Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə34/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   125
aminlazım

Resurslar faylı


Layihəni birinci dəfə yadda saxladıqda, avtomatik olaraq, tipi .res olan resurslar faylı yaranır. Bu faylın adı da layihə fayların adı ilə eyni olur (Projectl. res). Resurslar faylında piktoqramlar, kursorlar və s. kimi resurslar saxlanır. İlkin olaraq bu faylda, susmaya görə, məşəl təsvirindən ibarət layihə piktoqramı yerləşir. Sonralar isə bu piktoqramı dəyişmək olar. Bunun üçün Tools/Image Editor (Servis/Təsvirlər redaktoru) əmri ilə şəkilçəkmə redaktorunu çağıraraq bu redaktorda Pro j ect 1. res faylını açmaq lazımdır.
Layihə kompilyasiya edildikdə .dof tipli daha bir fayl da yaranır ki, bu faylda layihə haqqında əlavə informasiyalar: versiya, müəllif hüququ və s. saxlanır. Bu faylın pozulması layihəyə heç bir xələl gətirmir.

Layihə parametrləri faylı


Bu fayl, Project/Options... (Layihə/Parametrlər...) əmri ilə açılan dialoq pəncərəsində sazlanan parametrlərin əsasında Delphi tərəfindən avtomatik olaraq yaradılır. Dialoq pəncərəsinin Forms və Äpplication səhifələrinin parametrləri həm layihə, həm də resurslar faylına, Compiler və Linker səhifələrinin parametrləri isə layihə parametrləri faylına yazılır. Bu faylın adı, susmaya görə, Projectl.opt olur. Nümunə üçün layihə parametrləri faylının aşağıdakı fraqmentini göstərmək olar:
[Compiler]
A=İ
B=0
C=l
D=l
E=0

Modul faylları


Yuxandakı fayllardan fərqli olaraq, modul fayllan Delphi tərəfindən avtomatik olaraq yaradılmır və ümumiyyətlə, bu fayl olmaya da bilər. Bu modulların forma ilə heç bir əlaqəsi olmur, hər hansı bir xüsusi məsələnin həlli üçün Object Pascal dilində tərtib edilərək ayn-ayn fayllarda saxlanır. Onu layihəyə qoşmaq üçün forma modulunun Uses bölməsində həmin modulun adını göstərmək lazımdır. Ümumiyyətlə, layihənin bir neçə modulları tərəfindən istifadə olunan prosedur, funksiya və verilənləri ayrı bir modulda yerləşdirmək məqsədəuyğundur.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin