Delphi-də proqramların yaradıhnası İDE (Integrated Development Environment) - İnteqrallaşdırılmış iş mühitində yerinə yetirilir. Onun köməyi ilə əlavə layihələndirilir, proqram kodları yazılır və sazlanır.
Delphi-nin IDE mühiti çoxpəncərəli sistemdən ibarətdir. İhteqrallaşdırılmış iş mühitinin görünüşü onun sazlanmasından asılı olaraq müxtəlif ola bilər. Delphi yükləndikdə ekranda ilkin olaraq dörd pəncərə görünür :
Pəncərələrin çox olmasına baxmayaraq, Delphi bir sənədli mühitdir: o, eyni zamanda yalnız bir əlavə ilə - əlavə layihəsi ilə işləməyə imkan verir. Pəncərənin sərlövhə sətrindəlayihənin adı Project1 və bütün Windows pəncərələrinə xas olan pəncərəni idarəetmə düymələri yerləşir. Əsas pəncərəni bükdükdə Delphi interfeysi və onunla birlikdə bütün açıq pəncərələr bükülür, onu bağladıqda isə Delphi ilə iş qurtarır. Əsas pəncərə aşağıdakı hissələrdən ibarətdir:
Əsas menyu; Alətlər paneli; Komponentlər palitrası. Əsas menyu Delphi-nin versiyalarından asılı olaraq bir neçə menyudan ibarət olur ki, bu menyularda Delphi-nin müxtəlif funksiyalarını icra etməyə imkan verən çoxlu əmrlər toplanmışdır.
Alətlər paneli əsas menyunun altında, əsas pəncərənin sol hissəsində yerləşir. Bu paneldə yerləşən düymələr, Windows-un bütün pəncərələrində olduğu kimi, daha çox işlədilən əmrləri cəld icra etmək üçündür. Həmin düymələr aşağıdakı 5 növ alətlər panelinə aiddir:
StandartStandart, View -Baxış; Debug -Sazlama;