Eti̇ka və gender: Sosi̇al-əxlaqi̇ davranişin təhli̇li̇ 16 Azərbaycanın bir sıra bölgələrində gəlin-qayınata, ər-arvad
münasibətlərində “örtülü”, “pərdəli” davranış qaydaları
hələ də qalmaqdadır. Məsələn, ana öz qayınatası (və ya qa-
yınanası), böyük qardaşı yanında danışmır, qucağına uşaq
götürmür, gülməyi ayıb hesab edir və s. Bu kimi davra-
nış formalarını bəzən islam dininin qayda-qanunlarına aid
edənlər də tapılır. Əslində, bu kökündən yanlış fikirdir. Bir
çox ölkələrdə bu cür davranış formaları mövcuddur; həmin
ölkələrdə yaşayanların isə islami dəyərlərlə heç bir əlaqəsi
yoxdur. İnsanların, xüsusən əks cinslərin bir-birinə olan bu
cür münasibətləri bir növ kənar nəzarətin nəticəsində mey-
dana gəlmişdir: “özününkilərə” və “özgələrə” münasibə-
tin əsasında habelə özünənəzarət və davranış tərzi dayanır
(246: 58-59).
Davranışın müəyyənedici standartları qadınların ailə və
cəmiyyətdə müəyyən şəxslərlə münasibətlərini məhdudlaş-
dırır. Bu, bir çox ölkələrin yazılmamış “əxlaq kodekslərin-
də” mühüm yer tutur. Məsələn, Avstraliya aborigenlərinin
bir çox davranış qaydaları buna misal ola bilər. Həmin mə-
kanda yaşayan kişi və qadınların münasibət və davranışla-
rında “üstüörtülü” məqamlar çoxdur. Ən qəribəsi odur ki,
burada hətta qardaş-bacı, həmçinin kürəkən-qayınana (və
qayınata) arasında da “dəmir pərdə” qalmaqdadır. İkincilər
(kürəkən-qayınana) arasında isə “xüsusi dil” mövcuddur
(166: 65-67). Analoji vəziyyət Sibirdə yaşayan yukagirlərə
də aiddir. Yukagirlərin adət və davranış normaları tələb edir
ki, qayınata gəlinlə, qayın gəlinlə, evli qardaşlar isə bir-biri
ilə danışmasın. Burada qohumların bir-birinə deyəcəkləri
fikirləri “özgələr” çatdırır (253: 126-127).
Avstraliyada yaşayan bəzi yerli tayfalar ənənəvi davra-
nış etiketlərinə daima ciddi əməl edirlər. Qadın cidd-cəhdlə