Obyektin xassə və metodlarına müraciət etmək üçün obyektin adı hökmən göstərilməlidir: Obyekt_tipli_dəyişənin_adı.xassə və ya Obyekt_tipli_dəyişənin_adı.metod. Məhz bu qayda ilə biz obyektin sərlövhəsini Delphi adlandırdıq, eyni qayda ilə konstruktora (Obyekti_yaratmaq) və destruktora (Obyekti_məhv_etmək) müraciət etdik. Sinif əsasında obyekt tipli yeni dəyişənlər yaratmaq mümkündür. Aşağıdakı "proqram" iki yeni düymə yaratmağa imkan verir: Proqramın başlanğıcı;
Dəyişənlər
Obyektl : Düymə; Obyekt2 : Düymə; Kodun başlanğıcı
Obyekt1:=Düymə. Obyekti_ yaratmaq;
Obyekt2: =Düymə. Obyekti_ yaratmaq;
Obyektl.Sərlövhə: = 'Pascal';
Obyekt2. Sərlövhə:= 'Delphi'
Obyektl.Obyekti_məhv_etmək;
Obyekt2. Obyekti_məhv_etmək; Kodun sonu.
Bu "proqramda" iki dəyişən Düymə tipli elan edilir. Sonra onlar inisiallaşdırılır və sərlövhələri dəyişdirilir. Nəticədə biz bir obyektdən müxtəlıfsərlövhəli iki obyekt aldıq. Hər iki düymə sərbəst işləyir, biri digərinə mane mimrıar, çünki, onlar üçün ayrı yaddaş sahələri ayrılmışdır. Yaradılmış obyekt Free metodu ilə məhv edilməlidir. Əgər obyekt daha lazım deyildirsə, onda onu pozmaq lazımdır: Obyektl. Free;
Beləliklə, obyekt sinfin nüsxəsidir. Sinfin köməyi ilə işləyəcəyimiz obyektin mahiyyəti təsvir olunur. Məsələn, bu - siniflərin xassə, metod və ya hadisələrinin təsviri ola bilər. Obyekt nüsxədir. Forma üzərində düymə yəşderləşdirmək üçün, Siz, sinfi elan etməlisiniz - xassə, metod və hadisələri yaratmalısınız, düyməni forma üzərində yerləşdirdikdə isə onun nüsxəsi, başqa sözlə obyekt yaradılır. İkinci düyməni yerləşdirdikdə daha bir nüsxə, yəni daha bir obyekt yaranır. Siniflə obyekt arasında fərq bunlardan ibarətdir.
Mühаzirə 19: Mətnlərin təsviri
Mətn (yarlık) sərlövhəyə malik olmayan idarəedici elementləri işarə etmək üçün tətbiq edilir. Mətnə ən sadə misal olaraq Windows sistemində Pusk (Start) düyməsini basdıqda açılan Əsas menyunun bəndlərini misal göstərmək olar. Hər bir bəndin adı elə mətndir. Bu mətnə yazı, nişan, və ya yarlık deyirlər. Mətnləri təsvir etmək üçün Delphi Label komponentini təklif edir. Yazı, layihə yerinə yetirildikdən sonra, istifadəçi tərəfindən dəyişdirilə bilməyən sadə mətndən ibarətdir.