Alqoritm, xassələri və təsvir üsulları


İnteqrallaşdırılmış iş mühitinin vasitələri



Yüklə 2,19 Mb.
səhifə38/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   125
aminlazım

İnteqrallaşdırılmış iş mühitinin vasitələri


Bu vasitələrin köməyi ilə iıtifadəçi inteqrallaşdırılmış mühitin parametrlərini, məsələn, Kod redaktorunun rəngini, sazlayıcının parametrlərini və s. idarə edə bilər. Bu parametrlərin bəziləri ilə qısaca tanış olaq. IDE-nin parametrləri Tools/Environment Options...
(Servis/Mühitin parametrləri...) əmri ilə çağrılan Environment Options (Mühitin parametrləri) dialoq pəncərəsində müəyyənləşdirilir. Bu pəncərədə çoxlu parametrlər qruplaşdırılaraq ayrıayrı səhifələrdə yerləşdirilmişdir. Proqramda istifadə olunan modullara, əlavənin qlobal dəyişənlərinə bir-bir baxmaq, interface və ya implementation bölmələrində elan olunmuş dəyişənlərə baxmaq, modul kodunda qlobal dəyişənlərin istifadə edildiyi hissəyə birbaşa

keçmək və s. kimi əməliyyatlar Layihə icmalçısının (Project Browser) köməyi ilə yerinə yetirilir. Layihə icmalçısı View/Browser (Baxış/Layihə icmalçı) əmri ilə çağrılır. Layihə icmalçısının Exploring <...> (Tədqiqat <...>) pəncərəsində üç tip obyektə baxmaq olar: Globals (Qlobal simvollar), Classes (Siniflər) Units (Modullar). Obyektlərin pəncərədə təsvirini idarə etmək üçün Explorer Options (Bələdçinin parametrlərı) pəncərəsindən istifadə edilir. Bu pəncərənin parametrlərinə Environment Options (Mühitin parametrləri) dialoq pəncərəsinin Explorer (Bələdçi) səhifəsindən və yaxud Layihə icmalçısının Properties (Xassələr) kontekst menyusundan daxil olmaq olar. Delphi eyni bir obyekti şablon kimi dəfələrlə istifadə etməyə imkan verir. Belə obyektlər xüsusi yerdə (Repository) saxlanır. Obyektlərin saxlandığı yer File/New (Fayl/Yeni fayl) əmri ilə çağrılır (şəkil 1). Burada ən müxtəlif obyektlər, məsələn, əlavə, forma, hesabat şablonları və Forma ustaları saxlanır. Müxtəlif obyektlər qruplaşdırılaraq pəncərədə görünən səhifələrdə yerləşdirilmişdir. Layihəyə yeni obyekti əlavə etmək üçün üç üsul təklif edilir:
Copy - obyektin surəti layihəyə əlavə edilir;
Inherit - obyektdən irsi mənimsəmə yolu ilə yaranan varis-obyekt layihəyə əlavə olunur;
Use - bütün faylları ilə birlikdə obyekt özü layihəyə əlavə olunur.
Obyektlərin saxlanıldığı yerin parametrləri Tools/Repository...

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin