Obyektlərin xassə və metodları Yuxarıda qeyd etdik ki, daxili quruluşlannı bilməsək də, biz, çoxlu məişət cihazlarından istifadə edirik. Ən pisi isə odur ki, vintaçanla televizoru qurdalayıb onu tamamilə sıradan çıxara bilərik. Lakin, biz televizorun bəzi xassələrinə təsir göstərə bilərik. Televizorun əsas xassəsi televerilişləri ekranda təsvir etməkdən ibarətdir. Hansı proqramm göstərilməsi haqqında məlumat isə onun daxilində saxlanır. Bunu televizorun necə etdiyini biz bilmirik və bilmək də istəmirik. Bizə lazımdır ki, veriliş xoşumuza gəlmədikdə proqramı çox asanhqla dəyişə bilək. Bunun üçün isə müxtəlif vasitələr ola bilər. Məsələn, biz proqramı televizorun üzərində yerləşən düymələrlə və ya məsafədən idarəetmə pultu ilə dəyişdirə bilərik. Nəhayət, bizi heç bir proqram maraqlandırmazsa, onda televizora maqnitofon qoşub videofılmlərə baxa bilərik. Lakin bunun üçün televizorun videomaqnitofona qoşula bilmə xassəsi - xüsusi yuvası olmalıdır. Kompüter proqramlarının obyektlərinin də xassələri mövcuddur. Bunlar elə parametrlərdir ki, biz proqramı yaratdıqda onları seçə və ya proqramı işlətdikdə isə onları dəyişdirə bilərik. Obyektin digər quruluşdan bizim üçün bağlıdır və sadəcə olaraq, lazım olmadan, bizim nə isə etməyə imkanımız yoxdur. Obyektin xassələrini yoxlamaq və dəyişdirmək üçün xüsusi prosedurlar - metodlar istifadə olunur ki, onlar özləri də obyektin tərkibində olur. Obyektin xassələıi ilə nə isə etmək üçün bunu sadəcə olaraq obyektin özündən soruşmaq lazımdm obyekt onlan bizə xəbər verəcək və ya dəyişdirəcəkdir. Məsələn, ekranda görünən düymənin ölçüsü, koordinatı, adı və digər xassələri vardır. Biz yalnız özümüzə lazım olan xassələrlə bilərik. Digər xassələri isə proqramı yazdıqda bir dəfə müəyyənləşdirib, tamamilə unuda bilərik. Bir proqramda istifadə olunan obyekti digər proqramlarda istifadə etmək zaman: