Alqoritm, xassələri və təsvir üsulları


Bircins strukturlu mürəkkəb verilənlər. Qeyri-bircins strukturlu mürəkkəb verilənlər



Yüklə 2,19 Mb.
səhifə15/125
tarix07.01.2024
ölçüsü2,19 Mb.
#205155
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   125
aminlazım

Bircins strukturlu mürəkkəb verilənlər. Qeyri-bircins strukturlu mürəkkəb verilənlər
Plan:

  1. Çoxluq tipi

  2. Çoxluqlar üzərində əməliyyatlar

  3. Massiv tipi

  4. Yazı tipi

  5. Variantlı yazılar

6.Yazı sahələrinə With birləşdirici opeartoru vasitəsilə müraciət

Çoxluq tipi


Proqramlaşdırmada çoxluq anlayışı ilə eyni mənada işlədilir. Lakin bəzi fərqləri də vardır. Belə ki, Pascal – proqramlarda ancaq sıra (tam, məntiqi, simvol, sadalanan) tipli elementləri olan çoxluqlardar istifadə olunur. Çoxluğun bütün elementləri eyni tipli olmalıdır və həmin tip baza tipi adlanır. Çoxluğun tərtibi [0…….255] intervalından kənara çıxa bilməz. Ona görə də tam tiplər qrupuna aid olan Shortint, İnteger, Longint və Word tipli verilənlərdən baza tipi kimi istifadə etmək olmaz.
Çoxluq tipinin təsviri ümumi şəkildə aşağıdakı kimi verilir: type
< identifikator> = set of < baza tip > ;
Məsələn:
simvollar = set of char; rəqəm = set of 0……9;
hərf = ‘a’ …….’z ‘;
Çoxluqlar üzərində əməliyyatlar.
Çoxluqlar üzərində əməliyyatlar, çoxluqlar nəzəriyyəsinin qaydalarına görə aparılır.
İki çoxluğun birləşməsi, yəni A+B əməliyyatının nəticəsi, həm A çoxluğunun, həm də B çoxluğunun bütün təkrarlanmayan elementləri çoxluğudur. Məsələn,
1, 3, 5,75, 7, 9,111, 3, 5,7, 9,11
İki çoxluğun fərqi, yəni A-B əməliyyatının nəticəsi, A çoxluğunun B çoxluğuna daxil olmayan elementlərindən təşkil olunur . Məsələn,
1, 3, 5,75, 7, 9,111, 3
İki çoxluğun kəsilməsi, yəni A*B əməliyyatının nəticəsi A və B çoxluqlarının eyni elementlərindən təşkilolunur. Məsələn,
1, 3, 5,7*5, 7, 9,115, 7
A və B –nin elementləri eyni olduqda A = B əməliyyatının nəticəsi True, A < > B əməliyyatının nəticəsi isə false olur.
Əgər A çoxluğu B-nin altçoxluğudursa, A < = B əməliyyatının nəticəsi true olur.
Məsələn,
3, 4, 51, 2, 3, 4, 5, 6 true
Əgər A çoxluğu B-nin bütün elementlərini saxlayırsa, A > = B əməliyyatının nəticəsi true olur.
Məsələn, 3, 4, 53, 4 true; 3, 4, 53, 4, 5, 6  false
Əgər hər hansı x kəmiyyəti, A-nin elementidirsə, onda x və A əməliyyatının nəticəsi true olur.
Məsələn,
3in 3, 4, 5 true

Massiv tipi


Massiv verilənlərin elə strukturudur ki, bu strukturun elementləri bircins olub, sayı və konfiqurasiyası proqramın icrası zamanı dəyişmir, elementlər sistem tərəfindən nömrələnərək, nömrəyə görə nizamlanır.
Massiv, massivin adı, koordinatların dəyişmə diapazonu və elementlərin tipii ilə təsvir olunur. Koordinatların sayı – massivin ölçüsü, koordinatların özü isə elementlərin indeksi adlanır. massivin təsviri üçün array xidmət sözündən istifadə olunur və massiv tipii ümumi şəkildə aşağıdakı kimi təsvir olunur:
< identifikator> = array [indekslər] of < tip > ;
Burada indekslər hər hansı tipə aid sabit və ya dəyişən, < tip > - isə Pascalda hər hansı
tipdir.
Məsələn type
sətir = array [1…..5] of real ; matris = array [1…..6] of sətir ;
Burada sətir massivi 5 həqiqi ədəddən ibarət xətti cədvəli, matris massivi isə 5 sütün və 6 sətri olan həqiqi ədədlərdən ibarət düzbucaqlı cədvəli göstərir. Bu təsviri TP-da aşağıdakı kimi də vermək olar:
type
matris = array [1…5, 1….6] of real
Massivin hər hansı elementinə müraciət, massivin adı və düzbucaqlı mötərizə içərisində bir-birindən vergüllü ayrılan indekslər vasitəsilə aparılır:
Məsələn :
var
A: matris; begin ----------
Y= A[5, 2] + A[3, 4];
Misal 1. 10 elementdən ibarət massivin ən böyük elementini və həmin elementin massivdəki yerini tapmalı
Proqram M1;
const n =10; type
vektor = array [ 1…n] of real; var
A : vector; max : real
k , i : integer;
begin
writeln (‘Massivin elementlərini daxil edin’) ;
for i:=1 to n do readln (A[i]);
max : = A [i]; k: = 1;
for i :=1 to n do
if max < A [i] then begin
max: A [i]; k: = i
end ;
writeln (‘max =’, max , ‘k = ‘, k) end.

Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin