İnformasiyanın daxil və redaktə edilməsi formanın xüsusi sahə və oblastlarında yerinə yetirilir. İnformasiyanın daxil edilməsi və zərurət (arandıqda onlara düzəlişlərin edilməsi üçün, Delphi, Edit, MaskEdit, Memo və RichEdit komponentlərini təklif edir. MaskEdit komponenti mətni şablon üzrə daxil etməyə, RichEdit komponenti isə Memo componentinin yerinə yetirdiyi funksiyalara əlavə olaraq, mətni formatlaşdırmağa imkan verən redaktorlardır. Biz Edit və Memo komponentlərini öyrənəcəyik.
Birsətirli redaktor forma üzərində mətn sahələri yaratmağa imkan verdiyi üçün ona mətn sahələri də deyirlər. Mətn sahələri Windows pəncərələrində ən çox rast gəlinən elementlərdir (faylı yadda saxladıqda, axtardıqda onun adını daxil edilməsi, mətn redaktorlarında sözlərin axtarılması, dəyişdirilməsi sahələri və s.). Ona görə də Delphi bir neçə birsətirli komponent təklif edir ki, bunlardan ən çox istifadə olunan Edit komponentidir. Edit komponenti informasiyanı klaviaturadan daxil etməyə və müxtəlif simvolları redaktə etməyə imkan verir. Bu zaman idarəetmə klavişləri ilə mətn kursorunu sətir üzərində hərəkət etdirmək, Delete və Backspace klavişləri ilə simvolları pozmaq və mətnin hissələrini seçmək və s. kimi əməliyyatları yerinə yetirmək olar. Yeri gəlmişkən qeyd edək ki, Edit komponenti Enter və Esc klavişlərinə məhəl qoymur. Edit kornponenti Caption xassəsinə malik deyildir. Onun əsas xassəsi Text xassəsidir ki, Caption xassəsindən fərqli olaraq, bu xassə sərlövhəni deyil, komponentin məzmununu (sətirdə olan mətni) bildirir. Mətn sahələri adətən bir sətrin daxil edilməsi üçün nəzərdə tutulduğundan onların hündürlüyü çox da böyük olmur. Lakin, şriftin hündürlüyü və mətnin uzunluğuna mütənasib olaraq komponentin ölçüsünün avtomatik olaraq dəyişməsi üçün AutoSize xassəsindən istifadə etmək lazımdır (Label komponentində olduğu kimi). Redaktə sətrində simvollar registrini dəyişdirmək üçün TEditCharCase tipli CharCase xassəsi mövcuddur ki, bu da aşağıdakı üç qiymətdən birini ala bilər: ecLovverCase -mətnin simvolları aşağı registrsimvollarına çevrilir; ecNo rma 1 -simvollar registri dəyişmir; ecUpperCase -mətnin simvolları yuxarı registr simvollarına çevrilir. Forma üzərində Edit komponenti yerləşdirib, müxtəlif registrlərdə daxil edilmiş simvollar yığımından ibarət mətn yazaraq bu xassələrin təsirini özünüz yoxlayın. Bundan başqa, simvollar registrini dəyişdirmək üçün AnsiLovverCase və AnsiUpperCase funksiyaları da istifadə oluna bilər. Bu funksiyalar Əlavədə izah edilmişdir.