(Servis/Saxlanılan yer...) əmri ilə çağrılan Object Repository (Obyektlərin saxlanıldığı yer) pəncərəsi ilə idarə olunur. Bu zaman Obyektlərin saxlanıldığı yerə yeni səhifələr əlavə etmək (Add Page...), onları pozmaq (Delete Page...) və ya onların adlarını dəyişmək (Rename Page...), həmçinin obyektlərə düzəlişlər etmək (Edit Object) və onları pozmaq (Delete Object) olar. İnteqrallaşdırılmış mühitdə yeni əlavə yaratdıqda Delphi interfeysini bağlamadan, köhnə layihəni File/Close All (Fayl/Hamısını bağlamaq) əmri ilə bağlamaq məqsədəuyğundur. İnteqrallaşdırılmış iş mühitində ən çox istifadə edilən əmrlər Delphi inteqrallaşdırılmış iş mühitində ən çox istifadə edilən əmrlər Cədvəl l.-də göstərilmişdir. Cədvəl 1. Delphi inteqrallaşdırılmış iş mühitində ən çox istifadə edilən əmrlər
Mühаzirə 17:Object Pascal dili Bu fəsildə biz Object Pascal dilinin əsas elementləri ilə tanış olacagıq. Object Pascal dili Delphi proqramlaşdırma dilidir və standart Pascal dilinin obyektyönlü genişlənməsidir. Kitabın birinci hissəsində Turbo Pascal dilinin əsas hissəsi ətraflı şərh olunduğu üçün, bu fəsildə Object Pascal dilinin Turbo Pascal dilindən fərqli cəhətlərinə nəzər yetiriləcək, bəzi sahələr daha gücləndiriləcək və əsas diqqət obyektyönlü proqramlaşdırmaya yönəldiləcəkdir. Obyektyönlü proqramlaşdırmanın xüsusiyyətləri, sinif, sahə, xassə, metodlar öyrəniləcək və Object Pascal dilində proqramlaşdırmanın əsas vasitə üsullarına baxacağıq.
Dilin əlifbası
Object Pascal dilinin əlifbasına aşağıdakı simvollar daxildir: 53 hərf- latm əlifbasının baş (A - Z) və kiçik(a - z) hərfləri və nəzərə çarpdırma ( _ ) işarəsi; 10 ərəb rəqəmləri: 0-9; 23 xüsusi simvol: + - * / . , : ; = > < ` ( ) { } [ ] # $ A @ probel; Xüsusi simvolların birləşməsindən aşağıdakı simvollar əmələ gəlir: : = - mənimsətmə; <> - bərabər deyildir; .. - qiymətlərin dəyişmə diapazonu; <= - kiçik və ya bərabərdir; >= - böyük və ya bərabərdir; (* və *) -{ və } fiqurlu mötərizələrin əvəzləyiciləri; (. və .) - [ və ] kvadrat mötərizələrin əvəzləyiciləri. Object Pascal dilinin lüğəti və proqramın strukturu Turbo Pascal dilinin lüğəti və strukturu ilə tamamilə eynidir.
Şərhlər
Şərhlər - proqramın daha yaxşı başa düşülməsi üçün proqramın istənilən yerində yazıla bilən izahedici mətndən ibarətdir. Belə mətn bir sətirdə və ya bir neçə sətirlərdə yazıla bilər. Əgər sətrin əvvəlində ikiqat sleş (//) işarəsi yazılarsa, onda bütün bir sətir şərh kimi qəbul olunacaqdır. Şərhlər bir neçə sətirdə yazılarsa, onları { və } mötərizələri və ya onların ekvivalenti olan (* və *) simvol birləşmələri daxilində yazmaq lazımdır. Misal. // Nyuton üsulu { Biz Delphi dilini öyrənirik. Delphi obyektyönlü proqramlaşdırma dilidir } II sum: = sum + x; { begin for k: = l to 10 do a[k]: = x*k; end; } (* Laboratoriya işi №1. Dövrü hesablama proseslərinin proqramlaşdırılması *)
Verilənlərin tipləri
Object Pascal dilində müəyyən edilmiş tiplərin təsnifatı cədvəl 1- də göstərilmişdir. Cədvəl 1 Object Pascal dilində müəyyən edilmiş tiplər
Qrup
Alt qrup
Sadə
Tamədədli Liter (simvollu) Məntiqi (bul) Həqiqi
Struktur
Sətir Massiv Çoxluq Yazı Fayl Sinif
Göstərici
Tipləşdirilmiş Tipləşdirilməmiş
Variant
Prosedur
Verilənlərin sadə tipləri
Bəzi sadə tiplər fıziki (əsas) və ümumi tiplərə bölünür. Fiziki tiplərin təməli dil yaradıldıqda qoyulur və kompüterin xüsusiyyətlərindən asılı olmur. Ümumi tiplər fiziki tiplərdən hər hansı birinə uyğun gəlir və kompilyator bu tipləri istifadə etdikdə daha səmərəli kod yaratdığı üçün, onlara daha çox üstünlük verilir. Bəzi sıralı tipləri proqramçı özü də yarada bilər, ona görə də belə tiplərə istifadəçi tipləri deyilir. İstifadəçi tiplərinə sadalanan və interval tiplər aiddir. Tamədədli tiplər Fiziki tamədədli tiplər və onların əsas göstəriciləri cədvəl 2 - də verilmişdir. Tamədədli tiplər üçün iki - Integer və Cardinal tipli ümumi tiplər müəyyənləşdirilmişdir. Integer tipli verilənlərin göstəriciləri Longlnt tipinin, Cardinal tipinin göstəriciləri isə LongWord tipinin göstəriciləri ilə eynidir. Tam ədədlərin qarşısında "+" və "-" işarələri yazıla bilər. Onlar onluq və Onaltılıq say sistemlərində təsvir oluna bilər. Tam ədədləri onaltılıq say sistemində təsvir etmək üçün ədədin qarşısında $ işarəsi qoyulmalıdır. Tam ədədlər $00000000-$ FFFFFFFF diapazonunda yerləşir. Cədvəl 2. Tamədədli tiplər
Liter tiplərin qiymətləri ayrı-ayrı simvollar yığımından ibarət olur. Simvollar üçün də fiziki və ümumi tiplər müəyyənləşdirilmişdir. Fiziki tiplər AnsiChar və WideChar tipləridir. AnsiChar tipi 1 bayt yer tutur və simvollan kodlaşdırmaq üçün Amerika milli standartlar institutunun ANSI (American National Standarts Institute) kodunu istifadə edir. WideChar tipi 2 bayt yer tutmaqla Unicode beynəlxalq simvollar yığımından istifadə edir. Unicode simvollar yığımına 60 mindən çox element daxildir və milli əlifbaların simvollarını kodlaşdırmağa imkan verir. Unicode simvollarının ilkin 256 simvolları ANSİ kodu ilə eynidir. Bu fiziki tiplərdən başqa, Char ümumi tipi də müəyyənləşdirilmişdir ki, bu tip AnsiChar tipinə ekvivalentdir. Object Pascal dilində məntiqi, sadalanan və interval tiplər Turbo Pascal dilində olduğu kimidir.
Həqiqi tiplər
Həqiqi tiplər də fiziki və ümumi olur. Fiziki tiplər cədvəl 2 - də göstərilmişdir: Həqiqi ədədlərin ümumi tipi Real tipidir və o, Double tipinə uyğundur. Həqiqi ədədlər, bütün dillərdə olduğu kimi, burada da qeyd olunmuş və sürüşkən vergüllü formalarda təsvir olunur və burada əlavə izahata ehtiyac görmürük. Comp və Currency tipləri həqiqi ədədləri qeyd olunmuş vergüllü formada təsvir edir. Comp tipi əslində tam ədədləri təsvir edir, lakin həqiqi tipə aiddir. Bu tipli dəyişənə həqiqi tipli qiymətlər mənimsətdikdə, o avtomatik olaraq yaxın tam ədədə qədər yuvarlaqlaşdırılır.