Amea fəLSƏFƏ VƏ Sİyasi-HÜququ təDQİqatlar institutu k. C. AĞayeva etika və gender: sosial-əxlaqi davranişIN


Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə12/149
tarix19.07.2022
ölçüsü1,13 Mb.
#62817
1   ...   8   9   10   11   12   13   14   15   ...   149
Etika və gender

Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇
15
etdiyimiz meylin sosial psixologiyada da öz yeri vardır; 
“psixologiyada gender elə bir sosial-bioloji məfhumdur ki, 
onun vasitəsilə insanlar kişi və qadın anlayışlarını izah edir-
lər” (211: 228).
Sosial münasibətlərin bir hissəsi olaraq gender müna-
sibətlər sistemi də cəmiyyətdaxili inkişaf aspektlərindən 
biri kimi qiymətləndirilməlidir. Hər hansı millətin kişi-qa-
dın münasibətləri və komponentləri barədə təsəvvürləri 
onun özü ilə eyniləşməyə, daha doğrusu, eyniliyin dinamik 
komponentinə də mühüm təsir göstərir. Milləti bir ailə kimi 
təsəvvür edən subyekt özünün ona münasibətində validey-
nə münasibət analogiyasını əsas tutur. Hələ vaxtilə Fromm 
öz əsərlərində övlad-valideyn münasibətlərini rəmzi olaraq 
iki yerə bölərək, modelləşdirməyə çalışmış və həmin mo-
delin şəxsiyyət-millət anlamında əsaslı yer tutduğunu qeyd 
etmişdir. Bununla əlaqədar onu da xatırlatmaq lazımdır ki, 
bir sıra tədqiqatçılar sosioloji-psixoloji baxımdan yanaşa-
raq gender münasibətlərinin “statusunu” qəribə bir formulə 
ilə izah etməyə çalışmışdır. Onların bir çoxu zaman-məkan 
kontekstində məkanı qadın, zamanı isə kişi kimi təqdim 
edirlər. Təbii ki, bu halda kişi və qadınlara xas olan psixo-
loji və bioloji cəhətlər əsas kimi götürülür. Son zamanlar 
gender münasibətlərinin hətta millətlərin özəl xüsusiyyətlə-
rinə müncər edilməsi halları da diqqəti cəlb edir. Məsələn, 
elmi-fəlsəfə ədəbiyyatda bir çox baxış və təsəvvürləri ümu-
miləşdirərək Fransanın qadın, Böyük Britaniyanın isə kişi 
görüntüsündə qəbulu mövcuddur. 
Hər bir milli dərketmə məqamının da qadın-kişi mü-
nasibətlərinə özəl yanaşması vardır. Təbii ki, burada ta-
rixi-ənənəvi-dini-milli xüsusiyyətləri mühüm rol oynayır. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin