Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir


XV Mövzu Böyük Fransa burjua inqilabı ərəfəsi və dövründə



Yüklə 1,65 Mb.
səhifə35/48
tarix10.12.2022
ölçüsü1,65 Mb.
#73688
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   48
Amar niyazlar 500 d dd n ibar t olub, h m t s rr fat xarakterl

XV Mövzu
Böyük Fransa burjua inqilabı ərəfəsi və dövründə
Avropada beynəlxalq münasibətlər

XVIII əsrin 80-ci illərinin sonlarından etibarən Fransada feodal-mütləqiyyət quruluşunun böhranı olduqca kəskinləşdi. Fransanın dövlət borcu 1774-cü ildəki 1.5 milyard livrdən, 1788-ci ildə 4,5 mlrd livrə çatmışdı. Milli büdcənin kəsiri 126 mln. livr təşkil edirdi.


Yaranmış böhrandan çıxmaq üçün kral XVI Lüdovik 1614-cü ildən sonra çağrılmayan Baş ştatların çağırılmasına razılıq verdi. Baş ştatrlar maliyyə və vergi islahatlarının keçirilməsində krala yardımçı olmalı idi.
1788-ci ilin ortalarından etibarən güclənməkdə olan xalq hərəkatı 1789-cu ilin yazı üçün ən yüksək nöqtəyə qalxmışdı. Bu dövr xalq kütlələrinin 450 çıxışı olmuşdu. Xalq kütlələrinin təzyiqi altında 1789-cu il mayın 5-də Versalda Baş ştatlar işə başladı. Seçilmiş 1139 deputatın 578 nəfəri üçüncü silkin, 561 nəfəri isə birinci və ikinci silkin (ruhanilər – 291 deputat, zadəganlar -270 deputat) nümayəndələri idilər.
Mütləq monarxiya dövründə Fransa xarici işlər nazirliyi ərazi prinsipi üzrə bölünən iki siyasi idarəyə ayrılmışdı: birinci idarə Qərbi və Mərkəzi Avropra dövlətləri, habedə Amerika ilə diplomatik münasbətlərə rəhbərlik edirdi. İkinci isə –Şərqi və Cənubi Avropa və Skandinaviya dövlətləri ilə münasibətləri həyata keçirirdi.
XVIII yüzilliyin sonları üçün Fransız mütləqiyyət aparatında xarici işlər idarəsi müstəqil nazirliyə çevrilmiş və ona uzun müddət Şarl de Verjen rəhbərlik etmişdir. İnqliab ərəfəsində Fransa Avropanın bütün ölkələri və bir sıra şərq ölkələri ilə diplomatik əlaqələrə malik idi. Fransız kralları diplomatik münasibətlərin normal saxlanması üçün bir neçə vasitədən istifadə edir ki, bunların içərisində nigah və sülalə müqaviləsi mühüm yer tutur. Fransa 1761-ci ildə sülalə müqaviləsini İspaniya ilə bağlamışdı. İlk ziddiyət bilavasitə sülalə müqaviləsinin üstündə baş vermişdi.
1789-cu il 14 iyul üsyanından və Bastiliya qalası alındıqdan sonra, özünü Milli Məclis elan etmiş III silkin deputatları xarici siyasət məsələlərinə müdaxilə etməyə başladı. 1790-cü il mayında İngiltərəyə müharibə elan etmək məsələsi üstündə kralla Milli Məclis ilk dəfə kəskin şəkildə toqquşdu. 1790-cı il üçün İspaniya ilə İngiltərə arasında müharibə ehtimalı ortaya çıxmışdı. 1761-ci il sülalə müqaviləsinə görə Fransa İspaniyaya yardım etməli idi, lakin Milli Məclis qəti şəkildə buna qarşı çıxdı və xarici siyasət məsələləri ilə yaxından məşğul olmaq üçün başda qraf Mirabo olmaqla daimi «Diplomatik komitə» yaratdı. 1791-ci il dekabrda qəbul edimliş xüsusi dekretə görə, «fransız xalqı həmişəlik işğalçılıq müharibələrindən əl çəkir və başqa xalqların azadlıqlarına qarşı hərbi qüvvə istifadə etməyəcəyini» bəyan edirdi.
Xarici siyasət məsələləri əvvəllər bilavasitə kral sarayının əlində olduğu üçün səfir göndərilməsi məsələsini də saray həll edirdi. Həmin səfirlər isə yaranmış şəraitdə kralın göstərişi ilə Fransaya xarici müdaxilənin təşkili ilə məşğul olur, intriqa aparırdılar. Təsadüfi deyildi ki, kralla gizli əlaqədə olan qraf Mirobo özü də etiraf edirdi ki, xarici dövlətlərdəki Fransa səfirlərinin hamısı dəyişdirilməlidir. 1791-ci il martda 7 səfir dəyişdirilmişdi.
Mövcud tətqiqatlara görə, Fransa Burjua inqilabının tarixi və diplomatiyası 3 mərhələdən keçir:
I mərhələ-1789-cu ilin iyununda başlamış 1792-ci ilin 10 avqust üsyanına qədər. Bu mərhələdən xarici suyasət məsələləri bilavasitə kralın prereqativi olsa da baş ştatlar vəya qanun verici məclislə kral arasında xarici siyasət sahəsində səlahiyyətlilərin boşluğu baş verir.
II mərhələ-1792-ci ilin 10 avqustundan başlamış 1793-cü ilin 31 may üsyanına qədər davam edir. Bu mərhələ I respublikanın jirondist mərhələsi adlanır. Xalq siyasəti məsələləri jronda nümayəyəndələri tərfindən həyata keçirilir.
III mərhələ-1793-cü ilin 2 iyulundan 1794-cü ilin 27-nə qədər davam edir. III mərhələ inqilabın yakobin diktaturası dövrünün mərhələsi hasab olunur. Xarici siyasət məsələləri əvvəllər kralın tam şəkildə səlahiyyətlərinə daxil olduğuna görə səfirlərin göndərilməsi məsələsi də sarayın əlində idi. Bu mərhələdə xaricə göndərilən səfirlər, yalnız kralın göstərişini həyata keçirirdi. Qraf Merabo təsadüfi olaraq demirdi ki, Fransanı xaricdə təmsil edən səfirlərin hamısı olmasa da heç olmasa yarısı edam olunmağa layiqdir. 1791-c ilin martı üçün 7 ölkədəki səfir dəyişdirilmişdi.
Inqilabın I mərhələsində xarici siyasət məsələləri ilə diplomatik komitə məşğul olurdu. Milli məclisdə aparılmış müzakirələrdə sonra qərara alındı ki, xarici siyasətlə bağlı təkliflər diplomatik komitə tərəfindən hazırlanmalı, kral tərəfindən təsdiq edilməli odi. 1792-ci ilin avqustuna qədər sol qüvvələrin monarxiyanı devirmək fikri olmalıdır. Çünki bu Avropa dövlətinin Fransaya qarşı müharibəsinə səbəb olardı.
Diplomatik komitədə başlıca yeri Merabo və Toleyran tuturdu. Sonradan məlum olduki, hər ikisi XVI Lüdovikin göstərişlərinə əsasən fallıq göstərirdilər. Fransa ilə Roma Papası arasında münasibətlərin qırılmasına da məhz bu zaman start verilmişdi. Dini fəzifələrin bir sıra mərhələlərini keçmiş Toleyran kilsə torpaqlarının milliləşdirilməsi haqqında xüsusi qanun hazırlamlşdı ki, buna görə də Roma Papası Fransa ilə diplomatik münasibətləri kəsmiş və Toleyranı lənətləyərək kilsədən xaric etmişdi. Roma Papası ilə Fransa arasında münasibətlər 1801-ci ildə bağlanmış konqordata əsasən qaydaya salınmışdı. Toleyran 1789-1792-ci ilin iyununa qədər milli məclisin deputatı olmuş, sonra isə öz təşəbbüsü ilə İngiltərəyə I koalisiya qüvvələrini diplomatik yolla dağıtmaq üçün göndərilmişdi. Toleyranın təkrar Fransaya qayıdışı 1796-cı ilin ortalarına aiddir. I Napoleonun konsunlluğunun yaradılmasında təşkilatçılardan biri kimi Toleyran konsulluq və imperiya dövrünün əvvələrində (1799-1807) Fransanın xarici işlər naziri postunu tutmuşdu.
Inqilabın I dövründə Fransanın qəbul etdiyi qərarların içərisində “İnsan və vətəndaş hüquqlarına dair bəyannamə” xüsusi yer tuturdu. Həmin bəyannamədə Fransa xarici siyasət vasitəsi kimi müharibələrdən imtina etmək öhdəliyi götürürdü. Bu ideya ABŞ-da qəbul olunmuş İstiqlaliyyət bəyannaməsinin nəticəsi kimi ilk Fransız konstitutsiysında öz əksini tapmışdı. Fransada hadisələrin gərgin­liyini artıran əsas məsələrdən biri XVI Lüdovik və Mariya Antuanettanın qaçması ilə əlaqədar “Varen” böhranı adı almış epizod olmuşdu. Inqilabın hadisələrin ilk günlərində Fransız ordusu kralın itaətindən çıxmış, Anrinin başcılıq etdiyi Milli qvardiya isə inqilabın tərəfinə keçmişdi.
Yaranmış şəraitdə kral yalnız xarici dəstəklə Fransada hakimiyyətini bərpa edə bilərdi. Bu məqsədlə 1791-ci il iyunun 20-dən 21-nə keçən gecə kral və arvadı Mariya Antuanettanın paytaxtdan qaçışı təşkil olundu. Sonradan məlum oldu ki, krala və arvadına xarici pasportu rus səfiri vermişdir. Lakin kralın ehtiyatsızlığı üzündən Varen şəhərində poçt müdiri Jan Dürye onları tanıdı və hər ikisi tutularaq geri qaytarıldı. Doğrudur, kral özünün zorla qaçırılması haqqında Qanunverici məclisə məlumat versə də, yaranmış gərginliyi azaltmaq mümkün olmadı. Kralın qaçışını pozmuş poçt müdiri isə konvent tərəfindən mükafatlandırıldı və Paris perfekturalarından birinə rəis təyin olundu. Bu hadisədən sonra Milli Məclis xarici siyasət məsələlərini bütünlüklə öz əlinə aldı.
XVIII əsrin sonları üçün Avropa diplomatiyasında başlıca rolu iki dövlət – İngiltərə və Rusiya oynayırdı. İngiltərədə xarici siyasət məsələlərinə 1783-cü ilin dekabrından etibarən lord Çatamanın oğlu kiçik Uilyam Pitt rəhbərlik edirdi. O, bu vəzifədə 1783-1801 və 1804-1806-cı illər arasında (ölümünə qədər) olmuşdur. Pittin başlıca məqsədi İngiltərəni blokadadan qurtarmaq, Fransa və Rusiya əleyhinə Avropa dövlətləri ilə ittifaq yaratmaq idi. Məhz onun səyi nəticəsində 1787-91-ci illərdə rus-türk müharibəsi baş verdi. 1788-ci ildə İsveç kralı III Qustav Peterturqa hücum etdi. Lakin Fransa burjua inqilabı kontinentdə qüvvələr nisbətini pozduğu üçün İngiltərə Fransaya qarşı koalisiyanın təşkilatçılarından biri oldu.
Rusiya imperatoru III Yekaterinanın hakimiyyəti illərində (1762-1796) xarici işlər kollegiyasına qraf Osterman başçılıq edirdi. Kraliça xarici siyasət məsələlərində knyaz A.A.Bezborodko, Potemkinə daha çox üstünlük verirdi.
XVIII əsrinsonlarından etibarən Rusiyanın başlıca diqqəti Fransa inqilabına yönəlmişdi. II Yekaterina Fransada inqilab xəbərindən sonra 2 həftə xəstə yatmış, sonralar XVI Lüdovik və arvadının Parisdən qaçışını təşkil etmək üçün Fransadakı rus səfiri Simolinə müvafiq göstərişlər vermişdir. II Yekaterina Müəssislər məclisini 1200 başlı əjdaha adlandırır və göstərirdi ki, Fransaya sərsəm və canilər dəstəsi başçılıq edir.
Varen böhranı eyni zamanda Fransanın ətrafında hərbi diplomatik mühasirə həliqəsinin güclənməsinə səbəb oldu. Məlum olduğu kimi Fransa inqilabının ilk dövrləri də daxil olmaqla Avropada İngiltərə-Prussiya bloku ilə İspaniya, Fransa, Rusiya, Avstriya bloku arasında ziddiyyətlər güclü idi. Fransa burjua inqilabının monarxiya mərhələsində Rusiyanın Fransaya münasibəti dəyişməmişdi. Rus knyazı olan Potyomkin,Bezborotko və başqaları II Yekaterinanın Fransada baş verən hadisələrin daimi olmadığına inandırmağa çalışrdılar.
Buna baxmayaraq Fransız mühacirləri Rusiyada hörmətlə qarşılanır, dövlətin himayəsinə götürülür, vəzifə də verilirdi. Bir qədər sonra vəziyyət ciddi şəkildə dəyişdi. Rusiya –Prusiya və Avstriya –Rusiya ziddiyətlərinin mövcudluğuna baxmayaraq tədricən o, 2 dövlətlə münasibətlərin yaxşılaşmasına çalışırdı. Bəhs etdiyimiz dövr İngiltərə-Rusiya ziddiyətlərinin də kəskinliyi ilə səciyələnir. Hətta vəziyyət əgər İngiltərənin sənaye burjuaziyası işə qarışmasaydı müharibə aparacaqdı. İngiltərə burjuaziyası Rusiya ilə ticarətdə, Rusiya vasitəsi ilə Şərqölkələri ilə ticarətlərdən çox gəlir götürürdü. Buna baxmayaraq Böyük Pit nəyin bahasına olursa olsun Rusiyanın Qara dəniz sahillərində möhkəmlənməsini istəmirdi.
Bu dövrdə Rusiyanı İngiltərədə istedadlı səfir qraf Vorontsov təmsil edirdi. Vorontsov İngiltərədəki parlament müxalifətinin üzvləri ilə yaxın əlaqədə idi. II Yekatrina arxayın idi ki, İngiltərənin Rusiyaya müharibə elan etməsi baş tutmayacaq. Bəhs olunan dövrdə İngilis-rus ziddiyətlərinin kəskinləşməi Türkiyə ilə sıx bağlı idi. Cənuba və cənub-şərqə doğru irəliləyən Rusiya artıq Qara dənizin şərq sahilinə və Cənubi Qafqaza nüfuz etməkdə idi. İngiltərə isə Cənubi Qafqazın Rusiyanın əlinə keçməsinə razı deyildi.
Məhz İngiltərənin təhriki ilə 1787-1791-ci illər II Rus-Türk müharibəsi baş vermişdi. Lakin İngiltərənin hərbi-siyasi köməyinə baxmayaraq Rusiya Oçakov qalasını ələ keçirmiş, Qara dəniz sahillərinə çıxış yaratmış və burada donanma yerləşməsi üçün konkret tədbirlər görməyə başlamışdı. 1791-ci ilin yayında imzalanmış Yassı sülh müqaviləsini Rusiyanın Krımda möbqelərini gücləndirmiş, ümumiyyətlə Rusiya Şimali Qafqaza sahiblənməyə başlamışdı. Şərqi Gürcüstanla georgiyevsk traktatı imzalanmışdı. Lakin Fransada monarxiyanın devrilməsi İngilis-Rus rəqabətini arxa plana keçirdi. II Yekaterinanın dövründə Rusiya-Prussiya münasibətləri də gərginlik içində olmuşdur.
Prussiyanın İngiltərə ilə yaxınlığı Polşanın I bölgüsündə iştirak etmiş dövlətləri bir-birinə qarşı qoymuşdur. Rusiya-Avstriya münasibətləri kifayət qədər isti olmuşdu. Buna baxmayaraq təkrar bölgüsü ərəfəsində Rusiya diplomatik çeviklik göstərmiş, Avstriya-Polşanın II bölgüsündən kənalaşdırılmışdı.Monarxiya dövründə xarici siyasət məsələləri ilə qraf Merabonun başçılıq etdiyi diplomatik komitə məşğul olurdu. Komitə 12 üzvdən təşkil olunmuş, lakin üzvlərinin 1/3-i bir neçə aydan bir dəyişdirilirdi. Smolinin qraf Merabo ilə yaratmağa çalışdığı münasibətlər Merabonun ölmü üzündən yarımçıq kəsildi.
1792-ci il fevralın 7-də Avstriya ilə Prussiya Fransaya şarşı ittifaq müqaviləsi bağladılar, beləliklə Fransaya qarşı I koalisiya meydana gəldi. Müqaviləyə görə, tərəflərin hər biri Fransaya qarşı 20 min nəfər əsgər çıxarmalı idi.
I koalisiyanın yaranması qannuverici məclisi qəti qərarlar qəbul etməyə sövq edirdi. 1792-ci il 15 marda kral məclisin tələb ilə general Dumuryeni (jirondistlərə yaxın idi) xarici işlər naziri təyin etdi. Yepiskop Taleyran koalisiyaya qarşı yardım əldə etmək ümidi ilə İngiltərəyə göndəildi, lakin nəticəsiz qaldı.
Qanunverici məjlis (1791-ci il oktyabrda açılmışdı) 12 nəfərdən ibarət Diplomatik komitə yaratdı ki, ona jirondist Briesso başçılıq edirdi.
1791-ci ilin sonlarına doğru Rusiya-Türkiyə müharibəsi başa çatdıqdan sonra Avropa dövlətlərinin Fransaya qarşı koalisiyası təşkilati xarakter almağa başlamış və 1792-ci ilin 7 fevralında Avstriya-Prussiya hərbi ittifaqını şərtləndirmişdi. Hərbi sazişin şərtlərinə görə tərəflərin hər biri Fransaya qarşı 20 minlik ordu çıxarır. Prussiya ordusunun təchizatını isə Avstriya öz üzərinə götürürdü. Mövcud tədqiqatlarda bu Fransaya qarşı birinci koalisiyasının yaradılması kimi təqdim olunmuşdu. Avstriya-Prussiya hərbi ittifaqının yaranmasından dərhal sonra Rusiya, İspaniya, İngiltərənin bu ittifaqa cəlb olunması ətrafıda diplomatik mübarizə yarandı.
Lakin Fransa, Avstriya,Prussiya hərbi ittifaqının qüvvələrinin təşkil olunmasına imkan verməmək üçün özü hadisələri qabaqlamaq qərarına gəldi. Fransa konventi 1792-ci il aprelin 20-də Avstriya iyunun 6-da Prussiyaya müharibə elan etdi. Lakin Fransa ordusunun vahid hərbi komandanlığa malik olmaması müharibə cıbhələrindıki uğursuzluqları şərtləndirdi. Fransız diplpmatiyası Avstriya-Prussiya ittifaqına İngiltərənin qoşulmasına imkan verməmək üçün Taleyranı xüsusi missiya ilə İngiltərəyə göndərdi.
Vəziyyətin ağırlığı 10 avqust 1792-ci il üsyanı ilə nəticələndi. Kral və ailəsi həbs edilib Tampl qalasına salındı. Sentyabrın 22-də Fransa Respublika elan edildi. Jirondist Lebren xarici işlər naziri təyin edildi. Ədliyyə naziri Danton xarici siyasət məsələlərində başlıca rol oynayırdı. 1792-ci ilin sonları üçün Fransa ərazisi müdaxiləçilərdən təmizləndi. Bu Fransa əleyhinə koalisiyanın güclənməsinə səbəb oldu. 1793-cü ilin martında koalisiyaya İngiltərə, Avstriya, Prussiya, Rusiya, İspaniya, Hollandiya, bir neçə alman knyazlığı, Sardiniya və Neapol daxil idilər.
Rusiya ilə Prussiya Polşanın ərazisini 1793-cü ilin yanvarında ikinci dəfə bölüşdürdülər.
Fransanin hərbi uğursuzluqları 1792-ci ilin 10 avqust üsyanını şərtləndirdi. Lakin bu zaman təsadüfən kral sarayındakıgizli arxiv aşkarlandı. Arxivdə parlamentin ayrı-ayrı üzvləri ilə kral arasındakı əlaqələrin olmasını müəyyənləşdirən sənədlər aşkarlandı. O, cümlədən qraf Merabonun krala 1, Taleyranın isə iki məktubu tapıldı. Konvent onları vətən xainləri adlandırsada Merabo ölmüş, Taleyran İngiltərəyə getmişdi. Konvent Taleyranın geri çağrılmasına nail olsa da, Taleyran Hollandiyadan sığınacaq istədi.
Ancaq buna nail olmayaraq 1792-ci ildə Amerikaya köçdü. 10 avqust üsyanından sonra Fransa ətrafında həm daxili, həm də xarici vəziyyət gərginləşdi. Doğrudur, monarxiyanı ləğv etmək üçün kifayət qədər sübutlar toplanmışdı. Lakin qanunverici məclis və ya konvent bütün Avropa ilə müharibə aparmaq iqtidarında deyildi. Lakin konventdəki siyasi mübarizə respublika tərəfdarlarının üstünlüyü ilə nəticələndi. 1792-ci il sentyabrın 21-də monarxiya devrildi, 22-də isə Fransada I Respublika yaradıldı (1792-1804).
Artıq Respublika elan olunandan sonra xarici siyasət məsələləri tam şəkildə konventin əlində cəmləşdi. Jirondist respublikası 1792-ci ilin sonu üçün müdaxiləçilərin Fransa sərhədlərindən uzaqlaşmasına nail oldu. 1793-cü ilin əvvəllərində etibarən Fransaya qarşı koalisiya qüvvələrinin sıraları da genişləndi. Ingiltərə və Rusiya Fransaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirak etməyə başladı. Lakin Jirondist diplomatiyası hərbi əməliyyatlardan daha çox siyasi mübarizəyə, diplomatik danışıqlara üstünlük verirdi. Təsadüfü deyil ki, Jirondistin dövründə xarici siyasət məsələlərinə rəhbərliyi öz əlinə alan Ədliyyə naziri Danton bütün danışıqları şəxsən həyata keçirirdi. Xarici işlər naziri Levren Dantonla yaxın əlaqəli şəkildə fəallıq göstərirdi. Lakin siyasi sabitliyi pozulmuş Fransada ölkənin siyasi həyatına tez-tez müxtəlif qüvvələr çıxırdı ki, bunlardan biri də Yakob monastırının yetirmələri olan yakobinçilər idi. Fransanın siyasi həyatına inqilabi terror siyasətin zor gücünə davam etməsi yakobinçilərin adı ilə bağlıdır.
1792-ci ilin hərbi əməliyyatlarının uğursuzluğu I koalisiya qüvvələrinin daha da güclənməsini şərtləndirdi, eyni zamanda bu Rusiya-İngiltərə, Rusiya-Prussiya arasında ziddiyətləri tam şəkildə arxa plana çəkdi. Rusiyanın Fransa sərhədlərin daha cox yaxınlaşmaq niyyəti bu dövrdə Fransada başlamış inqilabi hadisələri diqqətlə izləyən və onun təsiri ilə yeni ixtişaşların məkanına çevrilən Polşada baş verən hadisələr II bölüşdürməni şərtləndirdi. Polyak şlyaxtasının fəallaşması Polşanın müstəqilliyi ilə bağlı olmuşdu. Lakin bu fəallaşma Polşaya II faciənə gətirdi, belə ki, Rusiya-Prussiya diplomatiyası Avstriyaya bildirmədən Polşa ərazisinin II bölüşdürülməsini həyata keçirdi. Rus qoşunları Polşanın cənub-qərb vilayətlərinə daxil oldular. Yalnız bundan sonra Avstriya Polşanın ikinci bölüşdürülməsindən xəbər tutdu. 1792-ci ilin mart-apreli üçün qüvvətlənmiş koalisiya qüvvələrinin yenidən Fransanın ərazisinə daxil olması Jirondist hakimiyyətinin ömrünü qısaltdı.
1793-cü il 31 may- 2 iyun hadisələri nəticəsində Jirondist hakimiyyəti devrildi, yakobin diktaturası devrildi. Ilk tədbir ümumi hərbi mükəlləfiyətin tətbiq edilməsi oldu. Diktaturanın əvvəlləri xarici hərbi müdaxilənin yenidən uğursuzluğu ilə səciyyələnir. Belə ki, bir sıra yüksək vəzifəli şəxsiyyətlərin xəyanətinə və vandiya qiyamçılarının tərəfinə keçmələrinə baxmayaraq umumi hərbi mükəlləfiyyətlər Yakobin diktaturasına yarım millyonluq ordu yaratmasına imkan verdi.
Yakobin diktaturasının əvvəllərində bir sıra dəyişikliklərin içərisində xarici siyasətlə bağlı dəyişikliklər mühüm yer tuturdu. Belə ki, diktaturanın ilk günlərindən liberal görüşlü Xarici işlər naziri Lebren həbs edildi və dövlətə xəyanətdə günahlandırılaraq qliyatinə verildi. Daha radikal görüşlərə malik Dantonun yaxın adamı Deforq Xarici işlər naziri təyin olundu. Lebrin həbs edildi.
Diktatura XVI Lüdovikin tərəfdarı olan adamların da dövlətə xəyanət məsələsinə xüsusi yer ayırdı. Hələ 1793-cü ilin yanvarın 21-də yakobinçilərin ad-baad səsverməsindən sonra XVI Lüdovik də qlyatinə verildi. Oktyabrın 16-da Mariya Antuanettda başda olmaqla bir qrup dövlət adamı da dövlətə xəyanətdə ittiham edildi.
Yakobinçilər inqilabi terrora elə vüsət verdilər ki, bu onların ətrafında boşluğun yaranmasına səbəb oldu. Yakobinçilərin xarici siyasət sahəsindəki uğurları I koalisiyanın qüvvələrini də artırdı. 1793-cü ilin 3 senyabırı üçün antifransız koalisiyasının tərkibində Avstriya və Prussiya ilə yanaşı İngiltərənin, Rusiyanın, Hollandiyanın bir neçə alman knyazlıqlarının, İtalyan knyazlıqları Sardinya və Neapolun hərbi qüvvələrindən istifadə edildi. 1793-cü ilin sonlarından etibarən koalisiya qüvvələrinin üstünlükləri yenidən özünü göstərməyə başladıqda, Jirondist deputatların bir çoxu öz vəzifə və həyatları ilə vidalaşmalı oldular. Xarici siyasət tam şəkildə ictimayi nicat komitəsinin əlində idi.
Bilavasitə xarici siyasət məsələləri ilə Robespyer və Barrer şəxsən məşğul oldular. Robespyer XİN-nin strukturlarında da dəyişiklik etdi. 1794-cü ilin əvvəllərində nazirlik komissar Byuşo başda olmaqla 12 komissiya ilə əvəz olundu. Komissiyanın hər biri konkret fəaliyyət sahələri ilə məşğul olurdu ki, bu da xarici siyasətə dinamik xarakter verirdi. Diktatura dövründə Fransa yalnız 8 dövlətlə o, cümlədən Türkiyə, İsveç, ABŞ, danimarka, İsveçrə, Əlcəzair, habelə iki şəhərlə: Genuya və Cenevre ilə diplomatik əlaqələrə malik idi. Yakobin diktaurasının süqutu yakobinçilərin keçirdiyi terror əməliyyatı nəticəsində şərtlənmişdi.
Fransada fəaliyyət göstərən xarici kəşfiyyat ayrı-ayrı yakobin liderlərinin ləkələnməsi üçün şantajdan məharətlə istifadə edirdilər. Elə liderlər məhv edildi ki, bunlar diktaturanın sosial dayağını zəiflətdi. Artıq 1794-cü ilin mayında diktaturanın İngiltərədəki nümayəndəsi öz əlaqə kanalları vasitəsi ilə Robespyerə Fransada hazırlanmış qəsd haqqında məlumat çatdirmış, onun reallığı isə 9 termidor çevrilişi ərəfəsində özünü göstərmişdi.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin