Alqoritm, xassələri və təsvir üsulları


Dövrü strukturlu hesablama proseslərinin proqramlaşdırılması



Yüklə 2,19 Mb.
səhifə12/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   125
aminlazım

Dövrü strukturlu hesablama proseslərinin proqramlaşdırılması


Ön şərtli dövr operatoru. Ön şərtli dövrlərin alqoritminiaşağıdakı blok-sxemlə vermək olar:
Burada P məntiqi ifadə S-isə dövrün gövdəsidir. Dövrün gövdəsində Pşərtinə təsir edən hər hansı bir əmr olmalıdır.
Belə prosesləri proqramlaşdırmaq üçün while, do operatorlarından istifadə edilir. Bu operatorlardın adətən dövrlərin sayı əvvəlcədən məlum olmayan hallarda istifadə olunur. Operatorun ümumi şəkli aşağıdakı kimidir:
While şərt do operator;

şərt məntiqi ifadəsinin qiyməti yalnız truefalse ola bilər. Burada dövrə daxil olmazdan əvvəl şərtə uyğun ifadənin qiyməti hesablanır. Əgər qiymət false olrasa dövrdən çıxış alınır və dövrün gövdəsi heç bir dəfə də yerinə yetirilmir. Bu zaman idarəetmə dövrün gövdəsindən sonrakı operatora ötürülür. Əgər qiymət true olarsa dövrə giriş baş verir və dövr gövdəsinin operatorları bir dəfə yerinə yetirilir. Bu zaman dövr gövdəsinin sonundan idarəetmə yenidən şərtin yoxlanılmasına qayıdır. Bu proses şərtin qiyməti false olana qədər davam etdirilir.
Əgər dövrün gövdəsi operatorlar qrupundan ibarət olarsa, onda həmin qrup begin end arasında verilir:
While şərt do begin operator 1 ; operator 2 ;
…………… operator n ; end;
n 1
Sadə bir misala baxaq. Tutaq ki, hər hansı n üçün S i1 i2 hesablanmalıdır.
Həllin blok sxemi:
-

+
Həllin proqrammı:
Proqram Ön_şərtli_dövr;
var
i, n : integer; S : real; begin writeln (‘n = ’); readln (n); i: =1 ; S : =0; while in do begin
S : = S+1/ (i * i) i: = i +1; end; write (‘s = ‘ , S ); end
Son şərtli dövr operatoru. Son şərtli dövrün blok - sxemini aşağıdakı kimi vermək olar:


Burada S - dövrün gövdəsi, P – şərti göstərən məntiqi ifadədir.
Belə proseslərin TP-də proqramlaşdırılması üçün repeatuntil operatorlarından istifadə edilir. Bu operatorlar vasitəsilə dövrü proses aşağıdakı kimi proqramlaşdırılır:
repeat operator 1 ; operator 2 ;
……………
operator n ;
until şərt;
repeat operatorunda da şərt məntiqi ifadədir. Operatoru niş prinsipi ön şərtli dövrdə olduğu kimidir. Amma while – dən fərqli olaraq şərtin yoxlanılması dövrün gövdəsi yerinə yetirildikdən sonra baş verir. repeat dövr operatorunun idarə edilməsi while dövr operatorunun idarə edilməsi while dövr operatorunun idarə edilməsinin əksinədir. Yəni, burada whiledən fərqli olaraq, şərt false - yə bərabər olduqda dövr davam edir, əks halda isə sona yetir.
Qeyd etmək lazımdır ki, while – dən fərqli olaraq, repeat operatorundan istifadə etdikdə operatorlar qrupu dövrün gövdəsini təşkil edirsə begin – end operatorları tələb olunmur. Lakin repeat operatoru while operatoru kimi universal deyil. Belə ki, burada şərt dövrün gövdəsindən sonra yerləşdiyindən , lazım olmasa belə dövrün gövdəsi heç olmazsa bir dəfə yerinə yetirilir. Bu isə o deməkdir ki, bəzi dövrləri təşkilində son şərtli dövr operatorundan istifadə zamanı ehtiyatlı olmaq lazımdır.
n
Yenə S  i2 cəminin hesablanması misalına baxaq:
i1
Həllin blok sxemi:

Həllin proqramı:
Proqram Ön_şərtli_dövr;
var
S : real; i, n : inteqer ; begin
writeln (‘n = ’); readln (n);
i: =1 ; S : =0;
repeat
S : = S+1/ (i * i) i: = i +1;
until i > n
write (‘s = ‘ , S );
end
Parametrli dövrlərin proqramlaşdırılması. Parametrli dövrün təşkli üçün blok sxemi
Parametrli dövr blokunda parametrin ilk
qiyməti (i, q) və son qiyməti (s.q) verilir.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin