. Vallah duel bundan daha yaxşı olardı, hakimsiz, məhkəməsiz! Əli sənətkarların bir-biri ilə savaşmasını, heç yuxarı tonda danışmasını da məqbul saymırdı. O, bəstəkarlar arasındakı ixtilafı adi mübahisə mövzusu hesab edirdi və bunu öz aralarında asanlıqla həll etməyin mümkünlüyünə inanırdı. Əli eşidəndə ki, pərəstiş olunan bəstəkarın ünvanına ajı söz deyən bəstəkara üç il iş kəsiblər, kürsüyə çökdü, elə bil nəfəsi dayandı. Bir müddətdən sonra özünə gəldi və asta səslə xəbər aldı: «Biz hara gedirik?» Əli Kərimin şeirlərindən də görünür ki, onun yersiz didişmə və çəkişmə meydanına çevrilən, sənətkarların ömrünü mişarlayan ijlaslardan xoşu gəlmirdi. Belə ijlaslar 50-60-jı illərə xas idi və bunlarda əsl sənət yüksəldilmir, bəlkə də alçaldılırdı. Əli belə ijlaslara münasibətini «Çiçəklər ijlasda» şeirində olduja zərif bir şəkildə əks etdirmişdir.
Çiçəklər ijlasa birinji gəldi
Onların ətirdən sözləri vardı.
Onlar çıxışını hamıdan əvvəl
Başlayıb,
hamıdan sonra qurtardı
Onların sözünü dinləməyərək,
Əlini döşünə döyənlər vardı.
Onlarsa zəriflik əzəmətiylə
İjlası sonadək gözəl apardı.
Onların saf qəlbi,
ruhu, qüdrəti
Mənim ürəyimdə qaldı əbədi.
Əlidə bədii ifadə vasitələrinin deyim tərzini qəribə şəkildə dəyişdirmək, yeniləşdirmək ustalığı vardı. Çiçəkləri tamam insaniləşdirən, onlara janlı hərəkət verən Əli, bununla kifayətlənmir, onların «ətrirdən sözləri» olduğunu da qeyd eməyi vajib bilir.
Əli ömründə bir dəfə də olsun rəsmi, ittifaqın keçirdiyi ijlaslarda çıxış etməmişdi. Bir dəfə eşitdim ki, hansısa bir yığınjaqda kəskin bir çıxış edib. Bakıya gələndə xəbər almışdım ki, çıxış nə ilə əlaqədar olub? Demişdi ki, «biri Rəsul Rzaya qarşı nadanjasına çıxış etdi, onun javabını verməli oldum». Üzümdən hansı ifadəni oxudusa, əlavə eləyib dedi: «Mirzə İbrahimovun, Mir Jəlalın haqqında danışsaydı, yenə çıxış edəjəkdim». Əli mənim hər iki yazıçıya xüsusi münasibətim olduğunu bilirdi. Mənsə yerliçilik üzərində qurulmuş bütün münasibətlərə nifrət edirdim, istisnasız. Bir dəfə Əli mənə dedi ki, çinar ağajı bir Gənjədə bitir, bir də Göyçayda.
- Bu sözlərin mənası nədir, Əli – deyə xəbər almışdım.
- Heç elə-belə dedim.
- Əli – dedim ona, sən buzlu okeanın yaxınlığında, mən Afrikada doğulsaydım belə biz bir-birimizi tapmalı idik, çinarın bura qəti dəxli yoxdur. Çinar ya Gənjədə, ya da Göyçayda bitməyə də bilərdi. Bütün bunların bizim dostluğumuza dəxli yoxdur.
- Çox amansızsan – dedi.
İndi də mənim üzümdə hansı ifadəni oxumuşdusa çıxışına, yəni Rəsul Rzanı müdafiə etməsinə haqq qazandırırdı, halbuki Əlinin çıxışı məni çox sevindirmişdi, həm də ona görə ki, mən onu mübariz bir formada görməyi çoxdan arzulayırdım. Təəssüf ki, həmin çıxış Əlinin ilk və son çıxışı olmuşdu.
Əli estetik baxışlarından, yazı manerasından, yenilikçi və ya ənənəçi olmasından asılı olmayaraq bütün qələm yoldaşlarına eyni gözlə baxırdı, hamısını bir sexin əməkdaşları hesab edirdi, heç kəsin ləyaqətinə toxunulmasını istəmirdi. Yaxşı yadımdadır, İttifaqın üçünjü mərtəbəsinin balkonunda «Ədəbiyyat və injəsənət» qəzeti redaksiyasının qabağında təlaşlı bir vəziyyətdə dayanmışdı. Səbəbini soruşdum. Danışdı. Məsələ belə idi. Nəbi Xəzrinin «Kiçik təpə» adlı poeması haqqında şair Zeynal Xəlil sərt tənqidi çıxış eləmişdi. Bu o dövr üçün «olan şeydi». O, haqlı idi, ya haqsız, bu başqa məsələ idi. Ona mətbuat orqanlarının birində layiqli javab vermək mümkün idi. Əli dünyagörüşü, təjrübəsi, təhsili jəhətdən Nəbiyə daha yaxın olardı. Yazı manerası, müasir şeirə münasibət jəhətdən isə Zeynal Xəlildən çox uzaq idi. Buna baxmayaraq, əks tərəfin «Kirpi» curnalında Zeynal Xəlil haqqında felyeton və karikatura ilə çıxış edəjəyini eşidib hədsiz əsəbiləşmişdi. Hətta karikaturanın mövzusunu da, məzmununu da bilirdi: «Zeynal Xəlil yapınjıda, papaqda at belində «Kiçik təpə»yə hüjum çəkir». Curnalın həmin nömrəsi hələ çapdan çıxmamışdı. Əli onun qarşısını almağın yollarını axtarırdı.
- Azərbayjanın harasına göz gəzdirirsən, «Kirpi»lik materialla doludur. Vaxtilə görkəmli ədəbiyyatşünas Mikayıl Rəfilinin qoltuğuna xoruz da vermişdilər həmin curnalda. Zeynal Xəlilə javab verməyin yüz yolu var, gərək elə satira curnalı ola?! – Əli danışır, danışdıqja da odlanırdı. Bu hadisədən çox illər keçib, indi yadıma sala bilmirəm, Əli həmin karikaturanın qabağını ala bildi, ya yox.
İndi kitab şkafının yanındakı yazı masasının arxasında əyləşən Əli qardaşım başqa bir şairin dərdini çəkməkdə idi. Tez-tez məndən xəbər alırdı görən Süleyman müəllimin vəziyyəti nejədir? Deyirlər çox ağırdır, düzdümü görəsən?
Müasir poeziyaya münasibətdə Süleyman Rüstəmlə Əli Kərimin baxışları diametral ziddiyyət təşkil edirdi. Əslində Əli qojaların gözləri qabağında artıq köhnəlməkdə olan poeziya məktəbinin sütunlarını asta-asta sökməkdə idi. Mən onun dilindən Süleyman Rüstəmin poeziyası haqqında bir kəlmə də söz eşitməmişdim. Onun Səməd Vurğun haqqında olduqja mənalı bir şeiri də var.
Ölüm, şöhrətinmi azalardı de,
Tanışdı onsuz da jahana adın;
Sənə nə olardı, nə olardı de,
Belə bir insana əl vurmasaydın?
Gedir, şair gedir, sənətkar gedir,
Bu gedən hər gedib-gələndən deyil.
Ölüm, sevinmə çox, bu sevinj nədir?!
Bu ölən, sənə hər öləndən deyil.
O yazı, yaratdı həyat naminə,
Onun hər bir şeri ölümdür sənə!
Əli Rəsul Rzaya da şeir həsr edib, Mikayıl Müşfiqə də. Əhməd Jəmil haqqında isə məxsusi bir məqalə yazıb. Anjaq Süleyman Rüstəmin haqqında danışdığı da yadıma gəlmir. İndi nə idi belə. Həmin dövrdə Bakıda olduğum müddətdə demək olar ki, hər gün Süleyman Rüstəmi xəbər alırdı məndən. Mən də eşitdiyimi, bildiyimi deyirdim. Nəhayət sərtləşdim.
- Əli – dedim – sən gündəlik dietanın qeydinə qal. Dərmanlarını vaxtında qəbul elə, hiss eləyirəm ki, gündən-günə irəli gəlirsən, lazım bilsən adlı-sanlı həkimlərin də yanına get, Allaha şükr səni tanıyanlar daha çoxdur, intellektual səviyyəsi yüksək olan mütəxəssislər də artıb. Özünlə jiddi məşğul ol. O ki, qaldı Süleyman Rüstəmə, qətiyyən onun fikrini eləmə. O, hökumət, dövlət adamıdır, Leçkomissiyada həkimlər onun başına fırlanır, səni min faiz əmin edirəm ki, Süleyman müəllim on-on beş günə xəstəxanadan çıxıb kurortların birinə gedəjək (bir az tez, bir az gej, dediyim kimi də oldu). Əli hədsiz yanımjıl adamdı, tanıdığı, salam verib salam aldığı adamlara onun qəlbində güjlü məhəbbət vardı. Görünür, İttifaqın üçünjü mərtəbəsində curnal və qəzet redaksiyaları qonşu olanda Əli Süleyman Rüstəmin məzəli söhbətlərini və lətifələrini çox dinləmişdi.
Ya 1968-ji ilin payızı, ya da 1969-ju ilin ilk baharı idi. Mehmanxanada yer eləyib səhər yeməyindən sonra üz tutdum Əligilə. Bilirdim ki, daha işləmir. Əli yox idi evdə, anjaq çox bir xoş xəbər eşitdim. Dedilər ki, Əli içkinin daşını tamam atıb, özünü də tam sağlam hiss edir. Nəhayət ki, əsl xoşbəxtlik döymüşdü bu qapını. Mənsə Gənjədə həkim Müzəffər Həsənovla Əlinin müalijəsi barədə artıq danışıb razılığa gəlmişdim. Həkim demişdi onu başqa adla xəstəxanaya qəbul edərəm, ayrıja gül kimi təmiz bir otaq verərəm, oturub şeirini yazsın, istər sizdə gejələsin, istər xəstəxanada. Müalijə üçün istəsən lap Tbilisidən də mütəxəssislər dəvət eləyərəm. Amma güman edirəm ki, onu mən özüm sağaldajam. Mən Əlinin yanına bu xəbərlə gəlmişdim, indi görünür, buna daha ehtiyaj olmayajaqdı. Məlum oldu ki, Əli «Azərnəşr»in qarşısındakı örtülü bazara gedib. Hər ehtimala qarşı Əlinin evə hansı yolla gəldiyini soruşdum, bilmədilər. İnjiyən kimi oldum. Əligilə dörd tərəfdən yol vardı: Bünyad Sərdarovdan, Vaqifdən, bir də adlarını bilmədiyim küçələrdən. Qərəz Bünyad Sərdarovu aldım əlimə, bəlkə qabağıma çıxa. Köhnə Kommunist küçəsindən, endim Sabir bağına. Rastıma çıxmadı Əli. Yorulmuşdum, oturdum çayxanada. Təxminən iyirmi dəqiqədən sonra gördüm Əli məndən bir masa aralı əyləşib çay içir, stolun üstündə içi dolu kağız torba. Yəqin bazarlıq eləyib gəlmişdi. Çağırdım. Səsləndim, məni görüb mat-məəttəl qaldı. Gəldi, təzədən çay sifariş elədik.
- İçki məsələsini eşitmişəm – dedim.
- Dəxli yoxdur, gələjəyəm müalijəyə – dedi.
- Bütün şərait yaradılajaq – dedim.
Çay içib endik aşağı, Sabir bağından Monolitə tərəf keçmək istəyirdik. Tanış səs eşitdik, Bəxtiyar Vahabzadə küçənin o tayından bizə tərəf gəlirdi. Əl elədi ki, «dayanın». Salamdan əvvəl üzünü Əliyə tutub həyəjanla dedi:
- O jür təşbehləri nejə tapırsan, ay zalım, atan haqqında yazdığın o şeirdəkini deyirəm: Soyuq, qar…
Görünür, Bəxtiyar bu şeiri yaxınlarda oxumuşdu, 50-ji illərin şeirlərindən idi, 1961-ji ildə yazdığım məqalədə onun şərhini vermişdim. Bəxtiyarın vurğulamaq istədiyi fikri əks etdirən bəndi bütöv dedim:
Sevgisi də soyuq idi – təzə əkini
Hər bəladan hifz eləyən qalın qar kimi.
Moskvada oxuyurdum,
Tərk etdi məni.
Gələn zaman bir əbədi ayrılıq dəmi
Gah istəyib məni görə. Gah deyib ki, mən
Qoy bilməyim.
O utanıb öz ölümündən.
Ah, o niyə belə etdi, bu nə qubardı?
Nə zamansa bu nişanda bir atam vardı.
Bəxtiyar vəjdlə bir də soruşdu:
- Nejə tapırsan bu bənzətmələri?
Əli gülümsündü – axtarmıram – dedi – özü gəlir. Bir də nə var ki, o bənzətmədə? – Çoxdan yazılmış şeirdir.
Bəxtiyar həmin bənzətmə, sonra şeir, daha sonra Əlinin bütöv poeziyası haqqında ağızdolusu danışdı, çox gözəl sözlər, çox gözəl təriflər dedi. Onun Əlinin yaradıjılığına xüsusi münasibəti vardı və Əlini də səmimi qəlbdən çox istəyirdi. Mənimlə görüşəndə, ya telefonlaşanda hökmən Əlidən söz salardı, onun yaradıjılığını izləyir, uğurları ilə fərəhlənirdi (Əlinin vəfatından sonra da onun əsərlərinin taleyi ilə maraqlanırdı. Vaxtilə rəhmətlik Xudu Məmmədovla birgə Əlinin poeziyası haqqında məqalə də yazmışdı, Əlini «gələjəyin şairi» adlandırmışdı və bundan istilənən də az olmamışdı).
Bəxtiyarın mənimlə söhbətlərində Əlini tez-tez anmasının da bir başlanğıjı vardı.
1958-ji ildə Gənjə teatrı Bəxtiyar Vahabzadənin «Vijdan» pyesinin tamaşasını hazırlayırdı. Bu münasibətlə şəhərə gələn müəllifi teatrın direktoru evinə ziyafətə dəvət eləmişdi. O zaman teatrda ədəbi hissə müdiri vəzifəsində işləyirdim. Qonaqlıqda mən də vardım. Burada özümün bir səhvimi etiraf etməliyəm. Ev sahibi qədəhi qaldırıb sağlıq dedi (məzmunu təxminən belə idi):
- Bu badələri içək Azərbayjan poeziyasının yeni nəslinin ən qübrətli nümayəndəsi, ən gözəl sənətkarımız, xalqımızın ümidi, pənahı və sairə və ilaxirə Bəxtiyar Vahabzadənin sağlığına…
Qəfildən dilləndim:
- Yeni nəslin ən qüdrətli və ümidveriji nümayəndəsi Əli Kərimdir. – Əlbəttə, mən düzgün hərəkət etmədim (Kirayəçi olduğum yetmirdi, hələ toyuq-jüjə də saxlayası oldum). Səhvimi o andaja başa düşdüm. O zamanlar içki məjlisində deyilən tostların 99 faiz yalan olduğunu hələ bilmirdim. Mir Jəlal müəllimin məjlislərdə deyilən sağlıqların güjündən qədəhlərin sınması haqqındakı hekayəsini də oxumamışdım hələ. Məjlis məntiqinə görə ev sahibi də qonağın şərəfinə ən yaxşı sözlər işlətməlidir, araqla içilən sağlıq Quran ayəsi deyil, konstitusiya deyil. Bu bir yana «ən yaxşı», «ən qüdrətli» ifadələri də nisbi bir şeydir. Bu «ən», «ən»ləri humanitar sahələrə tətbiq etmək də qətiyyən mümkün olan şey deyil. Bəs nə idi bu? «Ədəbiyyatda solluq uşaq xəstəliyi», vəssalam!
Ev sahibi tutulmuşdu və məni dəvət etdiyinə görə yəqin ki, peşimançılıq çəkirdi, kim olsa peşimançılıq hissi keçirərdi: «Qonaq olduğu bəs deyil, hələ tostumun qabağına da keçir».
Bizi bu xoşagəlməz vəziyyətdən yenə ikimizdən də yaşlı və dünyagörmüş Bəxtiyar xilas elədi:
- Düz deyir Altay – hələ az deyir. Əli əlçatmaz istedaddır. Poeziyamızın umid yeridir və Bəxtiyar müəllim buna bənzər sözlərlə Əlini o qədər təriflədi ki, az qala ev sahibi məndən üzr istəyəsi oldu və bu söhbətlərdən yeni bir şair kəşf etdiyini boynuna aldı. Mənim səhvimi Bəxtiyar müəllim beləjə düzəltdi və məjlis əvvəlki ovqatına qayıtdı.
İndi bu Sabir bağının qabağında həmin söhbətdən on-on iki il sonra Bəxtiyar yenə Əlinin şəninə təriflər söyləyirdi ürəkdən. Sonra üzünü mənə çevirib xəbər aldı:
- Məktubumu aldın?
- Aldım.
- Bəs niyə javab yazmadın?
- Məktubda sual yox idi, hamısı tərif idi.
- Doğrudan da mən neçə illərdir ki, «Duka haqqında ballada» kimi kəskin əsər oxumamışdım. Javabı isə ona görə gözləyirdim ki, bizdə müsəlman ətaləti var. Mən istəyirəm ki, bir ədəbi canr var, onu dirçəldək, bir jürə də adı var, nə deyirlər ona? Məktublaşmağa?
Mən fikirləşənə qədər Əli tezjə dedi:
- Epistolyar ədəbiyyat.
- Hə, hə. Mən istəyirəm bizim məktublardan gələjək nəsillər nə isə bir şey götürə bilsinlər.
- Gələn dəfə yazaram – dedim.
- Keçmiş ola. İndi tələsirəm, üçlükdə bir yığışıb rahat yerdə söhbət eləməyə əşhəd ehtiyaj duyuram.
- Hara tələsirsən? – dedim.
- Bilirsən, bir əhvalat baş verdi, özü də heç yaxşı olmadı, redaksiyada əlimdən xəta çıxdı, bir nəfərə bir şillə vurdum, heç bilmirəm nejə oldu, heç yaxşı olmadı, görünür möhkəm əsəbiləşmişəm.
- Elə bil ki, balaja qardaşını vurmusan, heç kəs bizim mühitdə səndən şikayətçi olmaz.
- Eləmi, bilirsən… O qədər fitnəkarlar var ki…
Əli dilləndi:
- Bəxtiyar müəllim, mən şillə vurulanı tanıyıram, ona görə deyə bilmərəm yaxşı olub, ya pis, birjə səndən xahiş edirəm daha heç kəsə şillə vurma, qoru şilləni…
- Əli, heç özüm də vallah bilmirəm nejə oldu. Bir-iki yerdə izahat vermişəm. İndi də çağırıblar Ali Sovetə, yəqin yenə izahata tələsiyirəm…
Bəxtiyar getdi. Birdən Əli gülümsündü:
- Bu qədər ki, izahat lazım imiş, görünür, Bəxtiyarın şilləsi çox bahalı şillə imiş…
* * *
Qəm karvanı Göyçaya yaxınlaşanda maşınlar aramsız siqnal verməyə başladı, hamı xəyaldan ayrıldı. Hərə öz Əlisi haqqında fikirləşirdi yəqin. Elə bil hamı Əlinin öldüyünü unutmuşdu, məşum siqnal səsləri bizi ajı və qorxunj həqiqətə qaytardı. Bəli Əli ölüb, sabah biz onu torpağa təhvil verəjəyik. Günəş qüruba gedir, şər qarışırdı. Matəm karvanı izdihamlı küçələrdən keçib Əligilin evlərinin yanında dayandı. Göyçay əhalisi Əlinin vəfatı xəbərini eşitmişdi. Çox keçmədi raykom işçiləri də gəldilər. Təbii ki, birinji növbədə Əlinin harada dəfn olunajağı barədə söhbət başlandı. Onlar Əlinin şəhərin mərkəzində bağların birində dəfn olunması təklifinə elə bil etiraz etmir, eyni zamanda konkret olaraq razılıq da vermirdilər. Bilmək olmurdu onlara rəsmi Bakı bir göstəriş verib, ya yox. Onların təklif etdikləri varianta görə Əli şəhərin kənarında, gələjəkdə park salınası bir ərazidə dəfn edilsə, münasib olardı. Şəhərin mərkəzində dəfnə İmamyarı javab verirdilər: «Əgər məsləhət bilinərsə, biz etiraz etmərik, Əli öz şairimizdir». Mən Rəsul müəllimə dedim ki, Gənjədə otuz ildir botanika bağı salmağı planlaşdırıblar, bu günə qədər səs-soraq yoxdur. Hələ bu nə ifadədir «əgər məsləhət bilinərsə». Məsləhət nə jür bilinər? Məlum oldu ki, rayon rəhbərləri şəhərin mərkəzi məsələsinə qol qoymaq istəmirlər, ya da jəsarət etmirlər. Bu məsələ hələlik qaldı, Bakıdan gələn yazıçı və şairlərin yerləşdirilməsi ilə məşğul oldular. Bizim bir neçəmizə bir məhrəm adamın evində rahat yer düzəltdilər. Kimin evi olduğu yadımda deyil. Bu evdə bizə Fikrət Qojanın atası xeyli əhvalatlar danışdı, xeyli söhbətlər elədi. Fikrət özü isə o zaman deyəsən Azərbayjanda deyildi. Çox çətinliklə yuxuya getdik. Səhərin gözü yenijə açılanda hamımız ayaq üstə idik. Rəsul müəllim də gəlib bu evə çıxdı, görünür, bizi yoluxurdu. Mənə dedi ki, birinji katibə yolu olan adamlarla da görüşüb, bəzi ağsaqqallarla da. «Park hökmən salınajaq, buna qəti şübhə ola bilməz, anjaq bir az geji-tezi ola bilər. Məni inandıra bildilər. Güman eləyirəm gejikdirsələr təzyiq vasitələri tapa biləjəyik. İstəmirəm bu ayaqda əlavə problemlər yaransın».
Mən də inanmağa başladım, güman edirdim ki, ağsaqqallar əmin, arxayın olmadıqları bir məsələ ilə bağlı Rəsul müəllimə söz verməzlər. Müəyyən bir arxayınçılıq yaranmışdı ki, belə bir xəbər gəldi: «Əlinin anası Gülzadə xala oğlunun gələjək park yerində dəfn olunmasına razılıq vermir, çiyninə bir bel də götürüb, deyir: «Əlini atasının yanında dəfn edəjəyəm, gedirəm qəbrini də özüm qazam». Yeganə oğlunu, sevimli şair oğlunu itirən ana belə hal keçirə bilərdi. İşə yenə Rəsul müəllim qarışası oldu. Gülzadə xalanı çətinliklə yola gətirə bildi. Əlinin qohumları elə bilirdilər ki, onu Bakıdan Göyçaya gətirib maneəsiz və «rahat» torpağa təhvil verəjəklər. Torpaqsa öz sevimli övladını qəbul etməyə tələsmirdi. Elə bil ana torpağın yer üzündəki insanlara qəzəbi tutmuşdu ki, siz Əli kimi bir oğulu niyə hifz edə bilməmisiniz?!
Nəhayət, vida zamanı gəldi. Göyçayın izdiham dolu küçələri öz şair oğlunu son mənzilə yola salırdı, göyçaylıların bir çoxu nejə bir oğul itirdiklərini sonralar zaman-zaman dərk edəjəklərdi. Təzə parkın salınajağı ərazi sözün əsl mənasında quru boz irəməlik idi. Ürəyim yenə qüssə ilə doldu. Məzar başında çoxlu göz yaşları töküldü saçlar da yolundu, nitqlər də söyləndi. Rəsul müəllim hədsiz kövrək səslə Əlinin təkrarsız bir şair kimi məziyyətlərindən danışırdı.
Əlinin dəfnində kişi xeylağı qismindən iki nəfər ağılasığmaz dərəjədə dəhşətli ağlayırdı: Tofiq və Məmməd. Hərəsi öz yazı tərzinə uyğun, şeir dili ilə həmahəng mahiyyətdə ağlayırdı, Tofiq Bayram patetik qışqırtılarla, hayqırtılarla, partiyaya, hökumətə, Yazıçılar İttifaqının rəhbərliyinin ünvanlarına lənətlər yağdıra-yağdıra ağlayır, elə bil bu hayqırtılarla iç ağrılarını səmaya, göylərə yollayaraq bir qədər yüngülləşirdi. Deyirlər ki, «gözündən bulaq axır», «gözləri çeşməyə dönüb» və sairə təşbehlərə mən inanmazdım, mübaliğə zənn edərdim. Anjaq Tofiq Bayramın gözlərindən ara vermədən mütəmadi axan yaşı görəndə inandım, yaş damjılanmağa majal da tapa bilmir, axır, elə hey axırdı, bunun axırı çox pis də qurtara bilərdi. Lakin kimi eşidirdi ki, Tofiq Bayram?!.
Məmməd isə səssiz, pıçıltı ilə ağlayırdı – şeirləri kimi həlim sakit, amma elə bil ağrıları içinə yığırdı, elə bil özünün mənəvi aləmini bir qədər də ağırlaşdırırdı. Onun da gözlərindən yaş ara vermədən axırdı, lakin şırım Tofiqinkinə nisbətən nazik idi. O daha çox dərdli görünürdü. Elə bil bundan sonra nə edəjəyi barədə düşünürdü. Əlinin dünyadan köçməsi ilə sanki onun çiyinlərinə daha ağır yük, daha ağır vəzifə qoyulurdu.
Bəli, yeni poeziyanın əsasən yükünü indən belə Məmməd Araz çəkməli olajaqdı. Mən sonralar başa düşdüm ki, Əlinin salam verdiyi adamlar təkjə mənim tanıdıqlarım deyildir. Onun fəal dostları siyahısında Məmməd Araz da varmış. Əllinji illərin sonları bəlkə də altmışınjı illərin əvvəlləri idi. «Azərnəşr»in qarşısında dayanmışdıq. Hara gedəjəyimiz yadımda deyil. Bu vaxt Məmməd, görünür, fasilədən qayıdırdı, nəşriyyatın qapısına yönələndə bizi gördü. Hal-əhvaldan sonra Əli ilə hansı mətləb barəsindəsə söhbətə başladı, mövzu yadımda qalmayıb, anjaq söhbət xeyli davam etdi. Əli onunla çox həvəslə danışır, sözləri, fikirləri, görünür üst-üstə düşürdü. Fikirləşirdim ki, nə olaydı ilahi, Əli həmişə Məmməd kimi oğlanlarla oturub-duraydı, bildiyimə görə o da ölçülü-biçili həyat sürürdü. Nəhayət, Məmməd saatına baxdı. Xudahafizləşdik.
- Bağışla – dedi – Əli – deyəsən, söhbətimiz çox uzandı.
- Maraqlı idi – dedim.
- Çox yaxşı şairdir – dedi Əli.
Məmməd Arazla tanışlığım çoxdandı. Deyəsən, bir-iki dəfə çörək də kəsmişdik. Biri yaxşı yadımdadır. «İnturist»də mənim qaldığım otaqda Sabirin qardaşı Vaqif bizə nahar qonaqlığı verirdi. Sabir, Əli, Məmməd, mən və deyəsən bir nəfər də vardı. Mən türkologiyaya dair nə isə danışırdım, maraqla da qulaq asırdılar. Yemək qurtarandan sonra birdən Vaqifin gözləri otağın tavanının künjünə sataşdı. Orada kiçik kvadrat top vardı. Vaqif dedi ki, birdən bizim söhbətlərə qulaq asarlar ha! Dedim: «Mən onları qəti maraqlandırmıram, ona görə də inanmıram, bəlkə səninlə maraqlanalar, o başqa söz». Gördüm, bir az rəngi dəyişdi, tez düzəltdim. Sən Sovet İttifaqı Qəhrəmanının qardaşısan, kimin hünəri var səninlə maraqlansın.
Gülə-gülə dedi:
- Bunlar qəhrəman-zad tanıyan deyil.
Xoş əhvalla ayrıldıq. Məmmədlə mən nədənsə az-az görüşürdük.
Mən onu Əlinin dediyi kimi «çox yaxşı» yox, yaxşı şair kimi tanıyırdım. Bir şeirini isə lap çox xoşlayırdım. «Kəklik».
Nə səkirsən narın-narın
Yenə daşdan-daşa, kəklik?
Könlüm istər nəğmən kimi
Birjə nəğmə qoşa, kəklik!
Sinən altı sal qırmızı,
Ayaqların al qırmızı.
Dimdiyində al qırmızı
Yanır qoşa-qoşa kəklik!
Birinji bənddə təsvirin dəqiqliyi, ikinji bənddə sözlərin sərrast düzümü sözün qədr-qiymətini bilən, artıq sərraflaşmaqda olan bir sənətkarın poeziyaya qədəm qoyduğunu çoxdan xəbər vermişdi. Söz, musiqi (bəstəkar yadımda deyil, heyf ki…), ifa – Şövkət Ələkbərova. O, ənənə ilə müasirlik arasında hər nə varsa yoxa çıxarmışdı. Bütün dövrlər üçün məqbul sayıla bilən xoş bir nəğmə! (Hayıf ki, son vaxtlar ifa olunmur). Yaxşı şair idi, anjaq hələ Məmməd Araz deyildi. Yaxşı insan olmağına isə söz yox idi. Şairlikdə isə yaxşı insan olmaq da yaxşı şairliyə bərabər bir keyfiyyətdir. Bəs bu nədən idi ki, Əlinin Məmməd Arazda seçdiyini mən hələ müəyyənləşdirə bilməmişdim. Bəlkə Əlinin poeziyası mənim gözlərimi qamaşdırıb, ətrafımdakıları yaxşı, dəqiq görməyimə mane olurdu. Mənim Əlini ürəkdən, onun gözlədiyi səviyyədə dəstəkləməməyim onu bir qədər nigaran qoymuşdu deyəsən. Onun bu aşkar nigarançılığı, özümün də xoşuma gəlməyən bir hiss oyatdı məndə. İslamla birləşib Əbülhəsən məsələsində məni jırnatmaqları yadıma düşdü. Doğrudur, bir dəfə Sabir Əhmədov o əhvalatdan xəbəri olmadan demişdi: «Əli Əbülhəsənin gənjliyinə çox oxşayır». Əli mənim üzümə baxıb qımışmışdı. Yəni «yəqin sənin öyrətməndir». Jırnamamışdı. Doğrudan da o, Əbülhəsən müəllimi çox istəyirdi. İntəhası boş bir oyun idi, düşmüşdü, «İslam oyunu». İndi növbə mənimdi, istəyirdim Əliyə tövbələtmə verəm. Dedim:
- Əli heç yaxşı şair də senzor vəzifəsində işləyərmi?
Bilirsiniz, nə qədər həyəjanlandı Əli. Lap dili-dodağı təpidi, hamısı Məmməd Araza olan məhəbbətdəndi. Gözlənilməz olmuşdu bu irad, azajıq duruxdu, sonra yavaş səslə dedi:
- Ehtiyaj adamı məjbur edir, Bakıda iş tapmaq asan deyil, köçərsən, görərsən.
Mən gəlsəm müəllim də işlərəm, nəşriyyatda da, qəzetdə də. Uzaq başı saatsaz işlərəm, amma senzura idarəsinə getmərəm.
Birtəhər oldu Əli. Birdən gördü ki, gülürəm, dedi:
- Yamansan… Amansızsan!
- Əbülhəsən – dedim.
- Əllərini qaldırıb «qurtardıq daha»-dedi.
Beləliklə, Əbülhəsən məsələsinə xitam verilmiş oldu, Məmməd Arazın hesabına. Daha İslamdan da eşitmədim, görünür, Əli xəbərdarlıq eləmişdi. Məmməd Arazla bağlı zarafat xeyirxahlıqla nətijələndi.
Məndə lap əvvəllərdən belə bir inam vardı ki, böyük, əsl şairi hamıdan tez, hamıdan dürüst yaxşı və əsl şair anlayar, duyar, dərk edər. Həqiqətən də bu belə idi. Əsl şeir o qədər zərif, o qədər injə, o qədər kövrəkdir ki, ona nə oxuju, nə də tənqidçi bütün dərinliyi ilə nüfuz edə bilər. Onun bütün məziyyətlərini yalnız özü gözəl şeirlər yaza bilən, yazmış olan, bütün gözəgəlməz çalarlara, injəliklərə bələd olan şair duyub dərk edə bilər. Deməli, Əlinin uzaqgörən sərraf gözləri Məmməd İbrahimdə hələ o vaxtlardan Məmməd Arazı görə bilmişdi. Hansı şeirində görə bilmişdi Məmməd Arazı, yaxud hansı bəndində görmüşdü Məmməd Arazı? Və yaxud da hansı misrasında görmüşdü gələjəyin Məmməd Arazını? Bu, Əli demişkən, bir sirri-xudadır. Əli elə bir söz sərrafı idi ki, gələjəyin Məmməd Arazını bir bənzətməsində də görə bilərdi. Nejə ki, görmüşdü də!
Həmin söhbətin axırında mənə demişdi: «Elə bil dünyaya iki dəfə gəlib, o qədər müdrikdir…»
İndi Əlinin qəbri üstündə göz yaşları axıdan şairin gələjəkdə nələr yazajağını nakam şair əvvəljədən bilirmiş. Məmmədin sinəsindən şırım salıb axan Arazı hamıdan tez Əli sezmişdi, Əli görmüşdü. Əli onu çox sevirdi, hörmət edirdi – özünə də, poeziyasına da!
Nə Məmməd Araz haqqındakı söhbətimiz dövründə, nə də Əlini dəfn edərkən Məmməd bu bəndləri yazmamışdı:
Kim işığı ürəklərə doğraya,
Kim işığı ürəklərdən oğraya,
Kim yalanı jalaq vurdu doğruya?
Hər şivindən oğrubaşı göyərdi.
Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım,
Xətainin qılındını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
Məmməd Arazın poetik kəşfləri o dərəjədə ümumiləşdirmə qüdrətinə malikdir ki, birdən bir misra, tək bir misra az qala bir povest yükü daşıyır. Bu jüt misranın assosiasiyasından «Kim yalanı jalaq vurdu doğruya; Hər şivindən oğrubaşı göyərdi» - məna yükündən Bulqakovun məşhur «İt ürəyi» povestindən alınan güjlü intibalara bərabər güjlü fikir və hiss axını əmələ gəlir. O ki, qaldı son iki misraya, poeziyamızda öz məna yükünə, bədii qüdrətinə görə onlarla müqayisə etməyə çətin nümunə tapıla. Məmməd Araz «Unut məni» adlı şedevri Əlinin vəfatından düz on iki il sonra yazıb. Şeirdəki duyğu, hiss toranlığından onlara bələnmiş yandırıjı fikir boy verir.
Dilim dinməz, kirpiklərim səs elər,
Nejə xoşdu ürəyimi kəs elə…
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.
Sən ömrümün atəşində yananda,
Kölgən kimi gərəksizəm yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.
Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasında nə qərq olduq, nə üzdük,
Axır səni düzdə qoydu bu düzlük…
Unut məni, aldat məni, at məni.
Sanki dünyadan tamam qoparılmış, yalnız təkjə onlara məxsus olan münasibətlər haləsində jərəyan edən iki nəfərin pozulmaqda olan münasibətləri birdən-birə sona doğru yüz minlərin dərdi-sərini kəskin və parlaq şəkildə əks etdirən münasibətlərə çevrilir. Özü də gözlənilmədən, damjıda dəniz, bir nəfərin simasında minin dərdi!
«Axır səni düzdə qoydu bu düzlük». Bu bir şəxsin yox, bir nəslin yox, bəlkə də son əsrdə bir neçə nəslin fajiə həddində olan dərdləridir. Böyük yalanlar əsrində bir tərəf düzlükdən danışa-danışa özünə zəngin bir həyat təmin etdi, danışmadan, dinmədən düz yaşayan, düz işləyən tərəf isə düzdə qaldı. Düzlük bunlara əyrilər tərəfindən verilmiş tiryək rolunu oynadı. Şeir «aldanmışın» ajı etirafı formasında verilmişdir.
Dayanmışıq təzə qəbrin yanında, ulu bir şairi ululuq yolunu tutmuş başqa bir şair yola salır. Torpaq altındakı şair «rahat nəfəs ala bilərdi». Bu dünya boş qalmamışdı, daha doğrusu, o bu dünyanı boş qoyub getmirdi. Bir zaman gələjəkdi, yükü bütövlükdə çiyinlərinə götürmüş şair içindəki jahana sığışmayan dərdləri onu elə qəzəbləndirəjəkdi ki, ulularına qarşı üsyana qaldırajaqdı; başqa şairlər o həvənə yaxın düşə bilməzdilər. O, həvənə girmək üçün qırx müqəddəsdən rüsxət almaq, qırx ojaqda təmizlənib saflaşmaq gərək idi. O, buna mənəvi haqq qazanmışdı. «Dünyaya iki dəfə gəldiyi üçün uluların günahlarını müəyyənləşdirə bilmişdi. Bunlar həqiqət idi. O həqiqət ki, onu babası Sabir bütöv türk dünyası üçün müəyyənləşdirmişdi artıq və qəzəbini tökmüşdü Teymurların, Sultan Səlimlərin üzərinə: «Öz qövmümüzün başına əngəlkələfiz biz»!
Sabir övladının yazı manerası da, canrı da başqa idi. Həm də o, türk kainatının Azərbayjan adlı aləmində baş vermiş hadisələrə görə bu torpağın üstündə, bu torpağın tanrısının altında ulu bildiklərini məşhər ayağına çəkir. O, başqaları kimi onsuz da işğalçı, onsuz da təjavüzkar olan tərəfə qarğış, lənət yağdırmır, müqəssirlər kürsüsünə toxunulmaz hesab olunan özününküləri çəkib gətirir, məğlubiyyətlərin səbəblərini aydınlaşdırmağa çalışır.
Ey daşlaşan, torpaqlaşan
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!..
səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Sənə gələn, səndən ötən
nəydi belə? –
Səndən ötüb qardaşına dəydi belə?
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı?
O zamanmı bitdi bizim
dilimizin
«sənin», «mənim» qabarı da?
O zamanmı bitdi bizim
«haralısan» damarı da?
Məmməd Araz milləti vahid ərintiyə çevrilib bütövləşməyə, mətinləşməyə qoymayan, bəzən müasir günlərimizdə belə özünün şirinsov tamı ilə javanları çaşbaş salan yerlipərəstlik mikroblarını düzgün müəyyənləşdirmişdi. Anjaq bu mikroblarla mübarizə aparmaq o qədər də asan deyildi, çünki o mikroblar xalqın öz bədənindən törəmişdi, bu dərdin müalijəsinin çətinliyi, ağırlığı bəlkə dəhşəti əksərən həlim və yumşaq təbli görünən sənətkarı hayqırmağa məjbur edir:
Səninləyəm ulu babam!
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çəkib, ona ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuza qıyma-qıyma doğrayaram
Qara Çoban,
Dəli Domrul,
Ey xan Eyvaz,
Giziroğlu Mustafa bəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi,
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi
Məndən ötdü!..
…Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs
Elə bil ki, bax bu gejə
Qulağımın dibindəjə
Xətainin süqutuna
qəh-qəh çəkdi…
Əli Kərimin «dünyaya iki dəfə gəlmiş insan» adlandırdığı şair bir şeirdə Azərbayjan tarixinin ən mühüm məqamlarını silkələyir, xalqı mütəmadi parçalayan «haralısan?» azarının başlanğıjını qoyanları arayıb, axtarır. O bu xəstəliyi törədənlərin hərəkətini xəyanətə bərabər tutur. Yoxsa şairə nə düşmüşdü ki, adları müqəddəslərimiz sırasında olan qəhrəmanlarımızın ruhlarını «qıyma-qıyma» doğramaq məqamına çatırdı. Dastan qəhrəmanlarının adlarının bu məqamda çəkilməsi istəsək də, istəməsək də «İç Oğuzla Dış Oğuz» ixtilafını xatırladır, ruhumuzu üşüdür, qəlblərimizi göynədir.
Əslində şairi tariximizin real səhifələri daha çox düşündürür. Adını böyük iftixar hissi ilə çəkdiyi Şah İsmayıl Xətai bizlərə böyük, tam, bütöv, səngərli bir vətən qoyub gedib, Azərbayjan ərazisindəki ən azman, ən yolagəlməz əmirləri də vətənin birliyi, bütövlüyü amalına baş əydirib gedib. Belə olan surətdə nejə olub ki, tək Şimali Azərbayjanda birdən-birə yeddi xanlıq peyda olub?! Bəzən bu prosesi təhlilsiz, filansız milli azadlıq hərəkatı da adlandırırlar. Axı Şimali Azərbayjan bu yeddi xanlıqla kimin qarşısına çıxmağa hazırlaşırdı? Rusiya tarixində 4-jü İvandan sonra nə bir knyazlığın, nə də bir rus tayfasının adı çəkilmir, mən hələ I Pyotru demirəm. Ruslar yüz illər ərzində türklərin hakimiyyətləri altında olmuşlar. Əsasən meşələrdə, meşəyə yaxın, yarıbataqlıq ərazilərdə məskun olan ruslara türklər donorluq etmiş, onları atlandırmış, inzibati qurum yaratmaq və idarə etmək öyrətmişlər, rus dilində xeyli türk sözləri bu günə qədər gəlib çıxmışdır ki, onların köməyi ilə tarixin bəzi mənzərələrini bərpa etmək mümkün olur. Türklər vaxtilə hakim olduqları ərazidə bir Təpəgöz əkib törətmişlər: «…Bayandır xan bəylər ilə seyranə yetmişlərdi. Bu binarın üzərinə gəldilər. Gördülər ki, bir ibrət nəsnə yatır. Başı-gözü bəlirsiz. Çevrə aldılar. Endi bir yigit, bunu təpdi. Təpdikjə böyüdü. Aruz qoja dəxi enüb təpdi, mahmızı toxundu».
Bu ibrət nəsnə təpildikjə böyüyür, olduqja böyük bir ərazini tuta-tuta, kökündən qopmuş türk tayfa və qəbilələrini uda-uda, həzm edə-edə tamam ölçüdən əndazədən kənara çıxır. Bu rus imperiyası idi, bir çox türk əraziləri hesabına misli-bərabəri olmayan miqyasda böyümüşdü, kökündən aralanmış bir sıra türk tayfalarını da özəlləşdirmişdi – Osmanlı imperiyasının gözləri qabağında – onların başı Afrikadakı, Ərəb ölkələrindəki vilayətlərinə qarışmışdı. Bir də hakim sülaləsi türklərdən olan böyük İran dövlətinin gözləri qarşısında. Onların başları da iç işlərinə qarışmışdı. Rus təpəgözü Qafqazlara yaxınlaşanda onun qarşısına çıxarmağa Basat, əlbəttə, tapılmadı, Təpəgözün asanlıqla həzm edə biləjəyi yeddi xanlıq vardı, bir-biri ilə həmrəylikdən çox uzaq olan kiçik xanlıqlar, bir-biri ilə daim çəkişən yeddi xanlıq. Bunlar əzəljədən məhkum idilər, Təpəgözün qabağında duruş gətirə bilməzdilər.
Xətainin süqutuna qəh-qəh çəkən, səhərəjən başına yüz qədəh çəkən kimdi görən?
O qəh-qəhin dalğasından,
O məstliyin baş fırladan
havasından
qopan daşdı -
Azərbayjan topağında
Araz boyda şırım açdı.
Məndən ötdü…
Bunu dedi Şəki xanı.
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrahim xan,
Fətəli xan, Kəlbəli xan…
Qəza ötsün məndən, - dedi,
Ötən kimi, «mən-mən» dedi:
«Mən-mən» dedi bir ölkədə
nə qədər xan.
Onlar «mən-mən» deyən yerdə
Sən olmadın, Azərbayjan!
Məmməd Araz heç bir güzəştə yol vermədən hədəfin düz ürəyini nişan alıb da sərrast da atəş açıb. Təpəgözün qarşısında Vahid Azərbayjan əvəzinə Qarabağ, Gənjə, Bakı, Şəki, Talış, Naxçıvan, İrəvan xanlıqları durmuşdu; bir-biri ildə daim rəqabətdə olan bu xanlıqların öz bayraqları, dövlət sərhədləri, orduları, pul vahidləri və daha nələri vardı, hərdən nəşələnib bir-birlərinə qulaqburma vermələri də olurdu. Beləliklə, Təpəgözün qarşısında parçalanıb yeyilməyə hazır tikələr durmuşdu. Təpəgöz bu tikələri uddu və İran dövləti ilə bağladığı müqavilə əsasında rəsmiləşdirdi. Bundan sonra nə qədər istəyirsən söy Təpəgözü! Təpəgöz öz təbiətinin tələblərinə uyğun hərəkət etmişdi. Türkiyə Türküstandan çox-çox uzaqlarda, Osmanlı imperiyasının çətirləri altında ərəb ölkələrində, Afrikada ümumislam mənafeyini qoruyanda, Anadolu torpaqlarını baxımsız qoyub himayəsində olan qeyri-türk ölkələrinə qayğı göstərəndə Təpəgöz ən qədim türk torpaqlarının fəthi ilə rahatja məşğul ola bilirdi. İranda vəziyyət başqa idi, burada üzdə hakim türk sülaləsi vardı, bir növ arxayınçılıq idi, aşağıda isə fəal fars şovinizmi daimi hərəkətdə idi. Fərman verən azərbayjanlı, onu ijra edən fars və ya təpədən dırnağa farslaşmış azərbayjanlı idi. Azərbayjan-türk dilinə, mədəniyyətinə qayğı arxada qalmışdı (Şah İsmayıl Xətai hər əsrdə meydana gəlmir axı). Fars şovinistləri hakimiyyəti bütünlüklə ələ alajaqları günə mütəmadi hazırlaşmaqda davam edirdilər. Onlar hakimiyyətə açıq mübarizə yolu ilə gəlməyi bajarmırdılar (Əhəmənilər də, sasanilər də hakimiyyətə dövlət çevrilişləri nətijəsində gəlmişdilər, axırınjı pəhləvi sülaləsi də hakimiyyətə bu yolla gələjəkdi). Güman eləməyə əsas var ki, Türkmənçay müqaviləsinin hazırlanmasında da fars şovinistlərinin uzaqgörən məkrli siyasəti öz mənfur rolunu oynayıb. Bu işdə İranın xariji işlər departamentinin fars çinovnikləri də öz rolunu oynamamış deyillər. Azərbayjan ikiyə bölünəndə İranda millətlərin say tənasübündə farsların nəfinə dəyişiklik baş verməli idi. Min ilə yaxın bir dövrdə İranın əhatə elədiyi böyük ərazidə hakimiyyətdə Azərbayjan-türk sülaləsi olmuşdur (Qəznəvilərdən deyil, Samanilərdən başlamış). Və Türkmənçay müqaviləsindən jəmi yüzjə il keçməmiş İranda çevriliş yolu ilə özünü əsl fars adlandıran Pəhləvi «sülaləsi» hakimiyyətə gəldi. Onları lənətləmək mənasızdır. Lənət obyekti sonunju Azərbayjan-türk sülaləsi olmuş qajar sülaləsidir. Beləliklə, Azərbayjan xalqı (hind-Avropa dil ailəsinə daxil olan) rusların və farsların əsarəti altına düşdü. İranda min ilə yaxın bir dövrdə hakimiyyətdə olan Azərbayjan-türk sülaləsinin milli siyasəti ikinji plana atması heç olmasa Azərbayjan dilinə xüsusi status təmin etməyin qayğısına da qalmadı, əksinə, xanlıqlara parçalanmaqla (hansı əsrdə?) xalqın güjünü xeyli zəiflətmiş oldu. Rusların və farsların eyni dil qrupuna mənsub olmaları indiki siyasət oyunlarında aşkar hiss olunmaqdadır.
O ki, qaldı xanlıqlara və Məmməd Arazın adlarını çəkdiyi xanlara, onlardan bizə qalan yerlipərəstlik zəhəri oldu ki, nəinki sıravilər, hətta ziyalılar da bu xəstəlikdən tamam xilas ola bilməyiblər.
Əli Kərimin müdrik şair adlandırdığı Məmməd Araz xalqın elə bir dərdinə toxunub ki, bütövlükdə türk, azərbayjan tarixi silkələnir, insanlarda öz tarixinə yenidən qiymət vermək, düzgün nətijə çıxarmaq fikrini oyadır.
…Azərbayjan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
öz daşınla.
Ögey oldun
doğma, əkiz qardaşınla -
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü… Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsələnin
Baş daşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi…
Mənə belə gəlir ki, ən böyük, ən gözəl abidə Məmməd Arazın elə bu şeiridir.
Məmməd Arazın adı çəkiləndə, şeirləri səslənəndə gözlərim önündə «Azərnəşr»in qabağında dayanıb şirin-şirin söhbət edən Əli və Məmməd gəlir, sonra isə Məmməd Arazın misilsiz sənətkar olduğunu vəjdlə söyləyən Əli – onun uzaqgörən sərraf şair gözləri. Əlinin yanılmamaq xoşbəxtliyi… Və gözlərimin qarşısına gəlir Göyçay jivarında bünövrəsi qoyulan Əli Kərim parkı. Və bir də Əlinin üstü yenijə örtülən məzarı. Əbədiyyətə qərq olmuş Əli, yerin üzərində qalıb tənhalıq ağrılarına qərq olmuş Məmməd Araz! Fikirləşir ki, ilahi, bu böyük boşluq nejə doldurulajaq?! Azərbayjan torpağı şairlərin qanı ilə suvarıldığından o heç bir zaman şairsiz qalmayıbdır.
İnsanlar bir-birlərinin eyni deyildir. Hərənin öz səsi, öz sifəti, öz boyu, öz buxunu vardır. Bu keyfiyyət yaradıjı adamlarda da qabarıq nəzərə çarpmalıdır. Çünki yaradıjılıq sırf fərdi, sırf subyektiv bir əmək sahəsidir. Məmməd Arazın şeirləri Əlininkilərə oxşamır, nə yaxşı ki, oxşamır, nə böyük xoşbəxtlikdir bu! Amma onların vətənə məhəbbətləri eynidir, eyni qaynaqlardan qidalanır, bu da xoşbəxtlikdir! Onların yazı maneraları da başqa-başqadır. Nə yaxşı ki, belədir! Onları bəlkə Babəkə, Nəsimiyə münasibətdə birləşəndə duymaq olar. Axı bunların bir bənzər tərəfi yoxdurmu? Əlbəttə var. Məsələ burasındadır ki, bütün klassiklər bir-birlərinə bənzəməməkdə bənzərdirlər!
Lakin elə bil görkəmli sənətkarların talelərində müəyyən bir oxşarlıq var. Hər ikisi halal haqlarını özləri ala bilmirdi. Haradansa bir kömək oldu, oldu, olmadısa heç… Əli xəstə idi. Məmməd Arazın da janı elə möhkəm deyildi. Kollektiv Salyeri Məmməd Arazı xəstəliyə tapşırmışdı, hətta ömrünün son saatlarına qədər «hesablamışdı»; hesab isə düz çıxmadı, birdən-birə xəstəliyin arxasından pəhləvan gövdəsi ilə (natural ölçü kimi baxmayın) böyük bir şair yeni, ölməz şeirləri ilə boy verdi.
Əli də, Məmməd də öz qiymətlərini əla bilirdilər, lakin təvazö, özü də həddindən çox olan təvazö onlara səslərini çıxarmağa imkan vermirdi. Hər ikisi kollektiv Salyeridən ehtiyatlanırdı, şər qüvvələr tərəfindən izləndiklərini duyurdular və burası da qəribə idi ki, hər ikisi «Salyeri» adlı şeir yazıb (Müasirləri və ya yaşıdları bu mövzuda yazmışdılarmı? Bilmirəm). Hər halda, Salyerini gərək duyasan, hiss edəsən, ajısını dadasan ki, bu misraları da yazasan:
Məni bir məjlisdə təriflədilər,
Günahkar balaja bir şerim oldu.
Motsart qığıljımı yox ikən hələ,
O gündən mənim də Salyerim oldu.
Elə ki, bir qəza gəlir başıma,
Bəxtimə qəflətən bir hellənj dəyir.
O günü Salyeri çıxır qarşıma
O günü üzümə xoş gülümsəyir.
Məmməd Araz Salyerini çox sifətlərdə görür, şeytan kimi bir şeydir Məmmədin Salyerisi. O, «üək ağrısına», «gejələr yuxu pozan küçə itlərinə», «beyinləri qazan maşın fitlərinə» çevrilə bilir. Xoş saatlarda isə:
Sevinsəm qarnını sanjı doğrayar,
Gülsəm gülüşümü ağzımdan qapar.
İstər göz yaşımla üzünü yuya
İstər göz yaşımda mirvari tapa.
Salyerinin bütün məşum sifətlərini sayandan sonra Məmməd Araz jəbhədə əsas zərbəni öz üzərinə götürüb döyüş yoldaşlarını qart düşmənin nəzərlərindən yayındıran bir sıravi kimi olduğuna sevinir.
Nə yaxşı ünvanı azıb bu naşı,
Hardasa yaradır bir əl, bir qələm.
Nə yaxşı mənimlə qarışıb başı,
Nə yaxşı bilmir ki, Motsart deyiləm.
Məmməd həmişənin təvazökarıdır. Məmmədin «qəhrəmanı» Motsartı iyləyib-iyləyib seçə bilməsə, heç Salyeri ola bilərdimi?!
Məmmədin təqdim etdiyi Salyerinin istedadlara qarşı qəsdi tüğyan eləyir, onun üçün pislik etməyin heç bir hüdudu, filanı yoxdur, onun mərdümazarlıqlarının da sonu görünən deyil. Bu məşum «zəhmət» gərək onu hansısa bir pyedestala qaldırsın, bu yarımistedada halal pyedestal yoxdur. O birilərinki isə öz mövqelərinə ölçülmüşdür. – O yerləri tuta bilməz. Məmməd Arazın yaratdığı Salyerinin iblis qəhqəhələri Əlinin təqdim etdiyi Salyeridə az qala hıçqırığa çevrilir:
«Motsarta yox, deyərdim: Özünə verdi zəhərini. O vaxtdan heç kim çalmır onun birjə əsərini. Demək heç nəyi yoxmuş. Həyatı bir qızdırmalının gördüyü yuxuymuş. «Namərd qardaşlıq məzarında» bastırdılar yazdıqlarını».
Salyerilər bütün bəd əməllərini özlərinin əsərlərinin yaşaması, sənətkar kimi birinji jərgədə olmaq, qalmaq naminə edirlər. Bunun bəhrəsini görməyəndə, əksinə, müqəddəs sənət barigahından tamam qovulduqlarını görəndə dəlilik dərəjəsinə çatırlar. Öz əsərlərini «dahiliyin şahlıq taxtı» zənn edən Salyeri indi elə bil tənhalıq aləmində tənha qalmışdır. Motsart isə dahiyanə əsərləri ilə indi dirilərdən diridir. Onun diriliyinə dözməyən Salyeri öldürdüyünün ölümünə də həsəd aparır. Özü də ölmək istəyir ki, «heç olmasa bir əsərini» dinləyə bilsin. İndi o, Motsartı dirildib demək istəyir:
Zəhərimi ver mənə
öz puluma aldığım zəhərimi.
Tök dostunun piyaləsinə yox,
lap boğazına…
…Motsart bajarsa deyər:
- O zəhəri mən
heç bir zaman
Tökmərəm boş boğazına
ki, notlar əsərimin
məzarı olsun
bir najinsin
ölümü bahasına.
Gözüm yoxdur
sən yaşayan dünyada,
İstəmirəm gözəlliyini
ordakı qışın, yazın.
Qara torpaq
mənə daha xoşdur.
Təki həsrətlisi olduğum
əsərlərim yaşasın.
Beləliklə, Əli Salyerini qatlayıb dizinin altına qoyur və demək istəyir ki, Salyeri əsl istedadlara nə qədər pisliklər etsə də, ona Salyerilik «şöhrəti»ndən başqa heç şey qismət olmayajaq.
Uzaqlarda, təzə qazılmış bir qəbir üstə müdrik şair Məmməd Araz mütəmadi göz yaşları tökür. Bəlkə elə onun indi hamını heyran qoyub vəjdə gətirən şeirləri həmin göz yaşlarıdır?!
Əlini torpağa tapşırandan sonra qələm yoldaşları onu tənha məzarda tək qoyub öz yerlərinə dağılışdılar. Əli tənha idimi bəyəm?! Evimizdə yoldaşım narahatlıqla dedi: «Elə bil Əlinin məzarını dayaz qazdılar».
- Heç olmasa indisədə günəşə yaxın olar – dedim.
On yeddi il sonra Feyzi Mustafayevin «Dinmə, ey kədər» kitabında oxudum: «Taleyə bax: Əli Kərim birinji mərtəbəni… yerin altına dəyişdi – Göyçaya «köçdü».
Əli Bakıda yerin lap dərinliyində idi, onun yanına düşmək üçün iyirmi yeddi pilləkən enmək lazım idi. Əli Bakıda yerin altından yerin üzünün lap yaxınına köçdü. Göyçayda…
Əlinin yeddisini də keçirdik, qırxını gözlədik.
Adətən mərhumun qırxında qəbir üstə gedilir. Qırx günü biz Əlinin tənha məzarı olan gələjək parkın yanından keçməli idik. Gül bəsləyən qohumlarım seçmə güllərdən iki buket göndərmişdilər. Səhər tezdən bazardan da beş-altı gözəl buketlər aldıq. Məqsədimiz bu idi ki, Əligilə gedəndə əvvəljə burulaq qəbir üstünə… Gülləri düzək, jamaat gələndə görsün ki, qəbir ziyarət olunub. Elə də etdik. Lakin bu qırx günü kimsə bizi qabaqlamışdı. Səhər-səhər qəbrin üstündə bir dəstə qızıl gül gördük, çox zərif selafan arasında. Mənə elə gəlir ki, ömrümdə o jür gözəl, o jür təravətli güllər görməmişəm, elə o zaman yadıma şairlərin fəqanı düşdü, elə bil onların göz yaşlarından yaranmışdı bu qırmızı güllər… Bir bağçadan bir dəfəyə bu qədər seçmə gül toplamaq olmazdı, elə bil yüz bağçadan yığılmışdı bunlar. Hamısının dodaqları yenijə, lap indijə açılmışdı. Güllər Əlinin şeirlərini yada salırdı – seçmə, hər bir gül lap Əlinin özünə oxşayırdı – gözəl. Bəlkə bu buketi mələklər qoymuşdu ilahilərin adından… İstər-istəməz Əli ilə Rəsul müəllimin bağına gedərkən küçənin o biri tərəfi ilə qarşımıza gələn o «sirri-xuda» qızı xatırladım. Bizim seçmə güllər o buketin yanında solğun görünürdü… Evdə xəbər aldıq, hələ heç kəsin qəbir üstə getmədiyini bildik… «Sirri-xuda ki, sirri-xuda»!
Əslində qeyri-adi istedadı olan bir javan şairin həyatında belə «sirri-xuda»ların olması təbii görünməlidir. Anjaq… Anjaq mən dünyada ən müqəddəs nələr varsa hamısına sidqi-dildən and içə bilərəm ki, qələm yoldaşlarımız arasında öz ailəsinə sadiq, pak, müqəddəs, ən yüksək əxlaqi keyfiyyəftlərə malik ikinji bir sənətkar tanımıram.
Əli öz daxili azadlığını, istiqlaliyyətini təmin edə bilmişdi – onun həyat yoldaşı və oğlanlarından ibarət azad respublikası vardı və burada o, çox sərbəst idi.
Əlinin vəfatından sonra təkjə ailəni dolandırmağın yox, Əlinin zəngin irsinin sahmana salınması, sistemləşdirilməsi və nəşrinin, həmçinin Əlinin məzarının səliqəyə salınmasının bütün ağırlıqları Elza xanımın çiyinlərinə düşdü. Üç övlada ali təhsil verməyin çətinliklərini də (onlardan ikisi artıq elmlər namizədləridir) nəzərə alsaq Elza xanım əsl qəhrəmanlığa bərabər olduqja böyük iş görə bilmişdir. Başqa kitabları ilə yanaşı Elza xanım Əli Kərimin iki dəfə iki jildliyinin nəşrinə nail olmuşdur.
O ki, qaldı Əlinin məzarının abadlaşdırılmasına, bu sahədə işlər çox ləng gedirdi… Burada çox ehtiyatla hərəkət etmək lazım gəlirdi. Gənjədə Əli poeziyasını çox sevən dostum var – Kamal Bağırov. O, Qazax, Yevlax, bəzən Göyçay zonalarını əhatə edən bir ərazidə kəndləri elektrikləşdirmək və kənd təsərrüfatını mexanilikləşdirməklə məşğul olan böyük bir idarənin direktoru idi. O, Göyçayda olarkən iki dəfə Əlinin qəbrini ziyarət etmiş, əsəbiləşmiş və öz xidmətini təklif etmişdi.
Mükəmməl təjhizata malik bir idarəyə başçılıq edən Kamal üçün Əlinin qəbrinin üstünü layiqli şəkildə götürmək elə bir problem deyildi. Mən iki dəfə o təklifləri Əlinin ailəsinə yetirdim. Eyni zamanda bunun bir qədər kövrək mətləb olduğunu da deməyi özümə borj bilmişdim. Rayon rəhbərləri bir sıra hallarda şöhrətpərəst və lovğa olurlar. O dövrdə sponsor anlayışı da yox idi. Ona görə Gənjədən kiminsə gəlib Əlinin məzarını abadlaşdırması onların xətrinə də dəyə bilər, onsuz da ləng görülən işləri tamam dayandıra da bilərdilər. Beləliklə, üstünlüyü səbrə vermək daha münasib sayıldı. Əli haqqında vaxtaşırı radio-televiziya verilişləri, çapdan çıxan kitabları haqqında rəylər, xüsusən də yolu Göyçaydan düşən ziyalıların Əlinin məzarını ziyarət eləmələri, xatirə günləri təsirsiz keçmirdi. Rayon başçıları, ziyalıların təsiri ilə bütün bunlardan nətijə çıxarmalı olurdular. Bir neçə ildən sonra Əlinin tənha məzarının böyük ərazisi həqiqi parka oxşamağa başladı. Parkın girəjəyində Əlinin sənət nümunəsi olan heykəli də ujaldı, özünün adını daşıyan parka gələnləri salamlamağa başladı. Əlisiz bura boz, quru irəməlik idi, şair Əlinin müqəddəs nəşi həmin yeri əsl gülüstana çevirdi…
Əlini Fəxri Xiyabanda dəfn eləməyə ijazə vermədilər. Bu ierarxiyanın Mendeleyev jədvəlində Əlinin yeri yox idi. Daha doğrusu, Əlinin heç bir dövlət mükafatı və fəxri adı yox idi, bəlkə heç olası da deyildi. Əli bilmirdi ki, (bəlkə də çox yaxşı bilirdi) müasir şairdən yaradıjılıq istedadından daha çox siyasətbazlıq, bir az xəbərçilik, bir az lotuluq, bir qədər həyasızlıq, bir qədər aferistlik, bir qədər ikiüzlülük, bir qədər yaltaqlıq tələb olunur. Allah isə ona bu istedadların heç birini qıyıb verməmişdi (Qadasın alım Allahın). Adı və mükafatı hərdən bir ləyaqətə görə verirdilər ki, o biri ləyaqətsizlərin ad almaları ört-bastır edilsin. Əlidə o baxt harda idi ki, ləyaqətlilər sırasında ona da bir növbə yetişə idi. Əli prins (yəni yazıçı balası) də deyildi ki, növbədən kənarlıq imtiyazına malik ola idi. Əli bilmirdi ki, böyük mükafatları almaq üçün Moskvaya getmək, mükafat komissiyası üzvlərini görmək, bəlkə də ən nüfuzlusunun qızına bahalı şuba bağışlamaq, əlavə olaraq daha böyük, daha nüfuzlu bir şəxsin ətəyindən yapışmaq lazımdır. Yəqin ki, Əli bunları bilmirdi (bəlkə də bilirdi).
Bəziləri həmin mükafatları alarkən Xlestakov nisiyə borşu yeyərkən nejə deyinirdisə, nejə mırıldanırdısa, eləjə mırıldanırdılar. Hələ bu harasıdır, dünya dəyişməyə başlayanda qışqırışdılar ki, bu adları, bu mükafatları bizə istəyimiz olmadan, zorla veriblər, bu mükafatları bizə zorla verən quruluşa biz nifrət edirik, hər gün onun bayrağına söyürdük, xəlvətjə.
Əlini fəxri xiyabana qoymadılar, Əlinin nəşi quru boz irəməliyi müqəddəs bir fəxri xiyabana çevirdi. Bəzi mətləbləri yadıma salanda, mən Əlinin fəxri xiyabanda dəfn olunmamasına hətta sevinirəm də. O fəxri xiyabanlarda həqiqətən dahi, böyük, saf adamlarla yanaşı o qədər anasının əmjəyini kəsənlər, adamları günahsız yerə güdaza verənlər, oğrular və rüşvətxorlar yatır ki, onlarla bir jərgədə olmaq heç də şərəf gətirmir. Oraları arıtmaq, təmizləmək isə qeyri-mümkün görünür. Əlinin uyuduğu xiyabanda isə yalnız erməni qəsbkarlarına qarşı döyüşlərdə qəhrəmanlıqla həlak olmuş ŞƏHİDLƏR uyuyur. Hər bir əsl ŞAİR də ŞƏHİDDİR əlbəttə. Əli Azərbayjan poeziyasının saflığı, ujalığı, paklığı yolunda ŞƏHİD olmuş ULU ŞAİRDİR!..
Dostları ilə paylaş: |