UOT: 577.15/17
MEYVƏ VƏ GİLƏMEYVƏLƏRDƏ BİOLOJİ FƏAL MADDƏLƏR VƏ ONLARIN
İSTİFADƏ PERSPEKTİVLİYİ
Mustafayeva L.Ə.
AMEA Botanika İnstitutu
Aparılmış fitokimyəvi tədqiqatlar nəticəsində Azərbaycanda yayılmış bioloji fəal
maddələr saxlayan yabanı meyvə-giləmeyvə növləri tədqiq edilmişdir. Bunlardan 19 növü
tərkibində antosian, 7 növü flavonoid, 12 növü karotinoid saxlayır. Rosaseae və
Berberidaceae, fəsiləsinə daxil olan növlər bu maddələrlə daha çox zəngindir. Növ
mənsubiyyətindən asılı olaraq meyvələrdə antosianların miqdarı 1257,5-4257,8 mq%,
flavonoidlər 593,1-1675,3 mq%, karotinoidlər isə 10,7-40,9 mq% arasında dəyişir.
Meyvələrin müxtəlif hissələrində bioloji fəal maddələrin paylanmasını öyrənərkən müəyyən
edilmişdir ki, onlar meyvənin qabığı və ləti arasında bərabər paylanmır. Növ
mənsubiyyətindən asılı olmayaraq bioloji fəal maddələrin əsas hissəsi meyvənin qabığında
toplanır Berberis, Amelanchier, Coteneaster, Crataegus, Rubus, Gerasus, Cornus, Prunus,
Sambucus, Ribes, Rosa, Phytolocca cinslərinə aid olan növlərinin meyvələri antosian, Rosa,
Hippophae rhamnoides-in meyvələri karitinoidlərin potensial mənbəyidir. Bu cinslərə daxil
olan 11 növ sənaye miqyasında antosian, flavonoid, karotinoid preparatları, təbii yeyinti
rəngləri və bioloji fəal konsentratlar alınması üçün ehtiyata malikdirlər.
Açar sözlər: Meyvə, giləmeyvə, bioloji fəal maddələr
Yabanı meyvə və giləmeyvə növləri Azərbaycanın bütün zonalarında – düzənlikdən
tutmuş orta və yuxarı dağ qurşağına kimi yayılmışdılar. Meyvə və giləmeyvələrə daxil olan
növlər qiymətli dərman və ərzaq bitkisidir. Xalq təbabətində onlardan geniş istifadə edilir.
Meyvələr təzə və konservləşdirilmiş halda qida məhsulu kimi istifadə edilir. Onlardan
mürəbbə, cem, şirə, spirtsiz içki, kompot və s. hazırlanır [2, 3, 5, 6, 7, 12].
Yabani bitən meyvə və giləmeyvə ehtiyatlarının hərtərəfli tədqiqi, faydalı cəhətlərinin
aşkar edilib, xalq təsərrüfatının müxtəlif sahələrində istifadə edilməsinə yönəldilməsi,
biologiya elminin əsas problemlərindəndir. Bu, müasir dövrdə daha da aktual olmuşdur.
Sənayenin intensiv inkişafı və insanların təbiətə düşünülməmiş təsiri nəticəsində ekoloji
tarazlıq pozulmuş, ətraf mühit müxtəlif allergen, radioaktiv, mütagen, kanserogen maddələrlə
həddən artıq çirklənmişdir.Nəticədə insanların immun sistemi zəifləmiş, ürək-damar, əsəb,
həzm sistemi, ekologiya ilə əlaqəsi olan mutasion və allergik xəstəliklərin miqdarı artmışdır.
Meyvələrin qidalılığı və müalicəvi təsiri onların tərkibindəki qidalı maddələrlə yanaşı,
bioloi fəal maddələrin – flavonoidlər, antosianlar, katexinlər, C vitamini və s. olması ilə
əlaqədardır.
Aparılmış farmakoloji və klinik tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, meyvə
və giləmeyvələrdə geniş yayılmış antosian, flavonoid və karotinoid kimi bioloji fəal maddələr
(BFM) – bu problemin həllində effektli dərman vasitəsi ola bilərlər [4, 17, 20]. Bu maddələrin
əsasında hazırlanmış preparatlar ateroskleroz [30], işemiya [35], hipertoniya [17, 18, 21, 25],
hepatit [15, 29, 33], xərçəng [15, 31] və başqa xəstəliklərin qarşısının alınmasında və
müalicəsində tətbiq edilir. Bu maddələrin geniş müalicə spektrinə malik olması, onların
antioksidant [8, 24], antiradiant [19], antimutagen [28], antikanserogen [14, 15], antivirus
[34], antileykomiya [22], neyroprotektiv [24], interferon induktoru [1], antidiabetik [23],
antibakterial [26], antimikrob [27] və başqa xassələri ilə əlaqədardır.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
169
Ona görə tərkibində antosian, flavonoid, karotinoid maddələri saxlayan meyvə və
giləmeyvələrin aşkar edilməsi, onlardan yeni tibbi preparatlar, yeyinti rəngləri, qida əlavələri
və s. alınması yollarının araşdırılması müasir dövrdə olduqca vacibdir. Bununla əlaqədar
olaraq Azərbaycan florasında geniş yayılmış meyvə və giləmeyvələrin fitokimyəvi üsullarla
bioloji fəal maddələri tədqiq edilmişdir.
TƏDQİQATIN MATERİALI VƏ METODLARI
Bitki materialı Azərbaycanın müxtəlif botaniki-coğrafi rayonlarında yayılmış müxtəlif
taksonlara Berberidaceae Juss., Crossulariaceae DC., Rosaceae Juss., Cornaceae Dumort,
Sambucaceae Batsch. ex Bork., Elaeagnaceae Juss.,Viburnaceae Rafin fəsilələrinə aid olan
bitkilərin meyvələridir. Materialın bir hissəsi çəkilərək spirtlə fermentsizləşdirilib, digər
hissəsi isə havada qurudularaq analizə hazırlanmışdır. Analiz üçün meyvələr, texniki
yetişkənlik fazasının sonu və bioloji yetişkənliyin əvvəlində toplanmışdır.
Karotinoidlərin miqdarı adsorbsion xromatoqrafik [9] və spektrofotometrik [16],
flavonoidlər kalorimetrik [13] və spektroskopik [11], antosianlar Sueyn, Hills [32] və
modifikasiya etdiyimiz [2, 7, 10] metodlarla təyin edilmişdir.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Aparılmış kimyəvi analizlər nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda
yayılmış meyvə və giləmeyvə növləri bioloji fəal maddələrlə zəngindir.
Meyvələrin müxtəlif hissələrində bioloji fəal maddələrin paylanmasını öyrənərkən
müəyyən edilmişdir ki, onlar meyvənin qabığı və ləti arasında bərabər paylanmır. Növ
mənsubiyyətindən asılı olmayaraq bioloji fəal maddələrin əsas hissəsi meyvənin qabığında
toplanır (cədvəl 1).
Cədvəl 1
Meyvələrində bioloji fəal maddələrin paylanması (mq%)
Növlər
Antosian
Flavonoid
Karotinoid
meyvə
lər
ini
n qa
bığı
meyvə
lər
ini
n ləti
meyvə
lər
ini
n
meyvə
lər
ini
n ləti
meyvə
lər
ini
n
meyvə
lər
ini
n ləti
Crataegus pentayguna
1357,8
518,8
268,9
312,5
0,40
00,5
C.kyrtostyla = C.curvisepala
581,5
311,8
96,8
21,2
3,83
1,30
Sambucus nigra
3124,5
1125,4
287,1
107,56
1,78
0,31
Sorbus caucasugena
147,8
89,3
395,2
97,8
1,61
1,20
Rosa canina
585,3
111,0
135,7
97,3
16,73
5,11
Berberis vulgaris
917,1
358,6
130,7
6,73
0,36
0,20
Berberis oblonga
3071,0
502,3
1675,3
94,25
-
-
Cornus mas
1818,4
980,6
351,3
1091
0,87
0,41
Hippophae rhamnoides
-
-
1675,3
94,25
11,4
0,43
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
170
Ən çox antosian Sambucus nigra növünün meyvəsinin qabığında (3124,5 mq%) və ,
Cornus mas növünün lətində (980,6 mq%), ən çox flavonoid Hippophae rhamnoides
növünün qabığında (1675,3 mq%), Sorbus caucasica növünün lətində (109,8 mq%), ən çox
karotinoidlər Hippophae rhamnoides növünün qabığında (11,4 mq%) və Rosa canina
növünün lətində (5,11 mq%) toplanır.
Aparılmış tədqiqat göstərir ki, bioloji fəal maddələrin miqdarına növ mənsubiyyəti ilə
yanaşı onların bitdiyi iqlim, torpaq, coğrafi məntəqə də təsir edir (cədvəl 2).
Cədvəl 2
Müxtəlif coğrafi şəraitdə göyəm meyvələrində bioloji fəal maddələrin toplanma dinamikası
(yaş çəkiyə görə mq%-lə)
Bitki materialının toplandığı region və yer
Antosian
Flavonoid Karotinoid
Quba, Canqulu meşəsi, meşənin kənarı
290,2
121,3
0,96
Qusar, Urva kəndi, dağın cənubu-qərb yamacı
327,1
132,7
0,90
Xudat, dənizdən 160m kənarda, meşə talası
255,3
112,4
0,82
Qax, Qıpçaq kəndi, Alazanın sahili, kolluqda
185,5
50,3
0,66
Zaqatala, Car kəndi, dağ yamacı, meşənin girəcəyi 206,7
67,8
0,78
Cədvəldən görünür ki, müxtəlif coğrafi məntəqədən toplanmış meyvələrdə bioloji fəal
maddələrin miqdarı böyük amplitudada dəyişir. Ən çox antosian Quba, Zaqatala rayonlarının
meşə kənarından yığılmış meyvələrdə toplanır. Çox güman ki, burada başlıca rolu havanın
temperaturu və yağmurların miqdarı oynayır. Belə ki, Böyük Qafqazın şərq hissəsinin iqlimi
mülayim, orta illik temperatur +14
0
C, yağıntının miqdarı 300-900mm olub, il boyu bərabər
paylanır. Qərb hissəsində orta illik temperatur +4
0
C aşağı, yağıntının miqdarı 220-400 mm
çoxdur. Deməli, isti hava və vegetasiya dövründə bərabər düşən atmosfer çöküntüsü
flavonoidlərin toplanmasına müsbət təsir edir. Buna uyğun qanunauyğunluq karotinoidlərin
toplanmasında da müşahidə olunur. N.İ.Şarapovun iqlim nəzəriyyəsinə görə bitkinin kimyəvi
tərkibi onun bitdiyi yerin iqlim və torpaq amillərinin təsiri ilə formalaşır. Onun fikrincə
burada başlıca rolu istilik və rütubət oynayır. Aparılmış çoxlu təcrübələr iqlim amillərindən
aşağı temperatur, quraqlıq və işıqlanmanın maddələrin sintezinə müsbət təsir etməsini aşkar
etmişlər [8, 9, 10, 11].
İqlim torpaq amillərinin təsirini öyrənərkən müəyyən edilmişdir ki, torpaq tipindən və
işıqlanma dərəcəsindən asılı olaraq bioloji fəal maddələrin toplanması dəyişir (cədvəl 3).
Cədvəl 3
İqlim-torpaq amillərinin Prunus divaricata növünün qara meyvəli formasının
meyvələrində bioloji fəal maddələrin toplanmasına təsiri (yaş çəkiyə görə mq%)
Bitki toplanan yerin torpağı
Antosin
Flavonoid
Karotinoid
QUMSAL TORPAQ
Meşənin kənarə, ağac altında
135,1
62,8
0,31
Meşənin kənarı, açıq sahədə
195,3
78,1
0,30
ŞABALIDI TORPAQ
Meşənin kənarə, ağac altında
147,6
81,3
0,39
Meşənin kənarı, açıq sahədə
212,9
90,3
0,35
GİLLİCƏLİ TORPAQ
Kolluqda, kölgədə
140,6
70,6
0,37
Kolluqda, açıq sahədə
198,4
75,3
0,35
Orta hesabla: kölgədə
açıqda
141,3
201,9
71,3
77,9
0,35
0,33
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
171
Cədvəldən görünür ki, torpaq tipindən asılı olaraq ən az antosian (növlər üzrə orta
hesabla 80,6 mq%) kölgədə. ən çox (110,2 mq%) açıq şəraitdə toplanır.
Flavonoidlər də buna uyğun toplanır. Çox güman ki, yaxşı işıqlanan bitkilər günəş
şüası və enerjisi ilə təmin olunurlar və bu da öz növbəsində antosian və flavonoidlərin
sintezinə müsbət təsir edir. İşıqlanma ilə yanaşı torpaq tipi və onun mineral tərkibi də bioloji
fəal maddələrin miqdarına təsir edir. Ən çox antosian humusla zəngin şabalıdı torpaqlarda
toplanır.
Müəyyən edilmişdir ki, bioloji fəal maddələrin toplanmasına şaquli zonalliq mühiti də
təsir edir (cədvəl 4).
Cədvəl 4
Prunus spinosa növünün meyvəsində bioloji fəal maddələrin toplanmasına şaquli
zonallığın təsiri (yaş çəkiyə görə mq%)
Bitki toplanan yer və dəniz səviyyəsinin
hündürlüyü
Antosin
Flavonoid
Karotinoid
Bakı, Nəbatat bağı, 110m
295,3
48,1
0,8
Dəvəçi, Çıraqqala meşəsinin kənarı, qayalıq,
300m
318,7
54,7
0,73
Qudyal çayının sağ sahili, meşənin kənarı, 800m
342,4
88,3
0,91
Susay kəndi, Hafizmərzi sahəsi, 1200m
355,6
90,6
1,32
Cədvəldən görünür ki, düzənlikdən 1200m hündürlüyə getdikcə antosianların miqdarı
artır və növün yayılma arealının yuxarı sərhəddində maksimuma çatır. Analoji qaydada
flavonoid və karotinoidlərin miqdarı da artır. Bəzi müəlliflər bunun yüksəklikdə
ultrabənövşəyi şüaların artıq olması və ya dağınıq işıq şəraitində fotosintezin güclü getməsi
ilə izah edirlər [18, 19]. Bizim fikrimizcə, deyilənlərlə yanaşı bu, bitkinin yayılma arealının
sərhəddində bitkinin ekstremal şəraitə uyğunlaşması üçün gedən özünümüdafiə prossesi ilə də
əlaqədardır.
Tərkibində yüksək miqdarda BFM saxlayan növlərin miqdarına görə Rosaceae (23
növ), Berberidaceae (3 növ) fəsilələri seçilir. Bu 2 fəsilə BFM-li bitkilərin miqdarına görə
tədqiq edilən 7 fəsilənin 80,6%-ni təşkil edir (cədvəl 5).
Cədvəl 5
Perspektivli və sənaye əhəmiyyətli, BFM saxlayan meyvə və giləmeyvələrin
fəsilələr üzrə paylanması
Fəsilələrin adı
Flora üzrə
növlərin
ümumi sayı
Tədqiq edilən meyvə-giləmeyvə bitkilərin
sayı
ümumi
perspektiv
Sənaye
əhəmiyyəti
Berberidaceae Juss.
4 (20)
3
3
-
Rosaceae Juss.
218 (34)
23
17
6
Cornaceae Dumort.
1 (3)
1
1
1
Elaeagnaceae Juss.
3 (5)
1
-
1
Grossulariaceae DC.
15(1)
1
1
-
Viburnaceae Rafin.
3
1
1
-
Sambucaceae Batsch ex Bork.
2
1
1
1
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
172
BFM-in sənaye miqyasında istifadə edilməsinə dair qaydalara əsasən tərkibində yaş
çəkiyə görə 0,5%-dən çox antosian, flavonoid və 5 mq%-dən çox karotinoid saxlayan bitkilər
praktiki əhəmiyyət kəsb edir. Praktiki əhəmiyyət kəsb edən bitkilər BFM-in miqdarına,
yayılması və ehtiyatına görə şərti olaraq 2 qrupa ayrılır: perspektivli və sənaye əhəmiyyətli
bitkilər. Tərkibində yüksək miqdarda və çox əhəmiyyətli komponent daşıyan, lakin ehtiyatı az
olan növlər perspektivli, BFM-in miqdarı yüksək və ehtiyatı çox olan növlər isə sənaye
əhəmiyyətli hesab edilir. Perspektivli növləri introduksiya etməklə və ya onların təbii yayılma
sahələrində süni yolla cəngəlliklərini yaratmaqla onları sənaye əhəmiyyətli növlər arasına
daxil etmək olar.
Meyvə və giləmeyvələrdə BFM-in miqdarına, yayılması və ehtiyatına dair alınmış
nəticələrin təhlili göstərir ki, tədqiq edilmiş 19 növ antosianlı meyvelerdən 13 növü
perspektivli, 6 növü isə sənaye əhəmiyyətlidir (cədvəl 6).
Cədvəl 6
Tərkibində BFM saxlayan perspektivli və sənaye əhəmiyyətli
yabanı meyvə-giləmeyvə növləri (yaş çəkiyə görə mq%-lə)
Fəsilə, cins və növlərin adları
Antosian
(mq%)
Karotinoid
(mq%)
Flavonoid
(mq%)
Berberidaceae Juss
Berberis iberica Stev. et Fisch. ex DC.
1970,4
B.integerrima Bunge
3512,0
B. oblonga (Regel.) Schnied
3071,0
593.1
Crossulariaceae DC.
Ribes nigra L.
3844,5
Rosaceae Juss
Cotoneaster melanocarpa Fisch. ex Blytt
18213
0.80
150.4
Amelanchier rotundifolia (Lam.) Dum
4257,8
180.3
Crataegus pentagyna Üaldst. et Kit
1357,1
*
1.04
268.9
C. kyrtostyla Fingerh. = C. Curvisepala
1557,8
3.53
96.8
C. sangunea Pall.
1755,3
-
Rubus anatolicus (Focke) Focke ex
Haisikn
1257,5
*
1.16
90.7
R. raddeanus Focke
1331,7
R. persicus Boiss.
1917,7
49.7
Prunus spinosa L.
1967,7
*
Cerasus avium (L.) Moench.
1460,1
C. microcarpa (C.A.Mey) Boiss.
1756,1
Cornaceae Dumort
Cornus mas L.
1827,8
*
2.91
351,3
Sambucaceae Batsch. ex Bork.
Sambucus nigra L.
3937,4
1.38
290.3
S. ebulus L.
2678,0
*
2.01
154.5
Viburnaceae Rafin
Viburnum opulus L.
1718,0
*
Rosaceae Juss
Sorbus caucasica L.
167.3
0.98
211.3
S aucuparia L.
10,7
S. tianschanica Ruor
8,7
Pyrocantha cocciana M. Roem
16,8
Rosa canina L.
18,3
*
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
173
R. corymbifera Borkh
31,1
*
R.haemisphaerica Herm..
10,6
R..Buschiana Chrishan.
15,7
R. Sosnoüskyana
31,2
R. soshokiana P. Jarosch
27,2
R. nizami Sosn.
28,1
R. iberica Siev. ex Bieb
40,9*
Elaeagnaceae Juss
Hippophae rhamnoides L.
11,4
1675.3*
Bu meyvələrdə antosianların miqdarı 167,3-4257,5 mq% arasında dəyişir.
Antosianların maksimum miqdarına Ameliansher rotundifolia (4257,5 mq%), Berberis integ
(3512,0mq%), Ribes nigra (3844,5 mq%), Sambucus nigra (3937,4 mq%) növlərinin
meyvələrində rast gəlinir. Bu növlərdən, Amelianchier rotundifolia Crataegus pentagyna,
Rubus anatolicus, Cornus mas, Sambucus ebulus sənaye əhəmiyyətli növlərdir, onlardan təbii
yeyinti rəngləri və bioloji fəal qida əlavələri almaq olar. Tədqiq edilmiş 12 növ karotinoidlı
meyvə və giləmeyvə bitkilərindən 5 növü perspektivli və 4 növü sənaye əhəmiyyətlidir
(cədvəl 6). Bu növlərin meyvələrində karotinoidlərin miqdarı 0,98-40,9 mq% arasında
dəyişir. Karotinoidlərin yüksək toplanmasına görə Rosa sosnovskiana (31,2 mq%),
R.corymbifera (31,1 mq%), R. nisami (28,1 mq%), R. iberica (40,9 mq%), Hippophae
rhamnoides (11,4 mq%) növləri fərqlənirlər. Karotinoidli bitkilərdən Rosa, Hippophae
cinslərinin meyvələri sənaye əhəmiyyətli hesab olunurlar.Aparılmış texno-kimyəvi analizlərlə
BFM-lə zəngin meyvələrdən hansı məqsəd üçün və necə istifadə edilməsi müəyyən
edilmişdir. Tərkibində yüksək miqdarda BFM saxlayan və ehtiyatı çox olan meyvə və
giləmeyvələr daha dərin öyrənilmişdir. Nəticədə yüksək bioloji fəallığa malik antosian [7,
10], karotinoid [6, 9], flavonoid [8], təbii yeyinti rəngləri [2, 3, 6], bioloji fəal maddələrin
alınma mənbəyi olan meyvə və giləmeyvələr aşkar edilmişdir (cədvəl 7).
Cədvəl 7
Tibbi preparatlar və təbii yeyinti rənglərinin istehsalı üçün istifadə edilən perspektivli və
sənaye əhəmiyyətli meyvə növləri
Tibbi preparatlar
Təbii yeyinti
rəngləri
Antosian
Flavonoid
Karotinoid
Qırmızı (antosian)
Crataegus pentagyna
Rosa corymbifera
C. caucasica
Hippophae rhamnoides
R. iberica
Sambucus ebulus
Amelanchier rotundifolia Crataegus sangunea
Phutolacca
Sambucus nigra
C. pentaguna
Cornus mas
Rubus anatolicus
Tədqiq edilmiş meyvə və giləmeyvələrdən antosian [6, 7], karotinoid preparatları,
təbii yeyinti rəngləri [2, 3, 6], bioloji fəal maddələrin alınmasına yeni səmərəli texnologiyaları
hazırlanmışdır. Yeni texnologiyalar Balakən, Quba konserv zavodlarında və ÜİETKTKİ-nin
Biryulevsk eksperimental zavodunda istehsalat sınağından keçərək istehsalata tətbiqi ilə
əlaqədar olan Texniki Şərt və texnoloji təlimatlar hazırlanıb dövlət qeydiyyatından
keçirilmişdir.
İlkin hesablamalar göstərir ki, respublikada olan təbii bitki ehtiyatlarından istifadə
etməklə hər il 100 ton təbii yeyinti rəngi istehsal etmək olar. Beynəlxalq bazarda təbii yeyinti
rənginin hər kq-ı 50-70 dollara satılır. Deməli hər il respublika büccəsinə 10 milyon dollar
gəlir gətirmək olar.
AMEA Botanika İnstitutunun elmi əsərləri, 2012- ci il, XXXII cild
174
Dostları ilə paylaş: |