Qrup: 589a fənn: Mülki Müdafiə



Yüklə 19,07 Kb.
tarix02.01.2022
ölçüsü19,07 Kb.
#40279
Sərbəst İş


Universitet:Azərbaycan Texniki Universiteti

Müəllim:Qaraxanov Məzahir

Tələbə: Emin Xıdırlı

Qrup:589A

Fənn:Mülki Müdafiə

Mövzu:Nüvə partlyışında yerin radioktiv zəhərlənmə mənbələri



.

Nüvvə kütləvi qırğın silahları içərisində ən zədələmə xassəsinə malik olanıdır. Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə olunur



Trotil ekvivalenti - partlayış enerjisi nüvə silahının partlaması nəticəsində alınan enerjiyə bərabər (ekvivalent) adi partladıcı maddənin (trotilin) tonla miqdarına deyilir. Müxtəlif nüvə silahının gücü bir neçə milyon tona (meqatona) qədər olur. Nüvə partlayışı həm zədələyici təsirinin gücünə, həm də müxtəlif amillərin zərərli təsirinə görə adi döyüş sursatlarından fərqlənir. Nüvə silahı ilk dəfə 1945-ci ilin avqustunda ABŞ tərəfindən təyyarədən atom bombası atmaqla Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində tətbiq olunmuşdur. Nəticədə 313000 nəfərdən artıq dinc sakin həlak olmuş, 238000 nəfərdən artıq xəsarət almışdır. Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür. Tətbiqi məqsədindən və basqın hədəfinin xarakterindən asılı olaraq nüvə silahı kosmosda, havada, yerdə, yer altında, suda və su altında partladıla bilər. Nüvə silahının istifadəsi zamanı yaranmış vəziyyət. Nüvə zədəsinin mərkəzindəki ərazi, harada ki nüvə silahı tətbiqi nəticəsində insanların, heyvanların və bitkilərin zədələnməsi və məhv edilməsi, binaların. qurğuların. kommunal-enerqetik xətlərin. nəqliyyat qovşaqlarının və digər obyektlərin dağılması və zədələnməsi baş verir. Nüvə silahından qorunmaq üçün düzəldilmiş sığınacaq və daldalanacaqlardan istifadə edilir. Nüvə silahının partlayışı nəticəsində 5 cür zədələyicı amillər (zərərli təsir) əmələ gəlir.

Nüvə silahının zədələyici amillərinin təsir xüsusiyyətləri Zərbə dalğası- partlayış mərkəzindən hər tərəfə çox yüksək (səsdən iti) sürətlə və yüksək (bir neçə on minlərlə dərəcədə) temperaturla yayılan sıxılmış hava təzyiqlə tikililərin dağılmasına, insanların ölümünə gətirib çıxarır. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər: - dalğanın ön həddindəki (cəbhəsindəki) izafi təzyiq; - dalğanın sürət təzyiqi; - izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. İzafi təzyiq hər kvadrat santimetrə düşən kiloqram-qüvvə (kqq/sm2 ) ilə ifadə edilir. İzafi təzyiq həmçinin, N/m2 və ya Pa ilə ölçülür. 1 N/m2 = 1 Pa 1 kPa ≈ 0,01 kq/sm2 Zərbə dalğasının zədələyici təsiri sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən (episentrdən) olan məsafədən, yerin relyefindən asılı olur. Məsələn, 20 kilotonluq (ktn) nüvə silahının zərbə dalğası 1 km məsafəyə - 2 saniyə, 2 km-ə - 5 saniyə, 3 km məsafəyə - 8 saniyə ərzində çatır; 3 meqatonluq partlayış zamanı isə bu müddətlər müvafiq surətdə 0,5; 2 və 3 saniyə olur. Zərbə dalğasının insanlara bilavasitə və dolayı ola bilər. Bilavasitə təsiri zamanı havanın təzyiqinin ani qalxması nəticəsində kəskin zərbə kimi qəbul edilir və sınıqlara, daxili orqanların zədələnməsinə və qan damarlarının partlamasına səbəb olur. Dolayı təsir nəticəsində insanlar binaların və qurğuların qırılmış parçaları ilə, daşlarla, ağaclarla, şüşə qırıqları ilə və digər əşyalarla zədələnə bilərlər. Dolayı təsir bütün zədələrin 80% təşkil edir. Mühafizə olunmayan adamlar: - 0,2-0,4 kq/sm2 (20-40 kPa) izafı təzyiq zamanı yüngül zədələnməyə, kontuziyaya; - 0,4-0,6 kq/sm2 (40-60 kPa) nəticəsində orta dərəcəli zədələnməyə, huşun itirilməsinə, eşitmə orqanlarının zədələnməsinə, əl-ayağın çıxmasına, daxili orqanların zədələnməsinə; - 0,6-1 kq/sm2 (60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə; - 1 kq/sm2 (100 kPa) artıq olan izafi təzyiq nəticəsində çox ağır dərəcəli zədələnməyə məruz qalırlar. Belə zədələnmələr adətən ölümlə nəticələnir. Zərbə dalğasının təsirindən qorunmaq üçün xəndəklərdən, yeraltı binalardan, habelə yerin relyefındən də (çala, dərə, meşə) müəyyən dərəcədə istifadə etmək mümkündür. Xəndəklər zərbə dalğasının təsirini 1,5-2 dəfə, daldalanacaqlarb 2-3 dəfə, sığınacaqlar 3- 5 dəfə azldır, İşıq şualanması- nüvə partlayışında zəncirvari reaksiya nəticəsində od kürəsinin saçdığı gözə görünən ultrabənövşəyi və ultraqırmızı güclü şua enerjisi selindən ibarətdir. Əmələ gələn yüksək temperaturun (on minlərlə dərəcədə) təsir sahəsində olan tikililər, tezalışan maddələr, insanın üst paltarı alovlanır, bədənin açıq yerlərində yanıqlar əmələ gəlir, gözlərin müvəqqəti və ya daimi korluğu olur. İşıq şualanması bir anda yayılır və qısa müddətdə (nüvə silahının gücündən asılı olaraq) 10-20 saniyə müddətində olur və təsir göstərir. İşıq şüalanmasının zədələyici təsiri işıq impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq impulsunun ölçü vahidi olaraq ks/m2 və yaxud kal/sm2 qəbul edilmişdir. Müxtəlif sahələrdə yaranan işıq impulsunun kəmiyyəti nüvə partlayışının gücündən, növündən, məsafədən və hava şəraitindən asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq işıq şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanmalara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif materialların alovlanmasına, kömürləşməsinə və ya əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər. Məsələn, havada gücü 1 mln. tonluq nüvə partlayışı zamanı 4 kal/sm2 işıq impulsu - 19 km; 10 kal/sm2 - 15 km; 16 kal/sm2 - 10 km məsafədə mövcud olur ki, nəticədə müvafiq surətdə bədənin açıq hissələrində yanıqlar baş verə bilər. İnsan orqanizminə təsirinin ağırlıq dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayırd edilir. - Birinci dərəcəli yanıq zamanı dəri qızarır, şişkinləşir, ağrılı olur. Orqanizm üçün təhlükəli deyil, ağırlaşmadan sağalır. - İkinci dərəcəli yanıqlar zamanı içi açıq rəngli məhlulla dolu suluqlar yaranır və xüsusi müalicə tələb olunur. - Üçüncü dərəcəli yanıqlar zamanı dərinin daha dərin qatları zədələnir. - Dördüncü dərəcəli yanıqlar zamanı dəri kömürləşir. Üçüncü və dördüncü dərəcəli yanıqlar ölümlə nəticələnə bilər. İşıq şüalanması qeyri-şəffaf materiallardan (divar, taxta, bina) keçə bilmir. İşıq şüalanması yaşayış məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar törədə bilər. İşıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaqlar və daldalanacaqlar işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir. İşıq şüalanmasının düz təsirindən hər bir kölgə yaradan maneənin arxasında qorunmaq olar. Nüfuzedici radiasiya- ionlaşdırıcı şualanma nüvə partlayışı anında partlayış yerindən ətrafa yayılan, gözə görünməyən qamma-şualar və neytron selidir. Adi nüvə partlayışı zamanı neytronlar qamma-şualarmanın 30%, neytron sursatının partlayışı zamanı isə - 70-80% təşkil edir. Nüfuzedici radiasiyanın təsir müddəti 10-15 saniyədir, təsir məsafəsi partlayışın mərkəzindən (episentrindən) 2-3 km. Radiasiya təhlükəsi simvolu Üzərində radiasiya təhlükəsi nişanı olan hər hansı naməlum əşya tapılan zaman dərhal Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat vermək lazımdır. Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma-şualar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə insan və digər canlıların orqanizmində maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şuanın dozasından asılı olur. Neytronlar, bundan əlavə, bəzi əşyaların atomları ilə qarşılıqlı əlaqədə olaraq, metalda və texnikada yönəldilmiş aktivliyi yarada bilir. Nüfuzedici radiasiyanı xarakterizə edən əsas parametrlər: - qamma-şualarma üçün - doza və dozanın gücüdür; - neytronlar ücün- axın və axının sıxlığıdır. Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey (Qr), Rentgen (R), Rad. ölçü vahidləri ilə ölçülür. 1 qr. – 100 rad; 1 R.- 0,95 rad. Şualanma- ionlaşdırıcı radiasiyanın bioloji obyektlərə təsiridir. Udulan dozanın miqyasından asılı olaraq, insanlar şua xəstəliyinə tutulurlar: I-ci yüngül dərəcəli - D = 100-200 rad (1-2 qr.); II-ci orta dərəcəli - D = 200-400 rad (2-4 qr.); III-ci ağır dərəcəli - D = 400-600 rad (4-6 qr.) ; IV-ci çox ağır dərəcəli - D - 600 rad (6 qr.) yuxarı. Təhlükəsiz radiasiya dozaları: - sülh dövründə təhlükəli obyektlərdə işləyənlər - bir il ərzində 5R, (həmin obyektlərin yaxınlığında yaşayanlar bir il ərzində 0,5 R); müharibə dövründə: bir dəfəlik doza 4 gün ərzində 50 R; çoxdəfəlik dozalar: - bir ay ərzində 100 R; - üç ay ərzində 200 R; - bir il ərzində 300 R təşkil edilir. Müxtəlif sıx və qalın materiallar nüfuzedici radiasiyanın təsirini 2 dəfə zəiflədir: - Polad - 2,7 sm. - Beton - 10 sm. - Torpaq - 14 sm. - Su - 23 sm. - Ağac - 30 sm. Bunlara yarımzəiflətmə qatı deyilir. - Üstü örtülmüş xəndək – 40 dəfə, - Mühafizə üçün uyğunlaşdırılmış zirzəmi isə 400 dəfə nüfuzedici radiasiyanın təsirini zəiflədir. Neytron seli tərkibində hidrogen olan maddələrdə (suda, parafində, betonda) daha çox zəifləyir. Nüfuzedici radiasiyanın təsirindən qorunmaq üçün onun təsirini 200 - 5000 dəfə azaldan mülki müdafiənin mühafizə qurğularından istifadə olunur. 1,5 metr qalığında torpaq qatı nüfuzedici radiasiyanın təsirindən tam qoruyur. Radioaktiv zəhərlənmə- yerdə nüvə partlayışı baş verəndən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək, hündürə qalxır və bir neçə saniyədən sonra 1700°S-də topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb (ona görə o göbələk formasında olur) onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökur. Qalan hissəcikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilometrlərlə məsafələrə aparılır və hərəkət istiqamətində radioaktiv maddələr yerə tökülür. Radioaktiv maddələrin buludda olan mənbəyi nüvə silahının tərkibində olan və partlayış zamanı istifadə edilməyən uran, plutoniy və radioaktiv izotoplardır. Onların torpağa təsiri nəticəsində istiqamətləşdirilmiş aktivlik əmələ gəlir. Həmin radioaktiv maddələr obyektlərin üstünə düşərək, bölünürlər və ionlaşdırıcı şualanma əmələ gətirərək, faktiki olaraq zədələyici amil olurlar. Radioaktiv çirklənmənin parametrləri radiasiya ilə ölçülür (insanlara təsirinə) və şualanma dozasının gücü ilə - radiasiyanın səviyyəsinə (ərazinin və obyektlərin çirklənməsi səviyyəsinə) görə. Bu parametrlər zədələyici amillərin kəmiyyət xarakteristikalarıdırlar- radioaktiv maddələrin dağılması ilə müşahidə olunan radioaktiv çirklənmənin, nüvə silahı partladılması nəticəsində radioaktiv çirklənmənin və nüfuzedici radiasiyanın. Radioaktiv zəhərlənmənin dərəcəsi asılı olur: - partlayışın növündən; - partlayışın gücündən; - partlayışdan sonra keçən müddətdən; - partlayış mərkəzinə qədər olan məsafədən; - meteoroloji şəraitdən; - yerin relyefindən. Radioaktiv zəhərlənmə başqa zədələyici amillərdən aşağıdakıları ilə fərqlənir: - zəhərlənmənin böyük sahəni əhatə etməsi - minlərlə və on minlərlə kvadrat-kilometr; - zədələyici təsirin uzun müddət - günlərlə, həftələrlə və hətta aylarla qalması və təsir göstərməsi; - radioaktiv zəhərlənmənin rəngi, iyi və başqa xarici əlamətləri olmadığı üçün - çətin aşkar edilməsi; - qeyri-sabit xarakterli olur. Radioaktiv maddələrin fasiləsiz olaraq parçalanması sayəsində zəhərlənmiş ərazinin ölçülərinin müəyyən müddət ərzində azalmasıdır. Radioaktiv çirklənməyə məruz qalmış ərazi iki sahəyə bölünür: partlayış sahəsi və buludun izi. Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv zəhərlənmiş ərazi) formaca ellipsə bənzəyir. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya bölünürlər:

Zona А - mülayim (zəif) zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində - 40 rad. və daxili sərhədində 400 rad. ilə xarakterizə edilir. A zonasının sərhədi zəhərlənmə zolağının bütün sahəsinin 70-80 % -dir.

Zona B - güclü zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində - 400 rad. və daxili sərhədində 1200 rad. ilə xarakterizə edilir. B zonasının sərhədi zəhərlənmə zolağının bütün sahəsinin 10 % -dir.

Zona V - təhlükəli zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində - 1200 rad. və daxili sərhədində 4000 rad. ilə xarakterizə edilir.



Zona Q - çox təhlükəli zəhərlənmə zonası. Radioaktiv maddələrin zonanın xarici sərhədində - 4000 rad. və daxili sərhədində 7000 rad. ilə xarakterizə edilir. Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədricən azalır. Bu, radioaktiv maddələrin öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilməsi nəticəsində baş verir
Yüklə 19,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin