Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin uclarında istiqaməti göstərən ox işarəsi qoyulur.
Alqoritm ayrı-ayrı ədədlərlə yox, verilmiş hər hansı obyektlərlə işləyir. Proqramlaşdırmanın əsas obyekti dəyişəndir. Məsələn, x adlı dəyişənə 5 qiymətinin mənimsənilməsini belə müəyyən etmək olar: x : = 5 yazılır və x = 5 olur.
Proqramlaşdırmada məsələni alqoritmləşdirməkdən qabaq aşağıdakı addımlar yerinə yetirilməlidir:
1. Məsələnin riyazi qoyuluşu:
1.1. Nə verilir – ilkin verilənlərin sadalanması;
1.2. Nə tələb olunur – nəticələrin sadalanması;
1.3. İlkin verilənlərin məhdudiyyət şərtləri.
2. Riyazi model: nəticələri almaq üçün lazım olan bütün qayda və qanunlar
3. Həll metodu: riyazi modelin optimal istifadə olunması.
Dostları ilə paylaş: |