Alqoritm, xassələri və təsvir üsulları


Properties səhifəsində forma üzərində seçilmiş obyektin xassələri



Yüklə 2,19 Mb.
səhifə30/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   125
aminlazım

Properties səhifəsində forma üzərində seçilmiş obyektin xassələri haqqında
informasiya təsvir olunur və qeyd etdiyimiz kimi, layihələndirmə zamanı bir sıra xassələri çox asanlıqla dəyişdirə bilərik.
Events səhifəsi göstərilən hadisə baş verdikdə komponentin yerinə yetirəcəyi proseduru müəyyən edir. Əgər bu və ya digər hadisə üçün prosedur müəyyənləşdirilmişdirsə, onda layihənin yerinə yetirilməsi prosesində bu hadisə baş verdikdə həmin prosedur avtomatik olaraq icra olunacaqdır. Bu prosedurlar hadisələri emal etdiyi üçün onlara proseduremaledicilər və ya sadəcə olaraq emaledicilər deyilir. Belə hadisələrə misal olaraq mausun düyməsinin bir və ya iki dəfə basılması zamanı baş verəcək əməliyyatları (formanın bağlanması, sərlövhənin dəyişdirilməsi və s.) göstərmək olar.
Layihənin kompilyasiyası və yerinə yetirilməsi
Delphi layihəni kompilyasiya etdikdə susmaya görə onun fayllannı C:\Program Files\Delphi\Bin qovluğunda yerləşdirir. Ona görə də proqramı kompilyasiya etməzdən əvvəl, yeni qovluq yaradıb kompilyasiya olunmuş fayllan orada saxlamaq lazımdır. Kompilyasiya nəticəsində 8 fayl yarandığı üçün hər bir yeni layihəni ayrı-ayn qovluqlarda saxlamaq məqsədəuyğundur. İndi isə Delphi-də ilk proqramımızı yaradaq. Bunun üçün heç bir proqram kodu yazmadan, sadəcə olaraq, Run/Run əmrini və ya alətlər panelindəki Run düyməsini (yaşıl rəngli düymə) və yaxud da F9 klavişini basın. Kompilyasiyanın nəticəsi olaraq ekranda nöqtələrdən ibarət şəbəkəsi olmayan "boş" forma görəcəksiniz. Bu forma Delphi yükləndikdə ekranda görünən forma deyil, Windows pəncərələrinin malik olduğu idarəedici elementlərdən ibarət mükəmməl bir pəncərədir. Bu pəncərə heç bir əməliyyat yerinə yetirməsə də, öz növbəsində Windows sisteminin bütün standart əmrlərini icra edir. İndi isə File menyusundan SaveAll əmrini icra etməklə layihəni yaratdığımz qovluqda yadda saxlaym. Bu məqsədlə Sizə, əvvəlcə yuniti - ünitl.pas, sonra isə layihəni – Project1 .dpr adı altında saxlamaq təklif olunacaqdır. Bundan sonra isə Siz qovluğa baxdıqda görəcəksiniz ki, orada 2 yox 6 fayl saxlanmışdır. İndi isə Project menyusundan Compile əmrini icra edin və ya Ctrl+F9 klavişlərini basm. Delphi layihəni icra olunan fayla kompilyasiya edəcəkdir və görəcəksiniz ki, Sizin qovluğunuza daha 2 fayl (Projectl. exe və Unitl.dcu) əlavə edilmişdir. Layihənin tərkibinə daxil olan əsas fayllar aşağıdakılardır (mötərizədə faylların tipi göstərilmişdir):

  • Layihə kodu (.dpr);

  • Formanın təsviri (.dfm);

  • Forma modulu (.pas);

  • Modullar (.pas);

  • Layihənin parametrləri (.opt); Resursların təsviri (.res).

Bu fayllardan başqa digər fayllar da, məsələn, onlann ehtiyat surətləri yarana bilər: ~DP - DPR fayllar üçün, ~PA - PAS fayllar üçün. Bu fayllarm xarakteristikaları ilə bir az sonra tanış olacağıq. İndi isə yenidən kompilyasiyaya qayıdaq.
Beləliklə, layihənin yerinə yetirilməsi Run/Run (Yerinə yetirmək/Yerinə yetirmək) əmri ilə və ya F9 klavişini basmaqla başlayır. Yaradılmış əlavə öz işinə başlayır. Əgər proqramda səhvlər varsa, bu barədə məlumat verilir. Əlavənin surətlərini işə salmaq olmaz. Əgər sonsuz dövr etmə halları baş verərsə, onda proqramın işini Run/Program Reset (Yerinə yetirmək/Proqramın dayandırılması) əmri ilə və ya Ctrl+ F2 klavişlərini basmaqla dayandırmaq olar.
Kompilyasiya prosesi Project/Compile
(Layihə/Kompilyasiya ) əmri ilə və ya Ctrl+F9 klavişlərini basmaqla başlayır. Bu əmrdə layihənin adı yazılır (ilk dəfə Projectl adı ilə). Layihəni başqa ad ilə yadda saxladıqda uyğun olaraq bu əmrdə də layihənin adı dəyişməlidir.

Layihələndirmənin istənilən mərhələsində proqramı kompilyasiya etmək olar. Bu, forma üzərində yerləşidirilmiş komponentlərin görünüşünü və onların funksiyalarının düzgün yerinə yetirilməsini yoxlamaq üçün çox əlverişlidir. Kompilyasiya zamam bütün modul faylları kompilyasiya olunur və nəticədə hər bir fayl üçün modulun ilkin mətnindən ibarət .dcu tipli fayl yaranır. Layihənin bütün modulları kompilyasiya
edildikdən sonra layihə faylı kompilyasiya edilir. Nəticədə layihə ilə eyniadlı icra olunan əlavə faylı yaranır (.exe tipli).
Tam funksiyalı əlavə bütün fayllardan yaranır. Ona görə də kompilyasiyadan başqa, layihənin yığılması yerinə yetirilir. Bunun üçün Project/Build

(Layihə/Yığmaq ) əmri icra olunmalıdır.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin