Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir


Istiqlaliyyət müharibəsinə Avropa dövlətlərinin münasibəti



Yüklə 1,65 Mb.
səhifə32/48
tarix10.12.2022
ölçüsü1,65 Mb.
#73688
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   48
Amar niyazlar 500 d dd n ibar t olub, h m t s rr fat xarakterl

14.2. Istiqlaliyyət müharibəsinə Avropa dövlətlərinin münasibəti.
ABŞ-ın qarşısında duran əsas vəzifə Avropa dövlətinin dəstəyini əldə etmək və İngiltərənin təcridinə nail olmaq idi. Buna yeddi illik müharibədən çox az vaxt keçməsi və Avropa dövlətləri arasında ziddiyyətlərin qalması da imkan yaradırdı. Amerikan diplomatiyasının istiqlaliyyət ərəfəsində əsas diqqəti Fransaya yönəltməsi aşağıdakı faktorlarla bağlı idi:

  • Fransa güclü idi və İngiltərə ilə rəqabət üzərində qurulan mqnasibətlərə malik idi;

  • Fransa kral sarayı İspaniya və Avstiya ilə sülalə müqavilələrinə əsaslanan münasibətlərə malik idi. Bu isə Fransanın dəstəyinin qazanılacağı təqdirdə bir neçə Avropa dövlətləri tərəfindən müdafiə olunmağa imkan yaradırdı;

  • Fransanın ABŞ-ı dastəkləməsi ehtimalı böyük idi. Çünki ABŞ-da genişlənmiş maarifçilik ideyalarının inkişafında Fransız maarifçiliyi mühüm rol oynayırdı. Fransız maarifçilərinin ingilis və amerikan maarifçiləri ilə əlaqəsinin tarixi böyük idi. Amerikan maariflərinin dahilərindən olan B.Franklin Fransada daha məşhur idi, hətta əsərləri iki dəfə fransız maariflərindən Bomarşe tərəfindən nəşr olunmuşdur;

  • Fransa başda olmaqla Avropa dövlətinin koalisiyası İngiltərənin dənizlərində hegemonluğunun qarşısına almaq gücündə idi.

Məhz bu məqsədləri rəhbər tutan kontinental konqres Fransa ilə danışıqlara İstiqlaliyyət bəyannaməsi elan olunandan qabaq başlamaq qərarına gəldi. Amerika koloniyalarına hələ 1765-ci ildən Fransa xarici işlər nazirliyindən 2 ticarət agenti göndərilmişdi ki, bunlar qitədə baş verənləri diqqətlə izləyirdilər. Digər tərəfdən fransa maarifçilərinin bir çoxu, habelə koloniyalarda maarifçilik ideyalarını yaymaqla məşğul olan şəxslər sərgilərdə tez-tez görüşmək imkanına malik idilər. B.Franklin bir sıra fransız xadimləri ilə məhz İngiltərədə görüşmüşdü.
Bir qayda olaraq o dövrkü diplomatiya, səfir və yaxud nümayəndə kimi bir neçə nəfəri başqa ölkəyə göndərirdi. Iqtisadi ehtiyatların məhdudluğu üzündən 1775-ci ilin ortalarındaABŞ-dan Avropaya yalnız kontinental konqresin üzvü Saylaz Din göndərilmişdi. Onun başlıca vəzifəsi təkcə Fransada yox, həm də Fransada yerləşən xarici ölkə səfirlikləri ilə iş görməkdən, koloniyaların dəstəklənməsinə nail olmaqdan ibarət idi. S.Din Avropaya B.Franklinin iki məktubunu gətirirdi. Birinci məktub arxitektor Le Ruaya, ikincisi isə həkim Barbe Dübura ünvanlanmışdı. Amerika qitəsində baş verənlərdən məlumatı olan fransız mütləqiyyəti yaranmış imkana fürsət kimi baxsa da İngəltərə ilə münasibəti pozmamaq üçün S.Din rəsmi şəkildə qəbul olunmamışdı.
Lakin Fransa Amerikan koloniyalarında antiingilis əhval-ruhiyyəni düzgün qiymətləndirərək ABŞ-ın dəstəklənməsi üçün lazım olan bir sıra addımları atdı. Ilk növbədə formal şəkildə Amerika ilə ticarət əlaqələrini intensivləşdirmək məqsədi olan saxta «Rodriqo Qortales» ticarət firması təsis olundu. Həmin firmanın vasitəsi ilə qısa müddət ərzində Amerikaya 21 mln. livr dəyərində silah-sursat və hərbi ləvazimat göndərilmişdi. Sonralar C.Vaşinqton Fransanın bu köməyinin Amerikanın müstəqilliyi üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmişdi.
Saylas Din duymuşdu ki, «Rodriqo Qortales» firması hökumət tərəfindən dəstəklənir və istiqamətləndirilir. Lakin bu informasiyanı az sonra Fransaya gələn B.Franklinlə bölüşdürməmişdi. Bu ehtiyatlılıq sonralar İngiltərəyə Fransaya birbaşa müharibə etmə bəhanəsi verməmişdi. Ingilis gəmiləri «Rodriqo Qortales» firmasının bütün gəmilərini ya müsadirə edir, ya da batırırdı. Franklinin başçılığı altında 5 nəfərlik missiyanın Avropaya qədəm qoyması və istiqlaliyyət bəyannaməsinin qəbulundan sonra ABŞ-ın rəsmi nümayəndə kimi tanınması böyük əhəmiyyətə malik idi.
Fransadakı İngiltərə səfiri Stormont B.Franklinin Fransaya buraxılmaması haqqında Fransa Xarici İşlər Nazirliyinə məktub təqdim etmişdi. Lakin XİN Şarl de Ferfe Franklinin Parisə daxil olmasını belə motivləşdirmişdi ki, Franklinə Parisə gəlməməsi haqqında məktub göndərilmişdi. Lakin məktub ləngidiyinə görə Franklin Parisə daxil olmuşdu. Fransa kimi maarifçi dövlətin okeanın o tayından gəlmiş nümayəndəni Parisdən çıxarılması “mədəniyyətsizlık olardı” demiş və bununla da İngiltərənin tələbi yerinə yetirilmədi. Franklinin Fransa missiyasında iki məqsəd güdülürdü:

  • Fransa ilə iqtisadi və hərbi sahədə ittifaqa nail olmaq.

  • Ingiltərə ilə birbaşa danışıqlara nail olması.

İngiltərə ilə silahlı mübarizənin xüsusilə gərgin olan bu dövründə II məqsədə nail olmaq o qədər də asan deyildi. 1777-ci ildə baş vermiş Saratoqi döyüşü mübarizə meydanında çox şeyi dəyişdi. Təkcə ABŞ yox həm də İngiltərədə birbaşa danışıqlara maraq göstərməyə başlanmışdı. Şarl de Verjenin xəfiyyələri franklinin Parisdəki fəaliyyətini diqqətlə izləyirdi. Franklin isə Parisdə yerləşən bütün dövlətlərin səfirlikləri ilə əlaqələrə malik idi. Onun vaxtı ilə İngiltərə parlamentinin üzvü olması İngiltərə nümayəndələri ilə olan danışıqlara da imkan yaradırdı.
B.Franklin Bomarşe tərəfindən Şarl de Verjenə təqdim olunsa da xarici işlər naziri onu XVI Lüdovikə təqdim etməyə tələsmirdi. Bu da Franklini fəaliyyət diapazonunu genişləndirməyə vadar edirdi. Franklinin apardığı danışıqları diqqətlə izləyən Deverjen bu danışıqların birbaşa mərhələyə keçməsini gördükdən sonra Fransanı ABŞ-a dəstəyinə diplomatik status vermək qərarına gəldi. Çünki, Deverjenin danışıqları uzatması İngiltərə ilə birbaşa əlaqələrin yaradılmasına bununla da vasitəçilikdən götürəcəyi dividentləri əngəlləməsinə səbəb ola bilərdi.
Uzun sürən diplomatik danışıqlar 1778-ci iln fevralında ABŞ ilə Fransa arasında ticarət və hərbi ittifaq müqaviləsinin imzalanmasına səbəb oldu. Müqaviləyə əsasən Fransa donanması ABŞ tərəfində hərbi əməliyyatlara girmək imkanı əldə etdi. Avropa sarayları heç də könüllü şəkildə Franklinin missiyasını qəbul etmək istəmirdi. Onlar baş vrmiş hadisəyə müstəmləkələrin metropoliyaya ağ olması kimi baxırdılar və öz müstəmləkələrinin taleyi üçün narahatlıq keçirirdilər. Avropa monarxlarının heç biri ABŞ istiqlaliyyətini tanımaq istəmirdi. Kəskin mövqedə Rusiya və İspaniya dayanırdı. İngiltərənin Avropa siyasətində yeritdiyi hegemonluq Avropa dövlətlərinin ona qarşı birləşməsini şərtləndirdi.
Əslində İngiltərə XI əsrdən sonrakı tarix boyu ilk dəfə Avropa dövlətlərinin diplomatik mühasirəsi ilə qarşılaşdı. İstiqlaliyyət bəyannaməsinin elan olunmasına münasibətdə kontinental konqresdə ciddi ziddiyyət yarandı. Konqresin çoxluğu bilirdi ki, müstəqilliyin elan olunması Avropa dövlətləri tərəfindən qəbul olunmayacaq. Lakin ayrı-ayrı siyasi xadimlər İngiltərəyə qarşı Avropa dövlətlərinin mənfi münasibətini əsas götürərək istiqlaliyyətin elan olunmasını tələb edirdilər. Nə Saylas Din, nə də Franklin və onunla birlikdə gələn nümayəndə heyəti heç bir rəsmi sənəd göstərməmişdilər. Franklin isə yalnız istiqlaliyyət bəyannaməsi elan olunandan sonra rəsmi olaraq öz etimadnaməsini təqdim etmişdi.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin