Layihəni birinci dəfə yadda saxladıqda, avtomatik olaraq, tipi .res olan resurslar faylı yaranır. Bu faylın adı da layihə fayların adı ilə eyni olur (Projectl. res). Resurslar faylında piktoqramlar, kursorlar və s. kimi resurslar saxlanır. İlkin olaraq bu faylda, susmaya görə, məşəl təsvirindən ibarət layihə piktoqramı yerləşir. Sonralar isə bu piktoqramı dəyişmək olar. Bunun üçün Tools/Image Editor (Servis/Təsvirlər redaktoru) əmri ilə şəkilçəkmə redaktorunu çağıraraq bu redaktorda Pro j ect 1. res faylını açmaq lazımdır. Layihə kompilyasiya edildikdə .dof tipli daha bir fayl da yaranır ki, bu faylda layihə haqqında əlavə informasiyalar: versiya, müəllif hüququ və s. saxlanır. Bu faylın pozulması layihəyə heç bir xələl gətirmir.
Layihə parametrləri faylı
Bu fayl, Project/Options... (Layihə/Parametrlər...) əmri ilə açılan dialoq pəncərəsində sazlanan parametrlərin əsasında Delphi tərəfindən avtomatik olaraq yaradılır. Dialoq pəncərəsinin Forms və Äpplication səhifələrinin parametrləri həm layihə, həm də resurslar faylına, Compiler və Linker səhifələrinin parametrləri isə layihə parametrləri faylına yazılır. Bu faylın adı, susmaya görə, Projectl.opt olur. Nümunə üçün layihə parametrləri faylının aşağıdakı fraqmentini göstərmək olar: [Compiler] A=İ B=0 C=l D=l E=0
Modul faylları
Yuxandakı fayllardan fərqli olaraq, modul fayllan Delphi tərəfindən avtomatik olaraq yaradılmır və ümumiyyətlə, bu fayl olmaya da bilər. Bu modulların forma ilə heç bir əlaqəsi olmur, hər hansı bir xüsusi məsələnin həlli üçün Object Pascal dilində tərtib edilərək ayn-ayn fayllarda saxlanır. Onu layihəyə qoşmaq üçün forma modulunun Uses bölməsində həmin modulun adını göstərmək lazımdır. Ümumiyyətlə, layihənin bir neçə modulları tərəfindən istifadə olunan prosedur, funksiya və verilənləri ayrı bir modulda yerləşdirmək məqsədəuyğundur.