Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə33/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   125
aminlazım

Forma faylı


Hər bir forma üçün layihənin tərkibində, avtomatik olaraq, formanın təsviri faylı yaranır (.dfm tipli). Bu faylm adı da yunitin adı ilə eyni olur. Forma fayhna əl ilə və ya hər hansı bir üsulla düzəlişlər etmək məsləhət görülmür. Bununla, Siz, yalnız faylı korlaya bilərsiniz.
Formanın təsviri faylı - Delphi-nin resursudur. Bu faylda formanm özü haqqında informasiya təsvir olunur: o, harisı ölçüdədir. ekranda hansı vəziyyətdədir, onun üzərində hansı komponentlər vardır və bu komponentlərin xarakteristikalan necədir. Proqramçı Forma konstruktorunda obyektləri yerləşdirdikdə və Obyektlər inspektorunda həmin komponentlərin xassələrini müəyyənləşdirdikdə bu məlumatlar avtomatik olaraq forma faylında yadda saxlanır. Layihəni yadda saxladıqdan sonra, zərurət yaranarsa, bu faylın məzmununu ekrana çıxarmaq olar. Bunun üçün əvvəlcə Forma konstruktoru pəncərəsində bu faylın təsvirinə uyğun formanı bağlamaq, sonra isə File/Open (Fayl/Açmaq) əmrini icra etmək lazımdır. Forma konstruktoru pəncərəsini yenidən ekranda təsvir etmək üçün, File/Close (Fayl/Bağlamaq) əmri ilə forma fayhnı bağladıqdan sonra, View/Forms (Baxış/Formalar) əmrini və ya Shift+F12 klavişlərini basmaq lazımdır. İndi isə nümunə üçün, üzərində Buttonl düyməsi yerləşdirilmiş Forml forması üçün, forma fayhnın mətninə baxaq (bu nümunədə həmin düymə üçün OnClick - düyməbasma hadisə emaledicisi də yazılmışdır):
Object Forml:TForml
Left=192
Top=107
Width=54 4
Height=375
Caption='Forml'
Color=clBtnFace
Font.Charset=DEFAULT_CHARSET
Font.Color=clWindowText Font.Height=-ll
Font.Name='MS Sans Serif'
Font.Style=[ ]
01dCreatOrder=False
PixelsPerInch=13
Text.Height=13
Object Button1:Tbutton1
Left=88
Top=120
Width=75
Height=25
Caption='Buttonl' TabOrder=0
OnClick=ButtonlClick end end
Qeyd edək ki, formaya digər komponentlər əlavə edildikdə bu fayla onun xarakteristikalan haqqında məlumat əlavə ediləcəkdir. Bu nümunədən görünür ki, forma faylında komponentlərin adları göstərilir. Onların tipləri (sinifləri) isə forma modulunda (yunitdə) təsvir olunur. Əgər bu faylın Caption=' Buttonl' sətrində, yəni düymənin sərlövhəsini müəyyənetmə sstrində ' Buttonl' əvəzinə başqa mətn yazsaq (məsələn, ' Açmaq'), onda düymənin üzərindəki yazı bu mətnlə əvəz olunacaqdır. Lakin, yuxarıda qeyd etdiyimiz kimi, bu faylda dəyişikliklərin edilməsi məsləhət görülmür, belə dəyişiklər adətən Obyektlər inspektorunda yerinə yetirilir.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin