Custom -İstifadəçi; Desktop -İş masası. Bu panelləri və onlara aid düymələri sazlamaq mümkündür. Bunun üçün mausun göstəricisi alətlər paneli oblastında yerləşdikdə onun sağ düyməsini basmaqla açılan kontekst menyudan istifadə etmək lazımdır.
Komponentlər palitrasıəsas menyunun altında, əsas pəncərənin sağ hissəsində
yerləşir və yaradılacaq formalarda yerləşdirilən çoxlu komponentlərdən ibarətdir. Komponentlər bir növ qurucu bloklardır və onlardan əlavə forması konstruksiya edilir. Komponentlər qruplaşdırılaraq ayn-ayrı səhifələrdə yerləşdirilmişdir. Mausun düyməsini səhifənin yarlıkı üzərində basmaqla lazım olan səhifəni açmaq olar.
İlkin olaraq Komponentlər palitrası aşağıdakı səhifələrdən ibarət olur: Standard - Standart; Additional - Əlavə; Win32 -32 mərtəbəli Windowvs interfeysi; System - Sistem fıınksiyalarına daxilolma; Data Access - BDE-nin köməyi ilə verilənlər bazasına daxilolma; Data Controls - Verilənləri idarəetmə elementlərinin yaradılması; ADO-ActiveX verilənlərinin obyektlərindən istifadə etməklə verilənlər bazası ilə əlaqə; İnterbase-Eyniadlı verilənlər bazasına birbaşa daxilolmanm təmini; Midas -Paylanmış verilənlər bazası üçün əlavələrin işlənməsi; Internet E x p x e s s-Eyni zamanda Web-server əlavəsi və paylanmış verilənlər bazasının müştəri-əlavəsi olan eyniadlı əlavənin yaradılması Internet - İnternet şəbəkəsi üçün Web-server əlavəsinin yaradılması; FastNet -İnternet şəbəkəsinə daxilolma protokolunun təmini; Decision Cube - Çoxölçülü analiz; QReport - Hesabatların tərtib edilməsi; Dialogs - Standart dialoq pəncərələrinin yaradılması;