Alqoritm, xassələri və təsvir üsulları


(Servis/Saxlanılan yer...)



Yüklə 2,19 Mb.
səhifə39/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   125
aminlazım

(Servis/Saxlanılan yer...) əmri ilə çağrılan Object Repository (Obyektlərin saxlanıldığı yer) pəncərəsi ilə idarə olunur. Bu zaman Obyektlərin saxlanıldığı yerə yeni səhifələr əlavə etmək (Add Page...), onları pozmaq (Delete Page...) və ya onların adlarını dəyişmək (Rename Page...), həmçinin obyektlərə düzəlişlər etmək (Edit Object) və onları pozmaq (Delete Object) olar. İnteqrallaşdırılmış mühitdə yeni əlavə yaratdıqda Delphi interfeysini bağlamadan, köhnə layihəni File/Close All
(Fayl/Hamısını bağlamaq) əmri ilə bağlamaq məqsədəuyğundur.
İnteqrallaşdırılmış iş mühitində ən çox istifadə edilən əmrlər
Delphi inteqrallaşdırılmış iş mühitində ən çox istifadə edilən əmrlər Cədvəl l.-də göstərilmişdir.
Cədvəl 1. Delphi inteqrallaşdırılmış iş mühitində ən çox istifadə edilən əmrlər

Əmrin adı

Klavislər

Əmrin yerinə yetirdiyi funksiya

File/New


Yeni obyekt (əlavə, forma, yunit və s.) yaratmaq

Run/Run

F9

Layihənin yerinə yetirilməsi

View/Units...

Ctrl+F12

Modulun ekranda təsviri

ViewForms

Shift+F12

Forma konstruktorunun ekranda təsviri

Component/Configure Palette


Komponentlər palitrasının sazlanması

View/Code Explorer


Kod bələdçisinin ekranda təsviri

View/Object Inspector

Fll

Obyektlər inspektorunun ekranda təsviri

Project/View Source


Layihə faylının ekranda təsviri

Project/Options...

Ctrl+Shift+Fll

Layihənin parametrlərinin təyini

Project/Compile Projectl

Ctrl+F9

Layihənin kompilyasiyası

Project/Compile All Projects


Bütün layihənin kompilyasiyası

Project/Build Projectl


Layihənin yığılması

Project/Build All Projects


Bütün layihənin yığılması

Run/Program Reset

Ctrl+F2

Sonsuz dövr etmə zamanı proqramın dayandırılması

Tools/Environment Options


Delphi interfeysinin parametrlərinin sazlanması

View/Project Manager

Ctrl+Alt+Fll

Layihə menecerinin ekranda təsviri

View/Debug Wndows


Layihə sazlayıcısının ekranda təsviri

View/Browser

Shift+Ctrl+B

Layihə icmalçısının ekranda təsviri

Tools/Repository


Obyektlərin saxlanıldığı yerin sazlanması


F12

Forma konstruktoru ilə Kod redaktorunun yerlərinin
dəyişdirilməsi

Save Pro.ject As...


Layihəni necə yadda saxlamaq

Save AII

Shift+Ctrl+S

Bütün layihəni saxlamaq

Close AU


Bütün layihəni bağlamaq

Mühazirə 16 : Əlavə interfeysi


Komponentlər palitrasından seçilən və forma üzərində yerləşdirilən komponentlər əlavə interfeysini təşkil edir, komponentlər özləri isə bir növ qurucu bloklar olur. Proqramçı əlavə interfeysini konstruksiya etdikdə komponentləri forma üzərində yerləşdirir və əlavə yerinə yetirildikdən sonra, o, hansı görünüşdə olacaqdırsa, konstruksiyaetmə zamanı demək olar ki, onu elə o cür görür.
Delphi-də vizual (görünən) və qeyri-vizual (sistem) komponentlər mövcuddur. Bu layihənin yerinə yetirilmə mərhələsində belədir, əlavə layihələndirildikdə isə bütün komponentlər görünür.
Vizual komponentlərə düymələr, siyahılar, dəyişdiricilər, formalar və s. aiddir. Bu komponentlərə idarəedici komponentlər və ya idarəetmə elementləri deyilir. Məhz vizual komponentlər əlavə interfeysini yaradır.
Qeyri-vizual komponentlərə vacib, lakin köməkçi əməliyyatlar yerinə yetirən komponentlər, məsələn, Timer saniyə ölçəni və ya Table verilənlər yığımı aiddir.
Əlavə interfeysi yaradıldıqda hər komponent üçün aşağıdakı əməiliyyatlar yerinə yetirilir:

  1. Komponentlər palitrasından komponentlərin seçilməsi və onların forma üzərində yerləşdirüməsi;

  2. Komponentin xassəsinin dəyişdirilməsi

Proqramçı bu əməliyyatları Forma konstruktorunda Komponentlər palitrası və Obyektlər inspektoru vasitəsilə yerinə yetirir. Əlavə interfeysinin yaradılması prosesi ənənəvi proqramlaşdırmadan daha çox konstruksiyaetmə işlərinə oxşayır. Ona görə də əlavənin yaradılması prosesi proqramlaşdırma yox, konstruksiyalaşdırma adlanır.

Komponentlər palitrası və forma


Mausun düyməsini səhifənin yarlıkı üzərində basdıqda bu səhifədə toplanmış komponentlər palitrada təsvir olunur. Mausun göstəricisini komponentin üzərində bir az ləngitdikdə onun adı peyda olur. Delphi-də yüzdən çox komponentlər mövcuddur. İndiyədək Delphi-yə aid elə bir ədəbiyyat yoxdur ki, orada bütün bu komponentlər tam əhatə edilmiş olsun. Biz də yazacağımız proqramlarda onların ən vaciblərini öyrənəcəyik.
Komponentlər palitrasından komponenti seçmək üçün onun piktoqramı üzərində mausun düyməsini basmaq lazımdır. Bu zaman onun piktoqramı çökdürülmüş (sıxılmış) vəziyyətdə olur. Bundan sonra, formanın boş sahəsində mausun düyməsini basdıqda, onun üzərində komponentin piktoqramı peyda olur. Palitrada isə komponentin piktoqramı adi görkəm alır. Komponentin piktoqramı üzərində mausun düyməsini iki dəfə basdıqda komponent nəinki seçilir, hətta o, avtomatik olaraq formanın orta hissəsində yerləşdirilir. Hər hansı komponenti seçdikdən sonra, seçməni ləğv etmək üçün. Palitranın sol tərəfındəki ox təsvirli nişan üzərində mausun düyməsini basmaq lazımdır.
Forma üzərində bir neçə eyni komponent yerləşdirmək üçün Komponentlər palitrasında onu seçməzdən əvvəl, Shift klavişini basıb saxlamaq lazımdır. Bu halda, forma üzərində mausun düyməsini basaraq komponenti orada yerləşdirdikdə, Palitrada onun piktoqramı çökdürülmüş vəziyyətdə qalır və mausun düyməsini növbəti dəfə basdıqda həmin komponent təkrarən forma üzərində yerləşdirilir. Komponentin seçilməsini ləğv etmək üçün ya digər komponenti seçmək ya da ox təsvirli nişan üzərində mausun düyməsini basmaq lazımdır.
Delphi-də obyektlərin, o cümlədən, komponentlərin tiplərinin təsvirində T hərfi göstərilir. Əksər hallarda komponentlərin işarələrində onların adları deyil, tipləri göstərilir. Komponentləri işarə etmək üçün biz onların adlarını istifadə edəcəyik, başqa sözlə TButton yox, Button, TEdit yox, Edit yazacağıq.
Komponenti funksiya üzərində yerləşdirdikdən sonra, Delphi avtomatik olaraq, modul faylı və təsvirlər faylına dəyişikliklər edir. Hər yeni komponent üçün modul faylına (yunitə) belə formatlı sətir əlavə edilir:
Komponentin adı: komponentin tipi;
Məsələn, Button düyməsi və Edit birsətirli mətn redaktoru üçün bu sətir Buttonl: TButton; Editl: TEdit; kimi olacaqdır. Əgər forma üzərində bir neçə eyni komponent yerləşdirilərsə, onlar ardıcıl olaraq nömrələnir:
Buttonl: TButton; Button2: TButton; Button3: TButton;
Button düyməsi üçün təsvirlər faylma avtomatik olaraq belə kod yazıla müəyyən yazıla bilər.
Object Buttonl: TButton
Left=88 Top=120
Width=75
Height=25
Caption='Buttonl'
TabOrder=0 End
Bu kodda düymənin koordinatları, ölçüləri, sərlövhəsi və fokus almaq xassəsi təsvir
olunmuşdur. Forma üzərində komponentin yerini dəyişdikdə - Left və Top
xassələrinin qiyməti, düymənin özünü böyütdükdə və ya kiçiltdikdə isə onun Width
və Height xassələri və s. dəyişəcəkdir.
İndi isə formanın xüsusiyyətlərini öyrənək.
Biz artıq bilirik ki, forma gələcək layihənin karkasıdır və biz proqramlaşdırmadan əvvəl forma ilə işləyirik. Proqram hazır olduqda və onu işə buraxdıqda həmin bu forma mükəmməl pəncərəyə çevriləcəkdir. Hər bir proqramın ən azı bir pəncərəsi, deməli forması olmalıdır.
Forma üzərində yerləşdirilmiş komponent tərəflər və bucaqlar üzrə kvadrat şəkilli markerlərlə qeyd olunur. Forma üzərində istənilən komponenti seçdikdə də belə markerlər əmələ gəlir. Komponenti seçmək üçün onun oblastında mausun düyməsini basmaq kifayətdir. Komponenti seçdikdən sonra, onun yerini və ölçülərini dəyişdirmək olar. Komponentin ölçüsünü dəyişdirmək üçün mausun göstəricisini marker üzərində yerləşdirib, ikitərəfli oxun əmələ gəlməsinə nail olduqdan sonra, mausun sol düyməsini basaraq onu hərəkət etdirmək lazımdır. Komponentin üfüqi və ya şaquli ölçülərii dəyişdirdikdə tərəflər üzərindəki markerlərdən, komponentin ölçülərini mütənasib dəyişdikdə isə künclərdəki markerlərdən istifadə etmək lazımdı. Forma üzərində komponentin yerini dəyişdirdikdə isə mausun göstəricisini komponentin daxilində yerləşdirib mausun sol düyməsini basıb saxlayaraq onu hərəkət etdirmək lazımdır. Bundan başqa, forma üzərində bir neçə komponenti düzləndirmək və ya bu və ya digər komponenti ön və ya arxa plana keçirmək olar. Bütün bu əməliyyatlar şəkilçəkm redaktorundakı əməliyyatları xatırladır. Eyni zamanda bir neçə komponenti seçmək üçün, Shift klavişini basıb saxlayaraq, hər bir komponent üzərində mausun sol düyməsini basmaq lazımdır.
Susmaya görə, forma üzərində komponentlər nöqtəli şəbəkə xətlərinə göra düzləndirilir. Bu inteqrallaşdınimış iş mühitinin parametrlərində Snap to Grid (Şəbəkəyə görə düzləndirmə) parametri qarşısında bayraq ( S işarəsi) qoymaqla müəyyənləşdirilir. Susmaya görə şəbəkənin addımı (nöqtələr arasındakı məsafə) 8 pikselə bərabərdir və layihələndirmə zamanı formanın səthində şəbəkə həmişə təsvir olunur. Şəbəkəyə görə düzləndirmə, şəbəkənin təsviri (Display Grid-Şəbəkənin təsviri bayraği) və üfüqi və şaquli şəbəkə addımdan Environment Options (Mühitin parametrləri) dialoq pəncərəsinin Preferences (Üstünlüklər) səhifəsində müəyyənləşdirilir. Bu pəncərəni çağırmaq üçün Tools/Environment Servis/Mühitin parametrləri) əmrini icra etmək lazımdır.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin