Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları



Yüklə 313,85 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix30.09.2023
ölçüsü313,85 Kb.
#151341
1   2   3   4   5   6   7   8
3.2.
 
Alqoritmin xassələri. 
Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri 
ödəməlidir. Bu şərtlərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır: 
1.
Alqoritm sonlu sayda mərhələdən sonra qurtarmalıdır. Buna, alqoritmin 
sonluluq 
xassəsi 
deyilir. 
2.
Alqoritmin hər bir addımı dəqiq və birqiymətli təyin olunmalıdır. Bu alqoritmin 
müəyyənlik 
xassəsidir. 
3.
Alqoritmin müəyyən sayda giriş qiymətləri (məsələnin başlanğıc şərtləri) olmalıdır. Bu 
şərtlər proqram icra olunmamış və ya olunduqca maşına daxil edilə bilər. 
4.
Alqoritmin yerinə yetirilməsi nəticəsində giriş qiymətlərindən asılı olan bir və ya bir neçə 
çıxış qiymətləri alınmalıdır. 
5.
Alqoritm sadə və səmərəli olmalıdır, yəni alqoritmin nəticəsi (cavabı) mümkün qədər sadə 
əməliyyatlar vasitəsilə və ən qısa yolla alınmalıdır. 
6.
Alqoritm ümumi olmalıdır, yəni müəyyən məsələ üçün tərtib olunmuş alqoritm, həmin 
tipdən (sinifdən) olan bütün məsələlər üçün yararlı olmalıdır. Bu alqoritmin 
kütləvilik 
xassəsidir 


2
 
3.3.
 
Alqoritmin təsvir vasitələri. 
Alqoritmi mümkün qədər əyani şəkildə göstərmək üçün 
aşağıdakı təsvir vasitələrindən istifadə olunur: 
1.
 
Adi dildə; 
2.
 
Blok-sxemlə; 
3.
 
Alqoritmik dildə. 
 
1.
Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli 
şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, kofenin hazırlanmasını ifadə edən alqoritmin təsviri 
buna misal ola bilər. 
2.
Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən 
istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha 
əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə 
eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr 
şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin 
uclarında istiqaməti göstərən ox işarəsi qoyulur. 
Alqoritmin blok-sxem vasitəsilə təsviri zamanı istifadə olunan əsas standart simvollar 
aşağıdakılardır: 
-
proqramın (alqoritmin) başlanğıcı və sonu; 
-
giriş-çıxış əməliyyatları; 
-
hesablama bloku; 
-
keçid (budaqlanma); 
-
çapetmə; və s. 
3.
Alqoritmin proqramlaşdırma dili vasitəsilə təsvir edilməsi (alqoritmik dildə). Alqoritmin 
proqramlaşdırma dilində təsviri, maşının icra edəcəyi hər bir kiçik əməliyyatın müəyyən əmrlərlə 
göstərilməsindən ibarətdir. Proqramlaşdırma dili vasitəsilə təsvir çox dəqiq olmalıdır, çünki maşın 
ancaq ona verilmiş proqramdakı əmrləri icra edə bilir. Çox vaxt proqramı yazmamışdan əvvəl 
məsələnin həll alqoritminin blok-sxemini qururlar, sonra isə ona uyğun proqram yazılır. Alqoritmin 
proqramlaşdırma dili vasitəsilə təsviri onun ixtiyari proqramlaşdırma dilində yazılmasının 
mümkünlüyünü göstərir. Yəni tam kvadrat tənliyin alqoritmini istənilən proqramlaşdırma dili 
vasitəsilə təsvir edə (proqramlaşdıra) bilərik. Proqramlaşdırma dilləri haqqında bir qədər sonra 
məlumat veriləcək. Tam kvadrat tənliyin həll alqoritminin (a-A, b-B, c-C olmaqla) FORTRAN 
dilində yazılışını belə göstərmək olar: 
PROGRAM TKT 
READ (5,1) A,B,C 
1 FORMAT (3F8.2) 
D=B**2- 4. *A*C 
İF (D=O) 2,3,4 
2 WRİTE (6,10) 
10 FORMAT (2X,”həlli yoxdur”) 
GO TO 11 
3 X= - B/(2. *A) 
WRITE (6,20) X 



Yüklə 313,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin