Alqoritm, xassələri və təsvir üsulları


Layihənin xarakteristikaları. Layihə faylı



Yüklə 2,19 Mb.
səhifə31/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   125
aminlazım

Layihənin xarakteristikaları. Layihə faylı



Layihə faylı ən əsas fayldır və əslində elə proqramm özüdür. Bir formadan ibarət əlavələr üçün layihə faylı aşağıdakı kodlardan ibarət olur: program Project1;
uses
Forms,
Unitl in 'Unitl.pas' {Form1};
{$R*. Res}
Begin
Application. Initialize;
Application. CreateForm (Tform1, Form1); Application. Run; end.
Layihənin (proqramm) adı layihə faylının adı ilə eyni olur və diskdə saxladıqda ona ad vermək lazımdır (susmaya görə layihənin adı Projectl olur). Layihənin resurs və parametrlər fayllan da onunla eyniadlı olur, layihə faylının adını dəyişdikdə digər faylların da adları avtomatik olaraq dəyişir.
Layihə faylının yuxanda göstərilən məzmunlu proqram kodlarını Delphi özü yazmışdır. Əksər hallarda proqramçının bu fayla müdaxilə etməsinə ehtiyac olmur. Lakin, bəzi hallarda proqramçıya bu kodlara yeni sətirlər əlavə etmək lazım gəlir. Bu fayla baxmaq və ya ona düzəlişlər etmək üçün Kod redaktoru pəncərəsində Project/View Source (Layihə/Mənbəyə baxış) əmrini icra etmək lazımdır.
Bütün layihənin yığılması layihə faylı kompilyasiya edildikdə baş verir. Bu zaman yaranan əlavənin (.exe faylın) adı layihə faylının adı ilə eyni olur.
Layihə faylmın üses bölməsində Forms modulunun adı yazılmışdır. Bu modul tərkibində forma olan bütün əlavələr üçün vacibdir. Bundan başqa, bu bölmədə bütün layihə formaları modullarının adları sadalanır - ilkin olaraq bu, Forml formasının Unitl moduludur.
$R direktivi layihəyə resurslar faylını qoşmaq üçündür. Susmaya görə bu faylın adı layihə faylının adı ilə eyni olur. Ona görə də resurs faylının adı əvəzinə "*" simvolu göstərilmişdir. Proqramçı $R direktivini əlavə etrnəklə və faylın adını göstərməklə başqa resursları layihəyə qoşa bilər.
Layihə proqramı isə cəmi üç operatordan ibarətdir. Bu operatorlar əslində aşağıdakı metodları çağırır:
Application. Initialize - bütün Delphi əlavələrində ən birinci çağrılan metoddur: o, OLE və digər alt sistemləri yoxlayır, əlavəni inisializasiya edir;
Application. CreateForm (TForm1, Form1) - bütün zəruri elementləri ilə birlikdə Form1 formasını yaradır;
Application. Run - əlavəni işə buraxır.
Proqramçı layihədə hər hansı bir əməliyyatı yerinə yetirdikdə Delphi layihə fayhnın kodunu avtomatik olaraq dəyişir. Məsələn, layihəyə yeni forma əlavə edildikdə layihə fayhnm koduna iki yeni sətir əlavə olunur, formanı layihədən çıxardıqda isə bu sətirlər avtomatik olaraq pozulur.
Əksər əlavələr üçün layihənin fayh eyni və ya oxşar koda malik olduğu üçün, biz gələcəkdə məsələlər həll etdikdə, bu faylm məzmununu göstərməyəcəyik.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin