Alqoritm, xassələri və təsvir üsulları


Labell.FocusControl:= Editl



Yüklə 2,19 Mb.
səhifə53/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   125
aminlazım

Labell.FocusControl:= Editl;
Bilirik ki, klavişlər kombinasiyası sərlövhədə seçilmiş simvolun qarşısında ampersand (&) işarəsi qoyulmaqla müəyyənləşdirilir. Bu zaman Label komponenti ShowAccelChar xassəsinə malik olur ki, o sərlövhədə (&) işarəsinin necə interpretasiya olunduğunu müəyyənləşdirir. Əgər bu xassə True qiyməti alarsa, onda & işarəsi klavişlər kombinasiyasını müəyyənləşdirilir. Əks halda, bu xassəyə False qiyməti verildikdə isə klavişlər kombinasiyası işləməyəcəkdir və FocusControl xassəsinin qiymətindən asılı olmayaraq komponentlər arasında assosiativ əlaqə mövcud olmayacaqdır.
Label komponentini mausla seçdikdə isə onunla əlaqəli olan elementin fokus alması üçün OnClick hadisə emaledicisi yaratmaq lazımdır.
Misal. Label komponentinin seçilməsi.
Forma üzərinə Label və Edit komponentləri yerləşdir: komponentini seçib, OnClick hadisəsi qarşısında mausun düyməsini ilk dəfə basaraq bu kodları yazın:
procedure TForml. LabellClick (Sender : TObject); begin
if Editl. CanFocus then Editl. SetFocus; end;
Misal. Forma üzərinə yazının çıxarılması.
Formada Label komponenti yerləşdirib onun sərlövhəsində, yuxarıda qeyd etdiyimiz kimi, Mən Delphi sistemini öyrənirəm mətnini yazın. Obyektlər inspektorunda AutoSize xassəsinə True qiyməti verin, Font xassəsindən isə şriftin adını, ölçüsünü, rəngini və s. parametrləri seçin. Formada Button standart düyməsi yerləşdirərək onun sərlövhəsində Bağlamaq! sözü yazıb, OnClick hadisəsi qarşısında mausun düyməsini iki dəfə basaraq modulda Close; operatoru yazın (bu prosedurla Siz artıq tanışsınız). F9 klavişini basdıqdan sonra, hazır layihədə yazı komponenti üçün daxil etdiyiniz mətni görəcəksiniz və Bağlamaq! düyməsini basdıqda forma alınacaqdır. Forma üzərində olan bu mətnə nə düzəliş etmək, nə də onun kimi dəyişdirmək mümkündür. Sonralar yazıdan daha məqsədəuyğun funksiyalar üçün istifadə edəcəyik.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin