Amar niyazları 500 ədəddən ibarət olub, həm təsərrüfat xarakterli,həm də nomlar arası xarakterli münasibətləri öyrənmək üçün əhəmmiyyətlidir


Almaniyanın birləşdirlməsi ətrafında diplomatik mübarizə



Yüklə 1,65 Mb.
səhifə47/48
tarix10.12.2022
ölçüsü1,65 Mb.
#73688
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   48
Amar niyazlar 500 d dd n ibar t olub, h m t s rr fat xarakterl

Almaniyanın birləşdirlməsi ətrafında diplomatik mübarizə
və beynəlxalq nəticələri
XIX yüzilliyin ortaları üçün Avropada iki dövlətin birləşdirilməsi prosesi-Almaniya və İtaliyanın birləşdirilməsi öz həllini gözləyən problemlərdin sırasında idi. 1815-ci il Vyana konqresinin məlum qərarına əsasən təsis olunmuş Alman İttifaqı Avstriya və Prussiya arasındakı rəqabət ucbatından bir neçə dəfə dağılmaq təhlükəsinə məruz qalmışdı. XIX yüzillyin ortalarında Almaniyanın birləşdirilməsi ətrafında Avstriya-Prussiya rəqabəti kifayət qədər kəskinləşmişdi. Lakin Rusiyanın Avstriyanı dəstəkləməsi problemin yenidən Avstriyanın xeyrinə həll olunması ilə bitmişdi. Avropa hökmdarlarının da iştirakçısı olduqları 1851-ci il Olmyuts müqaviləsinin şərtlərinə görə, Alman İttifaqında Avstriyanın birinciliyi bərpa olunmuşdu. Rusiyanın hadisələrə təsiri Avropada tarazlığın saxlanıması məqsədi ilə edilmşidi.
Bununla belə, Olmyuts müqaviləsindən sonra da Prussiyanın Almaniyanı öz ətrafında birləşdirməsi prosesini həyata keçirməsi ciddi maneələrlə qarşılaşırdı. Artıq məlum idi ki, Rusiya Almaniyanın birləşməsi prosesinə imkan verməyəcək. Buna nə Avstriya, nə Fransa, nə də İngiltərə imkan yaratmaq fikrində deyildi. Çünki Avropada yaradılmış tarazlıq Almaniyanın birləşdirilməsi prosesinin başa çatması ilə yenidən pozula bilərdi. Bunu isə ilk növbədə İngiltərə və Fransa istəmirdi. Çünki əks təqdirdə Fransanın milli maraqlarına təhlükə kimi onun sərhədləri yaxınlışında böyük dövlət yarana bilərdi.
Almaniyanın birləşməsi Otto Eduard Leapold fon Bismark Şenhauzenin adı ilə bağlı idi. O, XIX yüzilliyin yaşıdı idi, 1815-ci ildə yunker ailəsində anadan olmuş, yaxşı təhsil görmüşdü. 1848-49-cu illər inqilabı ərəfəsində siyasət meydanına qədəm qoyan Bismark Avropa diplomatiyasının incəliklərini mənimsəmiş və Avropa siyasətində elə dəyişikliklər etmişdi ki, F.Engelsin ifadəsinə görə, Bismarkdan sonra Avropa dövlətləri arasında ancaq qarşılıqlı etimadsızlıq qalmışdı. 1849-59-cu illərdə Bismarkın “tülkü yuvası” adlandırdığı İttifaq Seymində fəaliyyəti ona Avstriya, Fransa, İngiltərə və Rusiya diplomatiyasının incəliklərini öyrənməyə imkan vermişdi.
Bismark Almaniyanın qarşısında duran ağır vəzifələrdən danışarkən hələ 1859-cu ildə rus diplomatı qraf Orlovla söhbətində demişdi ki, onu Almaniyaya qarşı Avropa dövlətlərinin «koalisiyaya koşmarı» ciddi narahat edir. Bismark öz son məqsədini ifadə edərək deyirdi: «Tarixdə alman xalqı deyilən şey yoxdur, bizim məqsədimiz Almaniyanı Prussiyanın içərisində əritmək və Prussiyanı Almaniyaya çevirməkdən ibarətdir».
Almaniya İttifaqında birincilik uğrunda mübarizə 60-cı illərin əvvəllərindən etibarən Prussiyanın xeyrinə dəyişməkdə idi. Krım müharibəsindən sonra Avstriya Rusiya kimi etibarlı müttəfiqini itirmişdi ki, bu da Almaniyanın gələcək taleyində mühüm rol oynadı. Almaniya tarixində «İndemnitet haqqında qanun»un qəbulu prosesi kifayət qədər ağrılı məsələlərdən biri idi. Prussiyaya Almaniyanın birləşməsini həyata keçirmək üçün hərbi islahatın keçirilməsi vacib idi. Lakin İttifaq Seymi hərbi nazir Albrext fon Roonun təklif etdiyi ordu quruculuğu layihəsini iki dəfə rədd etmişdi. Yaranmış şəraitdə prus imperatoru I Fridrix Vilhelm 1861-ci ildə istefa verməyə hazırlaşdığını bəyan etdi. Bismark bu dövrdə Peterburqda diplomatik poçtla bağlı problemləri öyrənirdi. Hətta rus çarı II Aleksandr ona Rusiyada qalıb xidmət göstərməyi təklif etmişdi.
Hərbi nazirin təklif etdiyi layihənin uğursuzluğu Prussiyada bir sıra dəyişikliklə şərtləndirdi. O.Bismark Prussiyanın kansleri vəzifəsinə 1862-ci il sentyabrın ortalarında hərbi nazir Roonun təklifi ilə gətirildi. Onun gördüyü ilk iş isə «Septenant haqqında qanun»un İttifaq Seymindən keçirməsi oldu. Bismark Prusiyanın birinci naziri kimi fəaliyyətə başladıqdan dərhal sonra hərbi büdcə üçün seymin razılışını almadan kiçik bir məbləğ ayırdı. Son nəticədə seym Bismarkın təklif etdiyi qanun lahiyəsini qəbul etdi. Həmin qanuna görə, parlament 7 illik dövr üçün qabaqcadan hərbi büdcəni təsdiq edir, sonra isə bu büdcə Bismark tərəfindən 1-2 ilə xərclənirdi.
Otto fon Bismark Prussiyanın kansleri vəzifəsinə gəldiyi dövr Avropada dramatik hadisələrin cərəyan etdiyi dövr idi. Dövlətlər arasında müstəmləkə rəqabəti güclənmiş, mənafe ayrılığı Avropa dövlətlərini üz-üzə qoymuş, Qorçakov «sirkulyarının» (tövsiyə məktublarının) yayılması nəticəsində Rusiya Qara dənizdə itirilmiş hüquqlarını dinc yolla bərpa edilməsi uğrunda mübarizəyə başlamış, 1863-cü ildə baş vermiş Polşa üsyanı Avropa dövlətlərinin diqqətini bir müddət Almaniyanın birləşdirilməsi məsələsindən yayındırmışdı. Yaranmış şəraitdə Rusiya, İngiltərə və Fransa arasında münasibətlər yenidən kəskinləşmiş, lakin Avropa dövlətləri Polşa ilə bağlı Rusiyaya qarşı vahid cəbhə yarada bilməmişdi.
Zaman Prussiyanın xeyrinə işləyirdi. Bismark qısa müddətə hərbi quruculuqla bağlı ciddi yeniliklər etmiş, orduya 43 minə yaxın alman gənci çağırılmış, xaricdən silah və sursat alınmışdı. Artıq Bismark Almaniyanın birləşdirilməsi prosesinə nədən və necə başlamaq üzərində düşünürdü ki, bu fürsəti Danimarka yaratdı. Belə ki, 1863-cü il noyabrın 15-də Danimarka kralı VII Fridrixin ölümündən sonra IX Xristian taxt-taca sahib oldu. Onun ilk gördüyü iş isə Danimarka konstitusiyasının Şlezviq və Qolşteynin ərazisinə yayılması ilə bağlı sərəncam verməsi oldu. Bu ərazilər hələ Vyana konqresi dövründən Danimarkanın tərkibinə qatılsa da, bir neçə dəfə müzakirə obyekti olmuşdur.
XIX əsrin ortalarında Alman İttifaqında siyasi mübarizə yenidən qızışarkən Almaniyaya məxsus tarixi ərazilərin taleyi yenidən gündəliyə çıxdı. 1851-ci ildə imzalanmış Olmyuts müqaviləsinə əsasən, Alman İttfaqında birincilik Rusiyanın dəstəyinə əsasən yenidən Avstriyaya verildi. Az sonra, 1852-ci ildə Şlezviq-Qolşteyn məsələsi üzərində müzakirələr təzələnsə də, London protokoluna əsasən Prussiyanın özünün də razılığı ilə Danimarkanın xeyrinə həll olunmuşdu. Lakin bu məsələni öz dövrü üçün tam şəkildə anlayan və həlli yolunu göstərə biləcək heç kəs qalmamıdı. Belə ki, lord Polmerstan həmin məsələ ilə əlaqədar bir dəfə etiraf etmişdi ki, «bütün Avropada bu məsələnin mahiyyətini cəmi üç nəfər bilirdi: şahzadə Albert (kraliça Viktoriyanın əri), qoca bir danimarkalı və mən. Albert bu yaxınlarda ölmüş, qoca danimarkalının ağlı çaşdığı üçün dəlilər evinə salınmışdı. Mən isə bu məsələni artıq unutmuşam». Bismark bu məsələdə dördüncü adam olmaq fikrində deyildi. O bilavasitə Almaniyanın birləşdirilməsi işini öz əlinə almaq istəiyrdi.
1863-cü il Polşa üsyanından sonra Rusiyanın Prussiyaya münasibəti tamamilə başqa idi, çünki həmin üsyan zamanı Bismarkın məsləhəti ilə Rusiyanın tərəfində duran I Vilhelm bacısı oğlu II Aleksandrın məhəbbətini qazanmışdı. Bismark sonralar da dönə-dönə deyirdi ki, «siyasi xidmətə görə hökmən siyasi haqq verilməlidir».
II Aleksandrın Bismarka münasibəti olduqca yaxşı idi. Yalnız Qorçakov Bismarkın planlarını duyduğu üçün ona inanmırdı. Bismark yazırdı ki, «bu qoca sarsar» sonralar çarın mənə olan inamını dəyişdirməyə müvəffəq olmuşdu.
Bismark 1863-cü ilin sonundan 1864-cü ilin yazınadək III Napoleonun fikrini öz xeyrinə dəyişdirməyə müvəffəq olmuşdu. İngiltərə isə belə hesab edirdi ki, Bismark Şlezviq-Qolşteyn məsələsini öz xeyrinə həll etməyə çalışsa, Danimarka ordusu tərəfindən məğlub ediləcəkdir. Bismark bu məsələdə Avstriya ilə hələləlik birlikdə hərəkət etmək niyyətində idi, buna görə də Bismark Frans İosifə birgə hərəkət etməyi məsləhət görürdü ki, Avstriya-Prussiya blokunun zəhmi qarşısında İngiltərə təkbaşına Danimarkanı müdafiə etməsin. Fransanın başı Meksika ekspedisiyasına qarışdığı üçün İngiltərə ilə birlikdə hərəkət etməyəcəkdir. Lord Rossel Fransa xarici işlər naziri Druen de Lyusiə müraciət edərək bu məsələyə müdaxilə etməyi xahiş etsə də, Druen cavabında nəzakətlə ona Poşla məsələsində Fransa və İngiltərənin müvəffəyqiyyətsiz ittfaqının xatırlatmış və xahişdən imtina etmişdir.
Rusiya isə Krım müharibəsindən sonra beynəlxalq nüfuzunu kəskin şəkildə itirmiş və Avstriyanın satqınlığını hələ bağışlamamışdı. Məlum olduğu kimi, hələ Krım müharibəsi zamanı - 1854-cü il mayın ortalarında I Nikolay Avstriyanın hərəkətindən hiddələnərək Paskeviçə yazmışı ki, «artıq elə vaxt gəlib çatmışdır ki, türklər və onların müttəfiqləri ilə vuruşmaq yox, Avstriyanı satqınlığına görə cəzalandırmaq lazımdır». Rusiyanın bu məsələ müdaxiləsinin çətinləşdirən başqa bir amil də Polşada baş verən 1863-cü il üsyanı və Rusiyanın başının buna qarışması idi.
Prussiyaya birləşdirmək məsələsini qaldırmaq imkanı verdi. Hər iki əyalət almanlarla məskunlaşmışdı. VII Fridrixin ölümündən sonra.
Danimarkada hakimiyyətə yeni gəlmiş kral IX Xristianın verdiyi yeni konstitusiyaya görə Şlezviq qəti şəkildə Danimarkaya birləşdirilirdi, halbuki bu vilayət əsasən almanlarla məskunlaşmışdı. Bismarka da elə bu lazım idi, o, dərhal elan etdi ki, Danimarkanın belə bir konstitusiya verməyə ixtiyarı yoxdur. Danimarka dərhal yardım üçün İngiltərəyə müraciət etdi və baş nazir Palmerston Danimarkanın əmin etdi ki, müharibə baş verəcəyi təqdirdə İngiltərənin tərəfdaşlığına arxayın ola bilər.
Bismark diplomatik hazırlıqdan sonra Danimarkaya qarşı qəti fəaliyyətə başladı. 1864-cü il yanvarın əvvəllərində Prussya Avstriya ilə birlikdə IX Xristiana ultimatum təqdim etdilər. Ultimatumda yalnız bir tələb vardı: 48 saaat müddətinə elan edilmiş konstitusiyanı ləğv etmək. İngiltərə tərəfindən arxayınlaşdırılmış Danimarka ultimatumu rədd etdi və hərbi hazırlığa başladı.
Ultimatumdan xəbər tutan İngiltərənin baş naziri Palmerston verdiyi sözdən yayınaraq kraliçanın və parlamentin razılığı olmadığı üçün Danimarkaya hərbi yardım etməyin mümkün olmadığını bildirdi. Beləliklə, yaranmış şəraitdə Danimarka təkləndi, Fransa da ona yardım etməkdən qəti imtian etdi. Yanvarın ikinci yarısı birləşmiş Avstriya-Prussiya qoşunları Danimarkaya daxil oldu. IX Xristian 1864-cü il aprelin 18-də baş vermiş Düppel döyüşündə ağır məğlubiyyyə uğradı və ən ağır şərtlərlə sülh müqaviləsinin imzalan­masına razılıq verdi. Mayın 12-də barışıq, oktyabrın 30-da isə sülh müqaviləsi bağlandı. Müqaviləyə görə, Şlezviq, Qolşteyn və kiçik Lauenberq hersoqluğu qaliblərin əlinə keçdi.
Uzun sürən diplomatik danışıqlardan sonra 1865-ci il avqustun 14-də Qaşteyn konvensiyası imzalandı. Konvensiyaya görə kiçik Lauenburq hersoqluğu Prussiyaya ilhaq edilir, əvəzinə Avstriya 2, 5 mln taler məbləğində qızıl pulla ödənc alırdı. Şlezviq Prussiyanın, kiçik alman knyazlıqların ilə əhatə edilmiş və Avstriyadan xeyli aralı olan Qolşteyn isə Avstriyanın idarəçiliyinə keçirdi. Ərazi bölgüsü zamanı Bismark böyük ustalıqla Avstriyadan xeyli kənarda olan Qolşteyni Avstriyaya verməyə müvəffəq oldu, halbuki ərazicə Lauenberq və Şlezviqə bərabər olan Qolşteyn Prussiyanın qonşu­luğunda idi. Bismark belə bölgünü keçirməklə gələcəkdə Qolşteyni çətinlik çəkmədən Prussiyaya birləşdirməyi planlaşdırırdı. Əslində hər iki dövlət uzun müddət davam edən danışıqların nəticəsində yaranan bölgüdən narazı idi.
Təsadüfi deyildi ki, hər iki dövlət məsələni bitmiş hesab etmədiyi üçün fəal şəkildə müharibəyə hazırlamağa başlamışdılar. Bismark tezliklə Rusiyanın və Fransanın bitrəfliliyinə nail olmuş, İngiltərəni isə, ümumiyyətlə hesabdan silmişdi. F.Engels yazırdı ki, «Bismark I Napoleonun şagirdidir, Almaniyanın III Napoleonudur» - Bismark bu xaratkeristikanı tamamilə doğruldurdu. Daxili siyasətdə Bismarkın və III Napoleonun siyasəti doğrudan da üst-üstə düşürdü, lakin xarici siyasətdə Bismarkın III Napoleondan öyrənməli olacağı heç bir şey yox idi.
Avstriyanın qüvvələrini iki cəbhəyə parçalamaq üçün Bismark ­1866-cı il aprelin 8-də İtaliya ilə gizli ittifaq müqaviləsi bağladı. Müqaviləyə görə, İtaliya Prussiyanın tərəfində müharibəyə girməyin əvəzində Venetsiyanı əldə etməli, Bismarkdan pul yardımı almalı, habelə Avstriya ilə seperat müqavilə bağlamamalı idi.
1866-cı il iyunun 16-da Prussiya ordusu kiçik alman knyazlıqlarına daxil oldu. Orduya istedadlı prus generalı Helmut fon Moltke başçılıq edirdi. Lakin cənub-qərbdən hücuma başlayan italyan ordusu elə müharibənin ilk günlərindən darmadağın edildi. İyulun 3-də Çexiyada Sadova kəndi yaxınlığında alman ordusu Avstriya generalı Benediktin başılıq etdiyi Avstriya qoşunlarını ağır məğlubiyyətə uğratdı. Deyirlər ki, həmin gün Bismark cibində zəhər gəzdirmişdi, məğlubiyyət olacağı təqdirdə onu içib həyatla vidalaşmalı idi. Qələbədən sonra I Vilhelm və onu əhatə edən generallar müharibəni davam etdirməyi, Avstriyanı diz çökdürməyi və Vyananı tutmağı tələb edirdilər. Lakin Bismark qəti surətdə bildirmişdi ki, müharibə davam edəcəyi təqdirdə o, istefa verəcəkdir. Çünki Bismark gələcəkdə Avstriya-Almaniya İttifaqının yaradılmasını planlaşdırırdı, buna görə də Avstriya ictimai fikrində Prussiyaya qarşı qisasçılıq əhval-ruhiyyəsinin qalmasına imkan vermək olmazdı. Yalnız bundan sonra Bismarkın təkidi ilə sülhh danışıqlarına başlanıldı və avqustun 14-də Praqada Avstriya ilə sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə görə, Avstriya həmişəlik Alman İttifaqından çıxır və öz hegomonluğundan imtina edirdi.
Müharibəqnin gedişində yalnız Fransanın qüvvələrini parçalamaqla Prussiyaya xidmət göstərmiş İtaliya isə Venetsiyaya sahib olurdu. İtalyan kralı II Viktor Emmanuel Triyesti və Triyenti də tələb etdikdə Bismark məsləhət görmüşdü ki, müharibəni özü təklikdə davam etdirsin. İtalyan diplomatiyası yalnız bu zaman Bismarkın uzağagedən məqsədlərində bir vasitə olduğunu dərk etmişdi.
Beləliklə, Avstriya üzərində qısa müddətə çalınan qələbə həm ordunun sürətli hücumu, həm də Bismarkın diplomatik fəaliyyəti ilə bağlı idi. Bismark diplomatiyasının böyük uğurları Almaniyanın birləşdirilməsi yolunda iki başlıca maneənin qısa müddətə aradan qaldırılmasına gətirib çıxardı. Almaniyanın birləşməsi yolunda əldə edilən uğurlar, bu birləşmənin perspektivləri, Almaniyanın Avropa geosiyasi xəritəsində yeri və əhəmiyyəti ilk növbədə Bismarkın xidmətləri ilə bağlı idi.
Knyaz Otto Eduard Leonold fon Bismark Şenhauzen XIX yüzillyin yaşıdı idi. O, 1815-ci il aprelin 1-də Almaniyanın şimalında - Şenhauzendə anadan olmuş, uşaqlıq illərini burada keçirmişdi. Məhz həmin il Avropa I Napoleon zülmündən xilas olmuş, xalqların və monarxların «Müqəddəs İttifaqı» meydana gəlmişdi. Bismarkın atası mülkədar, anası isə çinovnik ailəsindən çıxmız professor qızı idi. Bismark sonralar hərbi işi seçmədiyinə təəssüf edir və buna görə anasını günahlandırırdı, anası həmişə onu diplomatik xidmətdə görmək istəyirdi. Bismarklar ailəsinin yaşadığı bölgədə onu kifayət qədər dalaşqan, cod xasiyyətli gənc kimi tanıyırdılar. Təsadüfi deyildir ki, Bismark «vəhşi yunker» adını məhz Şenhauzendə yaşadığı illərdə qazanmışdı.
Məktəbi bitirdikdən sonra Bismark Hettinin və Berlin universitetlərində hüquq təhsili almış, bir müddət məhkəmə və mülki idarələrdə işləmişdi. Lakin «ipə-sapa yatmayan» gənc yunker tezliklə xidmətdən imtina etmiş və atası Ferdinanddan Pomeraniyada ona miras qalmış mülkdə işləməyə başlamışdı. 1848-ci ilin martında başlanmış inqilabi hadisələr zamanı Bismark artıq kifayət qədər təcrübəyə və uğura malik mülkədar idi.
XIX yüzillyin ortaları üçün Bismarkın siyasi görüşləri də kifayət qədər kamilləşmişdi. O, gənclik illərindəki yarım respublikaçıdan qatı monarxistə çevrilmiş, prus monarxiyasının ideoloqu olmaq səviyyəsinə yüksəlmişdi. Təbiətən bir qədər kobud, güclü xarakterə malik insan, mahir ovçu və duelyant kimi ad çıxarmış Bismarkla yaşadığı bölgədə kifayət qədər ehtiyatla rəftar edirdilər. Bu dövrdə Bismarkın ailə həyatında da dəyişikliklər baş vermiş, ailə qurmuş və nəticədə kral ailəsi ilə qohumluq münasibətəlri yaranmış, hətta şahzadə Vilhelmlə dostluq münasibətləri qurulmuşdu ki, bu onun gələcək həyatında mühüm rol oynamışdı.
Bismarkın siyasi səhnədə ilk çıxışı 1847-ci il mayda Birləşmiş landtaqın iclasında olmuşdur. O burada «ehtiyat deputatı» kimi iştirak edirdi. Birləşmiş landtaq Prussiyada 1847-ci il aprelin 11-də yaradılmış və feodal təbəqələrinin yığıncağından ibarət idi. Buraya 8 əyalət landtağının nümayəndələri daxil idilər. Landtaq iki kuriyadan ibarət idi: yuxarı kuriya – buraya zədəgan təbəqəsinin yüksək dairələri daxil idilər; aşağı kuriya –buraya kiçik zədəganlar, şəhərlilər və kənd varlıları daxil idilər. Bismarkın ilk çıxışı kral IV Fridrix Vilhelmin müdafiəsinə həsr olunmuşdu. O, həmin çıxışında zədəgan müxalifətini kraldan hətta xırda hüquqlar istəmək üstündə rüsvay etmişdi.
1848-ci ilin martında Almaniyada inqilab başladıqdan sonra Bismark şahzadə Vilhelmə yaxınlaşmağa müvəffəq olur. Şahzadə Vilhelm (1797-1888) 1848-ci ilin martında inqilabi top atəşləri ilə yatırmağa çağırdığına görə «top şahzadə» ləгəbi qazanmışdı. Bu dövrdən etibarən Bismarkla sıx münasibətlərə malik olan şahzadə Vilhelm 1858-ci ildə regent, 1861-ci ildə isə IV Fridrix Vilhelmin ölümündən sonra Prussiyanın kralı, 1871-ci ildə Alman imperatoru- II Reyxin başçısı olmuşdu. Bismarkın Vilhelmlə yaxınlaşması onun sonrakı həyatında və yüksəlişində böyük rol oynadı.
Bismarkın Almaniyanın gələcəyi ilə bağlı görüşləri məzmunca Prusiya hakimiyyət elitasının baxışlarından o qədər də fərqlənmirdi. Lakin nəzərdə tutulmuş planın həyata keçirilməsi yolları məsələsində mövqklər tamamilə fərqli idi. Hələ 60-cı illərin əvvəllərində Bismark öz mövqeiyni konkret olaraq aşağıdakı şəkildə müəyyənləşdirmişdi: «Almaniya Prussiyanın liberalizminə yox, qüudrətinə möhtacdır. Zamanın böyük məsələləri parlament qətnamələri və çıxışlarla həll olunmur – bu 1848-49-cu illərin səhvləri idi – «dəmir və qanla» həll olunur».
Bismark bir qədər sonralar - 1864-cü ildə daha qəti mövqedən çıxış edərək yazırdı ki, «dövlət quruculuğu məsələləri son anda süngülərin köməyi ilə həll olunur». Tarixi – politoloji ədəbiyyatda Bismarkın «dəmir kansler» ləqəbini nə zaman qazandığı mübahisəlidir, lakin bir məsələ şubhəsizdir ki, bu ifadə Bismarkın Almaniyanın birləşdirilməsinə «dəmir və qanla» nail olmaq anlamı ilə bağlıdır. Buna oxşar ifadəni Bismark hələ 1858-ci ildəki məktublarından birində latınca «odla və dəmirlə» şəklində işlətmişdi.
Təsadüfi deyildi ki, Prussiya kralı IV Vilhelm hələ 1848-ci ildə Berlində baş vermiş iğtişaşlar yatırıldıqdan sonra Bismarkın şəxsi işinin üzərinə öz əlilə aşağıdalkı məşhur qeydi etmişdi: «Bismark qatı mühafizəkardır, qan iyi verir, sonralar istifadə etmək üçün qoruyub saxlamaq lazımdır».
1851-ci ilin mayında Bismark Frankfurtda-Maynda yerləşmiş İtsifaq Seyminə Prussiyanın əvvəlcə müşaviri, sonra isə elçi sifətilə göndərilmiş, onun buradakı fəaliyyəti 1851-1859-cu illər arasındakı 8 illik dövrü əhatə etmişdir.
İttifaq Seymi Vyana konqresini qərarı ilə 1815-ci ildə yaradılmışdı. Bu 38 alman dövlətini birləşdirən Alman ittifaqının mərkəzi aparatı idi. İttifaq Seyminə Avstriya başçılıq edirdi, Alman ittifaqı 1848- 1849-ci illər inqilabları dövrünə qədər mövcud olmuş, 1850-ci ildə Olmyuts sazişinə əsasən fəaliyyətini bərpa etmiş və 1866-cı ildə isə ləğv edilərək əvəzində yeni birlik yaradılmışdı. İttifaq Seymini «tülkü yuvası» adlandıran Bismark burada fəaliyyət göstərdiyi 8 il ərzində diplomatik işin bütün incəliklərini öyrənmiş, Avropa diplomatiyasının ənənələri ilə tanış olmuş, Vyanada olduğu qısa müddət ərzində isə Metternix diplomatik məktəbinin bütün intriqalarına yiyələnmişdi.
Bismark diplomatiyasında Rusiya və İngiltərəyə xüsusi diqqət yetirilirdi.Təsadüfi deyildi ki, 1850-1862-ci illərdə Prussiyanın Rusiyada səfiri olmuş Bismark rus diplomtiya məktəbinin ənənələri ilə yaxından tanış olmuş, görkəmli natiq və diplomat, Rusiyanın Xarici İşlər Naziri A.M.Qorçakovdan dərs almışdı. Qorçakovun inamını qazanan Bismark gündəlik diplomatik poçtla (depeyşa ilə) tanış olmaq imkanı qazanmışdı. Peterburqda olduğu zaman Bismark II Aleksandrın da hörmətini qazanmış, hətta çar ona Rusiyanın xidmətinə keçməyi təklif etmişdi.
1862-ci ildə Parisə səfir göndərilmiş Bismark fransız diplomatiyasının da bütün nailiyyətlərindən bəhrələnmişdi. Təsadüfi deyildi ki, F.Engels Bismarkı Prussiyanın Lui Napoleonu adlandırırdı. Beləliklə, Bismark Almaniyanın əhatəsinə olduğu dörd böyük dövlətin –Avstriyanın, Fransanın, İngiltərənin və Rusiyanın diplomatiyasını öyrənməklə böyük təcrübə qazanmış oldu ki, bu təcrübə Almaniyanın birləşdirilməsi prosesində böyük rol oynamışdı.
Tarixi və diplomatik ədəbiyyatlarda Bismark tez-tez Taleyran Periqorla müqayisə edilir, doğrudur, hər iki diplomatın ümumi cəhətləri çoxdur, lakin onları şəxsi keyfiyyətləri bir-birindən qəti şəkildə ayırır. Taleyran pula kifayət qədər həris adam idi, I Napoleonun sirlərini və planlarını satmaqla əvəzində pul alırdı. Məs., Rusiyadan – I Aleksandrdan bir neçə dəfə belə xidmətlərin əvəzində iri məbləğdə «bəxşişlər» almışdı. Bismarkı isə pulla satın almaq qeyri-mümkün idi. Xarici dövlətlərin diplomatlarının onu ələ almaq cəhdləri dəfələrlə boşa çıxmışdı. Bismark I Vilhelmi ona, yəni Bismarka həmişə bəraət qazandırmaq qabiliyyətinə malik idi. İmperatorun razılaşmadığı vaxtlar da Bismark istefa tələb edir və beləliklə onu razı salmağa müvəffəq olurdu.
Bismark Avropa diplomatiyasının ənənələrini bütün incəliklərinə qədər bilir və lazım gəldikdə kifayət qədər səbrli olmağı da bacarırdı. Belə ki, Avstriya ilə müharibəyə hazırlaşdığı zaman Fransanı neytrallaşdırmaq üçün Bismark əvəzində Lüksemburq və Belçikanı Fransaya təklif etdi (söhbət 1866-cı ildən gedir), III Napoleon dərhal buna razılıq verdi. Həmin təklifi əsas tutan Fransa səfiri Benedetti bir neçə dəfə Berlində Bismarkın qonağı oldu. Bismark görüş zamanı həmin təklifin sənəd şəklində imperatora təqdim edilməsinin zəruri olduğunu bildirdi və belə bir sənədi səfirdən aldıqdan sonra onu özündə saxladı. Az sonra səfirə bildirdi ki, I Vilhelm Fransanın təklifinə razıdır, lakin onun həyata keçirilməsi İngiltərənin mövqeyindən asılıdır. Bismark yaxşı bilirdi ki, İngiltərə Belçika və Lüksemburqun Fransaya verilməsi ilə heç vaxt razılaşmayacaq. Fransız diplomatiyası çox tezliklə Bismark tərəfindən aldanlıdığını başa düşdü, lakin artıq Avstriya Almaniya tərəfindən məğlub edilmiş, Avstriya diplomatiyasının Fransanın dəstəyini əldə etmək cəhdi isə uğursuzluqla nəticələnmişdi.
Fransa səfirinin verdiyi sənədi isə Bismark yalnız 1870-ci ildə Fransa Prussiya qarşı müharibə elan etdikdən sonra seyfdən çıxardı və onun surətini bütün dövlətlərə göndərdi, sənədin bir surəti isə İngiltərənin «Tayms» qəzetində nəşr edildi və Fransanın hörmətdən düşməsində az rol oynamadı. Təsadüfi deyildi ki, 1870-ci il iyunun 19-da Prussiya topları Fransanın ərazilərini atəşə tutarkən, Prus orduları fransız qarnizonlarını yerlə yeksan edərkən Avropa diplomatiyası susur və hadisələri yalnız müşahidə etməklə kifayətlənirdi.
Başqa diplomatlardan, o cümlədən də Metternixdən və Taleyrandan Bismarkı fərqləndirən başlıca cəhət onun mətbuata xüsusi fikir verməsi idi. Bismark qəzeti sevmir, hətta ona nifrət edirdi. «Mətbəə rəngləri ilə ləkələnmiş kağızın» satqın, yalançı və prinsipsiz olduğu dönə-dönə qeyd edən Bismark onun ictimai rəyə göstərdiyi təsiri düzgün qiymətləndirməyi bacarır və mətbuat ilə sıx əlaqə saxlayırdı. Ətrafındakılardan heç kəs bilmirdi ki, hələ landtaqın deputatı olduğu vaxtlardan gizli təxəllüsdən istifadə edən Bismark jurnalistika fəaliyyəti ilə məşğul olurdu. Hakimiyyət başına gəldikdən sonra Bismark burjua-yunker mətbuatının əsas hissəsinin dövlətin xidmətinə keçirməyə müvəffəq olmuşdu. Məlumdur ki, qəzet redaksiyalarına göndərilən materiallar bəzən xüsusi məktubla müşayət olunurdu ki, həmin məktubda da materialın dövlət sənədi kimi dəyişdirilmədən çap edilməsi tələb edilirdi. Qəzet vasitəsilə Bismark ictimai rəyi müəyyən bir məsələ üzərinə yönəltməyi və ya həmin məsələdən yayındırmağı bacarırdı. Hətta istefaya çıxdığı dövrdə belə Bismark mətbuatın xidmətindən məharətlə istfadə edir, 1888-ci ildə hakimiyyətə gəlmiş Alman imperatoru II Vilhelmin xarici siyasət sahəsində «yeni kursunu», onun Rusiyadan uzaqlaş­ması və İngiltərə ilə yaxınlaşması siyasətini amansız tənqid edərək bu siyasətin Almaniyaya fəlakət gətirəcəyini irəlicədən proqnoz­laşdırırdı.
Bismark hakimiyyətə hərbi nazir, feldmarşal Albrext fon Roonun tövsiyyəsi ilə gətirilmişdi. Avstriyanın müqaviməti üzündən Almaniyanın birləşdirilməsi məsələsini öz əlinə ala bilməyən Prussiya hökuməti ordunun yenidən qurulması məsələsini ortaya atdı. Xüsusilə, 1859-cu il səfərbərliyi pruss ordusunun hazırlıq­sızlığını göstərirdi. Buna görə, hərbi nazir Roon ordunun yenidən qurulması üçün landtandan kredit almaq üçün 1861 və 1862-ci illərdə iki dəfə layihə təqdim etmişdi. Lakin landtaq hər dəfə bunu rədd etmiş və kral da hər dəfə landtaqı buraxmaq haqqında fərman verməyə məcbur olmuşdu. Yaranmış şəraitdə I Vilhelm özü də istefa verməyi planlaşdırırdı. Lakin hərbi nazir Roonun təklifi ilə I Vilhelmi nazir-prezident postuna 1862-ci il 23 sentyabrda «vəhşi yunker» Bismarkı dəvət etdi.
Bismark isə qısa müddətə hakimiyyət böhranını aradan qaldırldı, landtaqın mövcudluğuna ümumiyyətlə əhəmiyyət verməyərək hərbi büdcəni yuxarı palatadan keçirdi və onu həyata keçirməyə başladı. Xarici siyasət sahəsindəki uğurlar Bismarka imkan verdi ki, 1862-1866-cı illər «konstitusiya münaqişəsini» öz xeyrinə həll etsin. 1866-cı ildə parlament «İndemnitet haqqında» qanun qəbul etdi, yəni hökumət silahlanma və hərbi işlə əlaqədar dövlət vəsaitini büdcələşdirmədən xərcləmək hüququ qazanmış oldu, parlament isə bu büdcəni 7 ildə bir dəfə təsdiq etməli idi.
Bismark aydın görürdü ki, hərbi-bürokratik monarxiya şəraitində kralın və hərbi elitanın yardımı ilə hər hansı tədbiri həyata keçirmək mümkündür. O zaman Almaniya hərbi elitasında iki sima xüsusi nüfuza malik idi: adını qeyd etdiyimiz hərbi nazir feldmarşal Albrext fon Roon və Prussiya Böyük baş qərargahının rəisi qraf Helmut fon Moltke.
Qraf Moltke Prussiya taxt-tacını varisinin – I Vilhelmin tərbiyəçisi olmuş, buna görə də müasirləri tərəfindən «saray rəqqası» adlandırılmışdı. O, 1875-ci ildə Böyük baş qərargahın rəisi təyin edilmiş, bu zaman onun «Hərbi təlim» əsəri ortaya çıxmışdı.Həmin əsər bu günədək alman militarizminin başlıca ideya mənbəyi hesab edilir. Moltke yazırdı ki, «Bizim diplomatlar həmişə bizi bəlaya salmış, bizim generallar isə həmişə bizi xilas etmişlər».
Bismark hakimiyyətə gəldikdən az sonra və onun səyi ilə Prussiya kralı başda olmaqla hərbi elitanın da daxil olduğu «militarist triumvirat» – I Vilhelm-Bismark-Moltke «üçlüyü» yaradıldı ki, Almaniyanın bütün daxili və xarici siyasəti məsələləri bu «üçlüyün» əlində toplanmışdı.
1863-cü il Polşa üsyanı və Prussiyanın Rusiyaya bu üsyanı yatırmaqda etdiyi yardım Şlezviq-Qolşteyn məsələsində Rusiyanın bitərəfliyinə səbəb oldu. Fransanın Meksika avanturasına qoşulması (1862-1867-ci ildə III Napoleon Meksika respubliksına qarşı müdaxilə təşkil etmiş, lakin müvəffəqiyyətsizliyə uğramışdı) isə Almaniyanın vəziyyətini daha da yüngüləşdirdi. Bismark xatirələrində dönə-dönə qeyd edirdi ki, siyasi xidmətə görə haqqa verilməlidir. Bu mənada Bismarkın Rusiyadan bitərəflik tələb etməyə hüququ var idi. İri dövlətlərdən yalnız İngiltərə Bismarkın fəaliyyətinə qarşı çıxırdı, lakin Avropada yerləşən iri dövlətlərin heç birindən yardım almayan İngiltərənin etirazının heç bir praktiki əhəmiyyəti yox idi. O. Bismark məhz bununla əlaqədar Qorçakovla söhbətdə açıq surətdə etiraf etmişdi ki, Avropa siyasəti baxımından hər şey Rusiyanın mövqeyindən asılıdır, o, ya böyük hersoqu (yəni Danimarkanı) müdafiə etməli, ya da mübahisədən yayınmalıdır.
Beləliklə, Rusiya və Fransanın bitrəfliyinə nail olan Prussiya İngiltərənin etirazına baxmayaraq Avstriyanı da öz arxasınca sürükləməklə Şlezviq və Qolşteyni Danimarkanın əlindən vurub çıxardı. Bismark həmin qayda ilə Avstriyanın da Alman ittifaqından vurub çıxardı. Hələ müharibə ərəfəsində Bismark öz xarici siyasətinin başlıca nəticəsi kimi Almaniyanın birləşdirilməsini son məqsəd elan etmişdi.
Danimarka və Avstriya ilə müharibədən sonra 1866-cı ildə yaradılmış Şimali Alman ittifaqından kənarda yalnız Bavariya, Vyurtemberq, Baden və Hessen kimi alman dövlətləri qalmışdı. Bismark aydın görürdü ki, bu dövlətlərin Alman ittifaqına daxil edilməsi üçün Fransa ilə müharibə etmək lazım gələcək, çünki bu kiçik alman knyazlıqları milli baxımdın alman olsalar da, dini baxımdan katolik idilər (Fransa da katolik idi) və Fransa ilə Prussiya arasında bufer knyazlıqlar rolunu oynayırdılar. Fransa bu knyazlıqlar vasitəsilə lazım gəldikdə Alman ittifaqına təsir etmək üçün istifadə edirdi.
Məhz bu dövrdən etibarən alman baş qərargahı preventiv müharibə (müharibəyə hazırlaşan düşmənin hücumunun qarşısının almaq məqsədi daşıyan müharibə – önləyici müharibə) strategiyasının hazırlanmasına başladı ki, bu strategiyada Bismarkın və Moltkenin böyük rolu olmuşdu. Priventiv müharibə strategiyası Almaniyaya imkan verdi ki, Fransa ilə qarşıdakı müharibəyə hazırlığı daha tez başa çatdırsın. 1870-ci ilin iyununda «hərbi triumvirat» (Bismark, Roon, Moltke) müharibə ilə əlaqədar məsləhətləşmə keçirdi. Moltke və Roon Almaniyanın müharibəyə tam hazır olduğunu bildirdilər. Yalnız bundan sonra Bismark ehtiyatda saxladığı sonuncu vasitəni işə saldı.
Fransa ilə qarşıdakı müharibə üçün bəhanə İspaniya taxt-tacını uğrunda mübarizə oldu. Məlum olduğu kimi, İspaniyada 1868-ci il hadisələri nəticəsində ispan kraliçası İzabella hakimiyyəttən salındı və ölkədən qovuldu. Beləliklə, ispan taxtı bir müddət boş qaldı. 1870-ci il iyulun 1-də vakant yerə Habsburqların Qoqenloe - Ziqmarinqen sülaləsindən olan şahzadə Leopoldun namizədliyi məlum olduqdan sonra III Napoleon buna qəti etiraz edərək bildirdi ki, Fransa eyni zamanda həm şərqdə, həm də cənubda Avstriya sülaləsindən olan adamların hökmranlığına razı ola bilməz. Tərəflərin hər ikisi tərəfindən qızışdırılan diplomatik münaqişə müharibəyə doğru kəskinləşməkdə idi. Məsələ burasında idi ki, prus imperatoru I Vilhelm Leopoldun namizədliyini dəstəkləyən ilk hökmdarların siyahısında idi.
Yaranmış vəziyyətdən qorxuya düşən Prussiya kralı I Vilhelm Bismarka və Moltkeyə bildirmədən III Napoleonla birbaşa danışıqlara başladı və şahzadə Lepoldun namizədliyini geri götürməyə razılıq verdi. Lakin Prussiyanın geri çəkilməsindən onun müharibəyə hazır olmaması nəticəsinə gələn III Napoleon Fransanı müharibəyə sürükləməklə sonuncu diplomatik səhvi etdi. Tyer hələ Meksika avantürasından sonra III Napoleonu açıq şəkildə günahlandıraraq demişdi ki, «Sizin bir hökmdar kimi artıq edə bilməyəcəyiniz səhv qalmayıb». Fransız hakimiyyət elitasından yalnız Tyer Fransanın müharibəyə hazır olmadığını bilir və onu müharibədən çəkindirməyə çalışırdı.
III Napoleon şahzadə Leonordun namizədliyini geri götürməyə nail olduqdan sonra mübahisəni daha da uzadaraq fransız səfiri Benedetti vasitəsiylə I Vilhelmdən Leopoldun bir daha öz namizədiyini irəli sürməməsi haqqında təminat verməsini tələb etmişdi. Həm də imperotorun tələbinə görə I Vilhelm Leopoldun bir daha dəstəklənməməsinə dair yalızı şəkildə təminat verməli idi.
İmperatorların yazışmalarını diqqətlə izləyən Bismark müəyyən vaxtdan sonra hadisələrə qarışmaq qərarına gəldi. Kralın cavabını saxtalaşdıran Bismark onu elə bir formaya saldı ki, «guya I Vilhelm III Napoleonun yazılı öhdəlik götürmək tələbinə cavab olaraq fransız səfirinə qapını göstərmişdir». Bismark saxtalışdırılmış məktubu əlinə götürərək «bu Qall öküzünə qarşı əla qırmızı örpəkdir» demiş və məktubu dərc edilmək üçün mətbuata göndər­mişdi.
Beləliklə, Bismark bir gülləyə iki hədəfi vurmuş oldu. O, hadisələri elə şəklə saldı ki, Fransa əvvəlcə qəbul edilməsi mümkün olmayan tələblər irəli sürür, həmin tələblər rədd edildikdə isə Prussiyaya müharibə elan edir və bununla da Fransa təcavüzkar vəziyyətində qalır. Mətbuatın qaldırdığı «şivən-qiyamət» təkcə Prus­siyada yox, həm də bütün Avropada mərmi partlayışı ab-havası yaratdı.
Özünü təhqir edilmiş hesab edən Fransa imperatoru III Napoleon 1870-ci il iyulun 19-da Prussiyaya müharibə elan etdi. Hərbi hazırlığı vaxtında başa çatdırmış Prussiya ordusu avqustun 4-də Veysenburq döyüşündə, avqustun 6-da Verte döyüşündə marşall Mak-Maqonun qoşunlarına ağır zərbə vurdu. Avqustun 6-da başqa bir ordu qrupu Şpixarne döyüşündə marşal Bazeni ağır məğlubiyyətə uğratdı. Avqustun ortalarında Bazenin başçılıq etdiyi fransız orduları Mets qalasına sığınmağa məcbur oldu. Mak-Maqonun ordusu isə III Napoleonla birlikdə məğlubiyyətdən sonra Sedan qalasına çəkildi və sentyabrın 2-də almanlara təslim oldu.
Fransanın belə sürətli məğlubiyyəti onun həm hərbi hazırlığı başa çatdırmaması, həm də diplomatik təcrid vəziyyətində olması ilə bağlı idi. III Napoloenun müharibə ərəfəsinədək antirus siyasəti yeritməsi Fransanı Rusiyanın yardımından məhrum etmişdi. İngiltərə isə öz daimi rəqibinin belə ağır məğlubiyyətindən son dərəcə razı qalmışdı. Diplomatik təcrid və hərbi məğlubiyyət Bismarka arzu etdiyi kimi, Almaniyanın birləşdirilməsini «dəmir və qanla» başa çatdırmağa imkan verdi. 1871-ci il yanvarın 18-də I Vilhelm Versalda XIV Lüdovikin parad zalında Alman imperatoru elan edildi, Almaniya tarixində II Reyx (1871-1918) meydana gəldi.
III Napoleonun özünə güvənməsi, Prussiya ilə və ona qarşı diplomatiyadan daha çox hərbi gücə arxalanması Fransanın ağır məğlubiyyətini şərtləndirən başlıca faktorlar idi. 1867-ci il uniyası nəticəsində yaradılmış Avstriya-Macarıstan imperiyası ilə Fransanın müharibə ərəfəsində başlamış olduğu danışıqlar nəticəsiz qaldığına görə, Avsriya 1866-cı il in əvəzini çıxmaq üsün Fransa ilə hərbi ittifaq bağlaya bilmədi. Macarıstanın baş naziri qraf D.Andraşi də inadla belə bir ittifaqın əleyhinə çıxırdı. Bismarkın primitiv müharibə diplomatiyası «zamanın sınağından» zəfərlə çıxdı.
Müharibə ərəfəsində Fransa ilə İtaliya arasında aparılan danışıqlar nəticəsiz qaldı. Səbəb kimi aradakı ziddiyyətlərin kəskinliyini və Bismarkın buna imkan verməməsini göstərmək olar. Digər səbəb isə italyan kralı I Viktor-Emanuilin İtaliyanın ərazisinin birləşdirilməsini başa çatdırmaq üçün papa dövlətinin ərazisini tələb etməsi idi. Çünki İtaliyanın birləşdirilməsi yalnız bu zaman tam şəkildə başa çata bilərdi. Halbuki Fransa buna razılıq vermək fikrində deyildi. Papa III Napoleonun ən etibarlı müttəfiqi hesab olunurdu. Fransız ordusu Sedanda məğlub olduqdan sonra 1870-ci il sentyabrın 20-də italyan qoşunları Romaya daxil oldular, Appenin yarımadasındakı pərakəndəliyə son qoyuldu və beləliklə İtaliyanın birləşdirilməsi prosesi başa çatdı.
Avropanın iri dövlətlərindən yalnız Rusiya Fransa-Rusiya ziddiyyətlərinə baxmayaraq Fransanın həddindən artıq zəifləməsini istəmirdi.Vestfalya sistemi və 1815-ci il Vyana konqresinin qurduğu sistem Avropada qüvvələr müvazinətinin yeni qaydasını formalaşdırmışdı. Bu qayda - «pentarxiya» Avropa siyasətində beş dövlətin maraqlarının bölüşdürüməsini nəzərdə tuturdu. Tarixən İngiltərə və Rusiya Fransaya tarazlayıcı qüvvə kimi baxmış, nə həddindən artıq dərəcədə qüvvətlənməsini, nə də tamamilə zəiflədilməsini qəbul etməmişdilər. Buna görə də Rusiya Fransa-Prussiya müharibəsi nəticəsində Almaniyanın Avropada hegomon qüvvəyə çevrilməsinə Avropada yaranmış qüvvələr nisbətinə təhlükə kimi baxmağa başlamışdı.
1870-ci il 4 sentyabr inqilabı nəticəsində Fransada III respublika (1870-1940) quruldu və Milli Müdafiə hökuməti yaradıldı. Həmin hökumətin işlər müvəkkili de Qabriak inadla M.Qorçakovun Fransa-Prussiya münaqişəsinə müdaxiləsini tələb etsə də, ciddi bir köməyə nail olmamışdı. Belə ki, çar II Aleksandr bir neçə dəfə yazılı şəkildə I Vilhelmə müraciət edərək Fransanı son dərəcə ağır vəziyyətə salmamağı tövsiyyə etməklə kifayətlənmişdi ki, çarın belə hərəkəti onun Krım müharibəsinin nəticələrini hələ unutmadığını göstərirdi.
Tyer Milli Müdafiə hökumətinin təklifi ilə 1870-ci il sentyabr-oktyabr aylarında Vyanada, Romada, Londonda və Peterburqda oldu. Yalnız bundan sonra II Aleksandr sülh danışıqlarına başlamaq üçün vasitəçilik rolunu öz üzərinə götürməyə razılıq verdi. Alman ordusunun Parisdə ciddi müqavimətlə qarşılaşması, yeni fransız ordusunun yaradılmağa başlaması Bismarkı da sülh danışıqlarına sövq edirdi. 1871-ci il yanvarın 28-də - Almaniyanın imperiya elan edilməsindən 10 gün sonra Milli Müdafiə hökuməti Almaniya ilə barışıq imzaladı.
Müharibə başa çatdıгdan dərhal sonra Bismark Rusiyanın bitrəfliyi müqabilində 1856-cı il Paris sülhünün şərtlərinə yenidən baxılmasına razı olduğunu bildirdi. Napoleon Fransasının məğlu­biyyəti bu sülhün şərtlərinin dəyişdirilməsinə tam imkan yaratmışdı. Yeni beynəlxalq şərait M.Qorçakovun ardıcıl olaraq apardığı siyasi kursun diplomatik yolla realaşmasına imkan yaratdı. Rusiya 1870-ci il oktyabrın 31-də 1856-cı il Paris sülhünün iştirakçısı olan bütün dövlətlərə müraciət edərək bildirdi ki, Paris sülhünün şərtləri həmin dövlətlər tərəfindən mütəmadi olaraq pozulduğuna görə, həmin sülhün Qara dənizdə Rusiyanın hüquqlarını məhdudlaşdıran bütün bəndləri etibardan salınmış hesab edilir. M.Qorçakov xüsusi olaraq qeyd edirdi ki, Rusiya hökumətinin qərarı qətidir və heç bir komprmisə yol verilməyəcəkdir.
Rusiyanın müraciəti İngiltərə və Avstriya-Macarıstan tərəfindən böyük narazılıqla qarşılandı. Lakin İngiltərə-Prussya danışıqlarından sonra, İngiltərə öz mövqeyini dəyişdirmək məcburiyyətində qaldı. O.Bismarkın təklifi ilə 1871-ci ilin yanvarında Londonda Paris sülh müqaviləsinin imzalanmasında iştirak edən dövlətlərin beynəlxalq konfransı çağırıldı. Konfransda Rusiyanı Brunov təmsil edirdi. İngiltərə hökuməti Bismarkı bu məsələdə günahlandırsa da, Bismark qəti şəkildə bildirdi ki, problemin qoyuluşu ilə bağlı heç bir öhdəliyə malik deyildir. 1871-ci il matrın 13-də konvensiya imzalandı.
London Konvensiyasına görə, Paris sülhünün üç bəndi (Qara dəniz boğazlarının bağlanması, hərbi gəmilərin sayı, sahilboyu müdafiə tikililərinin ləğv edilməsi) yeniləşdirildi. Rusiyanın tələbi ilə Qara dəniz boğazları sülh və müharibə dövründə hərbi gəmilərin üzünə bağlanır (sultan əgər istəsəydi «dost və müttəfiq hesab etdiyi dövlətlərə» boğazları aça bilərdi), Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququ qazanır, habelə sahilboyu istehkamların tikintisinə başlamaq hüququ qazınırdı.
Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində fevralın 26-da Versalda ilkin saziş bağlandı. Sazişə görə, Almaniya Elzası və Şərqi Lotaringiyanı ilhaq edir, Fransadan 5 mlrd frank məbləğində təzminat alırdı. O.Bismark Fransadan 7 mlrd frank təzminat tələb etməklə əslində diplomatik oyun oynayırdı. O yaxşı bilirdi ki, Rusiya təzminatın məbləğinin azaldılması ilə bağlı I Vilhelmdən xahiş edəcək. Buna görə də 7 mlrd frank təzminat tələb etmişdi ki, Rusiyanın xahişindən sonra həmin məbləği 5 mlrd franka endirsin, buna da nail olmuşdu.
Uzun müddətli diplomatik danışıqlardan sonra 1871-ci il mayın 10-da Frankfurt-Maynda Fransa ilə Almaniya arasında sülh müqaviləsi imzalandı. Müqavilə 26 fevral sazişinin şərtlərini təsdiq edirdi. Bismark aydın şəkildə görürdü ki, 1870-ci illər müharibəsi Fransa ilə Almaniya arasında əsrlər boyu davam edən antoqonizmi zəiflətmədi, əksinə daha da qüvvətləndirdi, belə bir şəraitdə bu iki dövlət arasında gələcək müharibə labüd idi. Bunu nəzərə alan Alman Baş qərargahı Almaniya üçün daha əlverişli strateji mövqelər qazanmaq istəyirdi.
Frankfurt-Mayn sülhündən üç ay sonra, Peterburqdan Berlinə keçirilmiş işlər müvəkkili Qabriakla söhbətində Bismark açıq şəkildə bildirmişdi ki, «Mets qalasını Almaniyanın əlində saxlamaq bizim tərəfimizdən ağılsızlıq olardı. Lakin baş qərargah məndən Fransanın əvəz çıxmayacağına təminat istədiyi zaman mən bildirdim ki, belə bir təminatdan söhbət gedə bilməz, 1870-ci illər müharibəsi gələcək Almaniya- Fransa müharibələrinin ilkinidir. Belə olduqda müharibədə yüz min nəfərə bərabər Mets qalasını özümüzdə saxlamalıyıq. Elzas və Lotaringiya haqqında da eyni sözləri demək olar, əgər bizim aramızda sülh əbədi olsaydı, bu vilayətlərin bizdə saxlanılması səhv olardı, çünki bunlar bizə əlavə yükdür». Qabriak cavabında «bu əyalətlər arxasında Fransanın durduğu yeni Polşaya çevriləcəklər» demişdir.
Strateji əhəmiyyətinə görə Elzas müdafiə, Lotaringiya isə hücum əməliyyatların üçün mühüm əhəmiyyətli platsdarm idi. Digər tərəfdən Lotaringiya dəmir filizi ilə zəngin rayonlardan biri idi. Frankfurt-Mayn sülhü əslində I dünya müharibəsinin təməl daşlarını qoymuş oldu.
Almaniyanın birləşdirilməsi başa çatdıqdan sonra Bismark ittifaqlar siyastəinə xüsusi əhəmiyyət verməyə başladı ki, bu təsadüfi deyildi. Çünki Almaniyanın birləşdirlməsi Avropada yeni qüvvələr nisbəti yaratmışdı. Yaranmış şəraitdə Avropa dövlətlərinin Almaniyaya qarşı ittifaq yaratması ehtimalı həqiqətə yaxın idi. Buna görə də Bismark ilk növbədə Rusiyaya, Avstriyaya və İtaliyaya analoji müraciətlər etmiş, son nəticədə «Üç impertaor ittifaqı» adını almış siyasi məsləhət birliyinin–Rusiya-Almaniya-Avstriya-Maca­rıs­tan ittifaqının yaradılmasına nail olmşudu. Bu ittifaq 1873-cü il iyunun 6-da Vyanada meydana gəlmişdi. Əvvəclə Rusiya ilə Avstriya arasında müqavilə bağlanmış, daha sonra - 1873-cü il 3 oktyabrda Almaniya da bu məsləhət paktiına qoşulmuşdu. İttifaq müqaviləsi 1884-cü ildə daha üç illiyə uzadıldı və 1887-ci ildə ikitərəfli Rusiya-Almaniya gizli hərbi-siyasi paktına çevrilmişdi. Paktın başlıca məqsədi Fransaya qarşı gələcək müharibədə onun tam şəkildə təcrid edilməsinə nail olmaq idi. Təsadüfi deyildir ki, sonuncu müqavilənin politoloji ədəbiyyatda «təkrar sığorta müqa­viləsi» adlandırırlar.
Fransaya qarşı ittifaqlar siyasətini davam etdirən Bismark 1879-1882-ci illərdə yeni hərbi-siyasi birliyin - Üçlər ittifaqının yaradıcısı oldu. Bu birlik 1879-cu il sentyabrın 7-də Almaniya ilə Avstriya-Macarıstan arasında imzalanmış ittifaq müqaviləsinə əsasən təşəkkül tapmışdı. 1882-ci ilin mayın 20-də Almaniya, Avstriya-Macarıstan və İtaliya arasında Vyanada hərbi ittifaq haqqında gizli müqavilə imzalandı ki, nəticədə Avropada ilk qüdrətli, müharibə hazırlığını qarşısına məqsəd kimi qoyan hərbi-siyasi birlik yarandı.
Fransa-Prussiya müharibəsindən sonra Fransa 1873-cü il üçün təzminatı bütünlüklə ödədi və alman qoşunları Fransanın şimal vilayətlərini tərk etdi.
Beləliklə, Bismarkın «preventiv müharibə» diplomatiyası Almaniyanın birləşdirilməsi prosesinin hərbi-siyasi və diplomatik yolla başa çatmasına gətirib çıxardı. Məhz bundan sonra Bismark onu daim narahat edən Almaniyaya qarşı Avropa dövlətlərinin koalisiyasına imkan verməmək siyasi kursunu reallaşdırmağa başladı. Almaniya özünə müttəfiq kimi Avstriya və İtaliyanı seçmişdi. Italiya Fransanı daima məngənədə saxlamağa imkan verirdi, Avstriya isə elə hərbi siyasi blokun yaradılması üçün şərt idi ki, onun vasitəsi ilə hər hansı təzyiqə davam gətirmək mümkün idi.
Yaranmış yeni tarixi şəraitdə Bismarkın strateji kursu Avstriya və İtaliya tərəfindən dəstəklənirdi. Avstriyanın kansleri Dyul Andraşi Almaniya ilə birgə çıxış etməyin qatı tərəfdarı idi. Məhz onun dəstəyi ilə 1871-1873-cü illərdə Üç İmpertor İttifaqının və 1879-1882-ci illərdə isə Üçlər İttifaqının yaradılması mümkün olmuşdu. Bismark Avstriya və İtaliya ilə yanaşı Rusiyanı da diqqətdən qaçırmırdı. Çünki Rusiya Avropa siyasətində dominantlıq edən başlıca dövlətlərdən biri idi. Buna görə də, Rusiyanı hansı formada isə fəaliyyət birliyinə cəlb etmək lazım idi ki, bu forma Üç İmperator İttifqaqı oldu.
Məxmər imperiya – Avstiya ilə Rusiya arasında ziddiyətlərin kökü slavyan faktoru ilə bağlı idi. Ərazisində 5 mln. nəfərdən yuxarı slavyan yaşayan Avstriya Rusiyaya potensial düşmən kimi baxırdı. Avstriya-Rusiya münasibətləri xüsusilə 1853-1856-cı illər Krım müharibəsi dövründə olduqca pisləşmişdi. Həm Avstiya, həm də Rusiya Balkanlara iddialı idilər və bu region ziddiyyətlərin düyün nöqtəsinə çevrilmişdi. Bismark Avtriya ilə Rusiyanı Üç İmperator İttifaqına cəlb etməklə bunların arasında ziddiyyətləri yumşaltmağa və Avropa siyasətində Almaniyanın üstünlüyünü təmin etməyə çalışırdı. Məhz bu məqsədlə aparılmış dipomatik-siyasi danışıqlar 1873-cü ilin oktyabrında Üç İmperator İttifaqının (Almaniya, Rusiya, Avstriya) formalaşması ilə başa çatdı. Lakin siyasi məsləhət xarakteri daşıyan bu pakt zamanın sınağından çıxmadı və Bismark bu paktın mövcudluğuna əhəmiyyət vermədən Avstriya və İtaliya ilə separat danışıqlara başladı ki, bu son nəticədə Avropada öz gücünə görə bütün koalisiyalardan fərqlənən yeni hərbi-siyasi birliyin yaradılmasına gətirib çıxardı.
O.Bismarkın xarici siyasət fəaliyyətində Fransanın təcrid edilməsi mühüm yer tuturdu. Bu məqsədlə Fransaya ilk növbədə Rusiya və İngiltərə ilə yaxınlaşmaq imkanı verilməməli idi. Təsadüfi deyildi ki, 1875-ci ilin aprelində baş vermiş siyasi böhran Üç Imperator İttifaqına əsaslanan strateji kursun özülsüz olduğunu göstərdi və Bismark 1879-cu ilin mayından etibarən Üçlər İttifaqının yaradılması ilə bağlı danışıqları genişləndirməyə başladı. 1882-ci il mayın 22-də Vyanada Üçlər İttifaqının yaradılması ilə bağlı saziş imzalandı. Bu andan etibarən Avropada beynəlxalq münasibətlər tarixinin yeni dövrü başlayır.



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin