(Hadisələr) səhifəsini açmaq lazımdır. Düymə basıldıqda OnClick hadisəsi baş verdiyi üçün məhz bu hadisə emaledicisini yaratmaq lazımdır. Bunun üçün Obyektlər inspektorunun OnClick hadisəsinin qiymətlər oblastında mausun düyməsini iki dəfə basmaq lazımdır. Bunun nəticəsində Delphi, avtomatik olaraq, forma modulunda prosedur-emaledicini hazırlayır. Bu zaman Kod redaktoru pəncərəsi (yunit) ön plana keçir, modulun type bölməsinə avtomatik olaraq prosedur-emaledicinin adından ibarət Procedture ButtonlClick (Sender: TObject);
sətri yazılır və kursor, prosedurda Buttonl düyməsi basıldıqda yerinə yetiriləcək əməliyyatın kodlarının əlavə ediləcəyi mövqedə yerləşir. Proqramçı bu kodları özü yazır.
Bu hadisə nəticəsində forma bağlanmalı olduğu üçün, kursorun yerləşdiyi mövqeyə Form1. C1ose; və ya sadəcə C1ose; yazmaq lazımdır. Beləliklə, forma modulunun kodu belə olacaqdır:
unit Unitl; interface uses Windows, Messages, SysUtils, Classes, Graphics, Controls, Forms,Dialogs, StdCtrls; Type TForml=Class(TForm) Buttonl:TButton; procedure ButtonlClick(Sender: TObject); private {private declarations} Public {public declarations} end; Forml:TForml; Implementation {$R *.DFM} procedure TForml.ButtonlClick(Sender:TObject) ; begin Forml.Close; // Biz yalnız bu sətri yazdıq end; end. Xatırladaq ki, modulun bu təsvirində yalnız Forml.Close; sətri proqramçı tərəfindən yazılmışdır, qalan bütün sətirlər Delphi tərəfindən avtomatik olaraq yaradılmışdır.
Analoji qayda ilə digər komponentlər üçün başqa hadisə emalediciləri yaradılır. Hadisələrə Object Pascal dilinin izahında və uyğun komponentləri öyrəndikdə daha ətraflı baxacağıq.
Prosedur-emaledicini pozmaq üçün proqramçının özünün əlavə etdiyi sətirləri pozmaq kifayətdir. Bundan sonra, layihəni yadda saxladıqda və yə kompilyasiya etdikdə, həmin prosedur avtomatik olaraq bütün fayllarda pozulacaqdır.
Xatırladaq ki, modulun bu təsvirində yalnız Forml.Close; sətri proqramçı tərəfindən yazılmışdır, qalan bütün sətirlər Delphi tərəfindən avtomatik olaraq yaradılmışdır.
Analoji qayda ilə digər komponentlər üçün başqa hadisə emaledicibri yaradılır. Hadisələrə Object Pascal dilinin izahında və uyğun komponentləri öyrəndikdə daha ətraflı baxacağıq.
Prosedur-emaledicini pozmaq üçün proqramçının özünün əlavə etdiyi sətirləri pozmaq kifayətdir. Bundan sonra, layihəni yadda saxladıqda və yə kompilyasiya etdikdə, həmin prosedur avtomatik olaraq bütün fayllarda pozulacaqdır. Yeni emaledici yaratmaq əvəzinə, əgər varsa, mövcud emaledicini istifadə etmək olar. Bunun üçün Obyektlər inspektorunda, hadisənin qiymətlər oblastındakı oxun üzərində, mausun düyməsini basmaqla açılan prosedurlar -ismindan onu seçmək lazımdır. Hər hadisəyə onunla eyni tipli olan emaledici təyin etmək olar. Siyahıdan lazım olanproseduru seçdikdən sonra, o, hadisə təyin olunur. Eyni bir proseduru müxtəlif komponentlər ilə əlaqələndirmək olar. Belə prosedur ümumi emaledici adlanır və onunla əlaqədar istənilən hadisə baş verdikdə çağrılır.