Misal. Mətn sahəsi daxilində simvollar registrinin dəyişdirilməsi. Forma üzərinə iki Edit komponenti və Button düyməsi yerləşdirin. Button düyməsini seçərək OnClick hadisəsini aktivləşdirib aşağıdakı kodları yazın: procedure TForml. ButtonlClick (Sender:TObject); begin Editl.Text: = AnsiLovverCase(Editl.Text); Edit2.Text: = AnsiUpperCase(Edit2.Text); end; Hazır layihədə Editl, Edit2 mətn sahələrinə müxtəlif registrli mətnlər daxil edin. Buttonl düyməsini basdıqda Editl sahəsinə daxil edilən mətn kiçik hərfli mətnə, Edit2 sahəsinə daxil edilən mətn isə baş hərflərdən ibarət mətnə çevriləcəkdir. Birsətirli redaktorda şifrə də daxil etmək olar. Bunun üçün Char tipli PasswordChar xassəsindən istifadə etmək lazımdır. Obyektlər inspektorunda susmaya görə bu xassəyə #0 qiyməti verilmişdir, yəni şifrə istifadə edilmir. Şifrəni kod vasitəsilə də daxil etmək olar: Editl. Passvvord Char: = '*'; Editl.Text:= 'Delphi'; Misal I. Formanın sərlövhəsinin dəyişdirilməsi. Forma üzərinə Label, Edit və Button komponentləri endirərək onları olduğu kimi yerləşdirin. Obyektlər inspektorunda Labell komponentinin sərlövhəsini - Yeni sərlövhəni daxil et, Buttonl komponentinin sərlövhəsini isə Sərlövhəni dəyiş adlandırın, Editl komponentinin Text xassəsindəki Editl mətnini pozub Microsoft Excel 2002 yazın. Buttonl düyməsinin OnClick hadisəsi üçün aşağıdakı kodları yazın: procedure TForml.ButtonlClick(Sender: TObject); begin Forml.Caption:= Editl.Text;end; Proqramı işə salın. Düyməni basıldıqda formanın sərlövhəsi daxil Microsoft Excel 2002 olacaqdır. Edit mətn sahəsində Microsoft Word 2002 yazıb düyməni yenidən basın. Sərlövhə uygun olaraq bu mətnlə əvəz olunacaqdır. Beləliklə, Siz, hər dəfə Edit sahəsində yeni mətn yazıb düyməni basdıqda formanın sərlövhəsi dəyışəcəkdir. Mətn sahəsindən daxil edilən mətnlərə nəzarət etmək də mümkündür. Bunun üçün klavişlərin basılması hadisə emaledicilərindən, məsələn, OrıKeyPress emaledicisindən istifadə etmək olar.