Bu faylda formanm siniflərinin təsviri yerləşir. Susmaya görə bu fayhn adı Unitl.pas olur. Faylm birinci sətri unit işçi sözü ilə başlayır. Bütün modullann da birinci sətri bu işçi sözlə başlayır. Deməli, bu faylda proqram modulu yerləşir və ona yunit də deyirlər. Əslində modul layihədə yeganə proqram vahididir ki, o, məhz proqramçının özü tərəfmdən yaradılır, başqa sözlə, layihəçinin bütün yaradıcı fəaliyyəti məhz özünü bu modulda əks etdirir. Lakin, bu o demək deyildir ki, proqramçı modulun bütün kodlarını özü yazır. Burada da Delphi öz köməyini əsirgəmir: modulun strukturu Delphi tərəfindən artıq hazır şəkildə proqramçıya təqdim olunur, hadisələrə uygun bir neçə sətri də Delphi özü yazır və modulda hadisə emaledicisinin yerinə yetirəcəyi əməliyyatlara aid kodlann əlavə ediləcəyi yeri də göstərir. Proqramçı, modulun Delphi tərəfindən mətn kursoru ilə göstərilən hissəsinə müvafıq proqram kodları əlavə edir. Ümumiyyətlə, layihələndirmə (proqramlaşdırma) işləri forma üzərində və yunitdə yerinə yetirilir. İndi isə boş forma üçün forma modulu faylının məzmununa baxaq: unit Unitl; interface uses Windows, Messages, SysUtils, Classes, Graphics, Controls, Forms, Dialogs, StdCtrls; type TForml=class (TForm), Private {prıvate declarations) public {public declarations} end; var Forml: TForml;implementation {$R*.DFM}end. Biz bu bölmədə modulun strukturunda göstərilən bölmə və operatorlan izah etməyəcəyik; onlann müfəssəl izahı Object Pascal dilinin "Modullar" bölməsində veriləcəkdir. Yunitin mətni Kod redaktoru pəncərəsində təsvir olunur. Pəncərəni bağlama düyməsini basdıqda modul ekrandan yox olur. Onu yenidən ekranda təsvir etmək üçün File/Open (Fayl/Açmaq)əmrini icra etmək lazımdır. Bu modulu Ctrl+F12 klavişlərini basmaqla və ya View/Units... (Baxış/Modullar...) əmrini icra etməklə də ekranda təsvir etmək olar. Sonuncu əmr icra olunduqda ekranda View Unit (Modula baxış) dialoq pəncərəsi peyda olur ki, bu pəncərədə Unitl seçərək Ok düyməsini basmaq lazımdır. Yeri gəlmişkən qeyd edək ki, elə bu pəncərədən Projectl seçməklə layihə faylmm mətnini də ekranda təsvir etmək olar. Modul kompilyasiya edildikdə, avtomatik olaraq, .dcu tipli fayl da yaranır. Bu, kompilyasiya edilmiş modul kodlanndan ibarət fayldır. Bu faylı pozmaq olar, lakin hər dəfə modul kompilyasiya edildikdə o, yenidən yaradılır.