Alqoritm, xassələri və təsvir üsulları


Win 3.1- Windows 3.x interfeysi; Samples -



Yüklə 2,19 Mb.
səhifə29/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   125
aminlazım

Win 3.1- Windows 3.x interfeysi;
Samples - Misal nümunələri;
ActiveX - ActiveX komponentləri;
Servers – COM ümumi serveri iiçüin VCL örtüyü.
Delphi-nin müxtəlif versiya və konfiqurasiyalarında bu komponentlərin bəziləri olmaya bilər. Komponentlər palitrasıı da sazlamaq olar. Bunun üçün Palette Properties
(Komponentlər palitrasının xassələri) dialoq pəncərəsini açmaq lazımdır. Bu pəncərə əsas menyunun Component/Configure Palette... (Komponent/Komponentlər palitrasının sazlanması) və ya Komponentlər palitrasının kontekst menyusunun Properties (Xassələr) əmri ilə çagrılır. Onun köməyi ilə komponentləri və habelə onların yerləşdikləri səhifələri pozmaq, əlavə etmək və onların yerlərini dəyişmək mümkündür.
Forma konstruktoru pəncərəsi ilkin olaraq ekranın mərkəzində yerləşir və Forml adlı sərlövhədən ibarət olur. Bütün layihələndirmə işləri məhz onun üzərində yerinə yetirilir. Ona görə də hər bir proqramda ən azı bir forma olur. Əgər proqramda bir neçə forma istifadə olunarsa, onda onların sərlövhəsi Forml, Form2 və s. kimi adlardan ibarət olur. Lakin, bu standart adları biz özümüz proqramın mahiyyətinə uyğun daha mənalı adlarla əvəz edə bilərik. Hər hansı bir əlavə yaratdıqda proqramçı Komponentlər palitrasından müvafıq komponentləri (obyektləri) forma üzərində yerləşdirir. Bu obyektlərin forma üzərində düzgün və səliqəli yerləşdirilməsi üçün forma nöqtəli şəbəkədən ibarət olur. Proqram hazır olduqda isə həmin şəbəkə yox olur. Layihələndirmə zamanı Forma konstruktoru "kadr arxasinda" qalır, proqramçı isə formanın özü ilə işləyir və ona görə də Forma konstruktoruna sadəcə olaraq Forma pəncərəsi və ya Forma deyilir.
Kod redaktoru pəncərəsi Forma konstruktoru pəncərəsinin arxasında yerləşir və bu pəncərə tərəfindən demək olar ki, tam örtülür. Pəncərənin sərlövhəsi Unitl. pas adlanır; proqramçı bu adı dəyişdirə bilər. Bu pəncərədə "boş" formaya uyğun, Object Pascal dilində yazılmış modulun kodları (yunit) yerləşir, başqa sözlə, kod redaktoru heç vaxt boş olmur. Çünki, Delphi bizim yerinə yetirəcəyimiz işlərin xeyli hissəsini özü avtomatik olaraq yerinə yetirir. Buna baxmayaraq, biz proqrama yeni operatorlar əlavə etdikdə, onu məhz bu pəncərədə yerinə yetirəcəyik. Bəzi operatorlar Delphi bizim xahişimizlə özü əlavə edəcək, digərlərini isə özümüz yazacağıq. Kod redaktoru adi mətn redaktorudur və onun köməyi ilə modulun mətninə və ya digər mətn tipli fayllara düzəlişlər etmək mümkündür.
Forma konstruktoru və Kod redaktoru pəncərələrinin yerini dəyişmək üçün F12 klavişini və ya lazım olan pəncərənin oblastında mausun düyməsini basmaq kifayətdir. Mausun göstəricisini sərlövhə sətrində yerləşdirərək onu hərəkət etdirməklə də pəncərələrin yerlərini dəyişmək mümkündür.
Kod redaktoru pəncərəsinin sol tərəfındə daha bir pəncərə - Kod bələdçisi pəncərəsi yerləşir. Burada forma modulunun bütün obyektləri, məsələn, dəyişən və prosedurlar ağac şəklində təsvir edilir. Onun köməyi ilə əlavənin obyektlərinə daha rahat baxmaq və lazım olan obyektlərə daha cəld müraciət etmək olar. Xüsusən böyük modullarla işlədikdə Kod bələdçisindən istifadə etmək daha əlverişli olur.
Növbəti vacib pəncərə Object Inspector adlanır. Biz bu pəncərəyə Obyektlər inspektoru deyəcəyik. O, əsas pəncərənin altında, ekranın sol tərəfində yerləşir. Bu pəncərədə Forml formasında yerləşdirilən obyektlərin xassə və hadisələri təsvir etdirilir. Biz bu pəncərədən çox tez-tez istifadə edəcəyik. Forma üzərində yerləşdirilən obyektləri mausla seçdikdə Obyektlər inspektorunda onların xassələri görünəcək və biz bu xassələri öz məqsədimizə uyğun olaraq dəyişdirəcəyik. Pəncərəni bağlama düyməsini basdıqda bu pəncərə bağlanır və ekrandan yox olur. Onu ekranda yenidən göstərmək üçün View/Object Inspector əmrini icra etmək və ya Fll klavişini basmaq lazımdır.
Obyektlər inspektoru pəncərəsi iki səhifədən ibarətdir: Properties (Xassələr) Events (Hadisələr).

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin