Artıq biz bilirik ki, əlavə interfeysi yaratmaq üçün Delphi yüzdən artıq vizual komponentlər təklif edir. Bu komponentlərin əsasları komponentlər palitrasının Standart, Additional və Win32 səhifələrində yerləşir. Bunlar uyğun olaraq standart, əlavə və 32-mərtəbəli (Windows 95-ə daxil edilmiş) komponentlər adlanır. Standart səhifəsində əksəriyyəti Windows sisteminin ilkin versiyalarında istifadə olunmuş aşağıdakı interfeys komponentləri yerləşir: Frame - Freymlər; MainMenu - Əsas menyu; PopupMenu - Peyda olan menyu; Label -Yazı; Edit - Birsətirli redaktor; Memo - Çoxsətirli redaktor; Button - Standart düymə; CheckBox - Müstəqil dəyişdirici (bayraq); RadioButton - Dəyişdirici; ListBox - Siyahı; ComboBox -Siyahı sahəsi; ScrollBar - Fırlatma zolağı; GroupBox - Qruplar; RadioGroup – Asılı dəyişdiricilər (və ya dəyişdiricilər) qrupu; Panel - Panel; ActionList - Əməliyyat obyektləri siyahısı; Additional səhifəsində aşagıdakı komponentlər yerləşir: BitBtn - Şəkilli düymə; SpeedButton -Cəld müdaxilə düyməsi; MaskEdit -Verilənləri şablon üzrə daxil edən birsətirli redaktor; StringEdit - Sətirlər cədvəli; DrawGrid - Cədvəl; Image - Həndəsi fiqurlar; Shape - Qrafik təsvir; Bevel - Faska; ScrollBox - Fırlatma oblastı; CheckListBox - Dəyişdiricilər siyahısı; Splitter - Ayrıcı; StaticText - -Statik mətn;