Sinif tiplər verilənlərin xüsusi tipləridir. Obyektyönlü proqramlaşdırmada sinif tiplər xüsusi əhəmiyyət kəsb etdiyi üçün, onların izahı fəslin sonunda, ayrı bir bölmədə şərh ohınacaqdır. Yerdə qalan tiplərin isə Turbo Pascal dilindən fərqli cəhətlərinə baxaq.
Sətirlər üç fıziki və bir ümumi tiplə təsvir olunur. Fiziki tiplər: ShortString(255 simvol), AnsiString(-2.1031 simvol) WideString(~2.l030( simvol) tiplərindən ibarətdir. Əslində sətir dəyişənləri müəyyən mənada, elementləri simvollar olan massivləri ifadə edir. AnsiString və WideString tipləri dinamik massivləri təsvir Birinci tip - ANSI,ikinci tip isə Unicode kodları ilə kodlaşdmlır.
Sətir tipli verilənlərin ümumi tipi String tipidir ki, ShortString və AnsiString tiplərinə uyğun gəlir. Sətirlər massivlərə uyğun gəldiyındən sətrin istənilən simvoluna massiv elementi kimi müraciət etmək olar. Bunun üçün sətrin adının yanında, kvadrat mötərizə daxilində, simvolun nömrəsini göstərmək lazımdır.
Massivin sıfrıncı elementi idarəedici element olmaqla sətir tipli dəyişənin faktiki uzunlugunu göstərir.
Sətir tipli verilənlərin yuxarıda göstərilən tiplərindən başqa, PChar tipi də mövcuddur ki, bu tip sonu sıfirla qurtaran sətirləri təsvir edir. Bu tip dəyişən sətrin başlanğıcına göstəricidir,başka sözlə maşının yaddaşında sətrin birinci simvolunu göstərir.
Proqramda PChar tipini birbaşa istifadə etmək olmaz. Məsələn,
Var s: PChar; begin S : = 'Delphi'; end: proqram fraqmenti səhv olacaqdır. Burada, S dəyişəni PChar tipli elan olunaraq ona qiymət mənimsədilmişdir,
halbuki, S sətir tipli dəyişən deyil, göstəricidir. Biz isə sadəcə olaraq onu elan etmişik, yaddaşda isə ona yer ayırmamışıq. String tipli sətrin uzunlugunu göstərmədikdə, Delphi avtomatik olaraq, ona maksimal ölçü üçün, yəni 255 simvolun yerləşməsi üçün yaddaşda yer ayırır. PChar tipinin isə maksimal ölçüsü anlayışı olmadığı üçün, yaddaşda onun yerləşməsi qayğısına proqramçı özü qalmalıdır.
PChar tipi haqqında təsəvvur yaratmaq üçün bir proqram fraqmentinə baxaq,
Misal. var s: array [l..1000] of char; sl: PChar; begin sl := @s; end; Burada, s dəyişəni 1000 simvoldan ibarət massiv, sl dəyişəni isə PChar tipli elan olunmuşdur və sonra sl dəyişəninə s qiyməti mənimsədilmişdir. Bununla da sl dəyişəni 1000 simvoldan ibarət massivin yerləşdiyi yaddaş oblastını göstərir.