Alqoritm, xassələri və təsvir üsulları



Yüklə 2,19 Mb.
səhifə36/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   125
aminlazım

Obyektlər inspektoru
Obyektlər inspektoru forma və onun üzərində yerləşdirilmiş komponentlərin xassə və hadisələrini müəyyən etmək üçündür. Forma üzərində komponent seçildikdə və o, markerlərlə əhatə olunduqda Obyektlər inspektorunun birinci sətrində həmin komponentin adı və tipi (məsələn, Buttonl: TButton), növbəti sətirlərdə isə bu komponentə xas olan xassələr təsvir olunur. Layihəçi həmin xassələrin qarşısında onlara qiymət verir və ya bu qiymətləri təklif olunan variantlardan seçir. Formanın özünün xassələri də analoji qaydada müəyyənləşdirilir. Lakin forma seçilmiş vəziyyətdə olduqda markerlərlə əhatələnmir. Ona görə də formanı seçmək üçün onun komponentlər olmayan boş sahəsində mausun sol düyməsini basmaq kifayətdir. Bu və ya digər komponenti Obyektlər inspektorunun birinci sətrində yerləşən açılan siyahıdan da seçmək və onun xassələrinə müraciət etmək olar. Belə seçmə xüsusən o vaxt zəruri olur ki, bir komponent o biriləri tərəfindən tam örtülmüş vəziyyətdə olur və görünmür. Obyektlər inspektorunun sol tərəfində (Properties səhifəsində) komponentin bütün xassələrinin adları göstərilir. Bu xassələrə əlavənin işlənmə mərhələsində müraciət olunur. Hər bir xassənin sağ tərəfində həmin xassənin qiyməti yerləşir. Bu xassələrdən başqa, komponentin elə xassələri də ola bilər ki, onlara yalnız əlavə yerinə yetirildiyi zaman müraciət oluna bilər.
Xassə əlavə yerinə yetirildikdə komponentin əks olunması və fəaliyyətini müəyyənləşdirən atributlardan ibarətdir. Obyektlər inspektorunda komponentin xassəsini dəyişdikdə, bu dəyişiklik komponentin özündə əks olunur, yəni elə layihələndirmə prosesində dəyişikliklərin nəticəsi artıq görünür. Məsələn, düymənin Caption (Sərlövhə) xassəsinə hər hansı bir ad verdikdə həmin ad düymənin üzərində əks olunur. Xassəyə qiymət verdikdən və ya onu seçdikdən sonra, ya Enter klavişini basmaq ya da sadəcə digər xassəyə keçmək lazımdır. Dəyişikliyi Iəğv etmək üçün Esc klavişini basmaq kifayətdir. Xassələrə müəyyən edilmiş qiymətlərin bəziləri təsvir forması faylında, bəziləri isə modul faylında avtomatik olaraq nəzərə alır. Komponentlərin əksər xassələrinə, məsələn, Color (Rəng), Caption (Sərlövhə) və s. susmaya görə qiymətlər əvvlcədən müəyyən edilmişdir (biz onları da dəyişdirə bilərik).
Komponentə onun Name (Ad) xassəsi ilə müraciət olunur. Forma üzərində komponentin yerini və ya ölçülərini dəyişdirdikdə bu parametrlərlə əlaqədar xassələrin (Left, Top, Width, Height) də qiymətləri avtomatik olaraq dəyişir.
Əgər forma üzərində bir neçə komponent seçilərsə, onda Obyektlər inspektorunda xassələrə qiymətlər müəyyənləşdirmək üçün xassə redaktorlarından istifadə olunur. Bu redaktorlar hər hansı bir xassə ilə işlədikdə avtomatik olaraq qoşulur. Belə redaktorlar 4 növdür:
Sadə (mətn) redaktor - xassənin qiyməti daxil edilir və ya adi simvol sətri kimi redaktə edilir. Caption, Left, Height, Hint kimi xassələrə qiymətlər bu redaktorla müəyyənləşdirilir;
Sadalanan redaktor - xassənin qiymətləri açılan siyahıdan seçilir. Kursoru xassənin qiymətlər oblastmda yerləşdirdikdə peyda olan ox üzərində mausun düyməsini basdıqda açılan siyahıdan qiymətlər seçilir. Bu redaktor FormStyle, Visible və ModalResult kimi xassələr üçün istifadə edilir;
Çoxluq tipli redaktor - xassənin qiymətləri təklif olunan çoxluqdan seçilən qiymətlərin kombinasiyasmdan ibarətdir. Obyektlər inspektorunda çoxluq tip xassənin admdan sol tərəfdə "+" işarəsi olur. Bu xassənin adı üzərində mausun düyməsini iki dəfə basdıqda əlavə siyahı açıhr ki, bu siyahıdan xassənin qiymətləri tərtib edilir. Bu siyahı xassənin bütün mümkün qiymətlərindən ibarətdir, hər bir qiymətdən sağda True (Doğru) və ya False (Yalan) göstərmək olar. True qiymətinin seçilməsi onu göstərir ki, bu qiymət qiymətlər kombinasiyasma qoşulur, False isə - qoşulmur. Bu redaktor Borderlcons və Constrains kimi xassələr üçün istifadə edilir.
Obyekt tipli redaktor - xassə özü obyekt olduğu üçün, öz növbəsində o, digər xassələrə (alt xassələrə) malik olur və onların hər birini ayrılıqda redaktə etmək olar. Font (Şrift), Items (Siyahı) və Lines (Sətir) kimi xassələr üçün istifadə edilir. Xassə-obyektin qiymətlər oblastında mötərizədə obyektin tipi, məsələn, (TFont) və (TStrings) göstərilir. Xassə-obyektin adından solda "+" işarəsi ola bilər. Bu halda xassənin qiyməti çoxluq tipli redaktorla müəyyənləşdirilir. Qiymətlər oblastında üzərində üç nöqtə (...) olan düymə ola bilər. Bu o deməkdir ki, bu xassə üçün xüsusi redaktor mövcuddur və onu həmin düymə üzərində mausu basmaqla çağırmaq olar. Məsələn, Font xassəsi üçün həmin düyməni basdıqda şriftin parametrlərini müəyyən etmək üçün standart Windows dialoq pəncərəsi açılır.
Obyektlər inspektorunda olan xassələri inspektorun özündə deyil, yunitdə də dəyişmək olar. Bunun üçün mənimsətmə operatorundan istifadə olunur. Məsələn, formanın Forml sərlövhəsini "Bloknot adlandırmaq üçün yunitdə
Forml.Caption: = 'Bloknot'; kodu yazmaq lazımdır. Lakin, bu çox vaxt aparır, digər tərəfdən belə təyinetmə yalnız layihə yerinə yetirildikdən sonra qüvvəyə minir, layihələndirmə zamanı isə görünmür. Buna baxmayaraq, proqramda belə təyinetmələr çox tez-tez tətbiq edilir.
Əlavənin funksiyalarının müəyyənləşdirilməsi
Biz komponentlərin forma üzərində yerləşdirilməsini və onlara xassələrin müəyyənləşdirilməsini öyrəndik. Lakin, bu komponentlərin və ümumilikdə əlavənin hansı əməliyyatı yerinə yetirməsi haqqında bizdə təsəvvür yaranmadı. Bizim isə əsas məqsədimiz sadə və ya mürəkkəb məsələləri həll etməyə qəbul olan, Windows sistemi altında işləyə bilən, mükəmməl pəncərəli əlavə yaratmaqdan ibarətdir. Bunun üçün proqramçı komponentin yerinə yetirəcəyi funksiyanı - istifadəçinin bu və ya digər əməlinə komponentin reaksiyasını müəyyən etməlidir. Məsələn, forma üzərində yerləşdirilmiş düymə basıldıqda və ya dəyişdirici seçildikdə nə baş verəcəyi müəyyənləşdirilməlidir. Belə reaksiyaların müəyyənləşdirilməsi əlavənin funksiyalarını müəyyənləşdirir.
Fərz edək ki, forma üzərində Button düyməsi yerləşdirilmişdir və istəyirik ki, bu düymə basıldıqda forma bağlansın. Obyektlər inspektorunun köməyi ilə düymənin sərlövhəsini Bağlamaq (Caption-Bağlamaq) adlandıraq. Bu düyməni basdıqda düymə doğrudan da basılacaq, lakin forma bağlanmayacaq. Çünki, ona "bağlanmaq " funksiyası təyin olunmamışdır.
Düymənin bu və ya digər hadisəyə reaksiya verməsi üçün hadisə emaledicisini yaratmaq və ya onun prosedurunu göstərmək lazımdır. Hadisə emaletmə prosedurunu yaratmaq üçün, forma üzərində düyməni secərək Obyektlər inspektorunun Events

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin